Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Yeni kitab. Əliş Baxşalıoğlu. "Laçınsız ölməyə icazəm yoxdur"

Yeni kitab. Əliş Baxşalıoğlu. "Laçınsız ölməyə icazəm yoxdur"

Bu günlərdə bir köhnə dostumla - laçınlı İbadət Verdiyevlə rastlaşdıq. O, mənə atasının kitabını hədiyyə etdi. 2020-ci ildə "Günəş" nəşriyyatında tanınmış el şairi, əslən Laçın rayonunun Qarakeçdi kəndindən olan ağsaqqal ziyalı Əliş Baxşalıoğlunun "Laçınsız ölməyə icazəm yoxdur" kitabı nəşr olunub. Redaktoru və nəşrə hazırlayanı "Dünya" qəzetinin baş redaktoru Füzuli Ramazanoğlu olan 312 səhifəlik nəfis tərtibatlı kitabda əsasən şairin aşıq üslubunda olan şeirləri toplanıb. Kitaba Füzuli Ramazanoğlu, ədəbiyyatçünas alim, şair Ənvər Əhməd ön söz yazıblar. Həmçinin şair Kamandar Eyvazlının, şair və ədəbiyyatşünas, 55 il əvvəl Əliş müəllimin şagirdi olmuş Eynulla Axundovun da ürək sözləri kitabda özünə yer tapıb.
Müəllif nəsil şəcərələrini də kitabda verib.
Ağsaqqal şairimizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzu edirik!
Şöhlət ABBAS.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.