Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Şöhlət ABBAS Nə düşünürsən?

Şöhlət ABBAS Nə düşünürsən?



Hər dəfə bu sual, asandan asan,
Hər kəs bilir nəyi necə düşünür.
Duyğu var - qışqıran, duyğu var - susan,
Şairlər adətən gecə düşünür.

Bəlkə də bir körpə mışıltıısıyla,
Bəlkə də hay-küylə, xor-xor yatırsan.
Mən isə bir yarpaq xışıltısıyla
Söhbət eyləyirəm, çətin duyarsan.

Səni düşünürəm səndən xəbərsiz,
İndi xəzəl olmuş ilk məhəbbəti.
Hər şeydən, zamandan, gündən xəbərsiz,
Bacar ürəyindən sök məhəbbəti.

Hardasa, anasan, nənəsən bəlkə,
Körpə təbəssümü durur qarşında.
Mən isə gözünə görünməz kölgən,
Mənimçün qalmısan 15 yaşında.

İllər ötüb keçir, amansız keçir,
Vaxtın sürətinə çatarsan bəlkə?
Şöhlətin günləri gümansız keçir,
Uzatsam, əlimi tutarsan bəlkə...
Bakı, 17 aprel 2017, saat 09.56.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.