Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Cəbrayıl Qəhrəman İllərin izi (kitab)

Cəbrayıl Qəhrəman İllərin izi (kitab)

                     
                            Müxtəlif  illərdə Cəbrayıl Qəhrəmanın
                           yaradıcılığına həsr olunmuş məqalələr 
                              və yubiley təbrikləri




Bakı - 2018

Redaktor, tərtib edən 
və ön sözün müəllifi:               Tahir Orucov
                                              filologiya üzrə fəlsəfə doktoru,
                                             dosent, AMEA Folklor İnstitutu-
                                             nun aparıcı elmi işçisi.
                                    
Korrektor:                         Xəyyam Qəhrəmanlı


Kompüter yığımı:             Şəhla Həsənova


Nəşrin sponsoru:              Vüqar Qəhrəmanov








Kitab 60 illik yubileyi münasibətilə pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəbrayıl Qəhrəmanın həyat və yaradıcılığına həsr olunmuşdur. Nəşrdə tanınmış qələm adamlarının, alim və yazıçıların müxtəlif illərdə Cəbrayıl Qəhrəmanın yaradıcılığı haqqında yazdıqları məqalələr, yubiley təbrikləri və fotoşəkillər toplanmışdır.

 





Cəbrayıl Qəhrəman
(Cəbrayıl İsmayıl oğlu Qəhrəmanov)

1958-ci il sentyabrın 1-də Laçın rayonunun Güləbird kən-dində anadan olmuşdur. 1965-ci ildə Güləbird kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə dəfələrlə fizika, riyaziyyat və kimya üzrə rayon olimpia-dasının iştirakçısı və qalibi olmuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. 
1981-1992-ci illərdə Güləbird kənd orta məktəbində fizika müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. Həmin illərdə qabaqcıl və nümunəvi fizika müəllimi kimi fəaliyyət göstərmiş, onun dərs dediyi şagirdlər dəfələrlə fizika üzrə rayon olimpiadasının qalibi olmuşdur. Tanınmış şair və jurnalist Şahmar Əkbərzadə 1988-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “O dağlara yanan gərək” məqaləsində Cəbrayıl Qəhrəmanovu Laçın rayonunun bir çox qabaqcıl müəllimləri ilə yanaşı “maarif işığı” kimi dəyərləndirmişdir.
1981-1992-ci illərdə ədəbi-bədii, puplisistik yazılarla “Laçın” qəzetində (“Müəllimlik şərəfli sənətdir”, “Şahtaxtının bu günü”, “Açılan düyün bağlandı”, “Dünya”, “A dostlar”) çıxış etmişdir.
1992-ci ildən – Laçının işğalından sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-1998-ci illərdə Bakı şəhərində fəaliyyət göstərən 34 saylı Laçın tam orta məktəbində fizika müəllimi işləmişdir. 1995-ci ildə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) dissertantu-rasına daxil olmuşdur. 1995-2000-ci illərdə fizikanın tədrisi metodikası sahəsində, təhsilin dünyəvi dəyərlərə əsaslanmaqla, milli zəmində qurulması istiqamətində elmi-tədqiqat işləri aparmış və 2000-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Yaşayış yerini dəyişməsilə əlaqədar olaraq, 1998-ci ildən Laçın rayon 6 saylı tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir.
1995-2017-ci illərdə respublikanın müxtəlif jurnal (“Azər-baycan məktəbi”, “Fizika, riyaziyyat və informatika tədrisi”, “Düşüncə”, “Təhsil, mədəniyyət, incəsənət”) və qəzetlərində (“Azərbaycan müəllimi”, “Təhsil problemləri”, “Elm və təhsil”, “Respublika”, “Ədalət”, “Laçın”, “525-ci qəzet”, “Şərq”, “Pillələr”, “Türk dünyası”, “Zəngəzur”, “Açıq söz”, “Qanun və məmur”) 50-dən çox elmi, metodiki, publisistik və bədii yazıları dərc olunmuş, beş kitabı – “Abasqulu Abaszadə” (Bakı, Pedaqogika, 2005 – 196 s.) “Düşüncələr işığında” (Bakı “Elm”, 2008–316 s.), “Ömür bitər, yol bitməz” ( Bakı, “Elm və təhsil”, 2013–524 s.), “Gördüyüm dünya” (Bakı, Adiloğlu, 2015–376 s), “Dünya sevgi yaşındadır” (Bakı, Apostroff, 2016–228 s.) işıq üzü görmüşdür. “Nəzəri fizikanın tarixi və metodologiyası” kitabının rəyçisi, şair Rövşən Atakişioğlunun “Yolum dağlara sarıdı” kitabının redaktoru olmuşdur.
20 ildən çoxdur ki, respublikada tanınmış hazırlıq mərkəz-lərindən biri olan “Bilik” hazırlıq mərkəzinə rəhbərlik edir. Bu illərdə “Bilik” hazırlıq mərkəzinin yüzlərlə məzunu yüksək ballarla ali məktəblərə qəbul olmuş, onlardan 14 nəfəri prezident təqaüdünə layiq görülmüşdür.
2001-2017-ci illərdə dəfələrlə radio və televiziyada “Ulu yurdum-Laçınım”, “Yurd yeri” verilişlərində çıxış etmişdir. 2017-ci il noyabrın 27-də gedən 35 dəqiqəlik “ Yurd yeri” verilişi onun bədii yaradıcılığına həsr olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Ailəlidir. 2 oğlu, 3 qızı var. Üç övladı ali təhsil almış,bir qızı hal-hazırda ADU-nun tələbəsi, bir qızı isə məktəblidir.




















                                                                       Ön söz əvəzi
                   Ömrün müdriklik çağı

                        Əsl vətənpərvər adamlar  özlərini xalqının, millətinin
                         xoşbəxt gələcəyi üçün yandıran meteorlara bənzəyir.
                                                                                                         Napoleon

           Hər kəs həyata bir missiya ilə gəlir. Bir qism insanlar var ki, xalqının, millətinin səadəti naminə Napaleon demiş, özünü meteor kimi yandırmaq üçün bu dünyaya gəlirlər. Mənim 12 ildən çox tanıdığım gözəl insan, istedadlı alim, insə duyğulu şair- publisist Cəbrayıl Qəhrəman məhz bu qəbil, yəni ömrünü xalqın, millətin xoşbəxtliyi üçün şam kimi əridən əsl vətənpərvər insanlardandır. Sanki Cəbrayıl müəllim bu dünyaya gələndən onun boynuna  milləti, xalqı yaşadan, onun milli kimliyi sayılan milli-mənəvi dəyərləri qorumaq, bu dəyərləri gələcək nəsillərə çatdırmaq, onu unudulmağa qoyma¬maq kimi şərəfli bir missiya düşüb. Və nə yaxşı ki, Cəbrayıl müəllim bu missiyanın öhdəsindən layiqincə gələ bilib.
Cəbrayıl müəllimin keçdiyi həyat yolu hamar olmayıb, enişli-yoxuşlu, keşməkeşli olub. Həyat onun qarşısına bəzən çox mürəkkəb, ağrılı-acılı, ilk baxışdan unudulması mümkün olmayan gözlənilməz həyat hadisələri çıxarıb. Gənc yaşlarında ilk sevgisini-həyat yoldaşını itirmək, onu öz əli ilə torpağa tapşırmaq, onun yadigarlarları olan iki övladını-Şəmistan və Güneli analarının yoxluğunu unutduracaq səviyyədə böyüt-məyə çalışmaq, atasını erkən itirmək... İnsan həyatda çox şeyini itirir. Amma itirdiyi hər şeyin yerini Əlahəzrət Zaman qismən də olsa, bu və ya digər şəkildə doldurur. Təkcə birindən başqa. Bu, Vətəndir, bu, Torpaqdır, bu, Doğma Yurd¬dur.  Vətənin, Torpağın və Yurdun yerini doldurmağa isə sanki Zaman belə acizdir. Zaman, Ulu Tanrının insana, insan cə¬miyyətinə uzanan nəzarət əli olsa da, Torpaq, Vətən, Yurd yarasını nə unutdura bilir, nə onun yerini doldura bilir...
Bu mənada Cəbrayıl müəllim Laçın kimi, Güləbird kimi Ana Yurdunu, ona çox əziz olan  dağları, dərələri, soyuq bulaqları, əfsanəvi qayaları, güllü-çiçəkli yamacları, doğma yurdda qalan doğmalarının məzarlarını göz görə-görə itirib, onların düşmən tapdağı altında qaldığını öz gözləri ilə görüb... Bütün bu ağrı-acılardan sonra isə keçirdiyi hər günü, hər saatı, hər dəqiqəni  ağrı-acılarla yaşayıb... Ancaq Cəbrayıl müəllim həyatın  bu ağır sınaqlarını çətinliklə də olsa çözməyi, qəzavü-qədərin bu oyunlarına məğlub olmamağı bacarıb. Bu, bir tərəfdən, özünün tükənməz həyat eşqinin, mübarizliyinin, inadkarlığının sayəsində mümkün olubsa, digər tərəfdən, Cəbrayıl müəllimin həmişə fəxrlə, ürəklə, ağızdolusu danışdığı müdrik el ağbirçəyi olan anasının – Mina Ananın ona mənəvi dayağının, nəsihətlərinin və məsləhətlərinin sayəsində mümkün olub... 
C. Qəhrəman həddən artıq işgüzardır, gərgin şəkildə çalışır, lakin bu zəhmət mütləq uğurlu nəticələrlə sonuclanır. Belə ki, Cəbrayıl müəllim bu səmərəli fəaliyyətinin nəticəsində indiyə kimi 50-dən çox elmi, elmi-publisist, ədəbi-bədii və metodiki məqalələr, “Abasqulu Abaszadənin elmi-pedaqoji irsi” (Bakı: Pedaqogika, 2005,196 s. )  “Düşüncələr işığında” ( Bakı: Elm, 2008, 316 s.), ”Ömür bitər, yol bitməz” (Bakı: Elm və təhsil, 2013, 524 s.), “Gördüyüm dünya” (Bakı, Adiloğlu, 2015, 376 s.), “Dünya sevgi yaşındadır”( Bakı: “Apostroff”  nəşriyyatı, 2016, 228 s.) kimi  dəyərli kitablar ortaya qoya bilmişdir. 
Ədəbi-estetik duyum, sözü, şeiri dəyərləndirmə qabiliy-yəti heç də hər insanda olmur. Zəngin biliyə, savada sahib olmaq olar, ancaq insan sözü, şeiri dəyərləndirmə qabiliyyə-tindən, ədəbi-estetik zövqdən məhrumdursa, o, sözü, bədii ədəbiyyatı gerçək anlamda, dolğun mahiyyəti ilə dəyərləndirə bilməz. Bu mənada gözəl şeir, ədəbiyyat duyumuna malik olmağın özü də bir istedad, Tanrı vergisidir. Mən iriliyindən-xırdalığından asılı olmayaraq Cəbrayıl Qəhrəmanın hər bir yazısını (istər şeir olsun, istərsə də məqalə, fərqi yoxdur), oxuyanda, televiziyada, hasısa bir məqamda çıxışlarını və ya söhbətlərini dinləyəndə, ilk növbədə, onun ədəbi-estetik du-yumuna, söz-sənət zövqünə heyran oluram. O, ədəbiyyatı bütün ruhuyla duyan, onu qəlbən yaşayan bir qələm adamıdır. Bu səbəbdən də Cəbrayıl müəllim hər bir şeirinində ürəyinin səsini çox rahatlıqla, həm də sadə bir dillə ifadə edə bilir:

Niyə soluxmusan, gözünə qurban,
Rüzgardan soluxan gül də gözəldir.
Necə də şirinsən, baldı sözlərin,
İncilər süzülən dil də gözəldir.

Mayasını xalq yaradıcılığından-folklordan alan şairin bir çox şeirləri  bayatılarda olduğu kimi zərif estetik duyumu ilə çeçilir. Keçmişdə yaşadığı  məhrəm və mübhəm duyğularının nostalgiyasından təkan alan romantik şair ruhu lirik qəh¬rəmanın ümumi ovqatı fonunda daha cəlbedici görünür:

Qaçım sənə tərəf - eşqim boyunca,
Gündə milyon kərə sənə vurulum.
Baxım gözlərinə, baxım doyunca,
O saf gözlərinə baxım, durulum.

C.Qəhrəman sözə xüsusi dəyər verən, ona ehtiramla yanaşan bir söz adamıdır. Onun poetik düşüncəsində  söz həmişə müqəddəs tutulur. Cəbrayıl müəllim isə öz yaradıcı şəxsiyyəti ilə bu müqəddəs məqamının sadiq yolçusu olmağa çalışır. Müəllifin şeirlərindəki  deyim manerasının və ifadə tərzinin arxasında elə Cəbrayıl Qəhrəmanın özünü xatırladan lirik qəhrəmanının təbiiliyi və səmimiyyəti görünür:

Bu necə sevdadır, necə məhəbbət?!
Hicranın vüsaldan şirindir, gülüm.
Bu necə xoşbəxtlik, necə səadət?!
Ürəyim əbədi yerindir, gülüm?!

...Cəbrayıl Qəhrəman 1958-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Güləbird kəndində anadan olub. Qəlbinə ədəbiyyat odu düşəndən bəri onun həssas ürəyi kövrək şeir misraları pıcıldamış, o da bu cür könül pıçıltılarını kağıza köçürməyə başlamışdır. Ancaq Cəbrayıl müəllim təvazökarlıq edərək, bu şeirləri dərc etdirməyə tələsməmişdir. Filologiyaya, bədii ədəbiyyata  meyli çox olsa da, fizikaya olan istəyi onu üstələmişdir. Nəticədə C. Qəhrəman Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsində təhsil almış, uzun muddət Laçında müəllim işləmiş, muxtəlif vəzifələrdə çalışmışdır. Lakin bu müddət ərzində onun şeirə, ədəbiyyata marağı heç vaxt azalmamış, yeri gələndə duyğu və təəssuratlarını misralara çevirməyi bacar-mışdır. Onun şeirlərinin əsas ana xəttini–leytmotivini Vətən,  Vətənin acı taleyi, doğma yurdun həsrəti və milli-mənəvi varlığımızın qorunması problemləri təşkil etmişdir:

Ağrı çəkir nə zamandır,
Səndən yaman nigarandır,
Ağrıdağım, Tanrıdağım
Qarabağım!
Yaxud:
Dövran ayrı saldı məni Vətəndən,
Olmadım yarıyan, gülü bitəndən.
Könül qan ağladı qəmdən, sitəmdən,
Ey yaralı, dağ qartalı, Laçınım!
Hər tərəfi dağ qalalı, Laçınım!

Göründüyü kimi, Qarabağ itkisi, Laçın itkisi, əsir duşmuş o yerlərin iniltisi, ümumiyyətlə, Vətən, doğma yurd itkisi  həs-sas, kövrək qəlbli şairi elə mütəəssir etmiş, elə kədərləndirmiş¬dir ki, o, sanki haray çəkir, yanıqlı bir fəryad qoparır. Ancaq şair Vətənin bu acı taleyi ilə barışmır, qisasın qiyamətə qalmayacağna, mənəvi ağrılarının, sosial-psixoloji əzablarının sona çatacağına və nəhayət, gec-tez o yerlərə – Vətənə, doğma yurda dönəcəyinə inanır: 

Cəbrayıl, vaxt gələr bitər qəmimiz,
Açılar eynimiz, gülər üzümüz.
O doğma yurdlara qayıdarıq biz,
Dərdə məlhəm zaman olur, qardaşım.

     Şairin həssas qəlbi bu qayıdışa, bu vüsala o qədər ürəkdən inanır ki, o, Vətənə, Ana Yurda qayıdacağını yuxusunda belə görür:
Necə xoşbəxt idim yuxuda, Allah!
Ellərin qayıdan köçünü gördüm.
Nura boyanmışdı qənirsiz Şuşa,
Gözəl Qarabağı, Laçını gördüm.

      C. Qəhrəmanın yaradıcılığında bəzən olumla ölum arasında mübarizə gedir, şair qəlbi vətənsizlikdən, çağdaş dövrün mə¬nəvi iztirablarından, təzyiqlərindən  sanki “Vətəndə vətənsiz yaşayır”, “Fələyin gərdişi qəddini əyir”, “Yaxşı günlərini zaman alır”, “Yerindəcə quruyub qalır”, “Ruhu sızıldayır, qəlbi dağlanır”:

Keçir xəyalımdan ötən günlərim,
Ömrümə yazılan, itən günlərim,
Necə əzablıdır bitən günlərim,
Vətəndə vətənsiz yaşayıram mən,
Yurdumu qəlbimdə daşıyıram mən,
      Ancaq həssas şair ürəyi sonda, vətənsizliyə, ölümə-itimə, haqsızlığa qələbə calır, həyat uğrunda mubarizəsini davam etdirir, sosial-psixoloji pərişanlığa “yetər” deyir, təlatumlü düşüncələrə sinə gərir və öz-özünə müraciətlə deyir:

Cəbrayıl, yetməzmi yanıb bişdiyim?
Yolumu gözləyir yollar – keçdiyim.
Bir gündə yüz dəfə çıxıb – düşdüyüm,
«Pələkli» nin yoxuşuna darıxdım.

       Dərdin, hicranın, vətənsizliyin, el-oba məhəbbətinin, tü-kənməz Vətən sevgisinin, ümumiyyətlə, bütöv Qarabağın, o cümlədən Laçının  hönkürtüsu,  köckünlərin reallığa, həyat hadisələrinə, gercəkliyə, münasibəti və bu hisslərdən yaranan məqamlara  “Ay Laçın” şeirində daha çox rast gəlinir: 

Mənə həyat verən qanım olmusan,
Sevən ürəyimə axdın, ay Laçın!
Sənsiz qəm – qüssədən belim bükülüb,
Sənli günlərimdə şaxdım, ay Laçın!..

      “Ay Laçın” şeirində şairin qeyd etdiyimiz gerçəkliyə, real-lığa söykənən emosional hisslərinin hesabına yaratdığı kövrək notlar, kədərli ovqat oxucunu da kövrəldir, onu pərişan edir:

Yaman kövrəlmisən, yaman dolmusan,
Həsrətdən saralıb gül tək solmusan.
Ellərin köç edib yalqız qalmısan,
Yollara həsrətlə baxdın, ay Laçın!

        Şair yağı duşmənə əsir olmuş Vətən dağlarında qalan növrağımızı, təmtərağımızı, min bir dərdə dərman olan gül-çiçəyimizi, bizdən ötrü qəribsəyən bulaqlarımızı xatırlayır. Ancaq C.Qəhrəman burada insan amilinə daha cox üstünlük verir və oxucuya təbliğ etməyə calışır ki, biz təkcə Ana torpağı, Laçını, Qarabağı yox, qarabağlılara məxsus olan əsrarəngiz təbiət gözəlliklərini də itirmişik. Şair oxuculara aşılamağa çalışır ki, biz bu cür itki ilə heç cürə barışmamalı, bu nisgili, ağrı-acını yaddan çıxarmamalıyıq. Şairin “O dağlarda, o dağlarda” şeirində dediyi kimi:

Çiçək ətri, gül ətri var,
O dağlarda, o dağlarda.
Meh gətirər zirvədə qar,
O dağlarda, o dağlarda.

Ötən günü yada salaq,
Gör nə deyir şahid bulaq.
Bulaqlara mehman olaq,
O dağlarda, o dağlarda.

        C. Qəhrəmanın şeirləri özünün səmimiliyi, axıcılığı, aydın təfəkkur tərzi, lirikliyi ilə diqqəti cəlb edir. Onun hər bir mövzuda qələmə aldığı lirik şeirlərində məfkurə aydınlığı, dərin müşahidə, haqsızlıqlara dözümsüzlük, cəmiyyətdə və bütövlükdə dünyada baş verən neqativ hadisələrə münasibət də öz əksini tapır:

Qanunlar, qaydalar düşüb kəsərdən,
Tanrımız qorusun bizləri şərdən.
Cəbrayıl inciyib küllü – bəşərdən, 
«Ağıllı» talayır, dəli yandırır.

Yaxud:

Məni əsir qalan ana yurdumun,
Adı “qaçqın” olan eli yandırır.
Buz bulaqlı, gül – çiçəkli dağların,
Sığal çəkmədiyim gülü yandırır.

         C. Qəhrəmanın doğmalarına, xüsusilə atasına və anasına həsr etdiyi şeirlərdə layiqli bir oğul, qədirşünas bir övlad kimi nəzərə çarpır. Bu səpkili şeirləri oxuyan hər bir insanın qəlbində ata-anaya, qardaş-bacıya, doğma insanlara mərhəmət hissləri, sevgi və qayğı hissləri daha da alovlanır. Belə şeirlər insanları daha da humanisləşdirir, onların insani duyğularını daha da məhrəm edir. Şairin bu tipli şeirləri dünyanın əşrəfi olan insanı bir-birinə daha diqqətli, daha nəvazişli, daha qədirbilən və daha mehriban olmağa səsləyir. Müəllif  heç bir şeylə əvəz edilməyən ata -ana sevgisi ilə böyüməsini unutmur.  Bu hisslər onun atasına həsr etdiyi “Ata” şeirində daha qabarıq duyulur:

    Cəbrayıl ayrılıb gör səndən haçan?
    Nurlu baxışına yaman möhtacam.
    Yolumuza bir günəş tək nur saçan,
    Gur atəşli od-ocağa çalışdın.

      Şairin Vətən, eyni zamanda Vətənsizlik, Yurd, qaçqınlıq, köçkünlük mövzularında qələmə aldığı şeirlərdə onun bir insan kimi başqa bir xüsusiyyəti də ortaya cıxır. Bu da ondan ibarətdir ki, o ətrafında, yaşadığı muhitdə, məişətdə  baş verən, ilk baxışdan adi görünən hadisələrə belə biganə qala bilmir. O, hər bir hadisəyə-istər  xoş, nikbin, istərsə də  qəmli, kədərli hadisələrə kövrək bir insan, həssas bir şair kimi reaksiya verir. C. Qəhrəman bəzən hər kəsə adi görünən hadisə qarşısında kecirdiyi kövrək hisslərini, duyğularını, onlara munasibətini dərin lirizmi ilə çeçilən şeirlərilə ifadə edir. Bu isə, öz növbəsində, onu doğmalarına, yaşadığı muhitə daha sıx bağlayır, bir qələm sahibi kimi onun iç dunyasının istiliyindən xəbər verir. Məsələn, o, ilk baxışdan adi görünən, o qədər də qeyri-adi sayılmayan qoca anasının kövrəlməsinə, ağlamasına dözə bilmir, onu ağlamamağa çağırır. Çünki şairin ”atasının ruhu nigarandır” və “anası ağlasa, onun balası, yəni şairin özü də ona qoşulub ağlayar:

Didərginik nə zamandı,
Vətən deyib bağrın yandı.
Atam ruhu nigarandı,
Ağlama, anam, ağlama.

Yurdu talan olan ağlar,
Gülüstanı solan ağlar.
Sən ağlarsan, balan ağlar,
Ağlama, anam, ağlama.

     Ancaq nikbin ovqatlı şair qəlbi bir də ona görə anasını ağlamamağa çağırır ki, itirilmiş Ana Torpaq, Doğma Yurd yağı düşməndən geri alınacaq. Şair o yurdlara dönəcəklərinə qəti əmindir və ona görə də anasını ağlamamağa, toxtaq olmaga çağırır: 
Bəxti yatmış hünərik biz,
Düşmənləri yenərik biz.
O yurdlara dönərik biz,
Ağlama, anam, ağlama.

      Bunlarla bərabər, C. Qəhrəman təbiətə, cəmiyyətə, ayrı-ayrı fərdlərə, sevgiyə, məhəbbətə, “gəlimli, gedimli dunyaya”-ümumiyyətlə, bu cür əbədi və əzəli mövzulara öz baxışı, öz yanaşma bucağı olan, onları özünəməxsus şə¬kildə mənalan-dırmağa calışan qələm əhlidir. Bu mənada şairin məhəbbət lirikasında özunəməxsus xüsusiyyətləri, məna çalarları var. Bu da ondan ibarətdir ki, C. Qəhrəman saf, səmimi şeirləri ilə sübut etməyə çalışır ki, dunyada hər şey dəyişsə də, bircə məhəbbət dəyişmir, gözəlliyini və mənasını itirmir: 

Cəbrayıl, boş qəlbdə küləklər əsər,
Məhəbbətsiz olmaz sözündə kəsər.
Məhəbbət yaradıb neçə min əsər,
Tarixlərdə qalan izdi məhəbbət.
        C. Qəhrəmanın istər sevgi şeirlərində, istərsə də Vətən həsrətli şeirlərində  həyatın toyu da, yası da, sevinci də, kədəri də eyni dərəcədə şairi düşündürür. Elə bu səbəbdən də şair özünün fərdi yaşantılarına, hisslərinə və dərdlərinə sosial-ictimai məna ver¬məyə, onları poetik şəkildə mənalandırmağa çalışır:

İllərdi  dərdimlə  yol  gedirəm  mən, 
Məni  dərd  böyütdü, sındırammadı.
                            Qəlbimin  atəşin, ürəyin odun,
Boranlar, çovğunlar  dondurammadı.

     C. Qəhrəman sözə sevdalı olan şairdir. O, nədən yazırsa-yazsın, istər sevgidən, istər dərdlərimizdən, istərsə də təbiət¬dən, fərqi yoxdur, onun butun misralarında həssas şair ürəyinin döyüntülərini eşidiləcək. O, duyğularında, düşüncə¬lərində, təsvirlərində çox səmimidir. Buna görə də, oxucu ona inanır, şairin səmimiliyinə şübhə etmir. Bir sözlə, C.Qəh¬rəmanın şeirləri oxucuda kövrək hisslər, incə duyğular oyada bilir:

Sənsiz bu dünyanı neylərəm, gülüm,
Aləm cənnət ola heçdi gözümdə.
Sənsiz üzüm gülməz, eynim açılmaz,
Çiçəkli bahar da qışdı gözümdə.

 Yaxud:

Vətənim bir üzük, qaşın itirdim,
Ruhum orda qaldı, cismi gətirdim.
Cəbrayıl,  ömrümü başa yetirdim, 
Zülmətdə əridi, amanda getdi.

        Bu şeirlər kədərli notlar uzərində qurulsa da, gercək olan budur ki, heç nə bu dunyada əbədi deyil. Ədədi olan və dəyişməyən Məhəbbət və Vətəndir. C.Qəhrəman şeirlərində subut edir ki, insan əsl insana layiq, şərəfli bir ömur yaşasa, ona heç nəyin, hətta ölümün belə qorxusu yoxdur. Buna görə də şairin özü dərdlərlə, qəm-kədərlə yüklənsə belə, insanı həyata, yaşamağa, nikbinliyə, mərdliyə cağırır, onu həyatdan, işindən-əməlindən, məhəbbətindən zövq almağa səsləyir. C. Qəhrəmanın ən kədərli, ən qəmli şeirlərində belə, gizli bir nikbinlik və həyatsevərlik hiss edilir:

Dərdi mən özümə ustad sanmışam,
Dərd öyrədib, çox mətləblər qanmışam.
Dərdin atəşilə alovlanmışam,
Kül edib ruhumu yandırammadı.

          Ümumiyyətlə, insanın daxilində, iç dunyasında gizlənən ikili xarakter, psixoloji, əxlaqi-mənəvi əskliklər, ziddiyətlər C. Qəhrəmanı bir şair, bir insan kimi həmişə düşündürür, narahat edir. Şairin lirik qəhrəmanı, şair “mən”i öz potensialını həyat sirlərinin poetik dərkinə daha çox sərf edir. Həmcinin, C. Qəhrəman həyatın mənası uzərində bədii-fəlsəfi yöndən düşünməyi daha çox sevir. O, yaşadığımız həyatın həqiqət¬lərini, sirlərini bu yöndən dərk etməyə  cəhd edir. Bəzən şair məlum, əbədi və əzəli həqiqətlər üzərində özü düşunsə də, oxucunu da düşündürməyi bacarır, bu qoca dünyanın sirrlərini hər yöndən dərk etməyə cağırır:

Dərd üstünə dərdi calar,
Verdiyini bir – bir alar.
Yola salar, özü qalar,
Nuh – Nəbidən qalan dünya.

Yaxud:
Nə qədər nəğmələr qalıb yarımçıq,
Fikirlər pərişan,könüllər qırıq.
Sevincdir, bəzən də əzab-hıçqırıq,
Nəşəsi kədərlə talandı dünya.
     Şair “Dünya sevgi yaşındadır”  kitabının bölmələrini belə adlandırıb: “Ürəyimə köçən yurdum”, “Dünya sevgi yaşın-dadır”, “Qəzəllər”, “Məni dərd böyütdü”. Kitabın əsas bölmə-lərindən birinin elə kitabın adı ilə - “Dünya sevgi yaşındadır” adlandırılması ritorik, gəlişigözəl səslənmir. Axı dünya insan yaranandan sevgi ilə yaranıb. Uca Yaradan dünyanı da, insanı da sevə-sevə yaradıb. Digər tərəfdən bizim məhəbbətlə, sevgi ilə sevdiyimiz insan yanımızda, gözümüzün qabağında olanda biz özümüzü xoşbəxt hiss edirik. Ondan uzaqlaşdıqda və ya onu itirdikdə qəlbimizdə sanki doldurula bilməyəcək bir boşluq yaranır. Bu boşluq o qədər dərin, o qədər sarsıdıcı olur ki, insan bəzən buna dözə bilmir, hələ dünyanın bərkinə-boşuna düşmə-yən məsum körpələr kimi ağlayır... 
     C.Qəhrəman bu bölməyə daxil etdiyi “Məhəbbət”, “Dünya sevgi yaşındadır”, “Mən sevgisiz yaşamadım”, “Yoxluğunu bilə-bilə”, “Sən oldun”,  “Bu necə sevdadır?”, “Sənsən”, “Yadıma sən düşürsən”, “Gəlmədi”, “Sevgilim” kimi şeirlərin¬də   oxucuları sevginin, məhəbbətin yaşının elə dünyanın özü¬nün yaşında olmasına, onun böyük gücünə inandıra bilir. Çünki məhəbbət, sevgi insanın özünüdərk yolunda ən dəyərli mə-qamlarından biridir. Bu şerlərin bir çoxunda  məqam anlayışı zaman anlayışı kimi yox, fəlsəfi mahiyyət kimi anlaşılır:

Məhəbbət üstündə qurulub dünya,
Qəlbimdə ən ülvi sözdü məhəbbət.
Məhəbbət olmasa, gözlər kor olar,
Duyan ürək, görən gözdü məhəbbət.

           Klassik ədəbiyyatda əruz vəznı çox yayılan, işlənmə intensivliyi ilə fərqlənən bir vəzn olmuşdur. Əruzla yazılan şeirlərin misraları bölüm kəmiyyətinə görə üç qrupa bölünür: dörd bölümlülər, üçbölümlülər, ikibölümlülər. Bu vəzndə misra-ların ölçü bərabərliyi hərəkəli və hərəkəsiz səslərlə müəyyən olunur. Bu vəzndə ən çox işlənən janr isə qəzəl janrı olmuşdur.        
      C.Qəhrəman yaradıçılığında Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən qəzəl formasından da istifadə etmişdir. Şair, əsasən, həzəc və rəməl bəhrlərində yazdığı qəzəllərindəki aşiq və məşuqə obrazlarını qəzəl yazan sələfləri kimi incə poetik bədii təsvir və ifadə vasitələri ilə əks etdirmişdir. Canlı xalq dilindən alınan hər bir ümumişlək söz, hər bir ifadə şair tərəfindən cilalanaraq qəzələ gətirilmiş, obrazlı təfəkkürün ifadə vasitəsinə çevril-mişdir:

Sən bir şəmisən gözəlim, olmuşam pərvanə sənə,
Canımı qurban demişəm, ey gözü məstanə, sənə.

Daima işıq saçsın, lalə yanağın solmasın,
Sən bir afəti – dövransan, qıymasın zəmanə sənə.

Və ya:

Ey gül, aşiqəm gözlərinə, dəli – divanə kimi,
Qoy dolanım başına, odlanım pərvanə kimi.

Əsiriyəm, müşk - ənbər qoxuyan qara zülfünün,
Gəl oxşayım saçlarını, darayım şanə kimi.

       “Dünya sevgi yaşındadır” kitabında  C. Qəhrəmanın heca vəznində (qoşma, gəraylı) və əruz vəznində (qəzəl) yazdığı şeirlərlə yanaşı, sərbəst vəznli şeirlər də işıq üzü görmüşdür. Sərbəst şeir, adətən, daha yeni və müasir şeir forması kimi qəbul olunur. Sərbəst şeir ənənəni və ayrı-ayrı vəznləri inkar etmir. Əksinə, özünün varlığında başqa poetik ölçülərin ünsür və əlaqələrini cəmləşdirir. Bu şeirlər sərt qafiyələnmə qayda-larından və digər ənənəvi şeir əlamətlərindən, məsələn, heca sayının sabitliyindən azad olan şeir formasıdır. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdu-diyyətlərini azaldır və fikri ifadə etmək imkan¬larını geniş-ləndirir. Bu mənada C.Qəhrəmanın sərbəst vəzndə qələmini sınadığı “Utancaq oğlan” şeirinə diqqət yetirək:

Leysan tökən
bulud kimi doluram.
Abırlı, qanan adam,
axı,
necə utanmasın ki,
başqasının haqqını 
utanmadan yeyən var.
Aydan arı, sudan duru
bir doğruya, bir düzə
şər-şəbədə deyən var.
Abırlı adam axı,
necə utanmasın ki,
tutduğu şər əməllərdən,
yalandan tökdüyü dillərdən
ölüb yerə girməyən,
hələ sağ olan var.
Atasının, anasının,
ustadının üzünə
hələ də ağ olan var.

         Əxlaqi-didaktik ruh hakim olan bu sərbəst şeir, eləcə də müəllifin “Yerində olmaq gərək” və “Yollar” şeirləri sərbəst vəznin, sərbəst şeirin tələblərinə cavab verir. Çünki müəllif  burada sərbəst vəzndə yazan bəzi şairlər kimi sərbəst şeirə tamam sərbəstlik, misraları necə gəldi qafiyələndirmək, qırmaq və səpələndirmək kimi baxmamışdır. C. Qəhrəman sərbəst vəznin poetik imkanlarından yaradıcı şəkildə bəhrələnmiş, fikrinin hərtərəfli açılması üçün uyğun sərbəst ifadələrdən bacarıqla istifadə etmişdir. Şair sərbəst şeirin mürəkkəb xü-susiyyətlərindən, onun daxili poetik qanunauyğunluqlarından məharətlə yararlanmışdır. Ümumiyyətlə, C.Qəhrəmanın bu səpkili sərbəst şeirlərində uyğun detallar, mənzərələr, bədii təsvir və ifadə vasitələri daxili tellərlə bir-birinə bağlanır və nəticədə şeirin məzmunu hərtərəfli açılır.
       İthaflar Azərbaycan ədəbiyyatı tarixində uzun inkişaf mər-hələləri keçmişdir. Orta əsr şairləri ayrıca ithaflı şeirlər yazmış, bu və ya digər şəkildə ithaf etdikləri insanlardan bəhs etmişlər. İlkin anlamı “hədiyyə etmə”, “töhfəvermə” mənasını verən be¬lə şeirlər, adətən, doğmalara, dostlara, yaxınlara, bir sıra icti¬mai-siyasi xadimlərə, (orta əsrlərdə ayrı-ayrı hökmdarlara, şahlara və b.) sənət adamlarına unvanlanmış ithaflı şeirlərdir. Ancaq C.Qəhrəmanın ithaflı şeirləri müasir şeirimizdə baş alıb gedən “umacaqlı” və “sifarişli” ithaflardan tamamilə fərqlənir. O, bu ithafları doğmalarına:atasına, anasına, həyat yoldaşına, qızları Günaya, Vəfaya, qardaşı qızları Səkinə və Aysuna, ümumiyyətlə, hörmət etdiyi, sevdiyi, şəxsiyyətini yüksək qiy-mətləndirdiyi əziz insanlara həsr edib.  C.Qəhrəman bu ithaflı şeirlərində ürəkdən sevdiyi adamların xarakterik obrazlarını yaratmış və bununla da onların simasında müasir sosial mühitdə yaxşı insanların təqdir olmasının ictimai mahiyyətinə diqqət vermişdir.  Məsələn, qızı - Azərbaycan Dillər Uni¬versitetinin tələbəsi olan Günaya ithaf etdiyi “Həyatın bahara yaraşıq olsun” şeirindən bir bəndə nəzər salaq:

Yoluna çıxmasın ayrılıq, həsrət,
Ağrıdan, acıdan gözün dolmasın.
Heç vaxt bilməyəsən qəm – qüssə, möhnət,
Gülsün üzün, yanaqların solmasın.

