Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Vətən müharibəsi və post-konflikt dövrünə aid fəaliyyətinə dair hesabat verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Vətən müharibəsi və post-konflikt dövrünə aid fəaliyyətinə dair hesabat verib

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Vətən müharibəsi və post-konflikt dövründəki analitik-informasiya və kommunikasiya tədbirləri barədə hesabat təqdim edib. İİTKM-in Kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova bildirir ki, hesabatda bu il sentyabr ayının 27-dən noyabr ayının 20-ə qədər müddətdə İİTKM tərəfindən Qarabağın iqtisadi inkişafı və Ermənistanla resurs müharibəsi mövzusunda hazırlanan materialların bir qismi barədə məlumatlar təqdim edilib. Göstərilib ki, İİTKM-in 400-ə yaxın məqalə, müsahibə və şərhi dünyanın nüfuzlu media orqanlarında Azərbaycan, rus, ingilis, erməni, ispan, rumın, urdu və bolqar dillərində dərc olunub. Həmin məqalələrin bir qismi hesabatda nümunə kimi göstərilib.Eyni zamanda yerli və beynəlxalq TV və radio kanallarına açıqlamalar verilib. 20-ə yaxın TV və Radioda 90-a yaxın çıxış olub, Vətən müharibəsinin gedişində fərqli istiqamətlər üzrə 4 mətbuat konfransı keçirilib. Mətbuat konfranslarında İİTKM-in hazırladığı müvafiq araşdırmalar təqdim edilib. Bu araşdırmalar əsasən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dinc əhaliyə və mülki infrastruktura dəymiş ziyan, Ermənistanın hərbi itkiləri barədə olub. 
İİTKM–in sosial şəbəkələrdəki rəsmi səhifələrində 500-dən artıq məlumatlandırıcı postlar paylaşılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Vətən müharibəsi və post-konflikt dövründəki analitik-informasiya və kommunikasiya tədbirləri barədə Hesabatı ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/39h682j

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.