Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Dayandur Sevgin Yeni şeirlər

Dayandur Sevgin Yeni şeirlər


Nizami
Nizamı Gəncəvi – 880 

Tanrı bəxşiş kimi verib Gəncəyə,
Adı bir çəkilir Gəncə, Nizami.
Dünyada nə qədər söz usdadı var,
Başda dayanıbdı öncə Nizami.

Hikmət dəryasıdı getsən dərinə,
Misrası qoxuyar çiçək yerinə,
Elə doğmadı ki, biri-birinə,
Nizami Gəcədi, Gəncə Nizami.

Yeddi gözəlindən biridi Göygöl,
Bu yurdun ən gözəl yeridi Göygöl,
Gəncənin gül-çiçək zəridi Göygöl,
Elə bil dəribdi qönçə Nizami.
\
İlhamı qaynayıb bulaqlar kimi,
Vüqarlı dayanıb şah, dağlar kimi,
Dərsini bilməyən uşaqlar kimi,
Atıb çox şairi küncə Nizami.

Səkkiz yüz səksən il keçib yaşayır,
Dahilik meyini içib yaşayır,
İllərdi dünyadan köçüb yaşayır,
Örnəkdi cavana, gəncə Nizami.

Bilib qiymətini hər ötən anın,
Sözünü yeməyib xaqanın, xanın,
Bakı paytaxtıdı Azərbaycanın,
Könüllər paytaxtı Gəncə, Nizami.

Minbir sınaq eylə, yüz çək şairi,
Əyməz hər imtahan, hər yük şairi,
Sevgin, bu dünyanın böyük şairi,
Məncə Nizmidi, məncə Nizami.
                            
                     
GƏNCƏ

Gözəldi yurdumun hər bir güşəsi,
Könüllər oxşayan gözəli Gəncə.
Nağıllar aləmi, sehirli şəhər,
Şirin arzuların əzəli Gəncə.

İşığı bərq vurar Kəpəzdə qarın,
Göy gölü oxşayar meh narın-narın,
Vətənimi qucan qoşa qolların,
Bir əli Bakıdı, bir əli Gəncə.

Sinəndən qopmasın heç vaxt aman-ah,
Üstünə açılsın xeyirli sabah,
Gəncənin taleyin tapşırma Allah,
Kəmağıl qocaya, nə dəli gəncə.

Qələbə qismət elə Tanrım Azərbaycana

Hələ ölməmişəmsə ürəyimin tabıdı,
Vulkan kimi püskürür, hələ göylərdə ahım.
Onu görmədən ölmək cəhənnəm əzabıdı,
Məni belə əzaba tuş eləmə, Allahım.

Qələbə qismət elə Tanrım Azərbaycana
Dəllalların əlində siyasətin bazarı,
Qəlbimizi şam kimi yandırıb tutaq sənə.
Yeriyən piləkəndi hər şəhidin məzarı,

Gəlirik səcdənə biz, az qalıb çataq sənə.
Qələbə qismət elə Tanrım Azərbaycana.
Yağı gərək boğula özü murdar qanında,
Yolunu gözləyirik nə vaxtdı belə anın.

Düşmənə qahmar duran dövlətlərin yanında,
Sözün kəsərli elə Ali Baş Komandanın.
Qələbə qismət elə Tanrım Azərbaycana.
Uşaqları öldürür insafsızdı bu yağı,

Quruyubdu göz yaşı içimizdə qəhərdən.
Biz xəbər gözləyirik, ey təklərin pənahı,
Hər qaranlıq gecədən, hər işıql səhərdən.
Qələbə qismət elə Tanrım Azərbaycana.
20 avqust 2020

Ali Baş Komandanım

Mənim doğma yurdumda bu hayların nə işi,
İçimdəki bu dərdlə haçanacan utanım?
Dönüm sənin başına, dayandırma atəşi,
Şərəfi olmayanla sülh olmaz, Komandanım.

Ürəklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindan idi azad olan ruhumuz.
İndi-indi düzəlir belimizin əyrisi,
İçimizdə boy verib dikəlir qürurumuz.

Könlüm toxdu özgənin torpağında gözüm yox,
Tanrıdan gələn payım beş-üç səslə dəyişməz.
Belə bir atəşkəsə vallah indi lüzum yox,
Donuzun donuzluğu atəşkəslə dəyişməz.

Otuz ildi ah-vayla keçib dəqiqəm, anım,
Düşünmüşəm hər kəsin Tanrıdan qisməti var.
Bu tayfaya inanma, Ali Baş Komandanım,
İçində gəzdirdiyi erməni xisləti var.

Səs salıbdı dünyaya yazıq-yazıq səsi ilə
Türkiyədi yağdırır başıma dron deyir.
Əl açır Liderlərə, həminki hiyləslə,
Gah Trampa yalvarır, gahda ki, Makron deyir.

Bir dağın zırvəsində dönüm, vətən, daşına,
Torpağımı bəzəsin mənim də şəhid qanım.
Dayandırma atəşi, dönüm sənin başına,
Qələbə müjdəsi ver, Ali Baş Komandanım.
07 oktyabr 2020

DEYIR

Otuz ildi çəkirik görünməmiş zilləti,
Üstümüzdən götürdü Ali insan töhməti,
Milləti bilinməyən erməniyə nifrəti,
Səngərdəki əsgərin gözlərində qan deyir.

Üstümüzə gəlsədə dörd tərəfdən yağılar,
Silah ilə yanaşı yollar cızır ağıllar,
Yetişib neçə-neçə Polad kimi oğullar,
Qurban olsun Vətənə ürək deyir, can deyir.

Çıxar ey köynəyindən, aşıq köhlə sazını,
Toya, şənliyə döndər bu millətin yasını,
Vətən yolunda gedən ŞƏHİDin laylasını,
Çiçək üstə şəbnəmə qızaranda dan deyir.

İndi qaçan görürük meydan sulayanları,
Yağış kimi süzülür Qarabağda qanları,
Qovduq iti qovan tək, daban yalayanları,
Azərbaycan xalqına Ali Komandan deyir.

Allahu əkbər deyir

Həmişə ehtiyacda, baş açıq, ayaq yalın,
İçində hərlənirik gör neçə qeylu-qalın,
Önündə aciz qalıb hamı çətin sualın,
Bilməyəndə, biləndə Allahu əkbər deyir.

Dedi babalarımız susamayın bu qana,
Bir eşidən olmadı getdilər yana-yana,
Silahını tuşlayıb müsəlman, müsəlmana,
Öldürəndə, öləndə Allahu əkbər deyir. 

Namərdi vəsv eləyir, mərdə gülür adamlar,
Xeyirdə gözü yaşlı, şərdə gülür adamlar,
Sevincinə yas tutub, dərdə gülür adamlar,
Ağlayanda, güləndə, Allahu əkbər deyir. 

Qarşısına çıxanı anında xar eləyir,
Fələk olub dünyanı başıma dar eləyir,
Oturub iştah ilə qannan nahar eləyir,
Əllərini siləndə Allahu əkbər deyir. 

Allaha tərif deyir, Peyğəmbəri dost bilir,
Bəndəyəyaxşılığı Allahına qəsd bilir,
Gizlində vurmaq üçün neçə-neçə tost bilir,
Namazını qılanda Allahu əkbər deyir. 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.