     Yaxud, kiçik, sonbeşik qızı, orta məktəb şagirdi Vəfaya ithaf etdiyi “Dağlar çiçəyisən” şeirindəki bir parçaya diqqət yetirək:

Nə safdır ürəyin, arzun, diləyin,
Dağlar havasıtək səfalı, qızım!
Həkimlik arzusu keçir qəlbindən,
Olsun gül əllərin şəfalı, qızım!

       Burada gözümüz önündə övlada xoş arzularını bildirən qayğıkeş bir ata, həm də insan həyatını bəzəyən, zənginləş¬dirən, ona sevinc və qürur gətirən insani xüsusiyyətləri tərən¬nüm edən incə duyğulu bir şair obrazı canlanır. Əslində isə bu ithaflar şairin ithaf yazdığı isanları tərənnüm etməkdən daha çox, onlara xoş duaları, arzu və istəkləridir...

                                   **********

     Qloballaşmanın günü-gündən bütün dünyada hegemon olduğu bir vaxtda milli-mənəvi dəyərlərdən, onları yaşadan milli ruhdan və milli düşüncə tərzindən danışmaq çox çətindir. Belə bir qlobal mühitdə milli mentaliteti, milli özünəməx-susluğu, mili ruhu və milli düşüncə tərzini saxlayan, onu gələcək nəsillərə çatdırmağa çalışan isanların sayı çox deyil. Cəbrayıl müəllim bu missiyanı şərəflə daşıyan azsaylı ziyalı¬larımızdandır. O, sözübütöv və dostluğa sədaqətli bir insandır. O, düşüncə süzgəcindən keçirdiyi və dost kimi qəbul etdiyi, eləcə də sevdiyi, hörmət etdiyi hər bir insanı bütün varlığı ilə və axıradək sevir. Cəbrayıl müəllim elə kateqoriya insanlar¬dandır ki, onu tanımaq üçün bircə dəfə ünsiyyətdə olmaq kifayət edir. Cəbrayıl Qəhrəman həmsöhbət olduğu insanlarla elə məhrəm davranır və onlara o qədər səmimi münasibət bəsləyir ki, bir anın içində Cəbrayıl müəllim qarşısındakı adam üçün doğma bir adama çevrilir. Onu belə doğma adam kimi qəbul edən insanlar isə müxtəlif zamanlarda onun haqqında xoş sözlərini söyləmiş, onları dövri mətbuatda çap etdirmişlər. 
Bu ilin-2018-ci ilin payızında-son baharında qəlbi Vətən həsrəti ilə alışıb-yanan vətənpərvər bir insanın-Cəbrayıl müəllimin 60 yaşı tamam olur. O, ömrünün müdriklik çağına qədəm qoyur. Cəbrayıl müəllimi özünə doğma insan, əziz dost bilən dostlarının onun haqqında fikirlərinin bəziləri ilə onun 60 illik yubileyi ərəfəsində ilə tanış olmaq yerinə düşər:
“Cəbrayıl müəllim mənəvi baxımdan zəngin bir insandır. Onun düşüncəsinin üfüqləri genişdir. O, alimdir, müəllimdir, şairdir, tarixi, ədəbiyatı, milli mədəniyyəti gözəl bilir. O, Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərini oxumuş, dərk etmiş, onlara şərh vermiş, sevdiklərini əzbərləmişdir. Cəb¬rayıl müəllim milli muğamları çox sevir, muğamları  Azər¬baycan mənəviyyatının, düşüncə və  duyğusunun ayrılmaz bir parçası sayır” (Siracəddin Hacı. AMEA-nın Ədəbiyyat İnsti¬tutunun  aparıcı elmi işçisi, filologiya elmlər namizədi.)
“...Cəbrayıl müəllimdə bu ürək vardı. Həm də onun yumruğu boyda yox, bir az iri və bəlkə, çox iri. Bu ürəkdə bir az iri, çox iri nisgil gördüm, ağrı, acı gördüm. Daşlaşmamış, bərkiməmiş, hələ öz kövrəkliyini, yumşaqlığını saxlamış  bu ürəkdə Laçın ağrısı, Güləbird yoxluğu, yurd-vətən iniltisi, əzizlərinin sevgisindən axan və o ürəyi ağuşuna almış göz yaşları gördüm. Bax, əsil ürək gördüm. Belə ürək yiyəsinin – Cəbrayıl müəllimin sıxıntılarına son qoya biləcək bir gücə ehtiyacımız olduğunu gizlətmək istəmirəm.” (Rövşən  Ata¬ki-şioğlu Şair-publisist) 
“Təpədən dırnağa ziyalı olmaq fikrini tamamlamaq is-təyən¬də mən Cəbrayıl müəllimi xatırlayıram.Bir günü on günə hesablanan,ləyaqətin qapılarda dilənçilik etdiyi zamanda ləya-qətini zirvələrdə yaşadan Cəbrayıl müəllim elə müəllimlik ləyaqəti ilə dərs verməyi bacarır... Sən mənim üçün baxan yox, görən insansan. Hamı baxır, görənlərin yaşaması bir ömürdə beş ömürdür. Bir ömürdə yaşanan beş ömrün mübarək!” (Mədət Əyyuboğlu, şair, Azərbaycan Jurnalistlərinin Həm¬rəyliyi Komitəsinin sədri)
     “Azərbaycanda istilik fizikası sahəsində fundamental tədqi-qatları ilə nəinki keçmiş SSRİ, eləcə də dünya miqyasında tanınmış professor Abasqulu Abaszadənin fizika və onun tədri¬si sahəsində tarixi xidmətlərini öyrənib sistemləşdirən, bunlar¬dan müasir məktəbdə istifadə  imkanlarını araşdıran Cəbrayıl Qəhrəmanov artıq fizikanın tədrisi sahəsində xidməti olan metodist alimlərdəndir.” (Şamxəlil Məmmədov, pedaqoji elm-lər namizədi, “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri.)
       “Cəbrayıl Qəhrəmanın səmimi, axıcı şeirləri, xüsusilə də, yurd həsrətindən doğan ağrılı misraları oxucunun ürəyində şırım açır – yurd, oba, həsrət, ağrı şırımı… Laçın həsrətinin, Güləbird yanğısının izi, ağrıları hər misrada hiss olunur... Cəbrayıl Qəhrəmanın şeirlərinin özünəməxsus intonasiyası var. Forma quruluşu fərqlidir. Hecanın oynaq ritmlərində fikrini ustalıqla ifadə eləyə bilir. Şeirləri özü kimi səmimidir. Qış¬qırıqdan uzaq, pıçıltıyla danışır, oxucunun ürəyini çəkir... Cəb¬rayıl Qəhrəman doğulandan bədii söz ona hakim kəsilib. Sadə¬cə qaçqınlıq dərdi, yurd həsrəti həmin alovun gözünü açıb”. (Avdı Qoşqar .AzərbaycanYazıçılar Birliyinin üzvü, şair)
“Mən Cəbrayıl müəllimin simasında Laçının bir parçasını görürəm. Dağ havasının təmizliyi, sularının paklığı, zirvə¬lərinin əzəməti, əyilməzliyi bütünlüklə onun mənəviyyatına ho¬pub. Yoldaşlıq etdiyimiz səfərlərdə dönə-dönə bunun şahidi olmu-şam. Qəlbimizdə Laçın dərdi Qubanın dağlarında çox do¬laş-mışıq. Sözünün əvvəli də Laçınla başlayır, sonu da Laçınla qurtarırdı. Hər yerdə Laçın dağlarının bənzərini axtarır, hələ tap¬mamışam – deyir. Çox istərdim ki, axtara-axtara elə bir gün gedib Laçın dağlarına çıxsın.”(Mayıl Xanlar.“Laçın” qəze-tinin baş redaktoru)
     “...Bu gün həqiqi ziyalı mərtəbəsinə yüksələn və bu adı şərəflə qoruyan C.Qəhrəmanov qazandıqlarına yalnız öz zəhməti, prinsipiallığı, möhkəm iradəsi hesabına nail olmuşdur. O yalnız bir iş görməyi özünün borcu hesab edərkən həmin işin altına girir, şan-şöhrət və qeyri təmənnada olmadan başladığı işi vicdanla sona çatdırmağa çalışır. Buna görə də onun elədik¬ləri sonuçda müvəfəqiyyətlə nəticələnir.” (Ramiz Qəni¬mətoğlu, BDU-nun əməkdaşı, Qarabağ veteranı)
     “Düşünürəm ki, fəlsəfə doktoru, dəyərli ziyalı Cəbrayıl Qəhrə¬manovun Güləbirdin bir yetirməsi kimi üzərinə götür¬düyü işi layiqincə başa çatdırması heç də təsadüfü deyil. Çünki bu insanın ruhunda, canında, qanında vətən sevgisi, Güləbird yanğısı hər gün alovlanır, hər gün atəşə çevrilir. Onunla hər tə-masda bu odu-alovu görməmək, duymamaq mümkün deyil” Əbülfət Mədətoğlu, Şair-publisist, “Ədalət” qəzetinin redaktor müavini)  
“Cəbrayıl Qəhrəman sanki bir səyyahdır, əlinə dəmir əsa alıb, ayağına dəmir çarıq geyinib, Vətən torpaqlarını qarış – qarış, addım addım gəzir, gördüklərinin hamısını gözəl poetik təsvirlə, tərənümlə oxucuya catdırır.Şairin uğuru ondadır ki, hadisələri sadə və yaddaqalan şəkildə təsvir etməyi bacarır.” (Əyyub Şırlanlı, Şair – publisist, əməkdar müəllim)
“Cəbrayıl müəllim dəyərli müəllimidir. Onun şəxsi-yyətində müəllimlik üçün tələb olunan dərin bilik, fədakarlıq, bili¬yi öyrətmək bacarığı, səmimilik, şagirdlərlə ünsiyyət qur¬maq qabiliyyəti, səbr kimi önəmli keyfiyyətlər birləşmişdir.” (Kərim Kərimli, şair-publisist, “Gənclik” qəzetinin baş redaktoru, “Bağrıqan” cəmiyyətinin sədri)
“Cəbrayıl müəllim mənim üçün hər zaman etibarlı dost, dəyərli ziyalı, qayğıkeş ailə başçısı, el-obasını, vətənini, millətini böyük məhəbbətlə sevən vətənpərvər, xeyirxah, sə¬mimi, eyni zamanda Laçın dağları kimi qürurlu bir insandır. Mən Cəbrayıl müəllimlə dostluqdan böyük fəxarət duyu¬ram.” (Vahid Quliyev, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant)
“Cəbrayıl müəllim Azərbaycanda təbiətşünas alimlərimi-zin irsini araşdırma ənənəsinin əsasını qoyan alimlərimizdən  biridir. O, Azərbaycanın məşhur fiziklərindən olan Abasqulu  Abaszadənin elmi-pedaqoji irsini araşdırmış, ali və orta mək-təblərdə bu irsin tətbiqolunma metodikasını işləyib hazırlamış-dır.” (Şöhlət Abbas, jurnalist, “Pillələr” qəzetinin baş redaktoru)

Bu  dünyaya  yaxşılıqçün  gəlmisən,
                          Ürəyini  insanlara  vermisən,
Həyat  səni  ağladanda  gülmüsən,
Mərd  dayandın  sınaqların  önündə.
...Sevgiylə, zəhmətlə  yoğrulub  qanın,
Zəhmətsiz  keçməyib  həyatda  anın,
Əsil  ziyalının, əsil  insanın
Bilin, dostlar, il  yaşayır  günündə.

                       (Rəfael Qəhrəmanov, qardaşı)

“Cəbrayıl müəllim gündən-günə ziyalılığını, insanlıq səviyyəsini artırmaqda davam edən, özü haqda heç vaxt yüksək fikirdə olmayan sadə və təvazökar insandır. Mən deyərdim ki, insanların ona hörmət və ehtiramla yanaşmasının, qazandığı rəğbət və sevginin başlıca səbəblərindən biri onun sadəliyi və təvazökarlığıdır.”(Xəyalə Yusifova. “Bilik” hazırlıq mərkəzi-nin müəllimi)
      Cəbrayıl  müəllim haqqında layiq olduğu çox sözlər yaz-maq, onun şəxsiyyəti haqqında çox danışmaq olar. Ancaq elə burad¬aca bu yazıya son verib gözəl insan və əvəzsiz dost olan Cəbrayıl¬ müəllimə Ulu Tanrıdan cansağlığı və uzun ömür – ən   azı yüz illik bir ömür payı arzulayırıq. Tezliklə Laçında, Güləbirddə görüşənə qədər, Cəbrayıl müəllim!

Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru,dosent,
                            AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi













İşıqlı düşüncələr, pak duyğular

Gözəl insan, dəyərli alim, vəfalı dost olan Cəbrayıl müəllimi hər dəfə görəndə onun boya-başa çatdığı gözəl Laçın və bu vüqarlı obanın təbiəti kimi saf insanları yadıma düşür. Cəbrayıl mü¬əllim dost üçün Laçın dağları kimi bir etibarlı arxadır. O, bu əzə¬mətli dağların havası kimi təmizdir, suyu kimi bərəkətlidir. Onun şəx¬siy¬yətində doğulduğu gözəl yurdun havasının, su-yunun, çiçəyinin, şəfalı otlarının, saz və sözünün bərəkəti var. O, bir in¬san kimi səmimidir, hər zaman insanlara yaxşılıq et-məyə çalışır. Mən hər zaman Cəbrayıl müəllimi görəndə onda bir na¬rahatçılıq duyuram. Düşünürəm ki, bu narahatçılıq yurd sev¬¬gisi, insanlara yaxşılıq etmək istəyi ilə bağlıdır. 
Cəbrayıl müəllimin şəxsiyyətinin başqa bir yönü isə onun və-tən¬pərvər olması ilə bağlıdır. O, gözəl Azərbaycanı qarış-qa¬rış gəzmiş, vətəni tanıyaraq sevmiş, ömrünü bu vətənə həsr et¬miş-dir.
Cəbrayıl müəllim mənəvi baxımdan zəngin bir insandır. Onun düşüncəsinin üfüqləri genişdir. O, alimdir, müəllimdir, şair¬dir, tarixi, ədəbiyatı, milli mədəniyyəti gözəl bilir. O, Azər-baycan ədəbiyyatının klassiklərinin əsərlərini oxumuş, dərk etmiş, onlara şərh vermiş, sevdiklərini əzbərləmişdir. Cəbrayıl mü¬əllim milli muğamları çox sevir, muğamları Azərbaycan mə-nəviyyatının, düşüncə və duyğusunun ayrılmaz bir parçası sayır.
Cəbrayıl müəllim gözəl alimdir. O, bir sıra elmlərlə yanaşı, fizi¬ka elmini və bu elmin tədrisi metodikasını dərindən bilir. O, bu elm sahələri ilə bağlı elmi əsərlər yazmışdır. Cəbrayıl müəllim fizika elminin tədrisi ilə bağlı yeni elmi metodların hazırlanması və tətbiqi sahəsində bir sıra təkliflərin müəllifidir.     
Cəbrayıl müəllim dəyərli müəllimdir. Onun şəxsiyyətində müəllimlik üçün tələb olunan dərin bilik, fədakarlıq, biliyi öy-rətmək bacarığı, səmimilik, şagirdlərlə ünsiyyət qurmaq qa¬biliy-yəti, səbir kimi önəmli keyfiyyətlər birləşmişdir. Cəbra¬yıl mü-əllimin ən böyük arzusu odur ki, Azərbaycan övladları savadlı olsunlar, müasir elmi öyrənsinlər, milli dəyərlərdən ay¬rıl¬ma-sınlar.
Cəbrayıl müəllim halal insandır. Onun duyğu və düşüncələri tə¬mizdir, qazancı əlinin zəhmətindən çıxır. Onun sözü ilə əməli bir¬dir, insanlara sevgisi böyükdür.
“Düşüncələr işığında” kitabının əlyazmasını oxuduqca, onun haq¬qında düşündüklərimin yəqinliyinə bir daha əmin oldum. Onun xalqının, millətinin taleyi ilə birgə yaşamasının, milləti¬nin xoşbəxt gələcəyə qovuşması üçün yollar aramasının, in¬sanları saflığa, halallığa, haqqa, ədalətə, dostluğa, azadlığa, demokratiyaya çağırmasının bir daha şahidi oldum. Cəbrayıl müəllimin ziyalı mövqeyinə hörmətim birə-beş artdı.
Bu kitabda müəllifin həyatın müxtəlif sahələrinə münasibəti öz əksini tapmışdır. Özü də düzgün, elmi, ölçülüb – biçilmiş şəkildə. 50 yaşın zirvəsindən keçdiyi ömür yoluna nəzər salan Cəbrayıl müəllim həyatda qazandıqlarına görə onun həyatında önəmli yeri olan insanlara böyük sevgi və məhəbbətlə ehtira¬mını bildirir, nəsillərin varisliyini yüksək qiymətləndirir. Onun müəl-limlik sənətinin bu günü və gələcəyi ilə bağlı fikirləri, ziyalı¬lıq, milli birliyimiz, mənəvi dəyərlərimiz, milli musi¬qimiz, azadlıq və demokratiya ilə bağlı orijinal fikirləri diqqətə layiqdir. O, düşüncələrinin işığında bəzi məqamlara bir aydın¬lıq gətirir. Qazandıqlarımız nailiyyətlərlə yanaşı, xalqımı¬zın bu günü və gələcəyi ilə bağlı problemləri onu narahat edir, daimi dü-şündürür.
Sadə və oxunaqlı dildə yazılan bu kitabda Cəbrayıl müəllim bir şəxsiyyət araşdırıcısı kimi Azərbaycanın görkəmli elm və mədə¬niyyət xadimlərinin elmi irsini, əsərlərini keçmişimizə eh-tiramla araşdırır, ümumiləşdirir və gənc nəslə, gələcək nəsil¬lərə təq¬dim edir. Onun elm tariximizlə - Azərbaycanda fizika və fizi¬kanın tədrisi metodikası elmlərinin inkişaf tarixi ilə bağlı ümumi¬ləşdirmələri təqdirəlayiqdir.
“Pedaqoji düşüncələr” bölməsində müəllifin diferensial tə-limlə, təlimdə fərdiləşdirmə, habelə fizika tədrisində elmi dün-yagörüşü və tərbiyə məsələləri ilə bağlı fikirləri, fizikanın təd-risində Azərbaycanın görkəmli elm xadimlərinin, mütəfək-kirlərinin irsindən istifadə imkanları ilə bağlı fikirləri bu günkü təh¬sil islahatları baxımından, təhsilimizin dünyəvi dəyərlərə əsas¬lanmaqla milli zəmində qurulması baxımından çox əhə¬miy-yətlidir.
Kitabda, həmçinin Cəbrayıl müəllimin son vaxtlar mətb¬u¬atda dərc olunmuş publisistik yazıları, xüsusilə Qarabağ mövzusunda olan məqalələri verilmişdir. Qələbəyə gedən yolu milli birlikdə görən Cəbrayıl müəllim bu yazılarında ürək ağrısı ilə məğlubiyyətimizin səbəblərindən danışır, həmvətənlərini tarixi səhvləri təkrar etməməyə, birliyə, mübarizəyə çağırır. Cəbrayıl müəllim ixtisasca fizik olsa da, bu kitabda onun şeirə, sənətə düzgün münasibəti, gənc yazarların şeirlərinə tənqidçi səriştəsi ilə qiymət verməsi də diqqətə layiqdir.
Mən çox sevinirəm ki, Cəbrayıl müəllimi tanıdım, onun nurundan pay aldım. Sevinirəm ki, Azərbaycanın Cəbrayıl müəllim kimi bir ziyalısı, halal övladı var.
Cəbrayıl müəllimə həyatda, elmi-pedaqoji fəaliyyətində yeni¬-¬yeni yaradıcılıq uğurları arzulayıram. Uca yaradan onu Allah¬dan başqa bir kimsəyə möhtac etməsin. Gözlərin nurlu, ürəyin sağlam olsun, Cəbrayıl müəllim!

Siracəddin Hacı
AMEA-nın Ədəbiyyat İnstitutunun 
aparıcı elmi işçisi, filologiya elmlər namizədi. 
“Düşüncələr işığında” kitabına ön söz.
2008-ci il



















Xeyirxahlıq və ədalət timsalı

Onun haqqında nə yazıramsa, yazım, yaxşı alınacaq. Bu mənim qələmimin, duyğularımın gücü deyil, onun şəxsiyyə¬tinin gücüdür. Mən şəxsiyyət sözünü təsadüfən seçmədim. Bu sözün yerinə müəllim, alim, şair, qələm sahibi ifadələrini də işlədə bilərdim. Lakin bu sözlərin heç biri onun kimliyini Şəxsiyyət sözü qədər açıq və anımlı dəyərləndirə bilməz. Çünki bu sözün mayasında bir bütövlük var. Bu bütövlükdə çat yoxdur, heç o qədər hamarlıq da yoxdur, yəni sürüşkən deyil. Bir az keçmişindən gəlmə, bir az içəridən bərkiyən, bir az sevgidən və bir az də əzabdan yoğrulmuş, bişmiş bir insan, bir şəxsiyyətdən – Cəbrayıl İsmayıl oğlu Qəhrəmanovdan başqa kimsədən söz saldığıma qətiyyən inanmayın. Çünki tanıdıq¬larım, sevdiklərimin heç biri haqqında bu qədər cəsarətli və epitet zənginlikləri ilə dolu cümlələr işlədəcəyinə ümid etməyin.
Onunla eyni göy qübbəsi altında, eyni torpağın çörəyini dadıb, eyni çayın suyundan içib, eyni qonşuların səsini eşidib, eyni müəllimin, eyni məktəbin təlimini alıb böyümüşük. Eyni-yyətlərimiz yetərincədir. Fərqlərimizi isə saymağa bir neçə kiçik rəqəmi işlətməli olardım: bir, iki, üç, beş!
Atası İsmayıl əmini, (Dünyasını dəyişib, yeri behişt olsun) anası Mina mamanı tipik Güləbirdli-Laçınlı kimi götürəcəyəm. Zəhmətkeş, halal, ailəsinə, övladlarına sevgi telləri ilə bağlı, istiqanlı, “qonşu haqqını tanrı haqqı bilən”, elinin xeyrinə-şərinə isti qatqısı olan bu cütlüyü yaxşı tanıdığımdan qiymət¬imin düzlüyünə tam əminəm.
İsmayıl əmi haqqında bir neçə cümlə ilə bütün elimizin, hətta qonşu kənd camaatının qənaətini ifadə etməyi özümə borc bilirəm. İsmayıl əmi adi kəndli idi, o zamanın sözü ilə desək, kolxozçu, fəhlə bir adamdı; çoxlarımızın atası, babası kimi. Amma çoxlarımızın atası, babası, əmisi, dayısından fərqli bir sənəti də vardı İsmayıl əminin. O kişiyə çox zaman “Sınıqçı İsmayıl” deyərdilər və əlavə edərdilər ki, Allah bu kişini bizim kəndimizə çox görməsin. Mən kəndimizdə müşahidə elədiyim bir faktı deyəcəyəm: Kəndimizdə bir nəfərin də nə qolunun, nə ayağının şikəstliyini görmədim. Yoxsa, bizim kəndimizdə ayağı qırılan, qolu sınan adamlar olmamışdırmı? Ola bilərdimi ki, Güləbird boyda bir elin belə qəzaları olmasın? Təbii ki olurdu, həm də çox olurdu belə qəzalar. Lakin İsmayıl əminin məlhəm, möcüzəli əlləri imkan verməmişdi belə şikəstliyin olmasına.
1975-ci ilin yayı idi. Oxuduğum institutun ikinci kursuna keçmişdim. Tətil aylarını həmişəki kimi evimizdə keçirirdim. O zaman kolxozun-sovxozun ot toplantısı çox ciddi bir siyasi tədbiri xatırladırdı. Hətta müharibə səfərbərliyinə bənzəyən bir səfərbərlik başlayırdı kəndlərdə. Müəllimlər də bu tədbirin fəal iştirakçıları olardılar. Atam da müəllim idi və o da bəlli bir “norma”nı yerinə yetirməli olurdu. Bir yay günü atam yabasını çiyninə alıb, kolxoz maşınlarından biri ilə ot yığımına getmişdi. “Pələngli” yolunun yoxuşunda maşın qəzaya düşmüşdü. Qolu sınan, yaralanan çox olmuşdu. Atamın da çiyin sümüyü qırılmışdı. Yazıq atam şikəst qalacağını düşünür, uşaq kimi ağlayırdı. Elə hamımız ümidsiz idik. Rəhmətlik İsmayıl əmi gəldi, atama ürək-dirək verdi, sınığını sarıdı, onu sağaltdı. Ailəmizin İsmayıl əmiyə borcunu ödəməyin minnətdarlıqdan özgə yolunu hələ də bilmirəm. Mən elimiz adından həmişə borclu qaldığımız o kişiyə – İsmayıl əmiyə rəhmət diləməyi, övladlarına xoşbəxtlik arzulamağı öhdəmə götürərək deyirəm: “Yerin behişt, övladların sağ olsun, İsmayıl əmi”. Mən təmən-nasız bir adamam, heç kəsə maddiyyat ucbatından yarınma-dığımı mənim dostlarım yaxşı bilirlər. Heç qardaşım, övladım olsa belə onu yalançı tərənnümlərlə “vəsf” edəcəyimə ümid eyməyin, gözləməyin. Cəbrayıl müəllim haqqında söy¬lə¬yə-cəklərim subyektivlikdən uzaq, həqiqətin eynən özü ola¬caqdır.
Cəbrayıl müəllim barəsində bura qədər heç nə deməmişəm, bun¬dan sonra deyəcəklərimi isə birinci, ikinci, üçüncü olaraq sıra¬layıram.
Beləliklə, birinci, Cəbrayıl müəllim mükəmməl ailə tərbi¬yəsi görüb. Bu tərbiyədə yalan yox idi, riyakarlıq yox idi, uzaq keçmişdən, türk qanından gəlmə bir saf əxlaq vardı və bu əx-laqda insana sevgidən, yurda bağlılıqdan, elə, obaya yarar-lılıqdan, dosta sədaqətdən, qürurdan, əyilməzlikdən savayı öz-gə bir şey, deyək ki, “qüsur” tapmaq müşkül bir işə çevri¬lirdi. Çox şəffaf, uzaqdan, lap uzaqdan seçilən təmizlik, arılıq-duruluq görünürdü bu ailənin ünvanında.
İkincisi, Cəbrayıl müəllim çox təmiz və qaynar, halal ana südü ilə, torpaq və tərin qarışığından bitib göyərən, sonra dənə, daha çox çörəyə dönən halal bir tikə ilə, çox da bahalı olmayan kost¬yum, yeriyəndə “cırıldamayan” çəkmə, atasının çox yerdə boğazından kəsib ayırdığı pulla, aldıqları palto ilə böyüyüb. Həmyaşıdları ilə evlərindən bir az yuxarı “Şah taxtı”nda top oynayardı, evlərindən bir az aralı quzeyin, güneyin dabanında quzuya, qoyuna gedərdi, mərövcə yığardı, axşam evinə qucağı çırpı dolu, ayağı palçıqlı qayıdardı. Hamı kimi məktəbə gələrdi, hamı kimi məktəbdən dönərdi. Amma hamı kimi oxumazdı, yaxşı oxuyardı. Müəllimləri sevərdilər onu, sinif və məktəb dostlarının qısqanclıqlarını yarada biləcək bir sevgi ilə sevərdilər onu. Səbəbini onlar – müəllimləri özləri bilərdi bu sevginin, bu qısqanclığın səbəbini biz bilməzdik. Bu sevgi ilə Güləbird orta məktəbini bitirdi, bir də eşitdik ki, Cəbrayıl Bakıda oxuyur, UNİVERSİTETDƏ. 
O illər – 70-ci illərdə birdən-birə Güləbird “İntibah” dövrü¬nə addım atırdı. Hər il birinin sorağı Universitetdən –Bakıdan, birinin sorağı Gəncənin, Naxçıvanın, Xankəndinin ali təhsil ocaq¬larından gələrdi məktəbimizi bitirənlərin.
Cəbrayıl müəllim Universitet təhsilini tamamlayıb doğma kəndinə müəllim təyin ediləndə, mən artıq bir neçə il idi ki, müəllim idim. Onunla tez isinişdik; tək mən yox, bütün məktəb kollektivi.
İxtisasını dərindən bilən və bildiklərini öyrətməyi bacaran, keçmiş müəllimləri qarşısına üzü ağ çıxan bu gənc müəllim ağayana tərpənişi, duruşu, danışığı ilə nümunə idi çoxlarına.
Cəbrayıl müəllim gəncliyindən ədəbiyyata, sənətə, şeirə maraqlı idi. Klassik ədəbiyyatımızı – Nizamini, Füzulini, Sabiri diqqətlə öyrənmişdi. Hətta ixtisas sahibləri ilə mübahisə etmək səviyyəsinə qədər yaxşı öyrənmişdi ədəbiyyatımızı. Yaxşı xatırlayıram. Mənim ara-sıra qaraladığım yazılarımı ona oxu-yanda, diqqətlə dinləyər, dəyərləndirər, məni yenə də yazmağa həvəsiləndirən sözlər deyərdi.
1988-ci illər hər yerdə, Azərbaycanın hər güşəsində bir siyasi-milli canlanma başlanmışdı. Azərbaycanın milli müstə-qillik uğrunda mübarizəsinə dəstək verən, alqışlayan, kənd səviyyəsində olsa belə mübarizə aparmağa təşəbbüs edənlərin arasında onu da görmək mənim üçün xoş idi və mən buna çox sevinirdim. Mən Cəbrayıl müəllimi başqa cür təsəvvür edə bil-mirdim. Onun azadlıq və hürriyyət duyğuları mənə çoxdan tanış idi və indi bu arzuların gerçəkləşməsi üçün şərait yetişmişdi. Mənim və milətimin 1991-ci ildən sonra gerçəklə¬şən xəyalları hamı kimi Cəbrayıl müəllimi də sevindirmişdi.
1992-ci il gəldi. Bütün ağrıları ilə gəldi. Dağıntısı, tufanı, zəlzələsi ilə gəldi. Biz kəndimizi tərk etməli olduq. Mənim bu sözləri sakit və ağrısız yazdığımı düşünməyin. Zahirən sakit olsam da, içimdəki təlatümdən bir özüm və bir də Allahım xəbərdardır.
1992-ci ilin ağır, dağıdıcı dalğaları bizləri daşlara, qayalara çırpa-çırpa bura – Bakıya atdı. Sıralarımızda o da vardı –Cəbrayıl müəllim. Anası, körpə uşaqları, qardaşları, bacısı, qohumları və eli ilə. Burada – Bakıda az görüşürdük. Bir-birimizin həyatından xəbərsiz aylarımız, illərimiz başlamışdı. Bəlkə, heç dünyanın da, bəlkə, heç Allahın da bizlərdən xəbəri yox idi. Amma zamana sinə gərə-gərə, döyüşə-döyüşə, çaba-laya¬-çabalaya yaşadıq. Əyilmədən, sinmədən, ayaqlara düş-mədən yaşamağı bacardıq və bir müddətdən sonra araya çıxıb hayqıraraq: “Ehey! İnsanlar, biz varıq, biz sağıq, biz ağrı-larımızın “işığı”nda yarada bilirik. Bizi və bizim kimilərini gör-məyə, dinləməyə məcbursunuz”.
Bu səslərin içərisində onun da səsi vardı və bəlkə, çoxla¬rı-mız¬ın səsindən daha gur, daha əzəmətli əks-səda verirdi. Bu o idi – Cəbrayıl İsmayıl oğlu.
Daha Cəbrayıl müəllimin ömrünün ən mükəmməl dövrünün hekayəsini vermək ehyitacı hiss edirəm. Bu şərti olaraq üçüncü dövrdür.
Üçüncüsü, Cəbrayıl müəllim gözəl ziyalı-müəllim-alimdir. Bu sözlərin hər birini mən ən müstəqim mənada işlətdim. Ardıcıl olaraq bir-birini tamamlayan bu ifadələrdə sinonimlik tapa bilərsiniz. Bu sözlərin hər birini onun adının sonuna, ya əvvəlinə artıra bilərsiniz, eyni dərəcədə təyin etmək gücü olacaqdır bu sözlərin.
Mənim həmişə yazılarımın özəyi hesab etdiyim mövzu¬lardan birincisi Laçın torpağı, xüsusən mənim kəndim Gülə¬birddir. Təəccüblü nə var ki? Bu mənim özəl haqqım, ən əvvəl ödəməli olduğum borcumdur. Çox xoşdur ki, mənim kəndim onun da kəndidir. Ona görə də onun haqqında danışanda, “Güləbird mövzusu”na sıra ayırmalı oluram.
Bizim kəndimiz Yer kürəsinin ən gözəl kəndi idi və bəlkə, Hz. Məhəmmədə (s.ə.s) nazil olan Quranda cənnət deyilən yer Gü¬lə¬birdin surətində ümumiləşdirilmişdi. Torpağının altı-üstü qızıl olan bu diyarın adamları uşaqları, böyükləri, evlisi, subayı, ağıllısı, “dəli”si o qədər o yurda bağlı idilər ki, onlar¬dan uzaq olan bu dünyanın nəyi var idisə, elə orada tapmışdılar onu. Amma mənim elim o yurdunu itirdi. Göz işığını, ürək sevgisini, Məcnun Leylisini, Kərəm Əslisini, Aşıq Yaxşısını itirən kimi itirdi. O yurda tökülən qanlarımızın, çəkdiyimiz ah¬larımızın, qarğış-nifrinlərimizin faydası olmadı. İtirdik kəndi¬mizi. Bilmirəm, “təəssüf” sözü mənim ağrı-acımı nə qədər gö¬türə bilir, amma başqa hər hansı sözü bu sözə qarşılıq tapa bil¬mədim. Övladlarının o torpağa bağlılığını mən təsadü¬fən işlətmədim. Bu sevgi nə qədər istedadların: alimin, şairin, memarın, mühəndisin, musiqiçinin arzularını qabaqla¬mışdı, ona üstün gəlmişdi. Nə qədər xoş olmasa da, nə qədər qəribə görünsə də, bizlər: taleyinə “köçkünlük” möhürü vurul¬muş, sinəsinə “qaçqınlıq” yarlığı yapışdırılmış, yuxusu ərşə dolanan, gözlərində Vətən nisgili donmuş, ürəklərində dərd düyün¬lənmiş bizlər ağrılarımızı xəfiflətmək üçün qələmimizi, kağızı¬mızı, sözümüzü ağrıkəsici həblər yerinə zəruri bildik, “başımızı qatdıq”, amma faydalılıq dərəcəsini unutmadan.
Mən bu dolayı yollarda Cəbrayıl müəllimin üzərinə gələcə-yimi bilirəm.
Mən Cəbrayıl müəllimin yaxşı müəllim, ziyalı olduğunu an-lat¬mışdım. Zatən, buna ehtiyac da yox idi, çünki görünən dağın bələdçisi olmaq missiyası o qədər də qəhrəmanlıq sayıl¬mır. Amma bunu deməməyimi özümə rəva görmürəm. Burada – Ba-kı¬da Cəbrayıl müəllim sıravi müəllim adına, onun natu¬rasına ya-raşan və hər birimizin yaraşdırdığı başqa bir yüksəklik adı da yaza bildi. O, alimlik dərəcəsi qazandı. İnanın, bu söz bir¬ləş-məsinin özündə bir cəlbedicilik, bir fərqlilik, minlərin içərisində görünə bilən bir ucalıq hiss edirəm və bu ucalıqda Cəb¬rayıl müəllimin siluetini görməyən özü belə mənim üçün, onu sevənlərin hər biri üçün nə qədər xoşdur.
“Qaçqınlıq”, “köçkünlük” illərinin çətin, əzablı yorucu, nəfəskəsici günlərində Cəbrayıl müəllim başqa bir yükün altına çiyinlərini verdi. Müəllimlik fəaliyyəti ilə yanaşı, elmi iş götür-dü. Yuxusuz qaldı, dincəlmədi, kitablar vərəqlədi, kitabxanalar gəz¬di, təcrübəli alim və pedaqoqlarla görüşdü və çox dəyərli bir elmi mövzusunu tamamladı. O, gözəl fizik olmaqla bərabər, həm də təcrübəli pedaqogika-metodika bilicisi olduğunu sübut etdi. 2000-ci ildə elmi şurada onu sıralarına qəbul edən alimlərin məmnunluğu hər şeyi deyirdi. Azərbaycan pedaqoji elminə dəyərli bir alim gəlmişdi: Pedaqoji elmlər namizədi Cəb¬rayıl Qəhrəmanov. Həddindən artıq təvazökarlıq göstərərək onu alimlik dərəcəsi almaq münasibətilə təbrik edənlərə: “Vallah bu alimlik bir az böyük çıxır, amma alimlik yoluna üz tutduğum üçün bəlkə də təbrik etmək olar. Düzü elmdə elə bir böyük iş görməmişəm. Bunu bəlkə də, bizim kənddə və ra¬yonda bir çox müəllim edə bilərdi, sadəcə olaraq, bu mənim qis¬mətimə düşüb”.
Mən onun söhbətlərində bir məsələyə çox diqqət edirəm. Cəb¬rayıl müəllim hər kəsin qiymətini onun “faydalılıq əmsalı ilə ölçür”. Vətəninə, millətinə, elinə, ailəsinə, işlədiyi kol¬lek¬tivə ya-rar¬lıq qiyməti ən düzgün ölçü vahididir. Çox doğru qəna¬ətdir.
Bir dəfə onun gözəl bir müqayisəsi diqqətimi cəlb etdi. Mənə dedi ki, Rövşən müəllim, hərənin daxilində insanlıq üçün, sənət üçün bir potensial, qabiliyyət var. Xoşbəxt o adam¬dır ki, öz gücünü, qabiliyyətini düzgün müəyyənləşdirib onu eli üçün, milləti üçün faydalı bir işə çevirə bilir. O, sözünə davam edərək dedi: Rövşən müəllim, yəqin xatırlayırsınız: kəndimizdə qoyun-quzu bəsləyib, ailəsini dolandıran, düşəndə elin xeyrinə-şərinə əl tutan, kömək edən ən adi bir kəndlinin bu millətə xidməti, məzmun və mənası özündən başqa kimsəyə çatmayan cild-cild “kitab” müəlliflərinin “xidmətindən” qat-qat çoxdur. Kimə gərəkdir axı bu söz yığımından ibarət düzməcələr, ütülənmiş qoşqular? Onun bu sözləri məni Ələsgərin məşhur misralarına aparıb çıxardı:
“Hər kəs hesab çəksin öz arasında”
Bu, belə deyək ki, özünütənqid idi. Yəni ona ən yaxın adamlar belə onun bu sözlərindən “quşqulana” bilərdilər. Haqqın dilə gətirilməsi qədər gözəl nə ola bilər? Cəbrayıl müəllim fizika elminin tədrisi və öyrənilməsinə aid çoxlu elmi-pedaqoji məqalə və yazıların müəllifidir. Elmi dərgilərdə, döv¬rü mətbuat orqanlarında dərc etdirdiyi yazılarda fizikanın tədrisi ilə bağlı dünya pedaqogikasının ən son uğurlarını öyrə¬nib, onu Azərbaycan məktəblərinə, fizikanı tədris edən, öyrə¬nən müəllim və tələbələrə tövsiyyə etməyi hər kəs tərəfin¬dən məmnunluqla qarşılanır.
Cəbrayıl müəllimin alimliyinin sübuta ehtiyacı yoxdur. Bununla bərabər, deməliyəm ki, o bir tədqiqatçı olmaqla yana¬şı, həm də gözəl, yüksək səviyyədə şəxsiyyət araşdırıcısıdır. Am-ma hər kəs də onun tədqiq obyekti ola bilməz. Bunu mən tam qətiyyətlə deyirəm. Yüksək titullarla bəzənmiş, dünya ça¬pında tanınan hər alimi də o hədəf kimi seçməz. Əgər həmin alim şəxsiyyət kimi tam deyilsə, tərcümeyi-halında sınıqlıq var¬sa, bu artıq Cəbrayıl müəllimlik olmayacaq.
Cəbrayıl müəllimin 2005-ci ildə çapdan buraxılmış “Abas-qulu Abaszadə” adlı monoqrafiyası kollektiv əməyin məhsulu ol¬sa da, məsuliyyətin, zəhmətin ən böyük, ən ağır tərəfinin onun çiyinlərində olduğu şübhə doğurmur. Mövzu seçərkən də Cəb-rayıl müəllim yuxarıda söylədiyim kriteriyaları: şəxsiyyət bü-tövlüyü ilə alim yüksəkliyini vəhdətə götürmüş, Azərbaycan fi-zika elminin, bu elmin tədrisi metodikasının banilərindən bi¬rinin – Abasqulu Abaszadənin həyat fəaliyyətinə ayna tutmuş¬dur.
Mən burada hörmətli akademik, kitabın ön söz müəllifi Abdulla Muxtarovun fikrini sitat gətirmək istəyirəm. Ön söz mü¬əllifi yazır: “Müəlliflər A.A.Abaszadənin bioqrafiyasını, elmi-pedaqoji irsini araşdırarkən keçmiş SSRİ məkanında, o cüm¬lədən Azərbaycanda fizika elminin, onun tədrisi metodika-sının inkişaf tarixinə dərindən nüfuz etmiş, obyektiv elmi ümu-mi¬ləşdirmələr aparmışlar. Kitabın dəyərini artıran amillər¬dən biri də A.A.Abaszdənin elmi-metodiki əsərlərindən, onun haq¬qında yazılmış məqalə və xatirələrdən, arxiv materialla¬rından sə¬mə¬rəli istifadə etmək olmuşdur”.
Mən bu monoqrafiyanın elmi-metodiki, elmi-pedaqoji dəyə-rin¬dən daha çox onun mənəvi dəyərindən bir neçə kəlmə de¬mək istəyirəm.
A.A.Abaszadə kimi alim-şəxsiyyətlərin həyat fəaliyyətinin işıq¬landırılmasına zaman ayırmaq, qələm işlətmək, zəhmət çəkməyin özü fədakarlıqdır. Çünki biz daha çox işimiz keçən, karyeramıza kömək göstərən, maddiyyata istiqamətləndirən adamlardan yazmağa, yaraşsa da, yaraşmasa da onların ün-vanlarına mübaliğələr, təşbihlər “yamamaga” meylliyik. Bu me-yillilik Cəbrayıl müəllim kimi insanlardan tamamilə uzaq¬dır.
Təqdirəlayiq bir işdir. Adı, soyadı xalqımızın şərəf tarixinə, qı¬zıl hərflərlə yazılmış, lakin az insanların tanıdığı, heç də ömür dəyərini layiqincə qiymətləndirə bilmədiyimiz, adı bir mü-ğənninin, “oyunbaz”ın adından sonra yada düşən insanlar¬dan yazmaq, onu anmaq, ruhunu şadlandırmaq, millətinin bö¬yük-lüyünü millətinə anlatmaq yalnız Cəbrayıl müəllim kimi tə¬mən-nasız, keçmişinə hörmətlə yanaşan insanların işidir.
Bu monoqrafiyanın dili sadə, anlaşıqlı, əsil elmi-bədii publi-sistik dildir. Çünki yalanın bəzənməyə ehtiyacı olur, həqiqət isə bü¬tün çılpaqlığı ilə gözəldir.
Elə buradaca A.A.Abaszadə haqqında yazılan bu kitabın işıq üzü görməsində xidməti olan sıravi mətbəə işçisindən tutmuş, hör¬mətli Z.Qaralova, A.Abaszadə cənablarına da minnətdarlı-ğımı bildirmək istəyirəm və yenə də sağollarımın ən böyük ünvanı Cəbrayıl müəllimdir. Təbii ki, mən bu kitabın elmi-peda-qoji dəyərini qiymətləndirməkdən fərqli bir mövzunun ar¬dın-dayam. Bu Cəbrayıl müəllimin şəxsiyyətinə aydınlıq gə¬tirmək yoludur.
Sırada Cəbrayıl müəllimin könül dünyasını bəzəyən duyğu-larından, onun hərdən yazıya aldığı az bir qism şeir parça¬sından, bədii düşüncə və təhlil bacarığından bir neçə cümlə yaz¬maq niyyətindəyəm və bu hissə dördüncü olacaq. Dördüncü, Cəbrayıl müəllim şairdir. (Bilirəm, bu titul onu qəzəblən¬dirəcək, amma mənim dəyərləndirməm yerində olacaqdır).
Mən bir neçə şeirin müəllifi olduğu üçün ona şair demirəm. Ümu¬miyyətlə, hər “şeir” yazan da şair deyil. Çünki bu sözün fit¬rətində nə isə qeyri-adi bir nəsnə var və bu nəsnənin İlahidən başqa bir gücdən qaynaqlandığı inandırıcı deyil. Cəbrayıl müəllimin tez-tez Ramiz Rövşənin “Şairlər bir insan növüdür” – deyiminə xoş yanaşması da göstərir ki, o da bu cür düşünür və haqlı olduğuna mən də əminəm.
Mən Cəbrayıl müəllimə şair dedim. Bu insanda o “növ”ün mü¬əyyən tərəflərini görmək üçün böyüdücü şüşəyə ehtiyacım olmamışdır. Yəni ki, bu insanın iç dünyasından, dış dünyasına yol alan duyğu, anım, baxış, deyim bütün hallarda ölçülü-biçili sə¬tir¬lərə-misralara dönməsə də, bu bir şeirdir, şeiriyyətdir, “nəzmin ən nazik”, ən incə görünüşüdür. Yerində olana sevgi, ye¬rində olmayana müxalif, sözün məna gücündə ehtiram gös¬tər-mək və nifrət etmək, yaxşıya və yamana fərqli baxış bucağı – bax şairlik elə budur, fərqli insan “tür”ü elə budur. Cəbrayıl mü-əllimə bu fərqli insan “tür”ləri sırasında belə qalmağı tə¬mən¬na edirəm. Cəbrayıl müəllim əsil tənqidçidir. Bir neçə dəfə za-rafatla “Siz ixtisasınızı səhv salmısınız, siz gərək ədəbiy¬yat¬şünas olaydınız” demişəm, gülümsəyib. Mən onun ali ixtisas sa¬hibi olduğunu yaxşı bilirəm, bununla bərabər ədəbi əsərləri təh¬lil etmək bacarığı məni heyran etmişdir. Sözə qiymət ver¬mək, həqiqəti söyləmək hər insanın işi deyil. Cəbrayıl müəllimi bu sa-hənin – şe¬irin və sənətin gözəl bilicilərindən hesab edi¬rəm.
Nəhayət, Cəbrayıl müəllim haqqında dediklərimi (təbii ki, az dedim) ümumiləşdirirəm. Mən bu yazıda Cəbrayıl müəllimi tə-rif¬ləmədim. Sadəcə, sözün terminoloji anlamında tərifini ver¬dim və bu “tərif” də qənaətlərimi cəmləyərkən zərrə qədər mü-baliğədən, rənglərin ifrat tündlüyündən və qatılığından istifadə et¬mədim. Öz aləmimdə onu “sökdüm”, ayrı-ayrı ömür-gün “hissə”¬lərinə ayırdım, insani “detal”larına ağlımla əl gəzdirdim və təəc¬cüb, çaşqınlıq keçirmədim. Onun 50 il bundan öncəki saf, kir¬lən¬məmiş, atadan, anadan gəlmə, yurdundan, torpağın¬dan, elindən-obasından rişələnən, ətə-qana və bir az da yaşa dol¬muş ömründə “vaxtını keçirmiş”, “aşınmış”, “yeyilmiş”, “pas tutmuş”, “sınmış” bircə iynənin ucu boyda “detal” tapa bil-mədim. Ax, bu ürək olmasaydı?!!
Amma Cəbrayıl müəllimdə bu ürək vardı. Həm də onun yum¬ruğu boyda yox, bir az iri və bəlkə, çox iri. Bu ürəkdə bir az iri, çox iri nisgil gördüm, ağrı, acı gördüm. Daşlaşmamış, bərkiməmiş, hələ öz kövrəkliyini, yumşaqlığını saxlamış bu ürəkdə Laçın ağrısı, Güləbird yoxluğu, yurd-vətən iniltisi, əzizlərinin sevgisindən axan və o ürəyi ağuşuna almış göz yaş-ları gördüm. Bax, əsil ürək gördüm. Belə ürək yiyəsinin – Cəbrayıl müəllimin sıxıntılarına son qoya biləcək bir gücə eh-tiyacımız olduğunu gizlətmək istəmirəm. 
Cəbrayıl müəllimin əlli illik ömrünə Ulu Tanrıdan ağrısız-acısız bir əlli il də mən dinləyirəm. Doğuluşundan əllisinə gəldiyin və bəzən düz, bəzən daşlı-kəsəkli bu yollarda itir-diklərinə acıyan, qazancına sevinən dostlarınla, əzizlərinlə daha uzun ömür yolunda yeni uğurlara doğru, Cəbrayıl müəllim!

