- 21 fevral 2021
- 596
- 0
“ŞƏHİDİM MƏNİM” Oxuyur Gülyaz Məmmədova
Söz: Şöhlət Abbas,
Musiqi: Elmir Mədətoğlu,
Oranjeman: Musa Bağırsoy,
Miks master: İmran İbrahimov,
İfa: Azərbaycan Respublikasının
xalq artisti Gülyaz Məmmədova.
Hər biri bir elin ciyərparası,
Qürurum, güvəncim, igidim mənim.
Vətən bütöv olsun, tam olsun deyə
Ömrü yarım qalan şəhidim mənim.
Qəlbləri titrədib həyəcanıyla,
Arzusu, ümidi, min gümanıyla,
Torpağı boyayıb qızıl qanıyla,
Bayraq tək ucalan şəhidim mənim.
Arzusu yurdunda gül olub bitən,
Sənə minnətdardır bu el, bu vətən.
Ruhun qarşısında baş əyirəm mən,
Dünyaya səs salan şəhidim mənim.