- 3 iyun 2021
- 1 095
- 0
Şəhidim mənim Oxuyur Gülyaz Məmmədova
Şöhlət Abbas
ŞƏHİDİM MƏNİM
Hər biri bir elin ciyərparası,
Qürurum, güvəncim, igidim mənim.
Vətən bütöv olsun, tam olsun deyə
Ömrü yarım qalan şəhidim mənim.
Qəlbləri titrədib həyəcanıyla,
Arzusu, ümidi, min gümanıyla,
Torpağı boyayıb qızıl qanıyla,
Bayraq tək ucalan şəhidim mənim.
Arzusu yurdunda gül olub bitən,
Sənə minnətdardır bu el, bu vətən.
Ruhun qarşısında baş əyirəm mən,
Dünyaya səs salan şəhidim mənim.
8 dekabr 2020-ci il.