Rövşən Atakişioğlu
                                                                          Şair-publisist
                             “Düşüncələr işığında” kitabı, 2008-ci il.
 






















Ulu yurdum – Güləbirdim
C. Qəhrəmanovun işğalda olan Güləbird kəndinin tarixi və taleyinə həsr edilmiş “Ömür bitər, yol bitməz” kitabı haqqında düşüncələr 

Kəndimizin, Laçınımızın, Azərbaycanımızın dəyərli ziyalısı, pedaqogika üzrə fəlsəfə doktoru Cəbrayıl Qəhrəmanovun 2013-cü ildə işıq üzü görmüş “Ömür bitər, yol bitməz” kitabı¬nın səhifələrini vərəqlədikcə çox kövrəldim. 520 səhifədən çox olan bu kitabda əks olunan hadisələr, verilmiş fotoşəkillər məni Bakıdan alıb Laçınlı, Güləbirdli günlərə apardı... Gözümün önündən, xəyallarımın yollarından gəlib keçən əmilərimizi, dayılarımızı, ata və analarımızı, nənə və babalarımızı, qohum və qonşularımızı, tay-tuşlarımızı gördük¬cə ürəyimin döyün¬tüsündə sürət dəyişdi. Nəbzim sakitliyini itirdi, bədənim uyuşub-açıldı. Kəndimdə dünyasını dəyişən, cismi Vətən torpağına qarışmış, ruhu başımızın üstündə gileyli-gileyli dola¬nan kişilərimizin, kişi qeyrətli qadınlarımızın sayını-hesabını itir¬dim və birdən mənə elə gəldi ki, elə haqqı-sayını da itir¬mişəm. Amma Cəbrayıl müəllim bu haqqı-sayı unutmadı, itir¬mədi. Hətta ürəyimdə bu vətənpərvər eloğluma az da olsa hə¬səd apardım. Ondakı gücə, fədakarlığa, səbir və dözümə heyrət et¬dim. Cəbrayıl müəllimin öz kəndi haqqında gördüyü bu işi, bu zəhməti heç birimiz bacarmazdıq ki? Amma hamıdan əvvəl o bacardı! Bunun üçün Cəbrayıl müəllimə öz adımdan, ailəm, qo¬humlarım və dostlarım adından minnətdarlıq edirəm, “sağ ol”-deyirəm.
Cəbrayıl müəllimin, həmçinin mənim də doğulub boya-başa çatdığımız Güləbird kəndi bütün coğrafi, mədəni və mənəvi öl-çüləri ilə fərqli bir Azərbaycan məkanı idi və həm də tipik bir Azər¬baycan kəndi idi. Bu fərqlilik və oxşarlıq necə yaranmışdı, ne¬cə ərsəyə gəlmişdi? Bunu izah etmək çox çətindir.
Güləbird kəndinin adı çəkiləndə çoxlarının yadına Sarı Aşıq gə¬lir, onun sevgilisi Yaxşı gəlir. Mən buna sevinsəm də, bir az fərq¬li mövqeyim var. Sənət dağda, daşda, çöl-biyabanda yaran-mır. Sənət cəmiyyətdə yaranır. Biz bu “cəmiyyət” dediyimiz anlayışa kiçildilmiş şəkildə “el” deyirik. Demək istədiyim budur ki, Sarı Aşığı el yetişdirib – Güləbird yetişdirib. Çox təəssüf ki, biz Güləbirdin qədim tarixi haqqında ya az bilirik, ya da heç nə bilmirik. Amma bu gün nə qədər gec olsa da, biz Güləbirdin çox az öyrənilmiş tarixini öyrənməyə başlamışıq. Bu istiqamətdə görülən işlər sırasında ən dəyərli iş isə Cəbrayıl müəllimin “Ömür bitər, yol bitməz” kitabıdır.
Mən bu kitabdan söz düşəndə onu “Güləbirdin ensiklope-diyası” adlandırdım. Güləbirdin ən azı 150 illik tarixini, insan-larını, o insanların tərcümeyi-halını, torpağa, yurda bağlılığını, o torpaq uğrunda qəhrəmanlığını, fədakarlığını təcəssüm etdirmək şərəfi Cəbrayıl müəllimin ünvanına yazılacaq. Və doğru olaraq yazılacaq. Güləbird böyük eldir. Bölgənin – Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa, o biri tərəf¬dən ermə¬ni¬lərin sahib çıxdığı Gorus, Sisyan, Qafan tərəflərdə də tanınan bir eldir. Belə bir elin bütün nəsillərini ayrı-ayrılıqda təhlil edən, siyahıya alan, keçmişlə bu gün arasında mənəvi bağları tam aydınlığı ilə üzə çıxaran Cəbrayıl müəllim içərisin¬dən çıxdığı cəmiyyəti təhlil etmiş, bəzi qaranlıq məqamlara işıq tut¬muşdur. Bu gün köçkünlük, qəriblik həyatı yaşayan elinin Laçından – Güləbirddən uzaqda həyatın hər sahəsində uğur¬larının göydən düşmədiyini, yerdən çıxmadığını çox aydın, açıq dillə izah etmişdir. Bugünkü nəsillərin keçmiş üzərində, mə¬nəvi dayaqlara, mənəvi irsə söykənərək, dünəndən gələn qoçaqlıq, alicənablıq, cəsarət kimi gələnək və görənək¬lərdən qidalandığını bir daha yada salmışdır. Gənclərimizin addımla¬dığı bu yollarda sapmalara, büdrəmələrə, yol verməmək üçün keç¬mişi öyrənməyə, ata-babalarının qurub-yaratdığı mənəvi tə¬məl¬lərə söykənməyə çağırış bu kitabın əsas qayəsidir.
Cəbrayıl müəllim sistemli şəklidə Güləbird kəndinin bizə bəlli olan və bəlli olmayan tarixini, bu tarixi yaradan ulula¬rı-mızın kimliyini özünəməxsus tərzdə təsvir etmişdir. Kəndi¬mizin insanlarının əməyi, zəhməti, bacarığı ilə yaradılan bir elin daxili aləmini həm ümumiləşdirmiş, həm də hər birinin fərdi keyfiyyətlərini üzə çıxarmışdır. Sadə, lakin daxilən zən¬gin, əkib-biçməkdən, qurub-yaratmaqdan doymayan, qonaqlı-qaralı, açıq süfrəli dədə-babalarımızın və nənələrimizin obrazı o qədər canlı, ürəyəyatımlı, təbii verilmişdir ki, hər kəs- o kən¬din hər bir nəfəri keçmişi ilə öyünə bilir.
Güləbird kəndi coğrafi məkan kimi Ermənistanla həmsərhəd bölgədə yerləşdiyindən təkcə iyirminci yüz ildə bu kənd üç dəfə erməni təcavüzünə məruz qalmışdır. 1905-1907, 1918-1920, 1988-1993-cü illərdə. Bu tarixlərdə Güləbird eli ermə-nilərlə qarşı-qarşıya gəlmiş, 1905-1907, 1918-1920-ci illərdə ye-nilməmiş, məğlub edilməmişdir. Təəssüf ki, 1988-1993-cü il Ermənistan və Azərbaycan müharibəsində güclü dirənişdən, döyüşdən, müdafiədən sonra kəndimiz işğal edildi. Elimiz dağıldı. Kəndimiz igid oğullarını şəhid verdi, 12 balamız vətən yolunda canından keçdi.
Cəbrayıl müəllimin kitabını Güləbird şəhidlərinin xatirəsinə həsr edilmiş bir “simfoniya” da adlandırmaq olar. Güləbird şə-hid¬lərinin hər birinin həyatı, döyüş yolu və qəhrəmanlığı haq-qında mükəmməl oçerk, sənədli hekayələri ilə onların yarımçıq ömürlərini əbədiləşdirmişdir. Ümumiyyətlə, Güləbirdin-Laçı¬nın müdafiəsində birbaşa və dolayısı ilə iştirak edən hər kəsin fəaliyyətinə aydınlıq gətirmişdir. Cəbrayıl müəllimin təhlilləri bir müharibə jurnaslistikasını xatırladır. Faktlara istinad, xatirə-lərin obyektivliyi hər yazıda göz önündədir.
“Ömür bitər, yol bitməz” kitabının təhlilini vermək adi bir qə¬zet məqaləsinə sığışmaz. Bizə düşən odur ki, bu yazı ilə Güləbird kəndinin bugünkü sakinləri adından Cəbrayıl müəl-limə zəhmətindən, əziyyətindən, Vətən sevgisindən yana min-nət¬darlığımızı ifadə edək və deyək:
– Sağ olun, var olun, Cəbrayıl müəllim! Kəndiniz, eliniz Sizi gö¬zəl müəllim, pedaqoq-alim, bacarıqlı publisist və bəzən incə duyğuları ifadə etməyi bacaran şair təbli insan, səmimi, əxlaqlı, istiqanlı bir eloğlu kimi yaxşı tanıyırdı. Bu yeni kitabınızla- “Ömür bitər, yol bitməz” kitabı ilə ellilərinin qəlbində əbədi taxtınızı qurdunuz, yaratdınız. Bu gün sizi tanıyan nəsil və bun-dan sonrakı yüz illər boyunca yaşayacaq, gələcək nəsillərimiz heç vaxt Sizi unutmayacaq! Ən azı, ata-babasını, bacı-qarda¬şını, qonşusunu, elini xatırlamaq istəyən hər bir Güləbirdli bu kita¬bı vərəqlədikcə Sizi yada salacaq, xatırlayacaq. Zənnimcə, yax¬şı xatırlanmaq, yadda qalmaq, Allahın rəhmətini qazan¬maq¬dan öndə heç nə yoxdur və olmayacaq! Sizə bu yolda yeni-yeni ya-ra¬dıcılıq uğurları arzulayıram.

                                                                                          Rövşən Atakişioğlu
                                                               şair-publisist  
                       “Azad Azərbaycan” qəzeti, 25 iyun 2015-ci il



















Ensiklopedik dəyərli kitab

     Cəbrayıl Qəhrəmanovun “Ömür bitər,
yol bitməz” kitabı haqqında

Həyatda elə insanlar var ki, onlar ilk görüşdəcə, ilk ünsiy-yətdəcə müsahibinin ürəyinə yatır, onun mənəvi dünyasına yol açır. Adama elə gəlir ki, indicə tanış olduğun, yenicə ünsiyyət qur¬¬duğun bu insanı sanki uzun illər öncə tanımısan. Düşün¬ürsən ki, elə bil illərlə tanıdığın, ancaq üzünü illər boyu görə bil-mədiyin bir insanla təkrar görüşürsən və ya illər uzunu ax¬tar-dığın bir insanı, dostu elə indicə tapmısan. Pedaqogika üzrə fəl-səfə doktoru Cəbrayıl Qəhrəmanov da məhz belə ünsiyyət¬cil, nadir insanlardandır. O, elə ilk tanış¬lıqdan mənim üçün doğ¬ma bir adama çevrildi, nəcib, insani xüsusiyyətləri, isti¬qan¬lığı, mehribanlığı ilə məni özünə çəkdi… Xüsusən öyrənəndə ki, Cəbrayıl müəllim Laçın bölgəsindəndir, Qarabağdandır, on¬da Cəbrayıl müəllimdəki Qarabağ istiliyi, Qarabağ doğmalığı onu qəlbimə daha da yaxın etdi. 
Artıq xeyli müddətdir ki tanıdığım, dostum Cəbrayıl Qəhrə-manovu bu müddət ərzində gözəl insan, dəyərli alim və ba-carıqlı təşkilatçı kimi tanımışam. Sonralar zaman-zaman bu in-san¬la daha mənən yaxınlaşıb, ünsiyyət qurub doğmalaşsaq da, mən onun publisistik fəaliyyətindən 2008-ci ilə kimi xəbərsiz qal¬dım. 2008-ci ildə da Cəbrayıl Qəhrəmanovun “Düşüncələr işığında” adlı kitabı (Bakı, Elm, 2008) çapdan çıxanda mən onun daha bir cəhətinin-yaradıcı bir insan olduğunun şahidi ol-dum. Bu kitab o qədər uğurlu alınmışdı ki, bundan sonra da Cəb¬rayıl müəllimin daha dəyərli, daha sanballı kitablar yazacağı, müxtəlif forma və janrlarda yazıb-yaradacağı məndə heç bir şübhə doğurmadı. Çünki onunla hər söhbətimizdə gö¬rür-düm ki, Cəbrayıl müəllim işğal altında olan vətən, yurd yan¬ğı-sına düşüb göz görə-görə yanan, torpağının, xalqının, mil¬lətinin, muhitinin, rayonunun, kəndinin qayğıları ilə qov¬rula-qov¬rula yaşayan bir incə könül, bir kövrək qəlb sahibi, əsl söz adamıdır. O, qəlbinin, könlünün duyğularını, müşahidələrini də¬yərli sözlərə çevirən, fikir və düşüncələrini, yaşantılarını ifa¬də etməyə, onu doğmalarına, yaxın ətrafına təqdim etməyə ça¬lı¬şan, sözlə qurur duyan, onu uca tutan bir qələm əhlidir. Və elə be¬lə də oldu... 
Bu bir aydın həqiqətdir ki, hər bir insanın öz daxili aləmi, əsrarəngiz bir dünyası var. İllah da ki bu adam söz adamı, yara-dıcı bir adam ola. Bu söz dünyası isə nəhayətsiz olur, heç bir coğ¬rafi ərazi, heç bir sərhəd dirəkləri, tikanlı məftillər tanımır, özü¬nün hüdudsuzluğu ilə fərqlənir. Başqa sözlə, onun bu mə¬nə-vi dünyasında- söz-sənət dünyasında adları çəkilən məfhumlar gə¬rək¬sizdir, heç nəyə yaramır. Çünki bu dünya ruhun ehtivа et-di¬yi mənəvi bir dünyadır, insan mənəviyyatının ərаzisidir və nə-hayət, sözün ərаzisidir. Belə bir sərhədsiz dünyanın, bu cür söz mülkünün şəriksiz sahibi isə, heç şübhəsiz ki, buna istedаdı və hökmü çаtаn şаirdir, yаzıçıdır, publisistdir, söz adamıdır. 
Cəbrayıl Qəhrəmanov da öz istedаdı müqabilində “özünə-məx¬sus söz mülkü” , “söz dünyası” yаrаtmаğа çаlışаn, getdikcə bu mül¬kün “bar-bəhərini”, “ərazisini” artıran sanballı qələm sa-hib¬lərindəndir. Onun “Düşüncələr işığında” adlı kitabı, eləcə də onun müxtəlif mətbu orqanlarda nəşr edilən digər yazıları ba-rəsində Cəbrayıl müəllimlə çoxsaylı söhbətlə¬rimiz oldu, fikir mübadiləsi etdik, onun yazılarını çox bəyən¬diyimi qeyd etdim. Tə¬vazökarcasına gülümsəyib: “Nə bilim, düşündüklərimi yaz-mağa çalışıram”-dedi. Bundan bir neçə il sonra - 2013-cü ildə Cəbrayıl Qəhrəmanovun “Ömür bitər, yol bitməz” adlı sanballı daha bir kitabı (Bakı, Elm və təhsil, 2013) işıq üzü gördü.
Məşhur hind yazıçı və şairi, Nobel mükafatı laureatı Rabin-dranat Taqorun kitablar haqqında maraqlı bir fikri var. O yazır ki, kitablar da insanlara bənzyir: onlar da insanlar kimi müəyyən missiya daşıyırlar. R.Taqorun fikrincə, bir qrup ki¬tablar əxlaqi-didaktik fikirlər təbliğ edir, ibratamiz bir missiya daşıyır, digər qisim kitablar insanlara qəhrəmanlıq, igidlik hissləri aşılayır, bir qrup kitablar ata-anaya, Vətənə məhəbbət, düşmənə nifrət missiyası, digərləri isə adət-ənənələrimizə, folk¬lo¬rumuza, tariximizə hörmət missiyası daşıyırlar. Bu ya¬xınlarda çapdan çıxmış pedaqogika üzrə fəlsəfə doktoru Cəbrayıl Qəhrəmanovun “Ömür bitər, yol bitməz” kitabı fikrimizcə, Taqorun adını çəkdiyi bütün missiyaları özündə ehtiva edən bir kitabdır. Çünki bu kitabda ata-anaya, Vətənə məhəbbət, düşmənə nifrət hissləri də var, igidlik, qəhrəmanlıq, vətənpərvərlik hissləri də, adət-ənənələ¬rimizə, folklorumuza, tariximizə hörmət hissləri də var. 
Mən bu kitabı başdan-ayağa diqqətlə və həm də çox həzin, kövrək bir hisslərlə oxumuşam. Əvvəla, ən azından ona görə ki, mən özüm də əslən Qarabağdan-Laçına-Güləbirdə yaxın bir bölgədən-Tərtər bölgəsindənəm. Digər tərəfdən, I Qarabağ mü-hari¬bəsinin canlı şahidi, bəzi məqamlarda isə silah çatışma¬dı¬ğın¬-dan əlinə “Tir” tüfəngi alıb səngərdə Tərtərin Ağdərə rayonu ilə sərhəddini erməni kəşfiyyatçılarından qoruyan, mü¬ha¬ribənin ağrı-acısının nə demək olduğunu bilən bir in¬sanam... Kitabı oxuyub qurtarandan sonra isə mənə elə gəlib ki, mən Azərbaycanın bu gözəl, füsunkar guşəsində-Laçının Güləbird kəndində dəfələrlə olmuşam və kəndin də əksər adamlarını da tanıyıram. Çünki kitabda Cəbrayıl Qəhrə¬manov kəndin cöğrafi mövqeyini, sosial mənzərəsini, tarixini, adət-ənənələrini, folklorunu, etnoqrafiyasını, kəndin məşhur nə¬sil¬lərinin şəcərə-sini və nəhayət, kənd adamlarının yağı düş¬mənlərimiz olan ermənilərə qarşı apardıqları mübarizəni elə ustalıqla, elə sənətkarlıqla təsvir etmişdi ki, sözün əsl məna¬sında mən özümü bu kəndə dəfələrlə olmuş kimi hiss etdim. Halbuki, tale elə gətirib ki mən Azərbaycanın əksər bölgələ¬rində olsam da, nəinki Güləbird kəndində, hətta Laçında belə ola bilməmişdim. Amma indinin özündə də mənə elə gəlir ki, mən Güləbird kəndində olmuşam. Özü də bir dəfə yox, bir neçə dəfə... 
C. Qəhrəmanovun “Ömür bitər, yol bitməz” kitabını məhz bu xüsusiyyətlərinə görə-yəni zəngin bilgilər verən məziyyət-lərinə görə, fikrimizcə, “Güləbird kəndinin ensiklopediyası” da adlandırmaq olardı. Çünki buradakı hadisələr müəllifin real təsvirində və təhkiyəsində o qədər canlı, o qədər təbii alınmışdı ki, kitabı oxuduqca bəzi məqamlarda mən Cəbrayıl Qəhrəma-novu folklorçu, bəzi məqamlarda tarixçi, bəzi məqamlarda etnoqraf, əksər məqamlarda isə Vətənini, Laçınını, döğma Güləbird kəndini ürəkdən sevən, onun itkisini hələ də heç bir vəchlə qəbul etməyən əsl vətəndaş kimi hiss edirdim. Bu kitab-ın böyük bir hissəsinin yazılması, adının seçilməsi, dizaynı, kompüterdə yığılması mənim gözlərim qarşısında baş verib. Bəzi məqamlarda mən Cəbrayıl müəllimin hansı kövrək hisslər keçirdiyini, əhval-ruhiyyəsinin tamam dəyişdiyinin, rənginin tamamilə ağardığının və qəhərləndiyinin canlı şahidi olmuşam. Cəbrayıl müəllim bu kitaba məcazi mənada “ürəyinin yağını verib”, “canını qoyub”, orada təsvir etdiklərini sözün birbaşa mənasında yana-yana yaşayıb və yaradıb... Cəbrayıl müəllimin simasında bu kövrək, nisgilli, insani məqamları görəndə istər-istəməz fransız yazıçısı O.Balzakla bağlı bir əhvalat yadıma düşüb. 
Deyirlər, böyük fransız yazıçısı O.Balzak “Qorio ata” roma-nını yazanda tez-tez kövrələr, həyəcan keçirər,hətta gizlincə ağlayarmış.O, saatlarla yazı masasının arxasından qalxmaz, günün böyük bir hissəsini romanı yazmağa sərf edər, yanına heç kəsi buraxmazmış. Onun yanına ancaq O.Balzakın özünün müəyyən etdiyi vaxtlarda həyat yoldaşı daxil olar, ona kofe gətirərmiş. Romanın sonuna yaxın bir dəfə həyat yoldaşı əlində kofe onun otağına daxil olanda o, Balzakı huşsuz, halsız, rəngi tamam ağarmış, yarımcan halda, yerə sərilmiş vəziyyətdə görür. Həyat yoldaşı tez hay-küy salır, həkim çağırır. Balzakı güc-bəla ilə, müxtəlif dava-dərmanlarla özünə gətirirlər və ondan niyə belə hala düşdüyünü, ona nə olduğunu soruşurlar. Özünə gələn O.Balzak kövrələ-kövrələ: “Qorio ata öldü, Qorio ata öldü”- deyə ağlamağa başlayır. Onun yanına toplaşanlar Balzakdan bu sözləri eşidəndə çox mütəəsir olurlar. Axı, dahi yazıçı özünün yazdığı əsərin qəhrəmanlarını təkcə yaratmırmış, həm də onlarla yaşayıb, onların düşdüyü bütün vəziyyətlərdə olmağa çalışırmış... 
Cəbrayıl müəllim də “Ömür bitər, yol bitməz” kitabını ya-zan¬da buna bənzər hisslər keçirdiyinin canlı şahidiyəm. Hiss edir¬dim ki, o, Laçınlı, Güləbirdli günlərdən bəhs edəndə, doğma yurd uğrunda aparılan döyüşlərdən, Güləbird şəhidlə-rindən yazanda hansı hisslər keçirir. Duyurdum ki, Cəbrayıl müəllim də bəhs etdiyi insanlarla müəyyən məqamlarda xəyalən görüşüb yaşayır, onlarla birlikdə deyib-gülür, döyüş¬lərdə iştirak edir və ən nəhayət, onların ağrı-acılarını, əzablarını da sanki onlarla birlikdə çəkirdi... 
Təxminən, 300 illik bir zaman kəsimində baş verən əhva-latları, faciəli və qanlı tarixi hadisələri bütün təzadları ilə qələ¬mə almaq, ona bu günün tələblərindən qiymət vermək, baş ve¬rən müxtəlif tarixi olayları alim-tədqiqatçı təxəyyülündə təhlil edib nəticələr çıxarmaq, onları obyektiv şəkildə dəyərləndir¬mək və bu hadisələri olduğu kimi təsvir etmək, əlbəttə ki, çox çətindir. Ancaq qətiyyətlə demək olar ki, Cəbrayıl Qəhrəmanov 524 səhifəlik bir kitabında - “Ömür bitər, yol bitməz” kitabında bütün bunların öhdəsindən layiqincə gələ bilmiş, müxtəlif dövrlərdə baş verən hadisələrə bu günün prizmasından ob¬yektiv şəkildə baxa bilmişdir. Nəticədə isə müəllif təsirli səhnələrlə, yaddaqalan təhlil və nəticələrlə, obyektiv, dəqiq ümumiləşdirmələrlə zəngin olan dəyərli bir əsər ortaya qoya bilmişdir. Kitabın dili oxunaqlı, oradakı istinadlar, verilmiş fotoşəkillər, dövrü mətbuat materialları kifayət qədər çox olub, görülən işin həcmini, geniş əhatə dairəsini, əsas tədqiqat obyektlərini təsəvvür etməkdə oxucularda ətraflı təəssürat yarada bilir. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, C. Qəhrəmanovun “Ömür bitər, yol bitməz” kitabı son illər bu mövzuda yazılan əsərlər içərisində ən öncül sırada, özünəməxsus bir yer tutur və oxucular tərəfindən böyük ma-raqla qarşılanır.
İnanırıq ki, istedadlı qələm sahibi, zəngin yaradıcı təxəy¬yülə, geniş intellektual səviyyəyə malik olan Cəbrayıl Qəhrə¬manov bundan sonra da tərbiyəvi əhəmiyyəti və bədii dəyəri yük¬sək, eləcə də cəmiyyəti narahat edən problem məsələlərlə zəngin olan yeni-yeni publisistik-sənədli yazıları ilə oxucular¬ı¬nın və geniş ictimaiyyətin görüşünə gələcək, onların bədii zöv¬qü¬nü hər zaman olduğu kimi oxşaya biləcəkdir.

Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru,dosent
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi.
“Ədalət” qəzeti, 28 iyun 2013-cü il




















Sözlərdən görünən dünya

      Pedaqogika üzrə fəlsəfə doktoru, gözəl insan, əsl ziyalı, əvəzsiz dost, yazıçı-publisist Cəbrayıl Qəhrəmanovu on ilə yaxındır ki, tanıyıram. Elə ilk tanışlıqdan mənim üçün doğma bir insana çevrilən Cəbrayıl müəllimin iş prosesində, müəyyən tədbir və yığıncaqlarda müşahidə etdiyim son dərəcə təvazökarlığı, səmimiliyi, xeyirxahlığı, nəcib insani keyfiy¬yətləri bizi daha da yaxınlaşdırdı. O, milli-mənəvi, əxlaqi-bə¬şə¬ri dəyərləri: təmiz vicdan, Vətən, xalq, millət üçün məsuliyyət hissini, daxilən azad olmaq, həqiqətpərəstlik və haqq-ədalət hisslərini, heysiyyət və ləyaqət bütövlüyünü za¬ma¬nın ən mü¬rək-kəb situasiyalarında qoruyub saxlaya bilən nadir ziya¬lı¬la¬rı¬mız-dandır. Dahi A.Eynşteyn yazırdı ki, insanları öy¬rət¬məyin ye-ganə ağıllı üsulu onlara yaxşı nümunə göstər¬məkdir. Bu mənada Cəbrayıl müəllimin şəxsində Azərbaycan reallığında belə bir örnək missiyası son dərəcə ibrətamizdir. Çünki Cəb¬rayıl müəllim öz fəaliyyəti ilə cəmiyyətə, özünü ziyalı hesab edən bir sıra şəxslərə alicənablıq, insanlıq, sadəlik, mədəniyyət, əxlaq və davranış nümunəsi göstərməyi bacarır. Mə¬nim fikrim¬cə, cəmiyyətin mənəvi balansının qorunması, milli-mənəvi dəyərlər və prinsiplər əsasında insanların davranış qaydalarının kütləvi olaraq normativləşdirilməsi üçün belə şəxs¬lərin var¬lığına yaşadığımız cəmiyyətdə böyük ehtiyac vardır.
        Onu tanıyanların, onunla az-çox ünsiyyətdə olanların hamısı, şübhəsiz, bununla razılaşar ki, bütün bu sadalanan müsbət keyfiyyətlər Cəbrayıl müəllimi xarakterizə edən başlıca cəhətlərdir. Lakin bütün bunlardan başqa onda daha bir «nə isə» var ki, bu da onu digərlərindən fərqləndirən, əksər ziyalı-larda olmayan  əsas xüsusiyyətdir. Məncə, bu xüsusiyyət-Cəbrayıl müəllimin özündə olan insani xüsusiyyətləri qabart-mamaq, onları gözə soxmamaq, bununla da başqalarına mənə¬vi-psixoloji təsir göstərməmək xüsusiyyətidir. Bütün bu əxlaqi keyfiyyətlər isə onun şəxsiyyət bütövlüyünü müəy¬yənləşdirən mahiyyət statuslu  xarakterinin zahiri təzahürləri, tez nəzərə çarpan görüntüləridir. Məşhur fransız dilçisi Qustav Qiyom idrak nəzəriyyəsinin fundamental prinsipi statusuna layiq ola biləcək belə bir maraqlı fikir irəli sürmüşdür: «Elm belə bir intuitiv dərketməyə əsaslanır ki, görünən dünyanı daim özündə təcəssüm etdirib, lakin qətiyyən bənzəmədiyi gizli şeylərdən «danışır». Dilçi alimin yanaşmasına görə, idraki fəaliyyətin əsas stimulyatoru məhz həmin təzahürlərin dili ilə «danışan» və danışa-danışa idrak sahiblərini gizli dünyanın daha mübhəm sirlərinə doğru səsləyən «nə isə»lərdir. Cəbrayıl müəllim, onun əsl ziyalılığı haqqında  düşünərkən Qustaf Qiyomun həmin fikrini bir daha xatırlamalı oldum. Çünki Cəbrayıl Qəhrəmanov şəxsiyyəti gerçəkliyin, real aləmin öz strukturunda olduğu  kimi, zahiri sadəliyinin arxasında dərin mənəvi zənginlik, idraki mürəkkəblik də gizlədir. Bu sadəlik, eyni zamanda mürəkkəblik, ümumiyyətlə, bu ziyalılıq isə Cəbrayıl müəllimin daxili «Mən»ində sadə, eyni zamanda mükəmməl mənəvi-əxlaqi və mürəkkəb idraki-fəlsəfi əsaslara, əxlaq kredolarına əsaslanır.
C.Qəhrəmanov sabit daxili ruhi-mənəvi harmoniyaya malik olan bir insandır. Ən mürəkkəb situasiyalarda, şəxsən öz mənafeyi əleyhinə yönələn ziddiyyətli vəziyyətlərin yarandığı məqamlarda belə, onun  bu daxili ruhi-mənəvi harmo¬niya¬sı  po-zulmur. Görkəmli rus ədəbiyyatşünası, akademik Dimitri Lixaçov deyirdi ki, heç kəs özünü yalandan ziyalı göstərə bilməz - buna onun gücü çatmaz. Sən nə qədər öz şəxsi məna-feyindən güzəştə gedə bilirsənsə, bir o qədər ziyalısan. Cəbrayıl müəllimin əsl ziyalı kimi şəxsində nəinki şəxsi mənafedən keçən güzəştin sərhəddini, heç şəxsi mənafeyin özünü  belə  təsəvvür etmək, duymaq olmur. Onunla dostluq etdiyim on ilə yaxın bir müddətdə Cəbrayıl müəllimin öz mara¬ğını ictimai maraqdan üstün tutmasını, yaxud şəxsi maraqlarını pərdələnmiş şəkildə təqdim etməsinin heç vaxt şahidi olma¬mışam. Məncə, bunun əsas səbəblərindən biri, bəl¬kə də, başlı¬cası Cəbrayıl Qəhrəmanovun Şərq və Qərb əxlaq kodeksini, onun komponentlərini dərindən bilməsi və davranış¬larında on¬lara son dərəcə dəqiqliklə əməl etməsidir… 
Cəbrayıl müəllimin idraki düşüncə tərzinə ilk baxışdan sezilməyən, lakin sonradan,tədricən, müəyyənləşən dərinlik və genişlik xasdır. İşlərinin kifayət qədər çox olmasına baxma-yaraq, Cəbrayıl müəllim iş prosesində ara-sıra yaranan ən  kiçik fürsəti belə kitab oxumağa, düçündüklərini kağıza köçürməyə həsr edir. Onun dünya elminin, xüsusilə fizika, pedaqogika, fəlsəfə və ədəbiyyatın ən müasir inkişaf tendensi¬yaları ilə bağlı zəngin informasiyaları, həmin informasiyaları aydın şəkildə sistemləşdirən səlis məntiqi var. C.Qəhrəmanov istənilən elmi-fəlsəfi, ədəbi-publisist məsələlərdə bəhs edilən problemin birbaşa mahiyyətinə varmaq, onu dəqiqliklə an¬lamaq qabiliyyətinə malikdir. Belə məsələlərdə Cəbrayıl mü¬əl¬limin məntiqi dəqiq və anlaşıqlı olur. Məncə, onun id¬rakının, təxəyyülünün  gücü heç nəyi, hətta öz şəxsi elmi-fəlsəfi, bədii-publisist qənaətlərini belə mütləqləşdirmir. Ancaq  Cəbrayıl müəllim hətta obyektiv xarakterli subyektiv təsiri bağışlayan elmi qənaətlərini, mülahizələrini də digər alim və ziyalıların əksəriyyətindən fərqli olaraq, sağlam məntiq və dərin idraki dəlillərlə əsaslandırmağı bacarır.  
«Bircə onu bilirəm ki, heç nəyi bilmirəm» – deyən, dünyanın yeddi müdrikindən biri hesab edilən qədim yunan filosofu Sokratdan üzü bəri biliyə münasibətdə bu müdrik yanaşma zaman-zaman dünyanın ən müxtəlif fikir nəhəngləri tərəfindən təkrar-təkrar qeyd olunub. Azərbaycan elmi-ictimai təfəkkürünün XX əsrdə yetişdirdiyi mütəfəkkirlərdən biri olan Yaşar Qarayev də bu məlum həqiqəti özünəməxsus şəkildə  belə ifadə edib: «Kainatın işıq-qaranlıq arifmetikasında «mə-lum» adi nisbətlə dəyişəndə «naməlum» həndəsi nisbətlə dəyişir. Nurun, işığın hər zərrəsi bir dəfə artanda, ondan görünən qaranlığın (məchulluğun) sahəsi, həcmi yüz dəfə böyüyür. Təkcə o, – heç nəyi bilməyən qafil hər şeyi bildiyini zənn edir və bilmir ki, nəyi isə öyrənəndə sən nəyi bilmədiyini də dərk edirsən...» Bu mənada Cəbrayıl müəllim elmin, ədəbiyyat və incəsənətin min illər ərzindəki praktiki və nəzəri təcrübəsini özündə ehtiva edən saysız-hesabsız elmi fikirlərin, mülahizələrin bir insan ömründə kiçik zərrəsinə belə sahib olmağın qeyri-mümkün olduğunu dəfələrlə qeyd edib. Belə hərtərəfli  yaddaşa və iti idraka malik olmasına rəğmən, dəfələrlə Cəbrayıl müəllimin öz yaradıcılığı haqqında təvazö-karcasına ancaq «cızma-qara edirəm» deməsi də, mənim fikrimcə, intəhasız bir sevgiyə, hörmətə layiq olan həddən zi-yadə təvazökarlıq və əsl ziyalılıqdır…
Zaman-zaman çox insanlara nümunə olacaq bu ziyalının,  tədqiqatçı-alimin araşdırmalarını, ədəbi-bədii yaradıcılığını, 50-dən çox elmi, elmi-publisist, publisist, ədəbi-bədii və metodiki məqalələrini, yazılarını, o cümlədən «Abbasqulu Abbas¬zadənin elmi-pedaqoji irsi» (Bakı, Pedaqogika, 2005,196 s.)  «Düşün¬cə-lər işığında» (Bakı: Elm, 2008, 316 s.), «Ömür bitər, yol bitməz» (Bakı: Elm və təhsil, 2013, 524 s.) kitablarını oxuyanda mənə elə gəlib ki, Cəbrayıl Qəhrəmanov bir neçə ali təhsil alıb. Çünki Cəbrayıl müəllim  bu kitablarında, eləcə də bu mövzuda yazdığı məqalələrində, yazılarında cəmiyyətdə, həyat və məişətdə, ədəbiyyatda... baş verən hadisələri ümumi¬ləşdirərək o qədər  professionallıqla qələmə almış, o qədər qiymətli məlumatlar, əvəzsiz bilgilər vermişdi ki, mən istər-is¬təməz bu fikrə gəlmişdim...
Sayca  müəllifin dördüncü kitabı olan 378 səhifəlik «Gördüyüm dünya»  kitabı cəmiyyətdə, həyat və məişətdə, elmdə, ədəbiyyatda, iqtisadiyyatda... baş verən müxtəlif həyat hadisələrinə, qanunauyğunluqlara, əxlaqi-mənəvi dəyərlərə həsr edilmişdir. Başqa sözlə, C.Qəhrəmanov bu kitabda sözlər¬lə, fikirlərlə,düşüncələrlə özünün gördüyü soz dünyasını yaratmışdır... Kitabda müəllifin bu mövzulara münasibətini ifa¬-də edən esse və gündəlikləri, pedaqoji və ədəbi düşüncələri, çıxışları, habelə tanınmış alim və qələm adamlarının müəllifin yaradıcılığına münasibəti öz əksini tapmışdır. 
Kitabdakı müxtəlif mövzulu məqalələri və yazıları oxu-yandan sonra Cəbrayıl Qəhrəmanov şəxsiyyəti bir neçə isti¬qa-mət¬də özünü göstərir:
1. Cəbrayıl Qəhrəmanov mənən, daxilən zəngin, təxəy-yülü, fantaziyası hüdudsuz olan, nəcib, insani xüsusiyyətləri, istiqan¬lığı, mehribanlığı ilə əksər insanlardan seçilən, Azər-baycan mənəviyyatını, mentalitetini, düşüncə və duyğusunu dərindən anlayan gözəl insan, bacarıqlı təşkilatçı, əsl ziyalı və vətən¬daşdır.
2. C.Qəhrəmanov fizika elmini və bu elmin tədris meto-dikasını dərindən bilən, bu elm sahələri ilə bağlı dəyərli elmi əsərlər yazan, fizika elminin tədrisi ilə bağlı yeni elmi metod-ların hazırlanması və tətbiqi sahəsində bir sıra təkliflərin mü¬əllifi olan metodist-alimdir.
3. Cəbrayıl müəllim pedaqogikanı, pedaqogika nəhəng-lərinin əsərlərini öyrənib mənimsəyən, onlara şərh verən, peda-qo¬gikanın tədrisi metodikasını dərindən bilən, pedaqoq üçün tələb olunan dərin bilik, şagirdlərinə hərtərəfli bilik öyrət¬mək bacarığı olan, son dərəcə səmimi, şagirdlərlə öz səviyyə¬lərinə uyğun ünsiyyət qurmaq qabiliyyəti olan bir müəllim-peda-qoqdur. 
4. C. Qəhrəmanov düçüncələrinin əhatəsi geniş, mühaki-mələri, təhlilləri hərtərəfli, dolğun olan, Azərbaycan, eləcə də dünya  ədəbiyyatı klassiklərinin əsərlərini oxuyan, eyni zaman-da onları dərindən dərk edən, sevdikləri ədəbi nümunələri yaddaşına köçürən  bir yazıçı-ədəbiyyatşünasdır.
5. Cəbrayıl müəllim iti müşahidələri ilə seçilən, Şərq və Qərb fəlsəfi məktəblərini bilən, onun nümayəndələrinin əsər-lərini oxuyan, bu əsərlərə öz münasibətini bildirən, zahirən adi görünən, ancaq bu adilikdə bir qeyri-adiliyi axtaran və onu görən publisistdir. 
6. C.Qəhrəmanov tarixi, o cümlədən Azərbaycan tari¬xini, etnoqrafiyanı, folkloru-şifahi xalq yaradıcılığını ümumiyyətlə, mədəniyyəti və incəsənəti  gözəl bilən, onlardan öz yaradıcı-lığın¬da geniş bəhrələnən istedadlı bir tarixçi-etnoqraf, folk-lorşünasdır.
7. Cəbrayıl Qəhrəmanov öz incə musiqi duyumu ilə fərqlənən, musiqini, xüsusilə milli musiqini, muğamlarımızı dərindən bilən, kövrək, duyğulu bir səsi olan, yeri gəldikcə bir neçə musiqi alətində ifa etməyi bacaran  duyğusal, musiqi ürəyi olan bir insandır...
«Gördüyüm dünya»  kitabı beş bölmədən ibarətdir: 
I. Esselər və gündəliklər II. Sözün cazibəsi III.Ədəbi düşün-cələr IV. Pedaqoji düşüncələr V. Rəylər, mülahizələr
Kitabın ilk bölməsi «Esselər və gündəliklər» adlanır. Məlumdur ki, Esse – kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrıdır. Tənqid və ədəbiyyat¬şü-naslığın müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən ədəbi janrdır. Daha çox ədəbiyyatda istifadə olunur. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifadə edilir. Ədəbiyyatşünaslıq, avtobioqrafik, biografik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və b. təh-lillər əsasən esse janrı üzərində qurulmuşdur.
Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin mü¬-əllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl, gəldiyi nəticələrin əsası, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qal¬mır. Essenin əsasını fransız yazıçısı və humanist filosofu M. Monten qoymuşdur.
Gündəlik isə bir şəxsin həyatında və mənəvi aləmində baş verən hadisələri günbəgün əks etdirən yazı növüdür. Bəzən bə¬dii əsərlər də gündəlik formasında qələmə alınır.Belə əsərlər iki cür olur: ya yazıçı şəxsən iştirak etdiyi hadisələri, fikir və hə-yəcanlarını ardıcıl surətdə yazır, ya da əsər yazıçının qəh¬rə¬ma¬nı tərəfindən yazılan gündəlik şəklində olur. Belə əsərlərdə həmin qəhrəmanın həyatının ən mühüm hadisələri birinci şəxsin dilindən nağıl edilir. Avropa ədəbiyyatında XIX əsr fransız dramaturqu, yazıçısı Jül Renarın, Rusiyada rus ya¬zıçı və dramaturqları İ.S.Turgenev, V.K.Korolenko, M.Y.Sal¬tıkov-Şed¬rin və başqalarının gündəlikləri daha məşhurdur.
«Gördüyüm dünya» kitabının «Esselər və gündəliklər» bölməsində toplanan esselər və gündəliklərdə də bu janrların tələblərinə uyğun olaraq Cəbrayıl Qəhrəmanovun mövcud  ictimai quruluşa, həyata, ədəbiyyat və incəsənətə, ədəbi-fəlsəfi fikirlərə və digər sənətkarlıq məsələlərinə aid fikirləri, düşüncələri əsas yer tutur. Bu esselər və gündəliklərdə müəllif mü¬lahizə və düşüncələrini əsaslandırmaq üçün dünya siya-sətinin, ədəbiyyatının və fəlsəfi düçüncəsinin nəhəng simaları olan – Heraklit, Siseron, Zenon, Ezop, Makedoniyalı İsgəndər, Məhəm¬məd Peyğəmbər, Həzrət Əli, İ.Nyuton, A.Eynşteyn, Na¬poleon, M.K. Atatürk, O.Bismark, S. Bolivar, N.Tusi, S. Şi-razi, N. Gəncəvi,  Y.İmrə, M.C.Rumi, Ş.Təbrizi, İ.Kant, F. Nit-şe, Əbu Turxan H.Cavid, V.Höte, A.Frans, F.Kafka, L.N.Tol-stoy, M.Qorki, S.Vurğun, B.Vahabzadə, B.Şou, N.Makiavelli, F.M.Dostayevski, K.Uşinski, B.Franklin və on¬larla başqa¬larının fikirlərindən çoxlu sitatlar gətirir, bu nü¬munələri yeri gəl¬dikcə yazılarına epiqraf kimi veir. 
Bəzən qalın-qalın kitablardan ala bilmədiyimiz, diqqət ye-tir¬mədiyimiz hansısa müdrik fikri, qanadlı sözü, aforizmi, bə¬şəri informasiyanı, yüksək ədəbi-bədii, fəlsəfi fikirləri C. Qəh-rəmanovun bir essesindən və ya gündəliyindən oxuyuruq. Məsələn, 
1. «Küllin mahiyyəti zərrələrin harmoniyasından əhəmiy-yətli dərəcədə asılıdır.»(Dünyanın mahiyyəti, zərrələrin harmo-niyası), 
2. «Ziyalı xalqın taleyinə yanan, onun ağrıları ilə yaşayan bir insandır.» (Ən böyük sərvətimiz–ziyalı), 
3. «Yaddaş onun üçündür ki, səhvlərini təkrar etmə-yəsən.» (Bağışlamağı bacarıram, amma...),
4. «Qarşıya çıxan çətinliklərə, maneələrə sonu müvəf-fəqiyyətlə bitən bir sınaq kimi baxmaq lazımdır.» (Hər çətinlik bir sınaqdır),
5. «Bir-birimizə olan tərifimiz də, tənqidimiz də sevgi¬dən yaranmalıdır, maddiyyata, şəxsi mənafelərə istəkdən yox.» (Birlik, yoxsa «su barışığı?»), 
6. «Zirvədən baxmaq üçün onu fəth etmək lazımdır». (Dağ və düşüncə zirvəsi),  
7. «Gələcək nəsillər keçmişdən qürur  duymaqla yanaşı, babalarının səhvlərindən nəticə çıxarmağı da öyrənməlidirlər.» (Tarix və həqiqət),
8. «Sənətkar adları və fəxri adlar bir-birinə işıq və yara¬şıq verməlidir.»(Fəxri adlar barəsində),
9. «Yaxşı xərcləmək, lazım olan yerə xərcləmək elə yenidən qazanmaq deməkdir.» (Qazanmaq, qorumaq və xərc-ləmək),
10. «Kollektiv idarə rəhbərinin, xalq, millət isə dövlət başçısının güzgüsüdür.»(Kollektiv – rəhbərin güzgüsü),
11. «Həyatda o insan xoşbəxtdir ki, dünyanı gözəl gö¬rür, hət¬ta gözəl olmayanı da gözəlləşdirməyə çalışır.» (Dün¬yanı gözəl görə bilsən),
12. «...Nöqsanlar həm də hərəkətə, fəaliyyətə çağırışdır,» (Hər gözəlin bir eybi) və s.
Gətirdiyimiz bu nümunələrdə mötərizədəki esse adlarının yerinə «Cəbrayıl Qəhrəmanov» imzası yazılsaydı, onları oxu¬yan hər kəs bunları məhz aforizmlər», «hikmətli sözlər», «müdrik kəlamlar», «qanadlı ifadələr» və ya «nəsihətlər» kimi qəbul edərdi. «Esselər və gündəliklər» bölməsində toplanan esselər və gündəliklər haqqında bizim də bir qənaətimiz var. Qəti inanırıq ki, Cəbrayıl Qəhrəmanovun yuxarıda verilən bu kə¬lamlarından, fəlsəfi düşüncələrindən ən azı bir neçəsi həssas, diqqətli oxucunun yaddaşında qalacaq,  uzun  müddət  onun  hafizəsindən  silinməyəcək...
Müəllifin «Gördüyüm dünya»  kitabına daxil etdiyi ilk es¬se «Ağıl və ürək» adlanır. Fikrimizcə bu essedən çıxan ideya – «Ağlın işi heyrət doğurur, ürəyin işi nə isə dəruni bir sevinc»-dir. Cəbrayıl Qəhrəmanov bu essesində yazır «Ürək çox maraqlı və gərəkli, insanı sevdirən bir faktordur. Ağıllı adama nisbətən ürəkli adamları daha çox sevirlər. Elə qəhrəmanlar da, xalq və millət yolunda, haqq-ədalət yolunda fəda olanlar da əksərən ürəkli adamlardır. Ağıllı adamlar, bəzən, ya həqiqət, ya¬xud Vətən uğrunda, olum-ölüm məsələsində cismani «yaşa¬mağı» daha üstün tuturlar. Dahilərdən kimsə deyib: «Ürək təbiətin möcüzəsidir»... Çox vaxt ağılla ürək tərs mütənasib olur. Yəni biri nə qədər çox olursa, o biri bir o qədər az olur. Əsas odur ki, bunu dərk etdikdən sonra az olanı  artırmaq qayğısına qalasan.»
Mənəvi potensialı Şərq və Qərb mədəniyyətlərinin sintezi məqamlarında formalaşan Azərbaycanda ziyalıların dünyagö-rüşünə, əxlaq və davranışına bu oriyentirlərdən yanaşma ayrıca bir söhbətin mövzusudur. Son dövrlər Azərbaycan ziyalılığını bu qütblər aspektindən dəyərləndirmə tendensiyaları hiss olunur. Bu təsnifata görə, Azərbaycan ziyalısı iki fərqli qrupa bölünür: rus mədəni mühitində formalaşmış, ümumbəşəri universalilər kimi təqdim olunan Qərb  dəyərlərinə malik, mədəni, geniş dünyagörüşlü, lakin milli tarixə, milli mə-dəniyyətə və mənəviyyata, islami dəyərlərə nisbətən yad ziyalı; bir də milli zəmində formalaşmış,  milli mədəniyyə¬timizin ümumtürk və ümumşərq kontekstlərinə bağlı, Azər¬baycan mə-dəni mühitinin yetişdirməsi olan ziyalı. Cəbrayıl Qəhrə¬manovun esselərindən biri – «Ən böyük sərvətimiz–zi¬yalı» bu mövzuya-ziyalılıq mövzusuna həsr edilmişdir. Müəllif yazır: «Ziyalının insanların taleyində, millətin tarixində və inki¬şafında rolu hamıya gün kimi aydındır. Uzaq keçmişə getmədən Azərbaycan xalqının son yüz ildəki ziyalıları haq¬qında düşünərkən çox az insan yada düşür. H.Cavid, S.Mümtaz, M.Müşfiq, Y.V.Çəmənzəminli, Ə.Cavad, B.Çoban¬zadə, S.Vurğun, R.Rza, Ə.Kərim, B.Vahabzadə. Z.Bünyadov, X.Məmmədov... və adını çəkə bilmədiyim, deyək ki, daha yüz nəfər. Bu rəqəm doqquz milyonluq bir xalq üçün çox azdır. Söz¬süz ki, söhbət Şimali Azərbaycandan gedir. Onları müza¬kirə etmədən elə yaşadığımız hal-hazırkı vaxtdan danışaq. Mənim düşüncəmə görə bu gün də onlar çox azdır. Və cəmiyyətə təsir edəcək gücdə deyil. Təəssüf edirəm ki, ziyalı dedikdə əksəriyyət, hətta ali təhsilli, alimlik dərəcəsi olan bəzi insanlar da diplomlu adamları nəzərdə tuturlar. Çox təəssüf!» Ancaq Cəbrayıl Qəhrəmanovun qənaətinə görə «ziyalı» de¬yiləndə başqa parametrlərə malik olan şəxs başa düşül¬məlidir: «Ziyalı anlamına çox parametrlər daxildir. Əvvəla hamının bildiyi kimi ziyalı-işıqlı, doğru yol göstərən deməkdir. Yaxşı nə varsa bunlar işıqlı cəhətlərdir: savadlılıq, düzlük, halallıq, xeyirxahlıq, səxavətlilik, saflıq, humanistlik, haqq-ədalət uğ¬runda mübarizə... Sözsüz ki, ziyalının əsas tərəf¬lərindən biri onun savadlı, elmli, bilikli olmasıdır. İkincisi, bu biliyi yaxşı məqsədlər üçün insanların xeyrinə işlətməsidir. Bildiyimiz kimi, savadsıza bisavad deyirlərsə, biliyini pis işlərə yönəldən insana isə basavad deyirlər. Deməli, ziyalı bisavad və  basavad yox,  ilk növbədə savadlı olmalıdır. 
Ziyalı hər zaman xalqın və həqiqətin tərəfində olan ləya-qət və vicdan sahibidir. O, insanlıq yolunda, millətin tərəqqisi və inkişafı uğrunda vicdanla çalışmalı, yeri gəlsə, haqq-ədalət uğrunda canından keçməyi belə bacarmalıdır... O xalq böyük xalq¬dır ki, qəhrəmanlara ehtiyac duymur. Çünki əksəriyyəti işıqlıdır,  ziyalıdır. Hər bir ziyalı isə həm hər an, həm də poten-sial qəhrəmandır.»
Cəbrayıl Qəhrəmanov «Ümid, qətiyyət və ruhun gücü» essesində maraqlı, eyni zamanda yeni və orijinal sayıla biləcək bir fikri də ədəbi dövriyyəyə buraxır. O, yazır: «Həmişə bu düşüncədə olmuşam ki, ümid, qətiyyət və ruh insanın həyat və fəaliyyət üçbucağının  tərəfləridir. Əgər insanda bu üç cəhət güclüdürsə, yəni heç zaman ümidini itirmirsə, həmişə qətiyyətli və yüksək ruha malikdirsə, o, hər zaman nailiyyət qazanacaq. Belə deyək ki, insan öz həyat və fəaliyyətinin, əməllərinin yekunu olaraq yaratdığı abidənin elementlərinin tərəfləri bu üç güclü, insani və iradi keyfiyyətlərdən-ümid, qətiyyət və yüksək ruh¬dan təşkil olunmuş üçbucaqdan ibarətdirsə, bu abidə olduqca möhkəm və möhtəşəm olacaq». Müəllif essedə ümid, qə¬tiy¬yət və ruhun gücünə müstəsna əhəmiyyət verir və  insan¬ları hər zaman bütün çətinliklərdən çıxara bilən ümid, qətiyyət və ruhun gücünə çox inandığını vurğulayır.
Kitabın «Esselər və gündəliklər»  bölməsində toplanan «Dünyanın mahiyyəti, zərrələrin harmoniyası», «Allahın ver¬dik-ləri və özümüzün qazandıqları», «Əbədi işıq»,» Tərbiyə – insanın yaraşığı», «Nyuton qanunları və insan münasi¬bətləri», «Fərd, millət və xoşbəxtlik», «Valideyn təlaşı, yaxud sevgidən qorxu», «Abışın vimi», «Birlik və pərdə», « Bilik çoxaldıqca, suallar çoxalır», «Əxlaq- mədəniyyətin güzgüsü», «Milləti qoruyan dəyərlər», «Kədərli gözlər – mənalı gözlər», «Məni öyən də, söyən də sənsən», «Qədirbilməzlik», «Eşq nədir?», «Tanrının insan qəlbinə əkdiyi sirr», «Ustad dərsi» və başqa esse və gündəliklər də diqqət çəkir, maraqla qarşılanır.
«Gördüyüm dünya» kitabının ikinci bölməsi «Sözün ca-zibəsi» adlanır. C.Qəhrəmanov bu bölmədə özünə, qəlbinə, dü-şüncələrinə yaxın olan müdrik fikirlərdən, aforizmlərdən nümunələr vermiş və eyni zamanda bəzən onları şərh etmiş, münasibət bildirmişdir.
      Kitabın üçüncü bölməsinə müəllif «Ədəbi düşüncələr» adını vermişdir. Burada C.Qəhrəmanov daha çox ədəbiyyat¬şünas-tənqidçi kimi nəzərə çarpır.Bu bölməyə müəllifin son dövrdə yazdığı «Sözün şeir zirvəsi» və «Xalq deyimləri ilə zəngin poeziya» yazıları daxil edilmişdir. Bu məqalələrdə Cəbrayıl Qəhrəmanov ədəbi aləmdə baş veən hadisələrə münasibətini bildirir və tanınmış şair İlham Qəhrəmanın şeir¬lərini təhlil edir, bu ədəbi nümunələrin lazımı qiymətini verir.   Bu bölmədə  toplanan  yazılarda artıq C.Qəhrəmanov bir alim, bir tədqiqatçı  kimi görünür. Müəllifin bu mövzulu   yazıları  maraqlı elmi mülahizələrlə zəngin olub, müəllifin çoxcəhətli elmi araşdırmalar aparmaq  qabiliyyətininin bariz nümunəsidir. C.Qəhrəmanovun bu tipli yazıları elmi dəyəri baxımından  əhəmiyyətlidir və maraqla qarşılanır.
    «Gördüyüm dünya»  kitabında dördüncü bölmə «Pedaqoji düşüncələr» adlanır. Bu bölmədə C.Qəhrəmanovun «Xalq Cumhuriyyəti dönəmində Azərbaycanda elm, təhsil və mədəniyyət quruculuğu», «Hüseyn Cavidin maarifçilik ideya-lari ¬və pedaqoji görüşləri», «Yaxşı müəllim haqqinda düşün-cələrim», «Fizika fənninin tədrisində elmi dünyagörüşü və tər-biyə məsələləri», «90 yaşli Güləbird məktəbi», «Repeti¬torluq fə¬a¬liy¬yəti və hazırlıq kursları» və «Görkəmli pedaqoq və xalq rəssamı Nadir Əbdürrəhmanov» məqalələri toplanmışdır.
Bu bölmədəki maraqlı məqalələrdən biri,»Hüseyn  Cavidin maarifçilik ideyalari və pedaqoji görüşləri» adlanır. Məlumdur ki, Hüseyn Cavid çoxəsrlik Azərbaycan ədəbiy-yatının ən yaxşı ənənələrini inkişaf etdirən və zənginləşdirən qüdrətli söz ustası olmuşdur. Mütəfəkkir şair, görkəmli drama-turq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində orijinal ədəbi simalardan biridir. Minillik Azərbaycan ədəbiyyatının XX əsr Azərbaycan romantizmi daha çox Hüseyn Cavidin adı ilə bağlıdır.O, öz yaradıcılığı ilə, dərin hikmətli və fəlsəfi poeziyası, təkrarsız dram əsərləri ilə Azərbaycanda milli şüurun intibahına misilsiz xidmət göstərmişdir. 1937-ci il repressiyalarının qurbanı olmuş H.Cavidin yaradıcılığındakı romantik əhvali-ruhiyyə, ilk öncə, türk millətinin sabahına olan sonsuz  inamdan qidalanırdı. Onun ölməz əsərləri XX əsr Azərbaycan ədəbiyyatının mürəkkəb, çoxşaxəli və zəngin mühitində öz səsi və nəfəsi ilə seçilən mühüm bir ədəbi  hadisə kimi bu gün də öz məna və əhəmiyyətini saxlamaqdadır.
Bütün bunlara görə də Hüseyn Cavidin zəngin və parlaq yaradıcılığı, qeyri-adi istedadı və nakam taleyi daim böyük maraq doğurub. C.Qəhrəmanov da yaradıcılığında bu böyük sənətkarın yaradıcılığına biganə qalmamış,ona bir neçə məqalə həsr etmişdir. Müəllifin belə məqalələrindən biri «Hüseyn  Ca-vi¬din maarifçilik ideyalari və pedaqoji görüşləri» adlanır. C.Qəhrəmanov bu məqalədə H.Cavidin maarifçilik ideyalari və pedaqoji görüşlərinə ətraflı işıq salır və yazır: «Hüseyn Cavidin adı çəkiləndə ilk olaraq mütəfəkkir bir şair-dramaturq, filosof, həqiqət üstündə dara çəkilən, Sibirə sürgün edilən bir millət, və¬-tən aşiqi gəlir gözlərimiz önünə. Onun zəngin irsi ilə yaxından tanış olanlar bilirlər ki, Hüseyn Cavid həm də bir maarif fədaisi idi. O, pedaqoji fəaliyyətlə yanaşı, öz çıxışları, məktub və məqalələri ilə xalqın maariflənməsinə, yeni mək¬təblər açılmasına çalışmış, millətin nicat yolunu  böyüməkdə olan gənc nəslin yüksək elm və təhsil almasında görmüşdür.» Bundan sonra müəllif H.Cavidin bu mövzuda yazdığı məqalə və məktublarının-1904-1915-ci ildə «Şərqi-Rus», «Həqiqət», «İqbal», «Açıq söz» qəzetlərində yazdığı «Urmiyədən mək-tub», «Urmiyədən», «Naxçıvandan təbsirə», «Naxçıvanda nə gördüm?», «Naxçıvana nə lazım?», «Həsbi-hal», «Mirzə Abdulla Məhəmməd yaxud (A.Sur)-Abdulla Tofiq», «Tiflisdə «İttifaq» məktəbi» məqalələri, həmçinin «M.T.Sidqiyə məktub-lar», «Q. Şərifzadəyə məktublar»ının adını çəkir. C.Qəhrəma-nov qeyd edir ki, H.Cavidin məhz bu məqalə və məktublarında maarifçilik ideyaları və pedaqoji görüşləri xüsusilə diqqəti cəlb edir.
C.Qəhrəmanov bu məqalə və məktubları, geniş, hərtərəfli təhlil etdikdən sonra bu qənaətə gəlir: «Bu məqalələri oxu¬duqca onun xalqı, milləti üçün necə yanmasının, onun necə bir yanğıyla millətinin savadlanmasına çalışmasının, müəllimlik sənətini incəliklərinə qədər bilən bir ustad pedaqoq olmasının, dərin pedaqoji fikirlər sahibi olduğunun şahidi olursan. Cavidin bir çox məqalə və məktublarında o zamankı Azərbaycanda həm şagirdlər üçün qız və oğlan məktəblərinin, həmçinin müəllim hazırlayan məktəblərin yaradılması, mövcud olan məktəblərdə tədris işinin yüksək səviyyədə qurulması, proqram və dərsliklərin yaradılması, müəllimlərin elmi-metodik səviy¬yəsinin yüksəldilməsi, dərs prosesinin bir çox pedaqoji-psi¬xoloji amilləri və bir sıra digər məsələlər ustad bir pedoqoq-alim səriştəsiylə öz əksini tapmışdır... Bəli, Cavid Vətənini, millətini belə sevirdi. Onun parlaq ziyası böyük bir məşələ dönüb Vətənin hər bir guşəsinə işıq saçırdı. Bu məşəlin işığı bu gün də qaranlıqları işıqlandırmaqda, bu atəşin odu yenə də qəlbləri isitməkdədir.»
Kitabın «Çıxışlar» adlanan beşinci bölməsinə C.Qəhrə-manovun müxtəlif vaxtlarda Kütləvi İnfomasiya vasitələrində, xüsusən televiziyalarda və ayrı-ayrı tədbirlərdə etdiyi çıxışlar daxil edilmişdir.
Hər bir ədəbi zövqü olan bədii düşüncə sаhibinin, qələm əhlinin daha çox üstünlük verdiyi, qəlbən sеvdiyi mövzulаrı оlur. Bu baxımdan Cəbrayıl Qəhrəmanovun yaradıcılığına yа¬nа-şılаrsа, onun  ən çох sеvdiyi mövzulardan biri VƏTƏN, YURD mövzusudur. Onun yaradıcılığında doğma yurdun gö¬zəl¬likləri, Vətənə, torpağa bağlılıq, Qarabağ, Vətən həsrəti geniş yer tutur. Orijinal düşüncə sаhibi olan Cəbrayıl Qəhrə¬manovun yaradıcılığında Vətənə, əbədi və əzəli hiss olan məhəbbətə, təbiət və cəmiyyət hadisələrinə özünəməхsus yа¬nаşmа tərzi hiss olunur. Аzərbаycаn  ədəbiyyatında Vətənlə bаğ¬¬lı yаzılmış əsərlərin ümumi mənzərəsinə diqqət yetirsək,  bu¬rаdа bütöv hаldа Аzərbаycаnın bənzərsiz  gözəlliklərindən, yurdumuzun igid, qəhrəmаn övlаdlаrındаn, tаriхimizin şərəfli səhifələrindən və s. mövzulardan pоеtik bir dillə bəhs оlunur. Lаkin Cəbrayıl Qəhrəmanovun Vətən mövzusundа yаzılmış yazılarını, məruzə və çıxışlarını bu mövzuda yazılmış bаşqа yazılardan fərqləndirən mühüm cəhətlər də vardır.Bu cəhət¬lər¬dən biri bu yazılarda yаşаdığımız dünyanın təzadlarının və bu təzadların fonunda işğalaqədərki Laçın və işğaldan sonrakı Laçının indi qərib qalan ruhunun səmimi, eyni zamanda ürək ağrısı ilə əks еtdirilməsidir.
Ümumiyyətlə, kitabdan çıxan bu qənaətlər əsasən obyek-tiv, güclü məntiqə əsaslanan ümumiləşdirmələr olub, oxucunu istər-istəməz sürətlə şütüyən Zaman və yaşadığımız elm-texni¬ka əsrində hər an yeniləşən Həyat  haqqında dərindən düşün¬məyə və müəllifin gəldiyi qənaətlərlə razılaşmağa sövq edir. Müəllifin müxtəlif janrlarda yazdığı bu yazılarında özünün şirin təhkiyəsi, sadə, anlaşıqlı dili, çeşidli üslubu,  incə, psixoloji  fəhmi, fəlsəfi təfəkkürü və  cəmiyyətdə baş verən hər bir hadisəyə çox həssas yanaşması ilə yadda qalır, sevilir.
        «Gördüyüm dünya»  kitabının sonuncu-altıncı bölməsi» Rəylər, mülahizələr» adlanır. Bu bölməyə  tanınmış alim-jurna-list Şamxəlil Məmmədovun «Düşüncələr işiğinda», «Gənclik» qəzetinin baş redaktoru,  Məcburi köçkünlər Birliyinin Sədri  Kərim Kərimlinin «Qələmin müqəddəs vəzifəsi...»,Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Tahir Orucovun «Ensiklopedik dəyərli kitab», şair-publisist  Rövşən Atakişioğ¬lunun «Ulu yurdum – Güləbirdim», şair-publisist Əbülfət Mədətoğlunun «Ömür bitər, yol bitməz», BDU-nun əməkdaşı, Qarabağ veteranı Ramiz Qənimətoğlunun «Yaxşılığı yaşadan insan», «Laçın» qəzetinin baş redaktoru  Mayıl Xanların «Olduğu kimi görünən insan» və «Pillələr» qəzetinin baş redaktoru Şöhlət Abbasın «Bir kəndin ensiklopediyası» yazıları daxil edilmişdir. Bu yazılarda Cəbrayıl Qəhrəmanovun «Dü¬şün¬cələr işığında» və «Ömür bitər, yol bitməz» kitabları haqqında müxtəlif peşə adamlarının fikirləri, düşüncələri və qənaətləri verilmişdir. 
Ümumiyyətlə, «Gördüyüm dünya» kitabının bu bölmə-sindəki yazılarda C.Qəhrəmanov həssas  bir insan,  istedadlı yazar, nəhayət,  qeyrətli bir  vətəndaş kimi təqdim edilir. Qeyd edilir ki, adları çəkilən kitablarda, müəllifin təsvir etdikləri hadisələr yaşadığımız bu həyatın reallıqları haqqında özünə-məxsus  duyğu və düşüncələri, rastlaşdığı  gerçəkliklər, tanı¬dığı, müsahib olduğu insanlar barəsində gördüyü  yaşam həqi-qətlərinin ümumiləşdirmələri,  mənzərələri və real  gerçəklikləridir.
Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, istedadlı  qələm sahibi, zəngin yaradıcı təxəyyülə, geniş intel-lektual səviyyəyə  malik olan C.Qəhrəmanovun «Gördüyüm dünya»  kitabı son illər bu mövzuda yazılan əsərlər içərisində  ən öncül sırada, özünəməxsus bir yer  tutacaq və oxucular tərəfindən böyük  maraqla qarşılanacaqdır.
    
