Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » “Dörd qardaşın dastanı...” filmi çəkilib

“Dörd qardaşın dastanı...” filmi çəkilib

                                
44 günlük döyüşlərdə vuruşmuş 4 qardaş haqqında  sənədli film çəkilib.  “Dörd qardaşın dastanı...” filmi Vətən müharibəsində iştirak etmiş 4 qardaşın qəhrəmanlığı, keçdikləri döyüş yolundan danışır. “Azərbaycantelefilm”in istehsalı olan bu ekran əsərinin çəkilişləri  əsasən Tovuz rayonunun ərazisində, xüsusilə Dondarquşçu kəndində aparılıb. Tovuz rayon İcra Hakimiyyəti və Qarabağ müharibəsi veteranı, millət vəkili Arzu Nağıyevin dəstəyi ilə çəkilən filmin  senari müəllifi və rejissoru Elnurə Kazımovadır. Redaktoru Sadıq Elcanlı, direktoru Sahib Heybətovdur.Filmin yaradıcı heyətinə Elxan Rüstəmov, Elşən Bədəlov (operatorlar),  Azər Kərimov (dron operatoru), Yaqub Həsənov (montaj rejissoru), Ceyhun Ağayev (səs rejissoru), Əliabbas Qasımov, Fərid Rəsulov (səs operatorları), Vəfa Bağırova (komputer qrafikası), Məlahət Əhməd (produsser) və başqaları daxildir. Mətni Toğrul Səfərov və Gülnar Səma oxuyub.Filmdə Dövlət Təhlükəsizlik xidmətinin, Müdafiə Nazirliyinin, Azərbaycan Televiziya və radio verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub.Üçü ixtisaslı zabit, biri müddətdən artıq xidmət edən qulluqçu olan qardaşların ataları Mahir müəllim  də birinci Qarabağ döyüşlərinin fəal iştirakçısı olub. Səməd, Elnur, Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu kimi Vətən müharibəsində hava hücumundan müdafiəni təmin ediblər. Afiq isə Murovda artillerist sürücü kimi hərbi silah-sursatın çatdırılmasında xüsusi fədakarlıq göstərib. Filmdə qardaşların döyüşlərdə göstərdiyi müstəsna xidmətlər, Vətən müharibəsi zamanı körpəsindən yaşlısına kimi insanlarda olan Vətən sevgisi, vətən eşqi işıqlandırılıb.
Gülnar Səma

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.