Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Mətbuat xidmətinin bülletenləri | 18 Dekabr 2020 - 18:00 Çoğrafi obyektlərin adlarının Azərbaycan əlifbasından rus və ingilis əlifbalarına transliterasiyası “Qaydaları” təsdiq edildi

Mətbuat xidmətinin bülletenləri | 18 Dekabr 2020 - 18:00 Çoğrafi obyektlərin adlarının Azərbaycan əlifbasından rus və ingilis əlifbalarına transliterasiyası “Qaydaları” təsdiq edildi


Nazirlər Kabinetinin 498 № li Qərarına dair İzah
https://nk.gov.az/az/document/5015/
 
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı”nın 6.1.4-cü yarımbəndi ilə Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA) milli transliterasiya standartlarının hazırlanması tapşırığı verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 fevral tarixli 64 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın 9-cu hissəsi ilə milli transliterasiya standartlarının hazırlanmasının başa çatdırılması və 10-cu hissəsi ilə bu standartlar əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın digər aidiyyəti qurumlarla birgə yaradılması AMEA-ya tapşırılmışdır.
Bu Qaydalar Azərbaycan Respublikasının coğrafi adlarının, habelə ölkə hüdudlarından kənarda mövcud olan Azərbaycan mənşəli coğrafi adların rus və ingilis əlifbalarına transliterasiyasının üsul və yollarını müəyyənləşdirir. Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması tapşırığının icrasının təmin edilməsində sözügedən Qaydalarda nəzərdə tutulmuş normalara istinad edilmişdir. Həmin tapşırığın icrası ilə bağlı AMEA tərəfindən Milli Transliterasiya Sistemini təşkil edən 7 dilin (rus, ingilis, fransız, italyan, alman, ispan və fars) əlifbaları arasında transliterasiya cədvəlləri dövlət qeydiyyatına alınması üçün AMEA tərəfindən Azərbaycan Standartlaşdırma İnstitutuna göndərilmişdir.
Uzun illərdir işğal altında olan torpaqlarımızın güclü ordumuzun hərbi müdaxiləsi və Azərbaycan Respublikası Prezidentinin dəqiq və düşünülmüş siyasi addımları nəticəsində Azərbaycana geri alınması qarşıda çox böyük işlərin görülməsini zəruri edir. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının dünya dilləri səviyyəsində düzgün və bir qaydada qəbul edilməsi ilkin olaraq əsas işlərdən biri hesab edilə bilər. Belə ki, Ermənistanla davam edən informasiya müharibəsi şəraitində Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının transliterasiyası məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bu məsələnin əhatə dairəsinin genişliyini və əhəmiyyətini nəzərə alaraq müvafiq Qaydaların təsdiq edilməsi çox zəruri hesab edilmiş və  “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli 365-IIQ nömrəli Qanununa əsasən mütəxəssislər tərəfindən hazırlanmış layihələr Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının sədri – Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılaraq Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.