                                                                         Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru,dosent,
AMEA Folklor İnstitutunun aparıcı  elmi işçisi
“Gördüyüm dünya” kitabına ön söz
“Laçın yurdu” jurnalı, 20 iyun 2015-ci il.





Dünya sənin yaşındadır

Olanları qəbul edə bilsə 100 il yaşaya bilər.Amma mümkün de¬yil. İstəsə də alınmaz. Mən tam əminəm ki, alınmasını da istəməz. İstəmədiyini qəbul etmir, istədiyini tapa bilmir. Kədə¬ri, qəmi, nisgili ancaq öz qəlbi ilə bölür. Sevincini isə tapa bilmədiyi üçün paylaşmağa heç kimi axtarmır.
Saçlarının rənginə taleyin boz dumanı çöküb. Bəlkə də saç-ları tamam ağarsa ona yaraşmaz. Ağappaq saçlara bəzən ağ gün-lərin nişanəsi kimi baxanlar da var. Ürəyini hər gün yük¬ləməklə məşğuldur. Dözməsə belə yükləyir.
Təpədən dırnağa ziyalı olmaq fikrini tamamlamaq istəyəndə mən Cəbrayıl müəllimi xatırlayıram.Bir günü on günə hesab-lanan,ləyaqətin qapılarda dilənçilik etdiyi zamanda ləyaqətini zir¬vələrdə yaşadan Cəbrayıl müəllim elə müəllimlik ləyaqəti ilə dərs verməyi bacarır.
O, susmağı ilə də dərs verə bilir.Budur məni ona bağlayan.

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.

Mənim nəzərimdə ona Vətən çoxdan oğul deyib. O çoxdan mamır olub elinin-obasının hər daşında, qayasında bitib.
Duyğularına qanad taxıb uçur ki,duyğusuzlardan uzaqlaşa bilsin.
Ən böyük düşməni yalançı “qəhrəmanlar”dır. Ya sevir,ya nifrət edir.
Onun simasında “orta hədd qızıldır” ifadəsini unuduram.
Ona hörmətimin hədsiz olduğunu özü də hiss edir. Bunun ən böyük səbəbi dostumun işi ilə əməli arasında uçurum olmama-sıdır. Bu mənada Cəbrayıl müəllim həyatda da , cəmiyyətdə də birmənalı insan kimi qəbul edilir. Mən yaxşı mənada ona həsəd aparıram. Səndən bir xahişim də var ,əziz dost,ürəyini üzmə .O ürək səni dünyalara sevdirə-sevdirə yaşadır.O ürəyin səmimiy-yətinə sənin qədər bizim də ehtiyacımız var. 
Çox narahatam ki,əziz dostum tez qocalır.Nahaq dünyanın haqsızlıqlarından bezib haqq dünyanın azadlıqlarına qovuşmaq üçün tələsir.Bir şeydən narahatdır ki,haqq dünyaya da rüşvət verib nahaqlar keçə bilərlər. Bəlkə bu tərəddüdlər onu ləngidə, aramızda çox olmağa, nisgilimizi, həsrətimizi bölüşməyə, günahsız balalarımıza dayaq durmaq kimi müqəddəs missiya-mıza şərait yarada. Dostları da tənha qoymağa ixtiyarın yoxdur. Sənin dəyərini sağ ikən bilən bircə nəfər varsa belə hələ yaşamağa dəyər.
Boş qalan yurd yerlərinə də təsəllidir ki, o yerlər haqqında sənin kimi oduna, ocağına bağlı insan düşünür. İnsafın gəlsin o nisgillə arxanca boylanan Güləbird kəndinə. Qoy o da təsəlli tapsın ki, o yurdu bir an belə unutmayan fərqli məhəbbəti, o yerlərin zirvə qarı kimi təmizliyini həyatında yaşada bilən övladı düşünür.O yurd haqqında düşünməyi hər adama etibar etmə,əziz dost!
Ölüm can qurtarmaqdır.Ölümə ölümsüzlüyünlə qalib gəlib yaşa.
Səni duymaqla özünə təsəlli verən dostların arasında çox qal. Qal ki,bizim də hisslərimiz, duyğularımız durulsun. Mənə-viyyatsızlıqla,şərəfsizliklə vuruşmalarda təklənməyək. Bunlar da bizim sizdən umacağımız dost haqqımızdır.
Sən mənim üçün baxan yox, görən insansan. Hamı baxır, görənlərin yaşaması bir ömürdə beş ömürdür. Bir ömürdə yaşa-nan beş ömrün mübarək!
Belə insanlar haqqında deyiblər ki,

İndi gözlərimdə qəhrəmanlaşdı,
Əllini,altmışı aşa bilənlər.

Duyğularıyla zirvədə olanlar üçündür bu misralar. Həm də birbaşa sənin üçün deyilib,əziz dost!
“Dünya sevgi yaşındadır”  demisən. Mən isə deyirəm ki,dünya sənin kimi yaşayanların,elə sənin yaşındadır!

Mədət Əyyuboğlu
Şair, Azərbaycan Jurnalistlərinin 
Həmrəyliyi Komitəsinin sədri















Bir qəlb yanğısı...

Cəbrayıl Qəhrəmanın “Dünya sevgi yaşındadır” kitabının əlyazması önümdədir. Yurd yanğısı ilə qovrulan alim kimi tanıdığım Cəbrayıl Qəhrəmanın səmimi, axıcı şeirləri, xüsusilə də, yurd həsrətindən doğan ağrılı misraları oxucunun ürə¬yində şırım açır – yurd, oba, həsrət, ağrı şırımı… Laçın hə¬srətinin, Gülə¬bird yanğısının izi, ağrıları hər misrada hiss olu¬nur: 

Şövq olarmı qərib kəsdə?
Çırpınıram dar qəfəsdə.
Gözüm yolda, qulaq səsdə,
Gözü yolda qalanlara
Salam olsun!

Kitab “Salam olsun” şeiri ilə başlayır. Bu, ozan babaların – Yunus İmrənin, Qaracaoğlanın... söz yoludur, ərkan yo¬ludur. Nə yaxşı Cəbrayıl Qəhrəman uluların yol ərkanına sa¬diq qalır, o uzun yolun yolçusuna çevrilir.
Bu başqa cür də ola bilməzdi. Çünki Cəbrayıl Qəhrəman ba-yatı ustası Sarı Aşığın yazıb - yaratdığı Güləbirddə dünyaya göz açıb. Ustad aldığı havadan udub, yurd genişliyinə ululardan gələn sözün çevrəsindən boylanıb. Hə¬kərinin həzin nəğ¬məsi ruhuna layla çalıb. Odur ki, şeir dili dupdurudu, aydındı, bayatı təsiri bağışlayır:
Ürək dostu ürək sıxmaz,
Mərd ev tikər, evlər yıxmaz.
Aqil sözü yaddan çıxmaz,
Yaddaşlarda qalanlara
Salam olsun!

Cəbrayıl Qəhrəmanın şeirlərinin özünəməxsus intonasiyası var. Forma quruluşu fərqlidir. Hecanın oynaq ritmlərində fik¬ri¬ni ustalıqla ifadə eləyə bilir. Şeirləri özü kimi səmimidir. Qış-qırıqdan uzaq, pıçıltıyla danışır, oxucunun ürəyini çəkir:

Əlimdə ağlayır qələm,
Qəm yüküdür mənim şələm.
Arzum vardı yurdda öləm,
Öləmmədim!

Ən ağır dərd yurd həsrətidi. Onu çəkə bilən oğul – ən ağır dərdin daşıyıcısıdır. İstər ana olsun, istər oğul. Ən bit¬məz ağırlığın daşıyıcısıdr. Artıq bir qərinəyə yaxınlaşır baş¬qa yurdlarımız kimi Laçının yurddaşlarından uzaqda qalma¬sı. İyirmi beş ili haqlayacaq yaxın günlərdə. Bir igidin ömrüdü – iyirmi beş il! Bu o deməkdir ki, Laçının işğalın¬dan sonra doğulan körpənin iyirmi beş yaşı tamam olacaq yaxında. Bizimsə, hələlik gücümüz çatan hər il mayın 18-də Laçının işğalıyla bağlı verilişlər verməkdi. Bu da yurddaş¬ların dərdi üstə dərd gətirir:

Yurdu talan olan ağlar,
Gülüstanı solan ağlar,
Sən ağlarsan, balan ağlar,
Ağlama, anam, ağlama.
Elə bir yanıqlı ağıdı, adamın qoşulub ağlamağı gəlir. 
Yaxud,
Bir ömür vermişdin mənə İlahi,
Həsrətə bələndi, gümanda getdi.
Dizimin taqəti, gözümün nuru,
Nahaqqa züy tutan zamanda getdi.

... Zaman küncə sıxıb arı, isməti,
Azalıb insanın mehri, ülfəti.
Bu gözəl dünyanın dadı, ləzzəti,
Göz yaşım ürəyə damanda getdi.

Reallığın baxış bucağı bədii dillə bundan yüksək necə ifadə oluna bilər?! İfadənin şirinliyinə fikir verin:

Nənəm qapımızda asdığı sacın,
Ocağı sönübdür, külü yandırır.

Ədəbiyyatda sözü birbaşa demək qələm əhlinin piyada olma-sından xəbər verir. Bədii sözə obraz donu geydirib, fikri bədii detallarla ifadə eləmək müəllifin ustalığının göstəricisidir. Belə əsərlər, lirik şeir parçası, yaxud vətənpərvərlik ruhunda yazılan, torpaq, yurd ağrılı şeirlər həmin bədii obrazların köməyi ilə oxucu qəlbinə daha asanlıqla yol tapır, şairin demək istədiyi mətləblər daha aydın və canlı görünür.“Yadımdan çıxmaz o gün” şeirindəki detallar oxucu gözü qarşısında açıq – aydın mənzərə cızır:

...Yadımdan çıxmaz o gün!
Göydə Günəş də itdi,
Dağları duman aldı,
Yollarım orda bitdi.
Dünya xoş günlərimi
Əlimdən yaman aldı.

Yadımdan çıxmaz o gün!
Çıxan cismimiz idi.
Quru ismimiz idi.
Qəlbimiz orda qaldı,
Gözümüz orda qaldı,
Sözümüz orda qaldı.

“Ürəyimə köçən yurdum” bölümü eyni adlı lirik xatirə po-ema ilə bitir. Poemanın qəhrəmanı şairin özündən etibarlı olan yaddaşıdır. Nə qədər ki, yaddaş yaşayır, belə hesab eləmək olar ki, o yurdlar diridir. Məhşər o gün qopar ki, yurdlar gedə, yad-daş korşala! Onda ölünü qoyub, dirini ağlamalı olacaqsan... Nə yax¬şı heç olmasa yaddaşsa qalır:

Sularının səsini,
Ləngərli ahəngini
Qəlbimdən keçirib
Nə qədər durulmuşam.
Elə o qədər də,
Sənə könül verib
Ürəkdən vurulmuşam.

İkinci bölüm kitabın adıyla – “Dünya sevgi yaşındadır” ad-lanır. Bu bölmədə C. Qəhrəmanın ülvi, pak məhəbbəti, qadın gö¬zəlliyini tərənnüm edən axıcı, oxunaqlı şeirləri yer almışdır. Böl¬mənin ilk şeiri olan «Dünya sevgi yaşındadır» şeirinin bir bəndində deyilir:
Ala gözlüm, mənim gözüm,
Hilal olan qaşındadır.
Dünya sevgidən yaranıb,
Dünya sevgi yaşındadır.

Gözəl bədii deyim olmaqla yanaşı, doğru qənaətdir. Bütün külli – kainat sevgidən yarandığı kimi, sevgisizlikdən də elə bir anda dağıla bilər. Sözün həqiqi mənasında dünyanın yaşı sevgi-nin yaşı qədərdir! Sevgi varsa, dünya var, sevgi yoxdursa, dün-ya da yoxdur!
Səmimilik və axıcılıq, aydınlıq, obrazlılıq Cəbrayıl Qəhrə-manın bu kitabda toplanan şeirləri üçün səciyyəvidir:

Bu gecə şadlanır çöl də, çəmən də,
Bir mənim ürəyim düşüb kəməndə.
Çöldə narın yağış, amma sinəmdə,
Leysan var, ildırım çaxır bu gecə...

Uğurlu deyimdir, təzadlar üzərində qurulub bu bədii parça.

Cəbrayıl, keçmədi ömrün cəfasız,
Gözəllər olurmuş demə, vəfasız.
Hələ də qəlbimdən boylanır o qız,
Bir ömür beləcə bitdi, gəlmədi.
Yaxud,
Bu dünya belədi, – ağlı, qaralı,
Cəbrayıl, dərd həmdəm, sevinc aralı.
Səndə yaralısan, mən də yaralı,
Gözü yolda qalan, yaralım gəlsin.

Elə bil Vaqifin, Vidadinin, Zakirin qoşmalarını oxuyursan. Dil, üslub, manera onlarınkından soraq verir... Kitabda şairin ürəyə yatan qəzəlləri də öz əksini tapmışdır. Sonuncu bölüm “Məni dərd böyütdü” adlanır. Əlyazmanı sonacan oxudum və gördüm ki, Cəbrayıl Qəhrəman son zamanlar şeir yazmır. Za¬tən, doğulandan bədii söz ona hakim kəsilib. Sadəcə, qaçqınlıq dər-di, yurd həsrəti həmin alovun gözünü açıb. Yüzillik, min¬illik şeir yolunun yolçuluğunda şair qardaşım Cəb¬rayıl Qəh¬rəmana yaradıcılıq uğurları arzulayıram. Şeir¬lərini oxuyan¬da san¬ki özü ilə söhbət eləyirsən. Özünə çox bən¬zəyir ya¬zıları. Səmimi, kövrək və ağrılı... Əllərinə sağlıq...

Avdı Qoşqar
AzərbaycanYazıçılar Birliyinin üzvü, şair
“Dünya sevgi yaşındadır” kitabına ön söz
“Laçın  yurdu” jurnalı №1(21),2017


















“Ömür bitər, yol bitməz”

Laçınlı günləri xatırlayarkən

Qarşımdakı bu kitabın müəllifi ilə dostlarımın vasitəsilə günün, ayın xoş bir məqamında tanış oldum. Həyat elə gətirdi ki, bu tanışlıq bizi bir-birimizə yaxınlaşdırmaqla yanaşı, həm də ailəmizə yol tapdı. Beləcə, Cəbrayıl müəllimin iç dünyasına bir az da yaxından bələd olmaq imkanı qazandım. Ancaq...
Açığını deyim ki, onun bədii yaradıcılıqla məşğul olduğun-dan xəbərsiz idim. Sadəcə bildiyim bu idi ki, Cəbrayıl Qəhrə-manov elm adamıdı, pedaqoji sahədə çalışır, bir az da konkret desəm, pedaqoji elmlər üzrə fəlsəfə doktorudur. Uzun illər doğulduğu torpaqda, yəni Laçının Güləbird kəndində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub. Laçının işğalından sonra o da Bakıya üz tutmaq məcburiyyətində qalıb. İndi paytaxtda da necə deyərlər, elmin, təhsilin içərisində laçınlı günlərin xatirələrini yaddaşından vərəqlərə köçürür.
Bir müddət bundan öncə yenə gözləmədiyim halda iş otağımın qapısı açıldı və Cəbrayıl müəllim dostumuz Etibarla birlikdə otağa daxil oldu. Bu gəliş təbii ki, dost gəlişi, doğma adamın təşrifi olduğu üçün məni bir az qayğıların əlindən çəkib aldı. Bir xeyli söhbət etdik, işimizdən, ailəmizdən, dostlarımız-dan danışdıq, işğal olmuş torpaqlarımızı xəyalən də olsa gəzib geri qayıtdıq. Ayrılıb gedəndə Cəbrayıl müəllim əl çantasından bir kitab çıxardı və xoş sözləri aftoqraf kimi yazaraq mənə bağışladı. Mən kitabın üstündəki müəllif adını görəndə ona təəccüblə baxdım. Baxışlarımla demək istədim ki, əzizim, sənin belə işlərin də varmış...
Elə o da gülümsəməklə sanki səmimi üzrxahlıq etdi və mən dostumuzu yola saldıqdan sonra onun qoyub getdiyi kitabı dərhal vərəqlədim. 500 səhifədən artıq olan bu kitabda gördü-yüm şəkillər, rastlaşdığım adlar, soyadlar məni əməlli-başlı Bakıdan alıb laçınlı günlərə apardı. Çünki bu adların, bu şəkillərin sahiblərinin bir çoxunu mən elə laçınlı günlərdən tanıyırdım. Sanki köhnə dost-tanışlarımla təkrar görüşdüm, təkrar qarşı¬laşdıq...
“Ömür bitər, yol bitməz” kitabı “Elm və təhsil” nəşriy-yatında işıq üzü görüb. Kitabın elmi redaktoru AMEA-nın Folk¬lor İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Tahir Orucov, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Vaqif Abışov və Ramil Ağayevdir. Ədəbi redaktor Günnur İskəndə-rova, nəşrin sponsoru isə Qəhrəman Qəhrəmanovdur. Kitab mü-əl¬lifin ön sözü ilə başlayır. Həmin ön sözü oxuduqca bü-tövlükdə Zəngəzur mahalının, Qarabağın, xüsusilə Güləbird kəndinin barəsində bilgilər əldə etmək olur. Ən maraqlısı budur ki, Cəbrayıl müəllim oxuculara açıq şəkildə etiraf edir ki, o, bu ki¬tabı elinə, obasına, doğulduğu kəndə bir söz abidəsi kimi, bir söz töhfəsi kimi ərmağan edir. Güləbird kəndi haqqında za¬man¬-zaman yazılanları, deyilənləri toplayıb öz süzgəcindən keçirib onları çeşidləyir, xüsusi olaraq Güləbirdin toponimi haq¬qında, təbii coğrafi mövqeyi haqqında, abidələri barəsində, ya¬radıcı, elmi insanları haqqında, o cümlədən zorla qatıldığı¬mız Qarabağ müharibəsində canından, qanından keçən şəhid¬ləri barəsində oxucuya məlumat verir.
“Ömür bitər, yol bitməz” kitabında Laçının milli qəhrə¬man-ları, ağır seyidlərindən Seyid Əliş ağa və oğlu Seyid Əvəz ağa barəsində, Laçının əmək qəhrəmanları, adı dillər dastanı olan Sa¬rı Aşığı barəsində ətraflı bilgilər verir. Apardığı araşdırmalar nəticəsində sübut edir ki, el arasında müxtəlif adlarla tanınan Sarı Aşığın əsl yurdu, ünvanı məhz Laçın rayonudur.
Bu kitabda Laçının, xüsusilə Güləbirdin məşhur nəsillərinin şəcərələri də, həyat yolları da, din adamları da oxuculara yığcam və faktlar əsasında təqdim olunub. Ümumiyyətlə, böyük əmək sayəsində araya-ərsəyə gətirilmiş bu kitabda müəllif güləbirdli¬lərin adət-ənənələrini, məişətlərini, qəhrəmanlıqlarını, söz sənətlərini, məktəb illərini, ekologiyasını, coğrafiyasını bir ustad dəqiqliyi ilə toplayıb və çap etdiribdi.
Düşünürəm ki, fəlsəfə doktoru, dəyərli ziyalı Cəbrayıl Qəhrəmanovun Güləbirdin bir yetirməsi kimi üzərinə götür¬dü¬yü işi layiqincə başa çatdırması heç də təsadüfü deyil. Çünki bu in-san¬ın ruhunda, canında, qanında vətən sevgisi, Güləbird yanğısı hər gün alovlanır, hər gün atəşə çevrilir. Onunla hər təmasda bu odu-alovu görməmək, duymamaq mümkün deyil. Məhz bu mənada savab işə imza atmış Cəbrayıl müəllimi təb¬rik edir, güləbirdlilərin, laçınlıların, bütövlükdə azərbay¬can¬lı¬ların və ürəyində yurd sevgisi olan hər kəsin bu kitaba dəyər ve¬rəcəyini öncədən duyur və Cəbrayıl müəllimə yeni-yeni uğur¬lar arzu edirəm.
Əbülfət Mədətoğlu
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair
“Ədalət” qəzeti 13 iyun 2013-cü il




“Gördüyüm dünya”
Cəbrayıl Qəhrəmanovun kitabı barəsində bir neçə söz
Yaxın günlərin söhbətidir. Yaxın deyəndə ki, hardasa bir ay bundan öncə şəhərarası marşrut avtobusunda qarşılaşdıq. Gö¬rüşüb hal-əhval tutduq. İşimizdən, gücümüzdən, ailə-uşaq-dan danışdıq. Sonra söz-sözü çəkdi, mövzu yaradıcılıq oldu. Mən də fürsətdən istifadə edib Cəbrayıl müəllimdən təzə nə ya-zıb-yazmadığını soruşdum. O da özünəməxsus bir şəkildə az qa¬la yaşına uyğun gəlməyən utancaqlıqla bildirdi ki, yeni kita-bım işıq üzü görüb. Bu sözlər məni bir az da həvəsləndirdi. Ərk-lə soruşdum:
- İnşallah o kitabınızı nə vaxt görə bilərəm?
Cəbrayıl müəllim bir az tərəddüdlə əlini çantasına uzatdı.
- Bəxtinizdən bir dənəsi çantamda var. İşə aparırdım.
Bu fürsəti qaçırmaq olmazdı. Elə mən də belə etdim və ərklə həmin kitabını avtoqrafla mənə bağışlamasını istədim. 20 Yanvar stansiyasında avtobusdan düşdük. Yolun bir kənarına çə¬kildik və Cəbrayıl müəllim həmin kitabını avtoqrafla mənə ba¬ğışladı. Mən də kitabı özümlə birlikdə redaksiyaya gətirdim. Necə deyərlər, qoydum gözümün önünə. Vaxt, fürsət düşdükcə kitabı gözdən keçirməyə başladım. Təbii ki, bu kitabı mənə oxut¬duran bir məqam da müəllifi yaxşı tanımağım, üstəlik də hər ikimizin eyni dərdin, ağrının daşıyıcısı olmağımız idi. Belə ki, Cəbrayıl müəllim Laçında doğulub, Laçında işləmiş və öm-rünün ən gözəl illərini, günlərini bu torpağın havasında, su-yunda tapmışdır, yaddaşına, qanına, vücuduna hopdurmuşdur. Ona görə də onun hər bir yazısının şah damarında bir Laçın sızıltısı, bir Laçın həsrəti, bir Laçın yanğısı boy göstərir. Har¬dan baxsan, mütləq o sızıltını görə bilərsən. Öncəki kitabını da mən oxuyanda məhz həmin o Laçın dağını eləcə görmüşdüm. 
Həmin dağ da mənim Qarabağ dağının ağrısını, acısını, da¬ha da ağırlaşdırdı, daha da dözülməz və üsyankar etdi. Təəs-süf ki, mən də, Cəbrayıl müəllim də və bütövlükdə bir milyona ya¬xın didərgin soydaşlarımız da hələ ki, bu dözülməz dağa dözürük. Nə isə... Bəli, mən Cəbrayıl müəllimin yeni kitabını öncə vərəqlədim sonra...Sonra bu kitabdakı esselər məni özünə çəkdi. Başladım oxumağa. Gördüm ki, esselərin hər birində yığcam, amma düşündürücü şəkildə insana diktə edilən mə-qamlar var. O məqamların hər birinin də arxasında canlı şəxsiyyətlər, xüsusi ilə müəllif özü dayanır. Məsələn, atadan, anadan gətirilən iqtibaslar, onların həyatından götürülüb esseyə hopdurulan fikirlər, hadisələr adama o qədər doğma, o qədər inandırıcı və təbii gəlir ki, sanki sən özün həmin məqamları yaşayırsan, həmin hadisələrin içərisində olursan. Üstəlik də elə bilirsən ki, (hətta inanırsan ki) bu məhz belədir. Məsələn, Cəb-rayıl müəllim siyasətçiləri alpinist¬lərə bənzədir və vurğulayır ki, hər ikisi zirvəyə çatmaq istəyir. Ancaq alpinistlər bir-birinə kömək edə-edə bu yolda ölümün baş üzərində olduğunu bilə-bi-lə zirvəyə doğru gedirlər. Amma siyasətçilər insanların xey¬rinə olan hər cür yalanlardan istifadə edirlər. Bu onlarım müdrikliyidir, uzaqgörənliyidir. Məhz məqsədə, zirvəyə çat¬maq üçün siyasətçiyə hər variant qəbul olunandır. Gördüyünüz ki¬mi cəmi bir vərəqdən də az olan balaca bir essedə ayrı-ayrı fərdlərin bir zirvəyə olan yürüşü ortaya qoyulub. Və yaxud, bəzən insanlar görüntüyə aldanırlar. Bunu öz essesində Cəbra¬yıl müəllim müxtəlif, həm də tarixdən bəlli məqamlardan istifadə etməklə əsəslandırır. Vurğulayır ki, italyan eşşəyin sü¬rətini artırmaq, gedişini istiqamətləndirmək üçün onların boy¬nundan məftil vasitəsi ilə burunlarının önündən yaşıl ot asır¬mışlar. Bununla da həmin heyvan ota doğru sürətlə gedirmiş. Bu, görüntüyə aldanmaqdı. Bax, həmin faktın başqa bir çalarını isə müəllif öz yaşadığı kənddə adamların ifadə etdiyi bir şəkil¬də bizə çatdırır. Bildirir ki, bizim kənddə görüntüyə ge¬dən¬ləri “çiçəbaz” adlandırırdılar. Bu da o deməkdir ki, sən an¬caq gördüyünə aldanırsan, inanırsan onun mahiyətinə varmır¬san.
Cəbrayıl Qəhrəmanovun mənə bağışladığı kitabındakı ədə¬bi düşüncələr bölümü də maraqla oxunur. Onun yaxın-uzaq keç¬mişimizə üz tutması, bugünkü laçınlı qələm adamları ilə, xüsusilə, İlham Qəhrəmanla, ondan öncə və bu gün Laçının söz çələngini cilalayan digər şairlərlə bağlı mülahizələri də diq-qətəlayiqdir. Ümumiyyətlə götürəndə bu kitabdakı bir növ avtoportret xarakteri daşıyan yazılar da oxucu üçün maraqlıdır. Amma bir daha qeyd etmək istəyirəm ki, bu kitabda mən daha çox “Esselər və gündəliklər” bölümünü təkrar-təkrar gözdən keçirdim. Elə o duyğuların içərisində də Cərayıl Qəhrəmanova ye¬ni yaradıcılıq uğurları arzulayır və inanıram ki, nə vaxtsa o, La¬çının gözəl günlərindən və bir də o günlərə gedən yolun xa¬ti-rə¬lərindən yazaçaqdı...
Əbülfət Mədətoğlu
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair
“Ədalət” qəzeti, 12 iyun 2015-ci il




“Dünya sevgi yaşındadır”
Cəbrayıl Qəhrəmanın şeir kitabı haqqında düşüncələrim

Cəbrayıl Qəhrəmanı qaçqınlıq dönəmi başlayandan tanı-yıram. Bu tanışlığın da bünövrəsini tələbə yoldaşlarım qoy¬dular. Çünki onlar Cəbrayıl müəllimlə birlikdə pedaoji fəaliy¬yətlə məşğul idilər. Bir andan başlayan bu tanışlıq yavaş-yavaş şaxələnməyə, necə deyərlər, qol-budaq atmağa başladı. Və günlərin birində də öyrəndim ki, Cəbrayıl müəllim bədii ya¬ra-dıcılıqla da məşğuldu. Onun dövrü mətbuatla yanaşı, sanballı kitablarda da imzası var.
Təbii ki, müəllimin, pedaqoqun həm də söz adamı olması bizim münasibətlərimizi bir az da şirinləşdirdi, doğmalaşdırdı. Elə həmin o doğmalıq da mənə imkan verdi ki, həmkarımın ki-tabları ilə tanış olum. Hətta mən o kitabların barəsində oxucu fikirlərimi mətbuat səhifəsinə də çıxardım. Elə buradaca vurğu-layım ki, həmin kitablar müəllifin nəsr əsərləri idi. Və əsərlərin də mövzusu daha çox doğulduğu Laçın rayonu, onun özəl¬lik-ləri, xüsusilə mədəniyyəti, tarixi, məişəti, qəhrəmanları və sairə idi. Bu dəfəki görüşümüzdə isə Cəbrayıl müəllim mənə özünün müxtəlif illərdə qələmə aldığı və nəhayət, bir kitab halında ortalığa çıxardığı şeirlərin təqdimatı idi. Düzünü deyim ki, bu mənim üçün bir növü sürpriz oldu və onu təbrik etməklə yanaşı, içimdə qələm dostumun şeirlərilə bağlı müəyyən nara¬hatlıqlar da yaşadım. Çünki ilk dəfə oxuyacaqdım bu şeirləri. Və ...
İllərdi dərdimlə yol gedirəm mən, 
Məni dərd böyütdü, sındırammadı.
Qəlbimin atəşin, ürəyin odun,
Boranlar, çovğunlar dondurammadı.

