Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ədəbiyyat İnstitutunun alimləri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirdə çıxış ediblər

Ədəbiyyat İnstitutunun alimləri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirdə çıxış ediblər

        
        Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.        Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və İdarənin tabeliyində fəaliyyət göstərən Qazax, Tovuz və Ağstafa Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən onlayn tədbirdə millət vəkilləri Ülviyyə Ağayeva, Nizami Cəfərov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli ilə yanaşı, Ədəbiyyat İnstitutunun alimləri məruzə ilə çıxış ediblər. İnstitutun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent, “Ədəbiyyat qəzeti”nin ədəbiyyatşünaslıq şöbəsinin müdiri, YAP idarə heyətinin üzvü Elnarə Akimova, Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi və Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Qasımlı Heydər Əliyevin Azərbaycan mədəniyyəti və ədəbiyyatı sahəsində böyük xidmətlərindən danışıblar.        Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanovanın aparıcılığı ilə reallaşan tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və Qazaxrayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyat və siyasi fəaliyyətindən bəhs ediblər.Gülnar Səma,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.