Dərdimlə hər zaman həmdərd olmuşam,
Dərdimə dost, özümə sərt olmuşam.
Güc çatmasa, gücümə pərt olmuşam,
Yüz dərd bir nadanı qandırammadı.

Dərdi mən özümə ustad sanmışam,
Dərd öyrədim, çox mətləblər qanmışam.
Dərdin atəşiylə alovlanmışam,
Kül edib ruhumu yandırammadı.

Kitabı açarkən oxuduğum şeir bu oldu. Bilmirəm, özümün də dərd çəkən olduğumdandı, yoxsa təsadüfdü, amma hər nə-disə şeirin ruhu, havası məni işğal altındakı torpaqlarımıza, üzü dağ¬¬lara tərəf apardı. Və həmin o günləri xatırlaya-xatırlaya ki-taba ön söz yazmış şair Avdı Qoşqarın fikirlərilə tanış olu¬ram. Avdı Qoşqar yazır ki, “Cəbrayıl Qəhrəman doğulandan bə¬dii söz ona hakim kəsilib. Sadəcə qaçqınlıq dərdi, yurd həsrəti həmin alovun gözünü açıb”. Mən Avdı bəyin fikirləilə bir¬mə¬nalı şəkildə razılaşıram. Çünki insanı daha çox dərd danışdırır. Bax, bu mənada Cəbrayıl müəllimin yazdığı bu misralara həm nisgil, həm xatirə, həm də bütövlükdə bir nostalji duyğuların prizmasından baxmamaq mümkün deyil. Şair yazır ki:

Bir ümmanam hey çağlaram,
Yurd talanıb, qan ağlaram.
Niyə getməz qəmli çağım?
                                     Qarabağım!
Zülmətdəyəm, yan, çırağım – 
                                    Qarabağım!

Bir neçə bölümə ayrılmış şeirlərin əsas ana xətti yurddu, və-təndi, hətta sevgi şeirlərinin şah damarıdı, Laçındı, Laçınlı gün-lərdi.
Ona görə də şair sevgisini də öz kədərinə, öz yurd nisgilinə bü¬küb onun köynəyindən keçirir və yazır:

Baxışından alov yağır,
Yandırırsan qız, aləmi.
Qoy mən yanım alovunda,
Yandırmamış köz aləmi.
Və yaxud:

Birdən qəriblikdə gözlərin dolar
Gül kimi yanağın saralıb solar.
Cəbrayıl da sənə minnətdar olar,
Təmiz eşqi, saf ilqarı qorusan.

Və yaxud:
Ala gözlüm,mənim gözüm,
Hilal olan qaşındadır.
Dünya sevgidən yaranıb,
Dünya sevgi yaşındadır.

Sevgi bizi bizdən alar,
Bir həsrətdən gözlər dolar,
Dərdi-qəmi yuyan sular,
Gözümüzün yaşındadır.

Məhəbbət – varım, sərvətim,
Tanrıdan payım, qismətim.
İnsanlara məhəbbətim,
Ürəyimin başındadır.

Cəbrayıl çəkib həsrəti,
Ayrılığı, qəm-möhnəti,
Doğma yurdun ülviyyəti
Torpağında, daşındadır.

Ümumiyyətlə, Cəbrayıl Qəhrəmanın şeirlərində təbiilik, sə-mi¬miyyət daha çox diqqəti çəkir. Bu şeirlərdən aydın olur ki, müəllif öz yaşantılarını misralamağa, kağıza köçürməyə çalışır. Və o da bu istəklə əlini qələmə uzadıb və yazıb ki:

İllərlə oduna yandığım gözəl,
Məni oda salıb getdi, gəlmədi.
Ahımdan dağlar da alışıb yandı,
Qəlbimi pərişan etdi, gəlmədi.

Onsuz keçən bu dünyanı neylərəm,
Ulduzu qaralmış, aysız göylərəm.
Gecə-gündüz ahu-fəğan eylərəm,
Fəryadım göylərə yetdi,gəlmədi.

Cəbrayıl, keçmədi ömrün cəfasız,
Gözəllər olurmuş demə vəfasız.
Hələ də qəlbimdən boylanır o qız,
Bir ömür beləcə bitdi, gəlmədi.

Düşünürəm ki, bu sevgi şeirindəki ovqatla Cəbrayıl Qəhrə-manın “Dünya sevgi yaşındadır” kitabı haqqında fikirlərimi ta-mamlaya bilərəm. Lakin yaşadığımız yurd nisgili və o nisgili yanıqlı, hər kəsi özündən alan səsiylə “Laçınım” deyə-deyə oxu¬yan mərhum və unudulmaz sənətkarımız Məhəbbət Ka¬zım-ova ünvanlanmış misralardan yan keçmək olmaz. Şair yazır ki:

Ruhuma zindandır illər Laçınsız,
Gözümdə çağlayır sellər Laçınsız.
Laçın Məhəbbətsiz, ellər Laçınsız,
Yanıb yaxılaram indi, Məhəbbət!

Bəli, biz bu cür yanğılarla, bu cür ağrılarla yaşaya-yaşaya dər¬di şeirə çeviririk. Elə Cəbrayıl Qəhrəman da həmin o yanğı¬nı ifadə edir. Və o da, mən də inanırıq ki, bu yanğı qələbəmizə də rəvac verəcək, bizi yaxınlaşdıracaq o yerlərə. Uğur olsun, Cəb-rayıl müəllim!

Əbülfət Mədətoğlu
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair
“Ədalət” qəzeti 2 avqust 2017-ci il.











İllərin izi

Yaddaşım məni aldatmırsa, 1996-cı ilin payızı idi. “Azər-baycan müəllimi” qəzetinin elm və təhsil şöbəsinə orta boylu, ilk baxışdan xoş təəssürat oyadan bir soydaş daxil oldu. Tanışlıqdan sonra sözarası professor Zahid Qaralovun salamını çatdırdı, onun dissertantı olduğunu vurğuladı. Portfelindən çıxardığı 5 səhifəlik məqalədə SSRİ PEA-nın ilk azərbaycanlı müxbir üzvü, görkəmli fizik alim və ölkədə fizika metodikası sahəsində məktəb yaratmış Abasqulu Abaszadənin elmi-metodiki irsi haqında fikirlər vardı.
Məqalə “Azərbaycan müəllimi” qəzetinin növbəti nömrələ-rindən birində çap olundu. Bir müddət sonra Cəbrayıl Qəhrəmanovun başqa bir qələm məhsulu qəzetdə dərc edildi. Sonrakı illərdə mən onun “Azərbaycan məktəbi”, “Fizika və riyaziyyat tədrisi”, “Düşüncə” jurnallarında Azərbaycanda fizi-ka elminin tarixi, diferensial təlim, fizika tədrisində hərbi vətənpərvərlik tərbiyəsi, təhsilimizin bəşəri dəyərlərə əsaslan-maqla milli zəmində yenidən qurulması ilə bağlı maraqlı pe-daqoji fikirlərinin şahidi oldum.
...Və günlərin birində onun A.Abaszadənin həyatı və elmi-pedaqoji fəaliyyəti mövzusunda namizədlik disertasiyasını uğurla müdafiə etdiyini eşitdim.
2007-ci ilin əvvəllərində yenə də redaksiyada görüşdük. Hal-əhval tutduqdan sonra təhsilimizin bu günü və gələcəyi ilə bağlı söhbətləşdik. Sonra Cəbrayıl müəlim “Fizika dərslərində hər¬bi texnika elementlərinin öyrədilməsi” mövzusunda mə¬qaləsinin çap etdirilməsi istəyini bildirdi. Tarixi ənənə və publisistik üslubu dəyişdirilmiş qəzetdə daha belə yazılara yer verilmədiyini deyəndə tutuldu. Özü ilə razılaşıb məqaləni “El sözü” üçün çapa hazırladım. Yazı işıq üzü gördü...
Axırıncı görüşümüzdə Cəbrayıl müəllim sözarası bu yaxın-larda 50 yaşının tamam olacağını dedi. Elmi yaradıcı¬lığına, şəx-siyyətinə dərin hörmət bəslədiyim, təbiətən ziyalı olan Cəbrayıl müəllimin yubileyi münasibətilə, onun haqda bəzi ürək sözlərimi oxucularla bölüşməyi özümə borc bildim.
Cəbrayıl Qəhrəmanov yadlara yaylaq olmuş Laçının Gülə-bird kəndində dünyaya göz açıb (1958-ci ildə). Atası İsmayıl kişi el adamı olub. Deyilənə görə, çiliklənmiş sümükləri zərgər dəqiqiliyi ilə yığıb düzüb insanları ayağa qaldırıb¬mış. “Oxu¬ma-mış alim”, “diplomsuz cərrah” kimi ad çıxarmış İsmayıl kişinin ailəsi tərbiyəli, zəhmətsevər uşaqları ilə el hörməti qazanıbmış.
Atanın vaxtsız ölümündən sonra 5 qardaş, 1 bacı bir-birinə dayaq olub, kömək edib böyüyüb. Güləbirddə orta məktəbi bitirən Cəbrayıl fizika müəllimi olmaq niyyətilə ali məktəbə daxil olub. 1981-ci ildə ADU-nun məzunu kimi doğma kənddə pedaqoji fəaliyyətə başlayıb.
1991-ci ildən direktor müavini kimi fəaliyyətini davam etdirib. 1992-ci ildə arxalı dığaların Laçını ələ keçirmələrindən sonra onun da Vətən həsrəti başlayıb. Bir müddət Bakı məktəb-lərində müəllim kimi çalışıb və 1995-ci ildə Azərbay¬can Elmi-Təd¬qiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Prob-lemləri İnstitutu) dissertantlığına qəbul edilən C.İsmayıl oğlu pro¬fessor Z.Qaralov və prof. A.Abaszadənin rəhbərliyi altında “Abasqulu Abaszadənin elmi-pedaqoji irsindən məktəb¬lərdə istifadə” mövzusunda araşdırmalara başlayıb.
Bu istiqamətdə elmi-metodik axtarışlarını pedaqoji fəa-liyyətlə əlaqələndirib: həm orta məktəblərdə çalışıb, həm də Azərbaycan Beynəlxalq Universitetində tibbi və bioloji fizika-dan dərs deyib (2001-2003-cü illərdə). 1998-ci ildə bir qrup mütəxəssislə “Bilik” hazırlıq kursunu təsis edib. Bu hazırlıq kursu Bakıda yüksək reytinqə malik bir mərkəz kimi tanınır.
Hazırda Bakı Biznes Universitetində hazırlıq şöbəsinin mü-diri vəzifəsində çalışan Cəbrayıl müəllim həm elmi, həm də bədii yaradıcılıqla məşğuldur.
Bir dəfə özündən razı, elm aləminə təsadüfi gəlmiş birisi nursuz və bədheybət sifətini qırışdıraraq elmlər doktoru olan bir əməkdaş haqqında: - Nə olsun elmlər doktorudur, ikimiz də şö-bə müdiriyik, – dedi.
Düz deyirdi, amma bir həqiqəti unutdu ki, həmin qəzetdə ondan da on dəfə qələmli və geniş ürəkli şöbə müdirləri işləyib, amma heç yada düşmürlər. Amma elə o qəzetdə çalışmış elmlər namizədinin (dünyasını dəyişib) kitab və məqalələrinə vəfatından sonra çox tədqiqatçı mənbə kimi üz tutub. Sözümün canı budur ki, əsil alim sayğısı, nüfuzu fasiləsiz bir ictimai təsir gücünə malikdir. Bu mənada alimlik geniş mənada xalqa xid-mətdir. Kitabxana kataloqlarında tarixləşən əmək naxışlarıdır. 
Azərbaycanda istilik fizikası sahəsində fundamental tədqiqatları ilə nəinki keçmiş SSRİ, eləcə də dünya miqyasında tanınmış professor Abasqulu Abaszadənin fizika və onun tədrisi sahəsində tarixi xidmətlərini öyrənib sistemləşdirən, bunlardan müasir məktəbdə istifadə imkanlarını araşdıran Cəb¬rayıl Qəhrəmanov artıq fizikanın tədrisi sahəsində xidməti olan metodist alimlərdəndir. “Abasqulu Abaszadənin elmi-pedaqoji irsi” monoqrafiyası işıq üzü görmüş alimin fizika tədrisi metodikası və pedaqoji məsələlərlə bağlı “Diferensial təlim haqqında”, “Fizika tədrisində hərbi texnika elementlə¬ri¬nin öyrədilməsi”, “Elmi irsimizə tarixi nəzər”, “Fizika tədrisin¬də hərbi vətənpərvərlik tərbiyəsi”, “Orta məktəb fizika kursunun tədrisində Abasqulu Abaszadənin elmi-pedaqoji irsindən isti¬fa-də”, “Abasqulu Abaszadənin mayelər fizikası və termo¬dina-mikaya dair tədqiqatlarının əhəmiyyəti barədə”, “Diferensial təlimi inkişaf etdirməliyik”, “Təlimdə fərdi yanaşmanın rolu” və s. məqalələri fizika müəllimlərinin yarar¬landıqları metodik ya¬zı-lardandır. Bu baxımdan görkəmli Azərbaycan fiziki və pedaqoqu Abasqulu Abaszadə ilə bağlı silsilə yazılar: “Elm və maarif fədaisi”, “Görkəmli fizik və pedaqoq”, “Elmə, maarifə həsr olunmuş ömür” qələm məhsul¬ları alim irsinə tədqiqatçı diqqət və marağının ictimai-pedaqoji yönümdən böyük ifadəsidir.
Bu məqalələrdə üç cəhət özünü qabarıq şəkildə göstərir: 1) C.Qəhrəmanov A.Abaszadə irsini tarixilik və müasirlik para-metrlərində dəyərləndirərək, görkəmli alimin elmi-nəzəri irsinin bütün zamanlar üçün aktuallığını dəyərləndirir; 2) bu irsin orta məktəbdə öyrədilməsi imkanlarını işləməklə, Azərbaycan fizika elminin dünya elminə verdiyi töhfəni gəncliyə öyrətməklə, milli qürur hissini oyadır; 3) A.Abaszadənin fizika metodikası sahəsin¬də məktəb yaratması araş¬dırılır, orta məktəb müəllimlərinə bu sahədəki elmi-metodik dəyərlər çatdırılır.
Yazının əvvəlində qeyd etdim ki, Cəbrayıl müəllim həm də bədii yaradıcılıqla məşğul olur. Bu barədə bir qədər sonra. Sən demə, o, başqalarının bədii əsərlərinə münasibət bildirir, publisistika ilə də məşğul olur. “Laçın”, “Pillələr”, “Şərq”, “Zən¬gəzur” qəzetlərində Qarabağ məsələsi ilə bağlı, müasir həyatla bağlı “Tarixin ibrət dərsləri”, “Qələbəyə gedən yol mil¬li birlikdən keçir”, “Tarixi həqiqətlər və erməni vandalizmi”, “Və-tənpərvərlik tərbiyəsi günün tələbidir” və s. mövzularda məqalələri nəşr olunub. “Qələbəyə gedən yol milli birlikdən ke-çir” adlı qələm məhsulunda tarixi faktları oxucu¬ların yad-daşında canlandıran Cəbrayıl İsmayıl oğlu soydaşları, ilk növ-bədə laçınlıları fiziki və mənəvi güc və qüvvələri bir araya gətirib birləşməyə çağırır. Dediyi hər fikri sələflərin tarixi hü-nəri, şücaəti və örnək, həyat təcrübələri faktları ilə əsas¬landırır, oxucunu inandırır, düşündürür, səfərbər edir.
Onun ədəbi mövzuda yazılarında da (“Bizi çağıran var”, “Zir¬vəyə gedən yolda”, “Nizamişünaslığa böyük töhvə”, “Zir-və¬yə gedən yolda”, “Gənc şairin uğurları”) özəlliklər var. C.Qəhrəmanov bədii fakta riyazi dəqiqliklə qiymət verməyə ça-lışır. Onun “Bizi çağıran var” adlı məqaləsində Rövşən Atakişi oğlunun poetik dünyasına nəzər salınır. Qələm məh¬sulunun əvvəlində müəlliflə bağlı təəssüratlar əksini tapıbsa, son¬rakı sətirlərdə R. Atakişi oğlunun şeirlərinin ideya-məzmun xü-susiyyətləri açıqlanır, müəllifin – C.Qəhrəmanovun duyu¬munda şərh edilir.
Hamı şair olmur, hər kəs dünyada yazıçı kimi tanınmır. La-kin hər kəsin özünün içində qələmə alınmamış poetik duyumlar yatır, sızlayır, çırpınır. Görünür, elə buna görədir ki, insanların gömüldükləri torpaqda poetik duyğular oyadan müxtəlif çeşidli gül, çiçək, bitki cücərir, boy atır. Nə isə, çox qəribə aləmdir insan qəlbi, insan duyğuları... Bəzən bir-iki şeiri ilə insan kimlərinsə bədii materiallar fondunda yaşayır, şair kimi olmasa da, bir söz ustası kimi...
Dünya haqqında S.Vurğun da yazıb, çağdaş dövrün tanınmış sənətçisi Z.Yaqub da... Hər bir poetik əsər özünün ideya-məz¬munu, poetikası ilə geniş auditoriyada fəlsəfi-bədii duyğular, estetik-zehni təəssüratlar oyadır.
Laçın kimi yurduna həsrət qalmış, doğmaların əbədi uyu-duqları kəndin yadlara vətən olmasından niskillənmiş Cəbrayıl İsmayıl oğlu köçkün adının ağır möhnəti ilə yazıb:

Sehrinə düşürəm dünyanın hərdən,
Özümü özümdən alandı dünya.
Döndü rüzgar,xəzan vurdu baharım,
Bilməzdim yalandı, yalandı dünya.

... Nə qədər nəğmələr qalıb yarımçıq,
Fikirlər pərişan, könüllər qırıq.
Sevincdir, bəzən də əzab, hıçqırıq,
Nəşəsi kədərlə talandı dünya.

...Tale üz döndərib,bilmirəm nədi,
İşıq təşnəsiyəm, qismət kölgədi.
Cəbrayıl, mənimçin hər vaxt əbədi
Ayrılıq havası çalandı dünya.

Dünya elə həmin dünyadır. Öz oxu ətrafında fırlanır, də-yirman daşı kimi üyüdür, onunla ayaqlaşa bilməyənlər vaxtsız tökülür yarpaqlar kimi... Dünyanın dilini öyrənib, başmaq cütləməyi, ləbbadə tutmağı bacaranlar tox dolanır, əlləri haram pulla oynayır, ləyaqət və şərəf, namus və milli qeyrət sarıdan dilənçi olanlar üçün dünya karuseldir, yellənir, şellənir, güllənir, türklər demiş, dinlənirlər. Unudurlar insan yaddaşının gücünü; kimiyə lənət, kimiyə rəhmət oxunur.
İnsanlar vətəni sevənləri, insanı sevənləri, həyatı sevənləri unutmurlar. Nəsillərin yaddaşında xatirələrlə yaşayırlar. Bu gün yurdunu dərin bir sevgi və həsrətlə vəsf edib, nə vaxtsa o yerlərə qayıdacağına dərin inam vəsf edən Cəbrayıl müəllim 50 yaşın işığı ilə yurduna şəfəq salır:

...Xəyallar apardı məni keçmişə,
Elə bil bağrımı taxdılar şişə.
Nə deyim dövrana, belə gərdişə,
Hicrandan saralıb gülü yurdumun.

...Tuş gəldi taleyim dumana, çənə,
Ayrılıq ölümdən betərdir mənə.
Bir bahar günündə dönək Vətənə,
Sevinsin yamacı, yalı yurdumun,
Dağları, ormanı, çölü yurdumun.

Bir alim, bir müəllim, bir şeir həvəskarı, bir soydaş, bir ata (5 övladı var), bir vətəndaş barədə isti yay günlərinin birində duyğu və dərdlərimlə baş-başa qalıb bu sətirləri vərəqlərə köçürdüm. Bunlar az-çox tanıdığım bir insan haqqında təəs-süratlarımın bir hissəsidir. Onun səmimiyyəti, sadəliyi, diqqətli olması, mərdanəliyi haqqında yazmağa ehtiyac duymadım, on-suz da onunla çalışanlar, onu tanıyanlar bilirlər...

Şamxəlil Məmmədov
Pedaqoji elmlər namizədi, 
“Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri,
“El sözü” jurnalının baş redaktoru.
“Təhsil problemləri” qəzeti, 
11-20 mart 2008-ci il







“Düşüncələr işığinda”

Ömür insana verilmiş ilahi nemət, ilahi sərvətdir. Bu sərvəti gərək elə xərcləyəsən, bu neməti elə qiymətləndirəsən ki, tü-kənəndə, yelə verəndə peşiman olmayasan. Yada böyük ədib və filoloq-etnoqraf, hüquqşünas və diplomat kimi Vətən tarixində yeri olan Yusif Vəzir Çəmənzəminlinin fikri düşür: “Vaxt həyatın vicdanıdır,itirilmiş vaxt adamı itirilmiş vicdandan da artıq həyacanlandırmalıdır”. Bu mənada vaxtını şəxsi həyatı və xalqın mənafeyi naminə sərf edənlər həqiqi mənada ikinci hə¬yat yaşayırlar: elm, sənət tarixində, insanların yaddaş və əməl-lərində. 
Bu təəssürat – düşüncələr pedaqoji elmlər namizədi Cəbra¬yıl Qəhrəmanovun “Düşüncələr işığında” ( Bakı: Elm, 2008 – 316 s.) kitabının mütaliəsindən doğaraq sətirlərə çevrildi.
Cəbrayıl Qəhrəmanov Laçının Güləbird kəndində dünyaya göz açıb (1958), ADU-nu bitirib, qaçqınlıq mərhələsinə qədər doğma kənddə müəllim və direktor müavini kimi çalışıb. Bakıya gələndən sonra o, elmi-pedaqoji araş¬dır¬malar aparıb pe-daqoji elmlər namizədi elmi dərəcəsi alıb, çoxlu sayda elmi-metodiki məqalə, şeir nəşr etdirib, kitabları çap olunub. 
“Düşüncələr işığında” adlı kitab 50 yaşlı alim-pedaqoqun (Bakı Biznes Uni¬versitetinin hazırlıq şöbəsinin müdiridir) doğ-ma yurda, doğmalara və özü¬nün özünə hesabatıdır. 
Elmi redaktorları pedaqoji elmlər namizədi Ş.Məmmədov və filologiya elm¬ləri namizıdi S.Hacı olan kitabın (ədəbi redaktor R.Atakişioğlu) məs¬lə¬hət¬çiləri fizika-riyaziyyat elmləri namizədləri Z.Ağayev və E.Allahverdiyevdir.
Vüqar Qəhrəmanovun sponsorluğu ilə nəşr olunmuş kitabdakı qələm məh¬sulları “Düşüncələr işığında”, “Şəxsiy-yətlər”, “Elm tariximiz”, “Pedaqoji dü¬şün¬cələr və metodika”, “Publisistika və rəylər”, “Müsahibələr” bölmələrində cəm¬lən-miş¬dir. Bu yazılarda müəllif özünün müxtəlif hadisə, fakt və görkəmli şəx¬siyyətlərə, onların elmi-pedaqoji, yaxud ədəbi-bədii yaradıcılıqlarına mü¬na¬sibətlərini qələmə almışdır. Elmi-metodik məqalələr orta məktəb müəllimlərinə ün¬vanlanmış dəyərli materiallardır. Cəbrayıl müəllimin vətəndaşlıq, və¬tən¬pər-vərlik, xeyirxahlıq duyğularını əks etdirən, Qarabağla bağlı düşüncələrinə ayna tu¬tan məqalələri dilinin səmimiliyi, müəllif şərhi və təhlilinin səmimiliyi və inan¬dırıcılıq əmsalı ilə cəlb edir.
“Mənim haqqımda əsl həqiqəti dostlar bilirlər” fikrinin təs-diqi olaraq alim-publisist haqqında yazılan kitabın “Dost sözü” böl¬məsində toplanmışdır.
Kitab geniş oxucu kütləsi, fizika müəllimləri, pedaqoji ic¬ti-maiyyət üçün ma¬raqlı və faydalıdır.

Şamxəlil Məmmədov
Pedaqoji elmlər namizədi, 
“Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri, 
“El sözü” jurnalının baş redaktoru
“Naxçıvan” qəzeti, 31 yanvar 2009-cu il






“Qələmin müqəddəs vəzifəsi...
... Xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir”
Mirzə Cəlil

Pedaqoji elmlər namizədi Cəbrayıl Qəhrəmanovun “Dü-şüncələr işığında” kitabını bir cümlə ilə xarakterizə etmək istəsək, böyük Mirzə Cəlilin eyni zamanda başlığa və epiqrafa çıxardığımız sözləri kifayət edər. “Elm” nəşriyyatında işıq üzü görmüş kitaba “İşıqlı düşüncələr, pak duyğular” adlı ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitu-tunun aparıcı elmi işçisi, filologiya elmləri namizədi Siracəddin Hacı yazıb. Elmlər namizədləri Şamxəlil Məmmədov və Sira-cəddin Hacının elmi, şair Rövşən Atakişioğlunun ədəbi redak-torluğu, elmlər namizədləri Zakir Ağayev və Eynulla Allahver-diyevin məsləhətçiliyi ilə çap olunmuş kitab ön sözdən sonra, aşağıdakı fəsillərə bölünür: “Düşüncələr işığında”, “Şəxsiy-yətlər”, “Elm tariximiz”, “Pedaqoji düşüncələr və metodika”, “Publisistika və rəylər”, “Müsahibələr”, “Dost sözü”. Kitab adından göründüyü kimi, başqa mövzularla yanaşı əsasən müəllifin düşüncələri barədədir. Biz isə bu düşüncələri şərti olaraq “İşıqlı düşüncələr”, “elmi düşüncələr”, “pedaqoji dü¬şün-cələr”, “publisistik düşüncələr”, “ İnsani düşüncələr”, “poetik dü¬şüncələr”, “səmimi düşüncələr” kimi adlandıra bilərik.
Filologiya elmləri namizədi Siracəddin Hacı kitabın müəl-lifini belə təqdim edir. “Cəbrayıl müəllim mənəvi baxımdan zən¬gin bir insandır. Onun düşüncələrinin üfüqləri genişdir. O, alim¬dir, müəllimdir, şairdir, tarixi, ədəbiyyatı, milli mədəniy¬yəti gözəl bilir. O, Azərbaycan ədəbiyyatının klassik¬lərinin əsər¬lərini oxumuş, dərk etmiş, onlara şərh vermiş, sevdiklərini əz-bərləmişdir. Cəbrayıl müəllim milli muğamları çox sevir, muğamları Azərbaycan mənəviyyatının, düşüncə və duyğusu-nun ayrılmaz bir parçası sayır. 
Cəbrayıl müəllim gözəl alimdir. O, bir sıra elmlərlə yanaşı, fizika elmini və bu elmin tədris metodikasını dərindən bilir. O, bu elm sahələri ilə bağlı elmi əsərlər yazmışdır. Cəbrayıl mü¬əllim fizika elminin tədrisi ilə bağlı yeni elmi metodların hazırlanması və tədbiqi sahəsində bir sıra təkliflərin müəllifidir.
Cəbrayıl müəllimin ən böyük arzusu odur ki, Azərbaycan övladları savadlı olsunlar, müasir elmi öyrənsinlər, milli dəyər-lərdən ayrılmasınlar”
318 səhifəlik gözəl tərtibatla və nəfis şəkildə nəşr edilmiş bu sanballı kitab çox asan və maraqla oxunur. Təkcə “Düşüncələr işığında” fəslinə daxil olan “Ömür dedikləri bir karvan yolu...”, “Atam, anam və müəllimlərim”, “Müəllimlik sənəti; onun bu günü və gələcəyi haqqındakı düşüncələr”, “kitablar bizə dahi insanlarla “görüşmək” xoşbəxtliyini bəxş edir”, “Sözün qüdrə-ti”, “Düşündürən, müqəddəs duyğular oyadan musiqimiz”, “Hə¬qiqət sorağında”, “Ziyalılıq mərtəbəsi - bu mərtəbə çox seyrəklikdir”, “Millətimiz və milli birliyimiz”, “Özünüdərket¬mə - kamilliyə gedən yol”, “İnsanların arzusu: azadlıq və demokratiya”, “Siyasət haqqında bir neçə söz”, “Səmimiliyin şirin və acı tərəfləri”, “Dostluq böyük ürək tələb edir”, “Mənim əbədi dostlarım: sevgi, zəhmət, bir də kədər”, “Əbədi xoşbəxt-lik-seçilmişlərin qismətidir”, “İnsanlıq borcumuz” başlıqlarını sa¬dalamaq kifayətdir ki, alimin tədqiqi və tətbiqi düşüncələ¬rinin əhatə dairəsini təsəvvür edəsən. Cəbrayıl müəllimin 
“Düşüncələr işığında” əsəri təkcə bununla yekunlaşmır. O, fizika-riyaziyyat elmləri doktoru professor SSRİ PEA-nın ilk azərbaycanlı müxbir üzvi, Azərbaycanın ilk fiziklərindən biri olan Abbasqulu Abbaszadə, Azərbaycanın görkəmli şairi Ağa Laçınlı haqqında sanballı məqalələrini də oxucunun diqqətinə çatdırır. Bundan sonra onun elmi, elmi-pedaqoji, elmi-metodiki, elmi-publisistik və elmi-ədəbi-bədii məqalələri başla¬yır. Ardınca da digər yazılar, müsahibələr, rəylər, şeirlər, xa¬ti¬rə¬lər...
Kitabı bütövlükdə oxuyub başa çatdırdıqdan sonra zəngin mə¬nəvi bir xəzinə tapdığını hiss edirsən. Xeyli yüngülləşirsən. İl¬hama gəlirsən.
Hiss edirsən ki, kitabın adı da təsadüfın seçilməyib. Oxuduqca, müəllifin alim, ziyalı, müəllim mövqeyi ilə tanış ol-duq¬ca, onun daxili aləminə, mənəvi dünyasına daha da ya¬xın-dan bələd olduqca, sanki doğurdan da işıqlı bir aləmə düşürsən. 
Pedaqoji elmlər namizədi Cəbrayıl İsmayıl oğlu Qəhrəma¬nov 1958-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1981-1992-ci illərdə Güləbird kənd orta məktəbində fizika müəllimi və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. Laçının işğalından sonra Bakıda fəaliyyət göstərən Laçın məktəbində pedaqoji fəaliy¬yətini davam etdirməklə yanaşı, 1995-ci ildə ETPEİ-nin (İndiki Təhsil Problemləri İnstitutu) dissertanturasına daxil olmuşdur. Fizikanın tədrisi metodikası sahəsində, təlim və tərbiyənin, təhsilin dünyəvi dəyərlərə əsaslanmaqla milli zəmində qurul¬ması istiqamətində elmi-tədqiqat işləri aparmış və 2000-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 
1 monoqrafiyası, 1 kitabı, pedaqoji və dövri mətbuatda 40-a yaxın elmi, elmi-publisistik və metodiki məqalələri çap olunmuşdur.
1998-ci ildə “Bilik” hazırlıq kursunun təsisçilərindən biri ol-muş, 2001-2003-cü illərdə ABU-da müəllim işləmişdir. Ha¬zırda Bakı Biznes Universitetində hazırlıq şöbəsinin müdiridir. 
Cəbrayıl müəllimin yaradıcılığı və onun konkret olaraq “Düşüncələr işığında” əsəri haqqında istənilən qədər danışmaq olar. Lakin hesab edirik ki, hər səhifəsində alim işığı, vətəndaş yanğısı, şair ilhamı, publisistik ehtirası, ziyalı fədakarlığı, müəllim cəfakeşliyi duyulan bu kitabdan, onun müəllifini barlı-bəhrəli söz baxçasından barınmaq, bəhrələnmək, dadlı bir mey-və dərmək üçün bu gözəl kitabı oxumaq lazımdır.
Biz də öz növbəmizdə Cəbrayıl müəllimi sidq ürəkdən təbrik edir, ona elmi fəaliyyətində, yaradcılığında və müəllimlik işində böyük uğurlar və can sağlığı arzulayırıq. 

Kərim Kərimli
“Gənclik” qəzetinin baş redaktoru, 
Məcburi köçkünlər Birliyinin Sədri, 
“Bağrıqan Yaradıcılıq Birliyi”nin koordinatoru
“Ədalət” qəzeti , 2 may 2009-cu il









Olduğu kimi görünən insan

Yazmazdan əvvəl xeyli düşündüm.Görəsən hansı xüsusiy-yətini önə çəksəm yerinə düşər – pedaqoji fəaliyyətini, elmi axtarışlarını, yaradıcılığını, yoxsa ailəcanlı, dostcanlı olmağını. Düzünü deyim ki, seçim etməkdə çətinlik çəkdim və gəldiyim qənaət bu oldu ki, bütün xüsusiyyətlərin fövqündə onun insanlığı dayanır. Hansı peşənin sahibi olursan ol, insanlığın yoxdursa, heç nəyin yoxdur. Nələrinsə xatirinə müəyyən müd-dətdə kimlərsə səni əvəzedilməz şəxsiyyət kimi təqdim edə bilərlər. Bir müddət sonra isə hər şey sabun köpüyü kimi yox olub gedəcək. Sənin mənəviyyatın, yaşadığın cəmiyyətə, in-sanlara münasibətin, həyata baxışın necədirsə, eləcə də qəbul ediləcəksən...
Cəbrayıl müəllimlə ilk tanışlığımız təsadüf nəticəsində oldu. Bir neçə ay idi “Laçın” qəzetinin baş redaktoru vəzifəsində işləyirdim. Bir gün telefonuma zəng gəldi. Danışan Cəbrayıl müəllim idi, “Laçın” qəzetinə yazı vermək istəyirəm, mümkün ol¬sa, görüşək – dedi. Vaxt təyin edib görüşdük. Məlum oldu ki, o, rayonumuzun ən böyük kəndlərindən olan Güləbird kən-dindəndir.
Səmimiyyəti yaş fərqimizi aradan götürmüşdü. Sanki uzun illər idi bir-birimizi tanıyırmışıq kimi söhbətləşib ayrıldıq. Onun dünyagörüşü, cəmiyyətə olan baxışları, insanlara müna¬sibəti, hər şeyi yaxşı görmək istəyi məndə qəribə hisslər oyat¬mışdı. O, danışdıqca, sanki millətinin dərdinə yanan, halına acı¬yan M.F.Axundovun, C.Məmmədquluzadənin, M.Hadinin, H.B.Zərdabinin, M.Ə.Sabirin səsini eşidirdim. Onun vətən sevgisi, millətə məhəbbəti tam səmimi və təmənnasız, insnalara olan sevgisi bəşəri bir sevgi idi. Onun təbirincə insanlıqdan söhbət gedirsə, o yerdə millətlərdən danışmaq artıqdır. Ən böyük fəxarət yeri isə Azərbaycanın dövlət müstəqilliyidir. Bütün bunlar məndə Cəbrayıl müəllimlə yenidən görüşmək arzusu oyatmışdı. Görüşdük və bu görüşlər davamlı xarakter aldı. On ilə yaxındır ki, bu görüşlərimiz davam edir və bu günkü münasibətlərimiz dostluq səviyyə¬sindədir. Bu illər ərzində mənim üçün bir həqiqət aydın oldu ki, Cəbrayıl müəllim olduğu kimi görünməyi və göründüyü kimi olmağı bacaran adamdır. Hansı məqamda olursa olsun, zəhməti, halallığı yaddan çıxarmır. Atası İsmayıl kişinin, anası Mina xanımın zəhmətkeşliyindən, altı uşağı halal əməkləri ilə böyüdüb özlərinin şəxsi nümunələrində onları halallığa, əməksevərliyə öyrətməklərindən danışmaqdan doymur. Müstə¬qil həyata başlayandan elinə, obasına, böyük mənada millətinə ləyaqətlə xidmət etməyi başlıca vəzifəsi hesab edib.
Orta təhsilini doğulduğu Güləbird kəndində alıb. Bu gün də söz düşəndə Gilas müəllimənin, Təvəkkül müəllimin, Atakişi müəllimin, İbiş müəllimin, Hacağa müəllimin, İbrahim müəlli-min, Əliqulu müəllimin, Qaytaran müəllimin adlarını böyük məhəbbətlə çəkir, özünün bir ziyalı kimi formalaşma¬sında onların oynadıqları rolu yüksək qiymətləndirir. Deyir ki, 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində ali təhsil aldıqdan sonra müəllimlərimlə çiyin-çiyinə çalışma¬ğımı özüm üçün böyük şərəf hesab edirdim. İstər müəllim, istərsə də tədris işləri üzrə direktor müavini kimi onlarla birgə işlədiyim 1981-1992-ci illər ərzində hər zaman qayğılarını hiss etmişəm, hər zaman müəllimlərimin mənimlə fəxr etmələrinin şahidi olmuşam. Cəbrayıl müəllim “Laçın” qəzeti ilə əməkdaş¬lığa gənc yaşlarından, keçən əsrin 80-ci illərindən başlamış, “Müəllimlik şərəfli sənətdir”, “Açılan düyün bağlandı”, “Şah¬taxtlının bu günü”, “Dünya” və digər ədəbi-bədii, publisistik yazıları ilə oxucuların yaddaşında qalmağı bacarmışdır. O, bu gün də “Laçın” qəzeti ilə sıx əməkdaşlığını davam etdirir, millətin faciəsinə çevrilmiş Qarabağ hadisələri, vətənin qəhrəman övladları-şəhidləri ilə bağlı yurd niskilli, eyni zamanda ədəbi-bədii, publisistik, pedaqoji yönümlü, həmçinin ixtisası olan fizika fənni ilə bağlı elmi-metodiki yazılarla müntəzəm çıxış edir.
Xalqımızın başına gətirilən faciələr nəticəsində Laçının erməni qəsbikarları tərəfindən işğalı hamı kimi Cəbrayıl müəllimin də həyat axarını büsbütün dəyişdi. Laçını, doğma Güləbirdi məcburiyyət qarşısında tərk etdikdən sonra Bakıda məskunlaşıb. Millətin üzləşdiyi faciə onu dərindən sarsıtsa da,haqq-ədalətin nə vaxtsa öz yerini tapacağına olan inamı onu ruhdan düşməyə qoymayıb. Pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, 1995-ci ildə Təhsil Problemləri İnstititunun dissertanturasına daxil olaraq fizika metodikası sahəsində elmi-tədqiqat işləri aparmışdır. Görkəmli fizik və ictimai xadim Zahid Qaralovun elmi rəhbərliyi altında 2000-ci ildə dis-sertasiya işini tamamlayaraq uğurla müdafiə etmiş və pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Elmi-pedaqoji, publisistik yaradıcılıq bu gün Cəbrayıl müəllimin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu günə qədər müxtəlif səpkili məqalələri dərc edilmiş, “Abasqulu Abaszadənin elmi-pedaqoji irsi”, “Düşüncələr işığında”, “Ömür bitər, yol bitməz” adlı kitabları işıq üzü görmüşdür. Hər üç kitab oxucular və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış, hər kitab haqqında ayrı-ayrılıqda məqalələr dərc edilmişdir.
“Ömür bitər, yol bitməz” kitabı haqqında qısaca demək istəyirəm ki, sözün əsl mənasında bu kitab torpağa, doğma yurda, ulu babalarımıza və onların bizə miras qoyub getdiyi mənəvi dəyərlərə böyük sevgidən yaranmışdır. Bu kitab bir kəndin tarixi keçmişindən, onun ləyaqətli övladlarından, tor-paqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərindən, hal-hazırda didərgin həyatı yaşayan Güləbird elinin ağrı-acılarından bəhs etsə də, mən bu kitabı didərgin həyatı yaşayan bütün soydaşlarımızın yaşantıları hesab edirəm. Cəbrayıl müəllim qeyd edir ki, bu kitabı yazmaqda əsas məqsədlərimdən biri odur ki, dünyasını dəyişmiş ata-babalarımızın heç birinin adı unudulmasın. Azərbaycanın bir çox bölgələrinə səpələnmiş, habelə Laçının işğalından sonra dünyaya gəlmiş güləbirdlilər bir-birini, qohumlarını daha yaxından tanısınlar, insanlar daha da doğmalaşsınlar. İnsanların öz doğma yurduna olan məhəbbəti daha da artsın, gözəl adət-ənənələrimiz unudulma-sın. Çox gözəl missiyadır və təkcə Laçının deyil, bu gün işğal altında olan bütün rayonlarımızın hər bir eli, obası haqqında belə kitabların yazılması vacibdir. Heç şübhə yoxdur ki, gənc nəslin milli-vətənpərvərlik ruhunda böyüməsində bu cür kitablar müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan “Ömür bitər, yol bitməz” kitabı zaman keçdikcə öz əhəmiyyətini daha da artıracaq, hər kəsin stolüstü kitabına çevriləcəkdir. 
Cəbrayıl müəllimin elmə, yaradıcılığa bağlılığı ilə yanaşı, milli musiqimizə, xüsusən də muğamlarımıza qarşı ürəyində böyük bir sevgi yaşamaqdadır. Bu sevginin nəticəsi olaraq o, müstəqil şəkildə tar çalmağı öyrənib və bu gün muğamlarımızı böyük məharətlə ifa edir.
Bu gün Cəbrayıl müəllim haqqında danışarkən mübaliğəsiz demək olar ki, çoxşaxəli səmərəli fəaliyyət göstərir. Yuxarıda qeyd edilənlərlə yanaşı 20 ilə yaxındır ki, ali məktəblərə, magistraturaya abituriyent, tələbə hazırlaşdıran “Bilik” hazırlıq kursuna rəhbərlik edir. Peşəkarlığı və işə göstərdiyi ciddi münasibətin nəticəsi olaraq uzun illərdi kursda savadlı və təcrübəli alim-pedaqoqlar fəaliyyət göstərirlər. Çəkilən zəhmət isə hər il yüksək nəticələrdə özünü təcəssüm etdirir.
Mən Cəbrayıl müəllimin simasında Laçının bir parçasını görürəm. Dağ havasının təmizliyi, sularının paklığı, zirvələ¬ri¬nin əzəməti, əyilməzliyi bütünlüklə onun mənəviyyatına hopub. Yoldaşlıq etdiyimiz səfərlərdə dönə-dönə bunun şahidi olmuşam. Qəlbimizdə Laçın dərdi Qubanın dağlarında çox dolaşmışıq. Sözünün əvvəli də Laçınla başlayır, sonu da Laçınla qurtarırdı. Hər yerdə Laçın dağlarının bənzərini axtarır, hələ tapmamışam – deyir. Çox istərdim ki, axtara-axtara elə bir gün gedib Laçın dağlarına çıxsın.

Mayıl Xanlar
“Laçın” qəzetinin baş redaktoru
“Gördüyüm dünya” kitabı, 2015-ci il






Yurd haraylı, sevgi dolu misralar...

Cəbrayıl Qəhrəmanın “Dünya sevgi yaşındadır” şeirlər kitabı haqqında bir neçə söz

Bu günlərdə şəhərdə təsadüfən rastlaşdığım ağsaçlı, nurani bir kişi mənimlə salamlaşıb mehribancasına görüşdü və çantasından çı¬xardığı kitaba imza atıb dedi:
 Əyyub müəllim, ümidvaram ki, oxuyub fikirlərinizi bil¬di-rə¬cəksiniz. 
Bir neçə dəfə bu adamla kitab təqdimatlarında, məktəblərdə keçirilən tədbirlərdə, xüsusən də, Xocalının, Şuşanın, Laçının və işğal altında olan digər torpaqlarımızın anım günlərində bir yerdə olduğumuz yadıma düşdü. Bir neçə kitabı ilə taniş idim. Yaxınlıqdakı boş oturacaqlardan birində əyləşib el-obamızdan, soydaşlarımızın Vətən həsrətindən, doğma yurdlarımıza qayı¬dış arzularımızdan, yaradıcılıq uğurlarımızdan söhbət açdıq...
“Dünya sevgi yaşındadır” şeirlər kitabının müəllifi peda-qogika üzrə fəlsəfə doktoru, AYB –nin üzvü Cəbrayıl Qəh-rəman (Cəbrayıl İsmayıl oğlu Qəhrəmanov), kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitu-tunun aparıcı elmi işçisi Tahir Orucov, “Ön söz” müəllifi AYB -nin üzvü, şair Avdı Qoşqardır. Kitab 2016 –cı ildə “Apostrof” nəşriyatnda çap olunub. Kitabda müəllifin ayrı – ayrı illərdə yazdığı şeirlər və “Ürəyimə köçən yurdum” adlı lirik poema toplanmışdır.
Bəri başdan deyim ki, hər bir övladın adını onun valideyn-ləri seçirlər. Cəbrayıl Qəhrəmanın iç dünyasının – ruhunun, yuxusuz gecələrinin məhsulu olan “Dünya sevgi yaşındadır” kitabına verdiyi ad olduqca orijinaldır, gözəl seçim¬dir. Axı dünyaya hər bir insanın öz baxışı var. Bu baxımdan Cəb¬rayıl Qəhrəmanın nəzərində neçə - neçə əsrləri, fatehləri, za¬lımları, pak və müqəddəs insanları, bir sözlə, yaxşıları və pisləri yola salmış qoca dünya həm də çox cazibəli, gözəl, mərhəmətli və müdrikdir – sözün əsl mənasında, sevgi yaşın¬dadır. Bəli, sevgidən yaranıb bərqərar olan dünya neçə ki, sev¬gi var, o da var olacaqdır! Odur ki, şair sözü oxucuya yapışır, onu sevgi ocağına yönəldə bilir. 
Fəlsəfi və poetik fikirlərin üst – üstə düşməsindən yaranmış bu ad: “Dünya sevgi yaşındadır” cazibəlidir.

Ala gözlüm mənim gözüm,
Hilal olan qaşındadır.
Dünya sevgidən yaranıb,
Dünya sevgi yaşındadır.

Və yaxud:

Sevgi bizi bizdən alar,
Bir həsrətdən gözlər dolar.
Dərdi – qəmi yuyan sular,
Gözümüzün yaşındadır.

Bax budur, dünyaya insan sevgisi, dünyanın insana sevgisi... Kitabın ilk səhifələrində dostumuz Avdı Qoşqarın Cəbrayıl Qəhrəmanın insan ruhuna xoş təsir bağışlayacaq “Sa¬lam olsun” şeirindən gətirdiyi bir nümunə:

Şövq olarmı qərib kəsdə?
Çırpınıram dar qəfəsdə,
Gözüm yolda, qulaq səsdə,
Gözü yolda qalanlara 
Salam olsun!


- misraları xəyalımı bir anlığa qədim türk ərənlərinin at belində gəzib-dolaşdıqıları el-obalarımıza, sazlı-sözlü ozanları-mızın məclislərinə qovuşdurdu. Nə gizlədim, bu şeir nümunəsi Cəbrayıl Qəhrəmanı mənə daha yaxın etdi... Quş qanadlı xə-yalım bir anlığa məni Laçına, Həkəriyə, Zabuxa, Göyçəyə, Dəlidağa, Cəbrayıl müəllimin sonsuz sevgi ilə vəsf etdiyi Gü¬lə-birdə apardı. O Güləbirdə ki, dünyanın bəxtəvər çağlarında dəfələrlə el-oba arasında Haqq Aşığı kimi tanınan Sarı Aşığın məqbərəsini ziyarət etdiyim günlərə qovuşdurdu.
Cəbrayıl Qəhrəman sanki bir səyyahdır, əlinə dəmir əsa alıb, ayağına dəmir çarıq geyinib, Vətən torpaqlarını qarış – qarış, addım addım gəzir, gördüklərinin hamısını gözəl poetik təsvirlə, tərənümlə oxucuya catdırır.Şairin uğuru ondadır ki, hadisələri sadə və yaddaqalan şəkildə təsvir etməyi bacarır..


Çiçək ətri, gül ətri var,
O dağlarda, o dağlarda.
Meh gətirər zirvədə qar,
O dağlarda, o dağlarda. 

...Ulduz yanar çıraq – çıraq,
Könüllərdən verər soraq.
Zirvə aşaq, köhlən yoraq,
O dağlarda, o dağarda.

Göründüyü kimi, şair uzun illər həsrətini çəkdiyi başı qarlı dağları, zümrüd meşələri, qoyun – quzulu yaylaqları, sinəsində gəzib – dolaşdığı gül – çiçəkli yamacları bir bələdçi kimi oxu¬cu-suna tanıtdırır. Yerləri, yurdları tez – tez xatırlayır ki, bunlar da istəkdən irəli gəlir. Cəbrayıl Qərəmanın qoşmaları, gəraylı və təcnisləri, qəzəlləri də onun ürəyindən pərvazlanır.
Şairin işlətdiyi ürəyə yatımlı sözlər, ifadə və bədii təsvir vasitələri yerli-yerindədir. “Qarabağım” şeirinə diqqət edək: 

Ağrı çəkir nə zamandır,
Səndən yaman nigarandır,
Ağrıdağım, Tanrıdağım
                   Qarabağım!

...Bir ümmanam, hey çağlaram,
Yurd talanıb, qan ağlaram,
Niyə getməz qəmli çağım?!
                        Qarabağım!
Zülmətdəyəm, yan çırağım – 
                       Qarabağım!

Cəbrayıl Qəhrəman xalqımızın sevimli müğənnisi, mərhum Məhəbbət Kaımovun “Laçınm” mahnısını Laçının işğalı gü¬nün-də necə dinlədiyini belə təsvir edir:


“Laçınım” oxuyur Məhəbbət, Allah!
Bu necə yanğıdı, ündü, Məhəbbət?!
Həsrətdən bir nalə çağlayır yenə,
Ürəyim dağlanan gündü, Məhəbbət!

... Ruhuma zindandır illər Laçınsız,
Gözümdə çağlayır sellər Laçınsız.
Laçın Məhəbbətsiz, ellər Laçınsız,
Yanıb – yaxılıram indi, Məhəbbət!

Şair həmsöhbət hesab etdiyi, güvəndiyi, özünə arxa – həyan saydığı dağlara üzünü tutub Laçının ağrılarını, itkisini ritorika ilə belə soruşur:

Namərd yurdda at oynadır,
Yaman sındı Laçın, dağlar!
Qoşun – qoşun dərddən hara, 
Baş götürüb qaçım, dağlar?!

Başqa bir bənddə:

Mənə dəyən dəydi keçdi,
Yurdsuz keçən həyat heçdi.
Qohum – qardaş itgin düşdü,
Anam yoldu saçın, dağlar!

Şeir nikbin sonluqla bitir:

Haray, didərgin ellərim!
Qolu bağlı igidlərim!
Qırar, atar zəncirlərin,
Yurda dönər köçün, dağlar!
Cəbrayıl müəllim gələcəyə optimist baxır. Onun bir çox şeirlərinin qayəsi odur ki, biz mütləq doğma yurdlarımıza qayı-dacağıq. “Qardaşım” şeirinin bir bəndində deyilir:

Cəbrayıl, vaxt gələr bitər qəmimiz,
Açılar eynimiz, gülər üzümüz.
O doğma yurdlara qayıdarıq biz,
Dərdə məlhəm zaman olur, qardaşım.

Kitabda Laçının, Güləbirdin, Dəlidağın, Sarıbabanın, Ho-çazdağın və digər el – obaların yadigar saxlanılmış şəkillərinə də yer ayrılıbdır. Bunlar da yurda sevgidən irəli gəlir. Şairin kitabındakı şeir nümunələrinin ana xəttində düşmənə nifrət, yurda qayıdış inamı, vətənə məhəbbət, həyata, insanlara, gö¬zəl-liklərə sevgi dayanır.
Ana vətənin gözəlliyi, dağların əzəməti, çayların züm¬zü¬məsi, gül – çiçəklərin ətri, ən əsası isə şairin təmiz ruhu kitabın mə¬ziy-yətini gözəlləşdirir.
İnanırıq ki, “Dünya sevgi yaşındadır” şeirlər kitabı oxucu-ların böyük marağına səbəb olacaqdır.

Əyyub Şırlanlı 
Şair-publisist, əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Məclisi – üns: Söz gülüs-tanı» ədəbi birliyinin rəhbəri
                                             “Laçın” qəzeti, 29 aprel 2017-ci il






Etibarlı dost, xeyirxah insan

Tale elə gətirib ki, Cəbrayıl müəllimlə eyni vaxtda – 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuşuq. Tanışlığımızın nə az,nə çox düz 42 il tarixi var. 1976-1981-ci illərdə qayğılı-qayğısız, bəzən çətin, lakin maraqlı tələbəlik illərimiz bir yerdə keçib. İkinci kursdan sonra ixtisaslara bölünəndə eyni ixtisasda – yarımkeçiricilər fizikası ixtisasında bir qrupda təhsil almışıq. Tələbə yoldaşlığımız sonralar dostluğa çevrilib. Cəbrayıl müəllim hələ tələbəlik illərində zəhmətkeşliyi, xeyirxahlığı, təvazökarlığı, həssaslığı, elmi biliklərə inadla can atması, gənc yaşlarında çoxlu dostlar qazanması, müxtəlif tədbirlərdə fəal iştirakı və digər müsbət insani keyfiyyətlərilə müəllim və tələbələrin böyük hörmətini qazanmışdı. Yadımdadır ki, hələ o vaxtdan onda şeirə, musiqiyə, ədəbiyyata çox böyük maraq var idi. Müxtəlif simli alətlərdə – tarda, sazda, gitarada muğam, mahnı və havaları ifa etməyi elə tələbəlik illərində özü öyrənmişdi. Əlamətdar günlərdə, bayramlarda, dostların ad günlərində bir yerə yığışanda Cəbrayılın gözəl muğamlar oxuması, B. Vahabzadə, S. Vurğun, M. Füzuli, Ə.Vahiddən şeirlər deməsi hələ də yadımdadır...
Universiteti bitirdikdən sonra öz rayonumuza təyinat olmadığına görə mən elə bir az da Cəbrayıl müəllimə güvənib Laçın rayonuna, Cəbrayıl müəllimin kəndi Güləbird kəndinə yaxın olan Yuxarı Fərəcan kəndinə təyinat aldım. Uca dağların, zümrüd meşələrin qoynunda yerləşən,soyuq bulaqları olan Yuxarı Fərəcan kəndi gözəlliyi, füsünkarlığı ilə adamı valeh edirdi. Həmin kənddə işlədiyim üç il müddətində də Cəbrayıl müəllimlə sıx əlaqələrimiz olub. Dostluğumuz, yoldaşlığımız ailə münasibətlərinə qədər yüksəlib. Həmin illərdə onun ata-anasını, qohum-əqrəbasını da daha yaxından tanımaq mənə nəsib oldu. Atası İsmayıl kişini, anası Mina xalanı halal, zəhmətkeş, qonaqpərvər, el-oba təəssübü çəkən ləyaqətli insanlar kimi gördüm. Və yəqin etdim ki, Cəbrayıl müəllimdə olan o saflıq, zəhmətkeşlik, vətənsevərlik, humanistlik, sadəlik qandan-gendən gəlir. Tətil vaxtlarında öz kəndimizə – Cəbrayıl rayonunun Niyazqulular kəndinə gedəndə və kənddən Yuxarı Fərəcana qayıdanda mütləq Cəbrayıl müəllimgildə qonaq olub ordan gedərdim. O vaxtdan illər keçsə də Laçın camaatının, Güləbird kəndinin, Yuxarı Fərəcan kəndinin adamlarının qo-naq¬pərvərliyi, mərdliyi heç vaxt yadımdan çıxmır. Mən bunu hər yerdə deyirəm...
Sonralar mən Bakıda “Azon” zavodunda mühəndis işlədiyim illərdə də Cəbrayıl müəllimlə hər Bakıya gələndə vədələşib görüşərdik. Yadımdadır ki, bir dəfə Cəbrayıl müəllim mənim xəstəxanada müalicə olunduğumu eşidib rayondan Respublika klinik xəstəxanasına gəlmişdi...
Və nəhayət, Qarabağ camaatının, bütövlükdə millətimizin qəlbində dərin yaralar açan 90-cı illərin ağrılı-acılı günləri... Cəbrayıl müəllimin doğma yurdu Laçının, mənim doğma yurdum Cəbrayılın, bütövlükdə Qarabağın işğal olunması, mü-haribə, ölkədə yaranmış xaos, başsızlıq, iqtisadi tənəzzül, hərc-mərclik, gün-güzəranın ağırlaşması... 
1992-ci ilin may ayında Şuşanın, Laçının işğalı hamı kimi mənə də çox ağır, sarsıdıcı təsir etmişdi. O yerlərin adamlarına, təbiətinə böyük hörməti olan bir insan kimi, o yerlərin çörəyini yemiş,suyunu içmiş bir insan kimi özümə yer tapa bilmirdim. Odur ki, elə həmin ilin avqust ayında könüllü olaraq döyüş bölgəsinə yollandım... Azərbaycanın Milli Qəhrəmanı adını almağımı Cəbrayıl müəllim televizordan eşidib mənə zəng etmiş, məni təbrik eləmişdi. Açığı həmin vaxt döyüşlərdə göstərdiyim fəaliyyətimə verilən bu yüksək addan sevinsəm də, yurdlarımızın hələ də işğal altında olduğunu düşündüm. Və ani bir sevincim dərin bir kədərlə əvəz olundu... 
90-cı illərdə yurd-yuvasını, ev-eşiyini, bir qədər əvvəl atasını və gənc həyat yoldaşını itirən Cəbrayıl müəllim özünü toparlaya bildi. Maddi və mənəvi çətinliklər onu sındıra bil¬mədi. Laçının işğalından sonra Bakıda məskunlaşan Cəbra¬yıl müəllim qardaşlarını başına topladı. O ağır keçid illərində bu qardaşlar min bir əziyyətlə olsa da, öz zəhmətləri ilə ev-eşik qura bildilər. Övladlarına ali təhsil verdilər. Cəbrayıl müəllim pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı dissertanturaya daxil oldu, fizikanın tədrisi metodikası sahəsində elmi-tədqiqat işləri apararaq alimlik dərəcəsi aldı. Son on iki ildə 5 kitabı işıq üzü görüb. Doğma yurduna, onun tarixi və taleyinə, Qarabağ hadisələrinə həsr olunmuş “Ömür bitər, yol bitməz” kitabının yüksək səviyyədə keçirilən təqdimat mərasimində mən də iştirak və çıxış etmişəm. Bütün bunlar məni bir dost kimi çox sevindirir. Onu da qeyd edim ki, Cəbrayıl müəllim 20 ildən çoxdur ki, “Bilik” hazırlıq mərkəzinə rəhbərlik edir. Onun rəhbərlik etdiyi bu kursun məzunları həmişə yüksək nəticələr göstərib. Bu uğurlu pedaqoji fəaliyyətinə görə mənim də ona minnətdarlığım var ki,iki övladım həmin hazırlıq mərkəzində təhsil aldıqdan sonra ali məktəblərə daxil oublar.
Cəbrayıl müəllim mənim üçün hər zaman etibarlı dost, dəyərli ziyalı, qayğıkeş ailə başçısı, el-obasını, Vətənini, millətini böyük məhəbbətlə sevən vətənpərvər, səmimi, eyni za-manda Laçın dağları kimi qürurlu bir insandır. Mən Cəbrayıl müəllimlə dostluqdan böyük fəxarət duyuram. Onu 60 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı arzulayıram. Ona tezliklə doğma yurdlarımızın düşmən əsa-rətindən azad olunduğu günü görməyi, ömrünün qalan illərini canından əziz bildiyi doğma Laçında yaşamağı arzu edirəm. 60 yaşın mübarək əziz dost!

Vahid Quliyev
Azərbaycanın Milli Qəhrəmanı,
Polkovnik-leytenant

















Yaxşılığı yaşadan insan

Xalqımızın dəyərli ziyalılarından biri, Laçın torpağının yetirməsi Cəbrayıl Qəhrəmanovun bu yaxınlarda çapdan çıxmış “Ömür bitər, yol bitməz” adlı kitabı qarşımdadır. Mə¬nim şəxsi qənaətimə görə, müəllif kitabın adı haqqında dü¬şü¬¬nərkən uğurlu bir seçim etmişdir.
Laçın rayonunun böyük yaşayış məntəqələrindən və sanballı ellərindən biri olan Güləbird kəndinin keçmişini və bu gününü əhatə edən kitab oxunaqlı və poetik bir dillə qələmə alınmışdır. Kitabı oxuduqca qeyri-ixtiyari olaraq öz keçmişinə dönür, kim olduğunu, haradan gəlib, haraya getdiyini bir daha xatırlamağa başlayırsan. Ən başlıcası isə kitabı oxuduqca sanki insan özü-özünü tərbiyələndirir, gəlib keçdiyi ömür yoluna yenidən nəzər salır, yaddaşlarda xoş təəssüratlarla qalmaq üçün nələrisə etməyə özündə güc-qüvvə axtarmağa başlayır.
Mənim sevimli müəllimim Cəbrayıl Qəhrəmanov bu yükün altına girməyə qərar verərkən, həqiqətən də, cəsarətli bir addım atmış¬dır. Bəli, heç kimin qəlbinə dəymədən, heç kimi incitmə-dən bir elin –obanın tarixini qələmə almaq və istədiyinə müvəf-fəqiy¬yətlə nail olmaq həqiqətən də cəsarət, səbr və peşəkarlıq tələb edən bir işdir. Bu mənada “Cəsarətdən doğan güc, gücdən doğan tənhalığa bərabərdir” ifadəsini Cəbrayıl müəllimə, bü¬töv¬lükdə onun ömür yoluna şamil etmək olar. Çünki bu gün həqiqi ziyalı mərtəbəsinə yüksələn və bu adı şərəflə qoruyan C.Qəhrəmanov qazandıqlarına yalnız öz zəhməti, prinsipiallığı, möhkəm iradəsi hesabına nail olmuşdur. O yalnız bir iş gör¬məyi özünün borcu hesab edərkən həmin işin altına girir, şan-şöhrət və qeyri təmənnada olmadan başladığı işi vicdanla sona çatdırmağa çalışır. Buna görə də onun elədik¬ləri sonucda müvəfəqiyyətlə nəticələnir. Yenə də mənim şəxsi qənaətimə görə və şübhə etmirəm ki, çoxları mənimlə həmfi-kirdir ki, başqa fəaliyyəti olmasa belə, bu dəyərli kitabı yazmaqla Cəbrayıl müəllim nəinki öz həmkəndliləri, eyni za-manda xal¬qı¬mız qarşısında dəyərli bir xidmət göstərmiş oldu. 
Alman dövlətinin yaradıcılarından biri olan Bismark deyirdi: “Biz müharibədəki qələbələrimizə görə kənd müəllim¬lərinə borcluyuq”. Bəli, hər şeyin ibtidası oradan başlayır. Bu gün itirilmiş ata-baba yurdlarımız haqqında yazılan hər bir əsər bizi döyüşə səsləyir, milli özünüdərkə və özünəqayıdışa çağırır.
Əsərin təqdirəlayiq cəhətlərindən biri odur ki, ziyalılar, ağsaqqal-ağbirçəklərlə yanaşı, kəndin qoluzorlu, vurub-yıxan, dəli-dolu insanları haqqında da ətraflı məlumat verilmiş, milli mədəniyyətimizin və Güləbird kəndinin özünəməxsus adət-ənənələrinin özəllikləri əhatəli şəkildə qələmə alınmaqla, kənd həyatının və onun saf, mehriban insanlarının timsalında qədim-liyi və müasirliyi özündə birləşdirən tipik bir Azərbaycan kəndinin obrazı uğurlu şəkildə yaradılmışdır. Kitaba uğur gəti-rən cəhətlərdən biri də nəsillərdən-nəsillərə ötürülərək, bu günümü¬zə rəvayət şəklində gəlib çıxmış ibrətamiz sözlərin və zərb-məsəllərin yeri gəldikcə müəllif tərəfindən geniş şəkildə istifadə olunmasıdır.
Kitabda 21 illik vətən həsrəti, Güləbird nisgili, o torpaqların həsrəti ilə bu dünyadan köçən insanların ağrıları da səmimi bir şəkildə ifadə olunmuş, o yerlərin tarixən bizlərə məxsusluğu və bir gün mütləq oraya dönəcəyimiz də inamla ifadə olunmuşdur. Bunu bizdən ən azı, o yerləri bizlərə əmanət qoyub gedən ba-balarımızın ruhu və üzərində ayaq açıb yeridiyimiz, dil açıb danışdığımız torpaqlar gözləyir. Biz mütləq o gözləntilərə ca¬vab verməli, üzərimizə düşən qeyrət yükünün altından şərəflə çıxmağı bacarmalıyıq. Cəbrayıl müəllimin “Ömür bitər, yol bitməz” kitabında o qalibiyyətə doğru bir inam və çağırış vardır.
Müəllif Güləbird kəndinin keçmişinə işıq tutmaqla, bu gününü dəyərləndirməklə, sözün həqiqi mənasında güləbirdli olub, Güləbirdi görməyən gənc nəslə bir istiqamət verir, onlara necə yaşamağın yolunu göstərir. Hər birimizin borcudur ki, yüzilliklər boyu cilalanaraq, bu günümüzə qədər gəlib çıxmış dəyərli adət-ənənələrimizi bundan sonra da qoruyub saxlayaq və heç bir aşınmaya məruz qoymadan doğma Laçınımıza, Gü-ləbirdimizə qayıda bilək. Bu mənada da haqqında danış¬dığımız kitab dəyərli bir mənbə, qiymətli məxəzdir. Yüz illər keçəcək, Cəbrayıl müəllimin əziyyətlər bahasına bir vətəndaş təəssüb-keşliyi, ziyalı borcu kimi araya-ərsəyə gətirdiyi bu kitab Güləbirdşünaslar üçün dəyərli bir mənbə rolunu oynayacaqdır.
“Ömür bitər, yol bitməz” kitabına ən müxtəlif istiqamətlər-dən baxaraq dəyərləndirmək və qiymətləndirmək mümükündür.
Hansı rakursdan baxsan, bu əsər öz qiymətini saxlayır, vaxtında və zərurətdən yazılmış bir toplum olduğunu təsdiq-ləyir. Bunu vaxtında duyan və bu zəruri ehtiyaclarımızı öz zəh-məti, yuxusuz gecələri və peşəkarlığı ilə ödəməyə çalışan və öhdəsindən bacarıqla gələn dəyərli ziyalımıza, sevimli müəllimim Cəbrayıl Qəhrəmanova elimiz-obamız adından çox sağ olun,  deyirəm. Hörmətli Cəbrayıl müəllim, çox istərdim ki, növbəti kitabınız Güləbirdin işğaldan azad edildikdən sonrakı dövrünü əhatə etsin və onun müzakirəsini doğma kəndimizdə keçirək.

Ramiz Qənimətoğlu
BDU-nun əməkdaşı,Qarabağ veteranı
                                       “Laçın” qəzeti, 24 iyul 2013-cü il
















         Ürəklərdə taxt-tacı olan müəllim

Hər bir insanın formalaşması, cəmiyyətdə düzgün mövqe qazanması,həyatda uğurlar əldə etməsi məhz müəllimin xid-mətləri ilə bağlıdır. Müəllim adı çox böyükdür; müəllim öyrə-dəndir, yol göstərəndir, müəllim qaranlıq yolları işıqlan¬dıran¬dır. Bu baxımdan haqqında danışmaq istədiyim Cəbrayıl müəllim əsl müəllim, dəyərli insan, etibarlı dostdur.
Mən bu yaxınlarda bilmişəm ki, elimizin-obamızın dəyərli zi-ya¬lısı, mənim həmişə özümə örnək bildiyim Cəbrayıl müəl¬limin 60 yaşı tamam olur və mən bu münasibətlə dəyərli mü¬əllimimi təbrik edir, ona Allahın verdiyi ömrü özü istədiyi kimi yaşamağı arzulayıram.
Hələ biz orta məktəbdə oxuyarkən bizə dərs deyən Cəbrayıl müəllimin nə qədər alicənab, yüksək mədəniyyətə malik oldu-ğunu görürdük. Bəzən elə olurdu ki, sinif yoldaşlarımızdan oxu¬mağa meyilli olmayanlar Cəbrayıl müəllimin dərsində söhbətləşmək, səs-küy salmaq istəyirdi. Ancaq biz onuncu sinif şagirdləri olduğumuz üçün Cəbrayıl müəllim hər bir hərəkəti-mizi soyuqqanlı qarşılayıb, dəyərli məsləhətlər verir, elə maraqlı fikirlər deyirdi ki, istər-istəməz hamı diqqətlə qulaq asırdı.
Mənim nəzərimdə Cəbrayıl müəllim insanlıq etalonu¬dur,həm də ən yüksək ziyalıdır. İnsanın dəyəri onun əməlləri və elmi biliyi qədərdir. Bu nöqteyi-nəzərdən Cəbrayıl müəllim xeyirxah və saf əməlləri ilə, yüksək elmi biliyi ilə nümunə olan bir insan, mahir pedaqoq, dəyərli alimdir.
Peyğəmbərimiz (s.ə.s) demişdir ki, ən güclü tərbiyə nümu-nədir. Cəbrayıl müəllimdə bu nümunə həmişə görünmüşdür. Digər bir hədisdə Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Alimin bir damcı mürəkkəbi şəhid qanından üstündür. Bəli, Cəbrayıl müəllim, sizin bir alim kimi yazıb ərsəyə gətirdiyiniz kitablar gə-ləcəyimiz üçün ən qiymətli xəzinədir.
Böyük Atatürk demişdir ki, dünyada heç bir var – dövlət şəxsiyyət qədər qiymətli ola bilməz. Şəxsiyyət satın alınmır, onu qazanmaq lazımdır. Təbii ki, şəxsiyyətlər haqqında doğru-düzgün sözü və fikirləri məhz şəxsiyyətlər deyə bilər. Doğrusu, bizim gözəl müəllimimiz, siz bunu qazanmısınız.
Cəbrayıl müəllim, mən sizdə həmişə ziyalılıq görmüşəm. Kimdir ziyalı? Mənim fikrimcə ziyalı obyektiv, müstəqil və hər zaman haqqın yanında olmalıdır. 
İstər kəndimizdə, istərsə də 25 illik köçkünlük, didərginlik, yurdsuzluq həyatımızda mən sizi olduğunuz kimi gördüm. Bu 25 illik həyat sizi bir faiz belə dəyişmədi. Çünki haqqın ya¬nında idiniz. Hər bir hadisəyə, hər bir işə obyektiv yanaş¬dınız. Öz müstəqilliyinizi daimi qorudunuz.Dünyada bundan böyük xəzinə yoxdur ziyalı üçün. Çin filosofu Konfutsi deyir ki, bü¬tün həyatımı məhəbbətimə, məhəbbətimi isə azadlığıma qurban verdim. 
Həyatda uğur qazanmaq düzgün seçimdən asılıdır. Siz bu seçimi mən sizi tanıyandan etmisiniz. Allah Cəbrayıl müəllimə in¬san¬lığın ən yüksək mərtəbəsində yer verib. İnsan ömrü in-sanlığa xidmət edirsə, dünyada, Allah yanında ondan böyük məqam yoxdur. Bəli, bu gün müəllimimizin bütün ömrü insan-lığa, elin-obanın dərdlərinə, əsirlikdə qalan yurd-yuvaları¬mıza, ata-baba yerlərinə yönəlib.
Ürək ağrılarıyla yazdığı ktablarında əsl mahiyyətin nə olduğunu oxuculara bir alim kimi çatdırır Cəbrayıl müəllim. Mən həmişə demişəm budur ziyalılıq. Bəzən xeyirdə-şərdə biz görüşəndə bir az çəkinirəm, elə hesab edirəm ki, uşaqlıq vaxt-larımızdır. Ancaq Cəbrayıl müəllim tez onu duyur və bildirir ki, şagird müəllimindən bir addım qabaqdadırsa, deməli həmin müəllim xoşbəxtdir. Ürəklərdə taxtı-tacı olmayan müəllimin in-san qəlbində sevgisi olmaz.
Cəbrayıl müəllim, doğrusu deyim ki, mən heç inana bilmirəm ki, sizin 60 yaşınız tamam olur. Ömür niyə belə tez ge¬dir görəsən. Bir az dayanıb arxaya baxanda illərin tez dəyişməsini görürəm. Tək elə 1992-ci ilə baxanda işğal tarixi¬mizdən 25 il ötür. Bəli, Cəbrayıl müəllim, ömür çox sürətlə gedir. Bəlkə vətənsizik, bəlkə ata-babalarımızın ruhu yaddaşla¬rımıza bir kölgə salıb ki, heç vaxt ora gün düşməsin. Yox, mən hesab edirəm ki, sizin zəhmətiniz, sizin gördüyünüz işlər hər iki dünya üçün yetərlidir.
Siz qəlbinizdəki duyğuları, keçirdiyiniz acı günləri, sevdiyiniz gənclik xatirələrini gələcəyə ötürməklə əsl ziyalılıq nümayiş etdirirsiniz. Dərdlərimizi, ağır didərginlik həyatını qələmə aldınız. Dövrümüzün insan yaddaşına və yaşadığımız zamana qəti etibar etmək olmaz. Çünki insanlığın, ziyalılığın aşınmalara məruz qaldığı bir zamanda Allah sizə güc verdi, sanballı fikirlərinizi gələcək yaddaşlara köçürə bildiniz. Kəndimizin tarixini tarixləşdirdiniz. Əmir Teymur deyir ki, bir baş görən işi yüz min ordu görə bilməz. Kəndimizdə ziyalılıq adını daha yüksəklərə qaldırdınız. Budur həqiqət, budur 60 yaş! Bəli, kitabınızın adında olduğu kimi”Ömür bitər, yol bitməz”. Mənim gözəl müəllimim, zamanın gərdişində olan vətənsizlik bitməz, yaddaşlara atdığınız dəyərli sözlər və fikirlər heç vaxt bitməz!
Cəbrayıl müəllim, sizə uğurlar arzulayan şagirdinizdən kiçik bir yazı.
.
Ramiz Qənimətoğlu
BDU-nun əməkdaşı,
Qarabağ müharibəsi veteranı. 















Təvazökar alim, gözəl insan

Haqqında söhbət açmaq istədiyim insanı çoxdan, hələ ilk gənclik illərindən tanıyıram. Tale elə gətirib ki, onunla ayrı-ayrı illərdə fizika, riyaziyyat üzrə orta məktəb şagirdləri arasında keçirilən olimpiadaların rayon turlarında eyni vaxtda iştirak etmişik. Və ilk baxışdan xoş təsir bağışlayan bu gəncin üz cizgilərində hələ o vaxtlardan bir ziyalılıq, təvazökarlıq, mehribanlıq oxunurdu. Sonra illər ötdükcə gümanımda yanıl-madığıma əmin oldum.
Söhbət həyatını xalqımızın inkişafına, maariflənməsinə həsr edən və bu yolda bütün bacarığını, enerjisini ortaya qoyan ziya-lılardan biri, Bakı Biznes Universitetinin hazırlıq şöbəsinin müdiri, pedaqoji elmlər namizədi Cəbrayıl Qəhrəmanovdan gedir. O, Azərbaycanda fizika elminin, fizika metodikasının inkişaf tarixi ilə əlaqədar, habelə təlim və tərbiyənin, təhsilin dünyəvi dəyərlərə əsaslanmaqla milli zəmində yenidən qu¬rul-ması istiqamətində elmi-tədqiqat işləri aparmış, pedaqoji mətbuatda maraqlı fikirlərlə çıxış etmişdir. Bu istiqamətdə bir çox məqalələri və bir monoqrafiyası çap edilmişdir. Hal-hazırda isə pedaqoji fəaliyyətlə yanaşı, fizika metodikası sahəsində elmi-tədqiqat işləri aparır.
Ailəlidir, iki oğlu, üç qızı var. Bütün klassik şairləri, xüsu¬silə də Məhəmməd Füzulini və Səməd Vurğunu sevir. Sevdiyi bəstə¬kar Üzeyir Hacıbəyov, xanəndələr Seyid Şuşinski və Qə-dir Rüstəmov, aktyorlar Adil İsgəndərov və Yaşar Nuri, ən çox sev¬diyi kino “Axırıncı aşırım”, ən çox istədiyi insanlar valideynləri və müəllimləridir.
Tarixi, ədəbi şəxsiyyətlər haqqında, fəlsəfi iqtiqamətdə olan əsərləri, xüsusi olaraq B.Qrasianın “Kamillik elmi” əsərini se¬və-sevə oxuyur. Onu ən çox sarsıdan hadisələr Laçın və Şuşa ra-yonlarının işğalı, ən böyük dərdi milli birliyimizin olmaması, ən böyük arzusu Qarabağın və digər işğal olunmuş tor¬paq¬larımızın azad olunması, o taylı – bu taylı Azərbaycanın bir¬ləşməsidir. Ən çox sevindiyi gün 1991-ci il oktyabrın 18-i, yəni Müs¬təqillik bayramı günüdür. Cəbrayıl müəllimin hobbisi şeir oxu¬maq, musiqiyə qulaq asmaq, tar çalmaqdır. Şeir və musiqi onun üçün həyatdır, mənəvi qidadır. Hərdən özü də şeirlər ya¬zır. Onlardan bir neçəsi dövri mətbuatda dərc olunub.
Qəhrəmanov Cəbrayıl İsmayıl oğlu 1958-ci ildə Laçın ra-yonunun Güləbird kəndində anadan olub. Mayası zəhmətdən yoğ¬rulmuş bir ailədə böyüyüb boya-başa çatıb. Atasının xeyir-xah¬lığı, zəhmətkeşliyi, övladlarına məhəbbət qarışıq bir ciddiliyi, anasının ev işlərində, təsərrüfatda hədsiz dərəcədə zəh¬mətsevərliyi, uşaqlarının tərbiyəsi, təhsili ilə müntəzəm məşğul oması Cəbrayılın həyatında böyük əhəmiyyət kəsb edib, onun xalqına gərəkli bir ziyalı kimi yetişməsinin bü¬növrəsini qoyub.
Atası İsmayıl Qəhrəmanov Zəngəzur bölgəsində tanınmış sınıqçı, “qızıl əlli” sənətkar olub. Minlərlə insan onun əllərin¬dən şəfa tapıb. Güləbirddə İsmayıl kişiyə “oxumamış alim”, “diplomsuz cərrah” deyərdilər. Təsadüfi deyil ki, həmişə elin, camaatın işinə təmannasız yarayan İsmayıl kişinin həyat¬dan vaxtsız getməsi hamının böyük kədərinə səbəb olmuşdu.
İsmayıl kişinin yeddi illik təhsili vardı, Cəbrayılın anası isə birinci sinifdə cəmi üç ay oxuyub. Sözsüz ki, Böyük Vətən mü-haribəsi illərinin çətinliyi və başqa obyektiv səbəblərlə bağlı olaraq onlar mükəmməl təhsil ala bilməmişdir.
Cəbrayılgil ailədə beş qardaş, bir bacı olublar. Valideynlə-rinin təhsilə yüksək qiymət verməsi, uşaqlarına hərtərəfli qay¬ğısı nəticəsində uşaqlarının üçü universitet, ikisi isə orta ixtisas təhsili alıb. Amma...
Cəbrayıl müəllim deyir ki, mən ziyalılığı heç zaman diplom¬la ölçməmişəm. Atamın el içindəki hörməti, onun saf əməlləri, insanlara öz gücü, imkanı daxilində yaxşılığı, anamın həyata, insanlara, el-obaya münasibəti, onun həyat, ölüm, ölümsüzlük haqqında fəlsəfi baxışları, həqiqətən, mənim üçün yüksək ziyalılıq nümunələridir. Mənim çox sadə kəndli olan vali-deynlərim, təvazökarlıqdan uzaq olsa da, mənim üçün şah mərtəbəsində olan insanlardı. Necə deyərlər, özün şah olmasan da, əməllərin şaha layiq olsun. Heç vaxt onları kiməsə əyilən görməmişəm. Həmişə valideynlərimi qoldan tutan, kiməsə kö-mək edən görmüşəm. Kiməsə mane olmaq, paxıllıq, həsəd kimi xüsusiyyətlər onlardan uzaq idi. Halallıq, xeyirxahlıq, zəhmətsevərlik, saflıq onların ömür prinsipləri idi. Atam sərtliyi ilə yanaşı, həm də çox kövrək idi. Atasını çox erkən itirməsi, onun üzünü görməməsi onun həmişəlik nisgili idi. Hər¬dən onun xəyala dalıb zümzümə ilə bayatı deməsi, oxuması həmişə qulaqlarımdadı:

Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı,
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.

Yaxud oxuyardı:
Əzizim, dağda nə var,
El köçmüş, dağda nə var,
Sinəsi dağlı Məcnun,
Leylisiz dağda nə var?

Cəbrayıl müəllim anası haqqında bunları dedi:
–Anam təhsil almasa da şeirə, sözə yüksək qiymət verən mu-siqi duyumlu bir insandır. 72 yaşı var. Bu yaşında da hərdən duyğulananda, qəhərlənəndə gözəl zümzümə edir. Ümumiy-yətlə, ana tərəfimdə şeirə, musiqiyə meyl genlə bağlıdır. Ana-mın ulu babası Orucməmməd kişi şair-aşıq olub. Həmçinin ata tərəfimdə Musa kişi gözəl tar çalarmış. Yəqin bu səbəbdəndir ki, bizim ailədə hamı tarda, sazda çalmağı, muğam oxumağı, muğamları, onların müxtəlif guşələrini bir-birindən fərqlən-dirməyi bacarır...
Yeri gəlmişkən qeyd edək ki, Cəbrayıl müəllim özü heç bir musiqi təhsili görmədən Segah, Çahargah, Rast, Zabul, Bayatı-Şiraz, Şur muğamlarını tarda böyük məharətlə çalıb-oxuyur.
Cəbrayıl Qəhrəmanov 1965-1975-ci illərdə Güləbird kənd orta məktəbində oxuyub. Məktəbin ən qabaqcıl, yaxşı oxuyan şagirdlərindən olub. Orta məktəb illəri çox səmərəli və maraqlı keçib. Təbiət elmlərinə, fizika və riyaziyyata marağı böyük olsa da, humanitar fənləri, xüsusilə də Azərbaycan dili və ədəbiyyatı yüksək səviyyədə mənimsəyib. Fizika, riyaziyyat və kimya fənləri üzrə dəfələrlə rayon və respublika olimpiada¬larının iştirakçısı olub. Cəbrayıl müəllim o çağları belə xatır¬layır:
-Sözsüz ki, bu fənləri bizə sevdirən, onları dərindən öyrədən Təvəkkül müəllim, Əliqulu müəllim, Hacıağa müəllim, Atakişi müəllim, İbrahim müəllim, İbiş müəllim, Qaytaran müəllim, Qulaməli müəllim, Gilas müəllimə və başqalarının böyük əmə¬yi olmuşdur. İlk müəllimim, gözəl insan, qayğıkeş ana kimi Gilas müəllimənin qəlbimdə xüsusi yeri var. Dərsə gedə bil¬mədiyim, xəstə olduğum vaxtlarda hər gün bizə gəlib keçi¬lən dəsrləri mənə öyrətməsi, dərs prosesində hamıya öz övladları kimi yanaşması heç vaxt yadımdan çıxmaz. Müəllim¬lərimiz bi¬zə elmlərin əsaslarını, incəliklərini öyrətməklə yanaşı, həyatda necə yaşamağı, ailədə, cəmiyyətdə davranmağı da öyrədiblər.
Təvəkkül müəllim “Alim olmaq asandır, insan olmaq çətin” atalar sözünü tez-tez bizə xatırladardı. İbrahim müəllim deyər-di: “Bizim dərslərimizə qulaq asmayanlara həyat özü dərs verəcək”.
VII sinifdə oxuyarkən baş verən bir hadisəni qeyd etmək istərdim. 
Rəhmətlik Əliqulu müəllim bizə riyaziyyat dərsi keçirdi. Birdən VIIa sinifində oxuyan Həbib bizim sinfə daxil oldu və Əliqulu müəllimdən xahiş etdi ki, Cəbrayıla icazə verin, onu qonşu sinifdə Azərbaycan dili dərsi keçən Qaytaran müəllim çağırır. Mən icazə alıb dərsdən çıxdım və Qaytaran müəllim dərs keçən otağa daxil oldum. Qaytaran müəllim mənə Azər-baycan dilindən, demək olar ki, ikiillik material həcmində xeyli sual verdi və mən bütün suallara doğru-dürüst cavab verdim. O, böyük sevinclə bütün sinif qarşısında üzümdən öpdü və məni bağrına basdı. Uşaqlara üzünü tutub dedi:
– Bax, dərsi belə oxumaq lazımdır. Cəbrayıldan nümunə götürün... Məni bir daha təbrik edib, öz sinifimizə yola saldı. Doğrusu, Qaytaran müəllimin, eləcə də digər müəllimlərin belə isti münasibəti məni daha da yaxşı oxumağa ruhlandırırdı.
Cəbrayıl Qəhrəmanov 1976-cı ildə Bakı Dövlət Universite¬ti-nin fizika fakültəsinə daxil olub. Tələbəlik illərində fizika elminin incəliklərinə yiyələnib, müəllimlik sənətini öyrənib və çoxlu dostlar qazanıb. Abdulla Muxtarov, Bəhram Əsgərov, İsmət Nəcəfov, Sabir Hacıyev, Mədəd Sərdarlı, Lətif İmanov, Faiq Əhmədov, Tacir Ömərzadə, Aydın Kazımzadə kimi gör-kəmli fizik-pedaqoqlardan dərs alıb.
Universiteti bitirdikdən sonra 1981-ci ildə doğma Güləbird kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayan Cəbrayıl müəllim artlq 25 ildir ki, bu müqəddəs sənətdə çalışır. O, öz işi haqqında belə deyir:
-Müəllimlik çox çətin və şərəfli sənətdir. Mənə belə gəlir ki, az-çox bu çətinliyin öhdəsindən gəlirəm. Bunu tələbələrimin mənə olan hörmətindən, camaatımızın məni öz yaxını, əzizi kimi qəbul etməsindən başa düşmək olar. Mən həmişə bu fikrin tərəfdarı olmuşam ki, müəllim cəmiyyətin, millətin həyatında aparıcı qüvvədir. Ona görə də müəllimlik sənətinə gəlmək istə-yənləri hələ ali və orta ixtisas məktəblərinə daxil olmazdan əvvəl müsabiqədən keçirmək, onun biliyini, nitqini, səbirlili¬yini, öyrətmək qabiliyyətini, hətta boy-buxununu, hərəkət və jestlərini yoxlamaq lazımdır. Bir daha qeyd etmək istəyirəm ki, mən müəllimliyə pak və müqəddəs bir sənət kimi baxıram. Tərbiyə verən məhz belə də olmalıdır.
Cəbrayıl Qəhrəmanov müəllimlik etdiyi 25 ilin 11 ilini (1981-1992) doğma kənd məktəbində bir zamanlar ona dərs verən müəllimlərlə çiyin-çiyinə çalışıb. Praktik olaraq onlardan çox şey öyrənib. Axırıncı illər dərs hissə müdiri işləyib. Qabaq-cıl müəllim kimi həmişə fizika üzrə rayon olimpiada komissiyasının üzvü olub. Şagirdləri dəfələrlə respublika olim-pia¬¬dalarının iştirakçısı və mükafatçısı olublar. Şəkli həmişə ra-yon təhsil şöbəsinin şərəf lövhəsində olub.
Görkəmli şair-jurnalist Şahmar Əkbərzdənin bir vaxtlar “Azərbaycan gəncləri” qəzetində dərs etdirdiyi “O dağlara yanan gərək” məqaləsində Cəbrayıl Qəhrəmanovu Laçının “maarif işığı” adlandırması onu daha da ruhlandırmışdır. Görkəmli pedaqoq, pedaqoji elmlər doktoru Zahid Qaralov 70 illiyi ilə əlaqədar çıxan kitabda Cəbrayıl müəllimi respubli¬kanın yara¬dıcı ziyalıları sırasına daxil edib. Buna görə də o, Zahid müəl¬limə minnətdardır, ona öz təşəkkürlərini bildirir.
Cəbrayıl müəllim son 15 ili həyatının ən ağrılı, ən nisgilli illəri hesab edir. Deyir ki, bu, doğma yurdum Laçının, Şuşanın, Zəngəzurun, Qarabağın işğalı ilə əlaqədar ağrılardır. Laçın işğal olunduqdan sonra Bakı şəhərində fəaliyyət göstərən Laçın məktəblərində işləməklə yanaşı Akademiyada “Bilik” hazırlıq kursu yaratmışam. Bura Bakı Dövlət Universitetinin və digər ali məktəblərin ən savadlı, təcrübəli, xüsusən ali məktəblərə abituriyent hazırlaşdıran professor-müəllim kadrları dəvət etmişəm. “Bilik” kursunun fəaliyyət göstərdiyi 9 ildə 1000 nə-fərdən çox məzunumuz ali məktəblərə daxil olub, 12 nəfər məzunumuz prezident təqaüdünə laiq görülüb. Nəticələrimiz çox uğurlu olduğuna görə hal-hazırda “Bilik-1” hazırlıq kursu Bakı şəhərində yüksək reytinqə malik kurslardan biridir...
Elmi-tədqiqat işlərinə olan marağı Cəbrayıl müəllimi 1995-ci ildə Elmi-Tədqiqat Pedaqoji Elmlər institutuna (indiki Təhsil Problemləri institutuna) apardı. Həmin il orada fizika metodi-kası üzrə dissertanturaya daxil oldu. Professor Zahid Qaralovun elmi rəhbərliyi ilə elmi-tədqiqat işlərinə başladı. 2000-ci ildə elmi-tədqiqat işlərini yekunlaşdıraraq müdafiə etdi və pedaqoji elmlər namizədi, alimlik dərəcəsi aldı. Həmin tədqiqatların nəticəsi olaraq onun 18 elmi məqaləsi, 1 kitabı çap olunub. Hal-hazırda Azərbaycanda fizika və fizika metodikası tarixi üz¬rə elmi-tədqiqat işləri aparır.
Gözəl insan, təvazökar, zəhmətkeş alim Cəbrayıl Qəhrəma-nova şəxsi həyatında, pedaqoji və elmi fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
Poeziyanın vurğunu olan Cəbrayıl müəllim özü də ara-sıra şe¬ir¬ləri ilə mətbuatda çıxış edir.
Bu yazıda Cəbrayıl müəllimin şeirlərindən bəzi nümunələri veririk:

DÜNYA

Sehrinə düşürəm dünyanın hərdən,
Özümü özümdən alandı dünya.
Döndü rüzgar, xəzan vurdu baharım,
Bilməzdim yalandı, yalandı dünya.

Üçtəpə yurdunda, şehli çəməndə
Dağlar gülüşündən düşərdi bəndə.
Ülfət bağlayanda deyərdim mən də
“Əbədi mehriban olandı dünya”

Necə də susarmış sevdalı dillər.
İnana bilmirəm, ellər, ay ellər!
Bizə bəxş etsə də çiçəklər, güllər.
Heyif ki, solandı, solandı dünya!

Nə qədər nəğmələr qalıb yarımçıq,
Fikirlər pərişan, könüllər qırıq.
Sevincdir, bəzən də əzab-hıçqırıq,
Nəşəsi kədərlə talandı dünya.

Güllər həsrət qalıb yaz yağışına,
Baharda düşmüşəm ömrün qışına.
Məsum bir körpənin lal baxışına
Bir ana harayı salandı dünya.

Tale üz döndərib, bilmirəm nədi,
İşıq təşnəsiyəm, qismət kölgədi.
Cəbrayıl, mənimçin hər vaxt əbədi
Ayrılıq havası çalandı dünya.


YURDUMUN

Günəş qürub edir qərib bir axşam,
Eşitdim harayın ulu yurdumun.
Yerimdəcə mən quruyub qalmışam,
İlahi, hardadır eli yurdumun?!

Xəyallar apardı məni keçmişə,
Elə bil bağrımı taxdılar şişə.
Nə deyim dövrana, belə gərdişə,
Hicrandan saralıb gülü yurdumun.
Kimsəsiz dağlara bir duman çökür,
Bulaq zümzüməylə göz yaşı tökür.
Sanıram ağlayır o, hönkür-hönkür,
Oyansın Rüstəmi-Zalı yurdumun!

“Sarı yoxuş” köhlənləri yordumu?
Axtarıram itirdiyim ordumu.
Ulduzların göylərində qordumu?
Qəlbimə köz salır külü yurdumun!

Başının üstündə şimşəklər çaxar, 
Bahar sinəsinə çiçəklər taxar.
Babam gedən yola baxar, hey baxar,
Həsrətdən gözləri dolu yurdumun.

Tuş gəldi taleyim dumana, çənə,
Ayrılıq ölümdən betərdir mənə.
Bir bahar günündə dönək Vətənə,
Sevinsin yamacı-yalı yurdumun,
Dağları, ormanı, çölü yurdumun!


Şöhlət Abbas
“Pillələr”qəzetinin baş redaktoru,
“Pillələr” qəzeti, 29 dekabr 2006-cı il








Fəal vətəndaş mövqeyi, 
təvazökar alim şəxsiyyəti

Bir dostumdan söhbət açmaq istəyirəm – yeniyetməlik, gənclik dostumdan, fəal ictimai mövqeyi, bütöv şəxsiyyəti olan bir Vətən övladından.
Məncə, həyatda o insan xoşbəxtdir ki, cəmiyyətin sevimlisi olsun, adamlar onu öz doğmaları bilsinlər, dərdlərini, sevinc-lərini bölüşsünlər.O zaman insan ömrü mənalı olur. Əgər sən öz işindən zövq ala bilirsənsə, yaxınlar-yadlar sənə ərklə müraciət edirlərsə, deməli, xoşbəxtsən. Və sənin bu xoşbəxtli¬yin həm də ailə üzvlərinin, əzizlərinin və ən nəhayət, yaşadığın cəmiyyətin xoşbəxtliyidir. 
Bəli, belə bir xoşbəxt insandır Cəbrayıl müəllim.
Qəhrəmanov Cəbrayıl İsmayıl oğlu Bakı Biznes Universite-tinin hazırlıq şöbəsinin müdiri, pedaqoji elmlər namizədidir. Və bunlardan da yüksəyi onun gözəl, səmimi bir insan, bütöv şəxsiyyət, vətənpərvər bir ziyalı olmasıdır. Bəli, Cəbrayıl müəl-limin şəxsiyyəti ilə alimliyi bir-birini tamam¬layan, çox sıx çuğ-laşan və onun xarakterini müəyyənləşdirən keyfiyyətlərdir, həm də bu xüsusiyyətlər elə bir tam, vəhdət halında birləşiblər ki, birini o birindən ayrı təsəvvür etmək belə olmaz.
O, 1958-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1975-ci ildə doğma kənddə orta məktəbi, 1981-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.
Yeri gəlmişkən,Cəbrayıl müəllimin anadan olduğu Güləbird kəndi həm də məşhur bayatı ustadı, Azərbaycan ədəbiyyatının korifeylərindən biri məşhur Sarı Aşığın vətənidir və bu kənd çoxlu ziyalılar, şairlər, alimlər yetirib və məqaləmizin qəhrə¬man-larının da bu ziyalılar arasında öz sanballı yeri var.
Cəbrayıl müəllim 1981-1993-cü illərdə vaxtilə oxuduğu orta məktəbdə fizika müəllimi, tədris işləri üzrə direktor müavini işləyib.
Laçının işğalından sonra 1993-cü ildə Bakıda məskunlaşıb. Orta məktəblərdə fizika müəllimi işləyib.
Daim öz üzərində çalışan gənc pedaqoq 1995-ci ildə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda dissertanturaya qəbul olub. Orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı professor Zahid Qaralovun elmi rəhbərliyi ilə fizika metodikası sahəsində elmi tədqiqat işləri aparıb, “Abasqulu Abaszadənin elmi-pedaqoji irsindən məktəblərdə istifadə” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər na-zimədi, alimlik dərəcəsi alıb.
Mayası zəhmətdən yoğrulmuş sadə, mehriban bir ailədə doğulub boya-başa çatması Cəbrayıl müəllimin uğurlarının, xarakterinin bünövrəsini qoyub və özünün də çalışqanlığı, əməyə məhəbbəti bu müvəffəqiyyətlərinin daha da möhkəm-lənib artmasına, xarakterinin daha da cilalanmasına səbəb olub. Həyat yollarında pillə-pillə yüksələn pedaqoq 2001-2003-cü illərdə ABU-da tibbi və bioloji fizikadan dərs deyib.
1998-ci ildə “Bilik” hazırlıq kursunun təsisçilərindən biri olub. Sözügedən kurs Bakı şəhərində yüksək reytinqə malik ali məktəblərə hazırlıq kusrlarından biridir. Hazırda rəhbərlik et¬diyi Bakı Biznes Universitetinin hazırlıq şöbəsini bitirənlər bir qayda olaraq müvəffəqiyyətlə qəbul imtahanları verirlər.
Cəbrayıl Qəhrəmanov tez-tez dövri mətbuatda elmi-publisi¬s-tik və analitik məqalələrlə Vətən həsrətli, yurd niskilli şeirlərlə çıxış edir. Yazılarını mövzu istiqamətinə görə 5 qrupa bölmək olar: 
 Fizika tədrisi metodikası və pedaqoji məsələlərlə bağlı “Diferensial təlim haqqında”, “Fizika tədrisində hərbi texnika ele¬mentlərinin öyrədilməsi”, “Elmi irsimizə tarixi nəzər”, “Fi-zika tədrisində hərbi-vətənpərvərlik tərbiyəsi”, “Orta mək¬təb fizika kursunun tədrisində Abasqulu Abaszadənin elmi-pedaqoji irsindən istifadə”, “Abasqulu Abaszadənin mayelər fizikası və termodinamikaya dair tədqiqatlarının əhəmiyyəti barədə”, “Diferensial təlimi inkişaf etdirməliyik”, “Təlimdə fər-di yanaşmanın rolu” və s.;
Görkəmli Azərbaycan fiziki və pedaqoqu Abasqulu Abaszadə ilə bağlı silsilə yazılar: “Elm və maarif fədaisi”, “Görkəmli fizik və pedaqoq”, “Elmə, maarifə həsr olunmuş ömür”, “Abasqulu Abaszadənin elmi-pedaqoji irsi” monoqrafi-yası və s.;
Qarabağ məsələsi ilə bağlı, müasir həyatla bağlı yazılar, “Tarixin ibrət dərsləri”, “Qələbəyə gedən yol milli birlikdən keçir”, “Vətənpərvərlik tərbiyəsi günün tələbidir” və s.;
Müasir yazarlarımızın əsərlərinə münasibət, şeirə müna-sibət: “Bizi çağıran var”, “Zirvəyə gedən yolda” ;
Öz şeirləri;
Yeri gəlmişkən qeyd edək ki, indiyə kimi Cəbrayıl müəlli¬min 1 monoqrafiyası, 30-dan çox elmi əsəri dərc olunmuşdur. Onun yaradıcılığında oxunaqlı bir dil var ki, bu da əsərlərinə olan marağı daha da artırır. C.Qəhrəmanov Azərbay¬canın məş¬hur fiziklərindən olan Abasqulu Abaszadənin elmi-pedaqoji irsini araşdırmış, ali və orta məktəblərdə bu irsin tətbiqolunma metodikasını işləyib hazırlamışdır.
Cəbrayıl müəllim Azərbaycanda təbiətşünas alimlərimizin ir-sini araşdırma ənənəsinin əsasını qoyan alimlərimizdən biri¬dir. Ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində böyük xid¬mətləri olan şəxsiyyətlərin irsi kifayət qədər tədqiq olunub. Dəqiq elmlər sahəsində isə bu iş həmişə arxa planda qalıb. Bu baxımdan gənc alim bu işin pionerlərindəndir və onun monoq-rafiyası xüsusi əhəmiyyət kəsb edir, bu sahədə tədqiqat işləri apa¬racaq elm adamlarına bir mayakdır.
Cəbrayıl Qəhrəmanov daim öz üzərində çalışır, yeni-yeni yaradıcılıq axtarışları aparı. Ona uğurlar arzu edirik. 

Şöhlət Abbas
“Pillələr” qəzetinin baş redaktoru,
                                     “Pillələr”qəzeti, 04 avqust 2007-ci il













Bir kəndin ensiklopediyası

Qarşımda bir kitab var: 2013-cü ildə “Elm və təhsil” nəşriy-yatı tərəfindən nəfis şəkildə çap olunmuş bir ensiklopediya. Bəli, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Cəbrayıl Qəhrəma-novun “Ömür bitər, yol bitməz” adlı kitabını cəsarətlə “Bir kəndin ensiklopediyası” adlandırmaq olar.
Müəllifini – zəhmətkeş alim, istedadlı şair və gözəl insan olan Cəbrayıl Qəhrəmanovu hələ orta məktəb illərindən tanıyıram. O, məşhur Sarı Aşığın kəndində - Laçın rayonunun Güləbird kəndində dünyaya göz açıb, burada böyüyüb, yaxşını-yamanı ayırd edib. Məlum hadisələrdən, yəni Laçın rayonu er-mənilər tərəfindən işğal olunduqdan bəri isə yazılarından qır-mızı xətt keçir: doğma yurdu, onun yetirmələrini, döyüşçü və şəhidlərini əbədiləşdirmək. Son kitabını isə bu istiqamətdə çalışmalarının bir növ kulminasiya nöqtəsi hesab etmək olar. Müəllif olduqca səlis, oxunaqlı bir dillə ağsaqqal və ağbir-çəkləri, doğma torpaq uğrunda döyüşmüş, canlarını-qanlarını əsirgəməmiş oğulları, insanların gününü-güzəranını, adət-ənənə və inanclarını qələmə alıb. “Tarixi abidələr”, “Haqq aşığı Sarı Aşıq”, “Kəndimizə ilk texnika gələn vaxtlar”, “Qürurlu cama-atımız”, “Vergili insanlar, el təbibləri” və habelə bütün məqalələr birnəfəsə oxunur.
Müəllif kənddə olan nəsilləri də qələmə alıb. O, qədim dövr-lərdən başlamış bu günə qədər Güləbird kəndinin tarixini əsl cəfakeşliklə, böyük zəhmət bahasına sənədləşdirib. Kənd¬dən çıxan tanınmış adamları, ziyalıları da unutmayıb.
Ümumiyyətlə, Cəbrayıl Qəhrəmanovun “Ömür bitər, yol bitməz” kitabı, sözün əsl mənasında, qədim bir kəndin bədii-tarixi ensiklopediyasıdır. Müəllifə yeni-yeni uğurlar arzu edirik!

Şöhlət Abbas
“Pillələr” qəzetinin baş redaktoru
“Bütöv Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il























“Dünya sevgi yaşndadır”
 Cəbrayıl Qəhrəmanın şeir kitabı haqqında bir neçə söz

2016-cı ildə “Apostroff” nəşriyyatında Cəbrayıl Qəhrə¬manın “Dünya sevgi yaşındadır” kitabı nəfis tərtibatla nəşr edilib. Bu kitab müəllifin oxucularla beşinci görüşüdür. İndiyə qədər onun “Abasqulu Abaszadənin elmi-pedaqoji irsi” (2005), “Düşüncələr işığında” (2008), “Ömür bitər, yol bitməz”(2013), “Gördüyüm dünya” (2015) kitabları işıq üzü görmüş və oxucular tərəfindən maraqla qarşılanmışdır.
Bu kitabında Cəbrayıl Qəhrəmanın müxtəlif illərdə yazılmış şeirləri və “Ürəyimə köçən yurdum” lirik poeması öz əksini tapmışdır. Vətən, torpaq sevgisilə yoğrulmuş misralar axıcıdır, oxunaqlıdır, doğulub boya başa çatdığı Güləbird kəndi, suların-dan ilham aldığı Həkəri çayı bu gün erməni tapdağındadır və bu həsrət, nisgil də şairin yaradıcılığından aparıcı xətt kimi keçir.
Kitaba şair Avdı Qoşqar “Bir qəlb yanğısı..” adlı ön söz yaz-mışdır.
Pedaqogika üzrə fəlsəfə doktoru Cəbrayıl Qəhrəman (Cəb-rayıl İsmayıl oğlu Qəhrəmanov) 1958-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.1981-1992-ci illərdə Güləbird kənd orta məktəbində fizika müəllimi və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. Laçının işğalından sonra Bakıda fəaliyyət göstərən Laçın mək-təbində pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, 1995-ci ildə ETPE-nin (indiki Təhsil Problemləri İnstitutunun) dissertanturasına daxil olmuşdur. 1995-2000-ci illərdə fizikanın tədrisi metodikası sahəsində elmi-tədqiqat işləri aparmış və 2000-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almış¬dır. Hazırda, 1998-ci ildə təsisçilərindən biri olduğu “Bilik” hazırlıq mərkəzinə rəhbərlik edir.
Cəbrayıl müəllimin 5 kitabı, 50-dən artıq elmi, elmi-publi-sistik və metodiki məqalələri dərc olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.
Hələ orta məktəb illərindən tanışıq Cəbrayıl müəllimlə. Bu zəhmətkeş alim, gözəl pedaqoq, “Dünya sevgi yaşındadır” kitabında özünü bir şair kimi də təsdiq etmişdir. 

Şöhlət Abbas
“Pillələr” qəzetinin baş redaktoru,
“Respublika”qəzeti. 5 fevral 2017-ci il.















Sözün işığı

Çoxdan bəri gözlədiyimiz “Gördüyüm dünya” kitabı artıq işıq üzü görmüşdür. Bu münasibətlə mən kitabın müəllifi, pedaqogika üzrə fəlsəfə doktoru Cəbrayıl Qəhrəmanovu həm öz adımdan, həm də “Bilik” tədris mərkəzinin müəllim kollek-tivi adından səmimi qəlbdən təbrik edir, ona yeni-yeni yaradı-cılıq uğurları arzulayıram...
2014-cü ilin dekabr ayı idi. Cəbrayıl müəllim mənə təxmi¬nən 30-40 səhifəlik həcmdə olan bir əlyazma verib bildirdi ki, yeni bir kitab yazmağa başlamışam. Xahiş edirəm, vaxtın olduqca, bu əlyazmaları kompüterdə yığasan. Mən Cəbrayıl müəllimi yeni kitab yazmağa başlaması münasibətilə təbrik edib, uğurlar arzuladım. Elə həmin gündən etibarən əlyazma¬ları kompüterdə yığmağa başladım. 
Bu əlyazmaları oxuyub-yazdıqca, bir daha Cəbrayıl müəl-limin çox zəngin intellektə, bədii-fəlsəfi təfəkkürə malik olduğunun şahidi oldum. Açığı, müxtəlif mövzulu bu yazılarda həyatın, təbiətin, cəmiyyətin müxtəlif sahələrinə aid zəngin fəlsəfi, didaktik xarakterli fikirlər, ədəbi, pedaqoji düşüncələr, esse və gündəliklərin oxunaqlı dili, məzmun yükü məni heyran etdi. Bir ay müddətində Cəbrayıl müəllim mənə 200 səhifədən çox əlyazma vermiş, hələ təxminən bu qədər də yazı olacağını bildirmişdi. Açığı, yazıb çatdıra bilmirdim. İşin və dərslərimin çox olduğunu görən Cəbrayıl müəllim məsləhət bildi ki, əgər kompüterdə yaxşı yazan bir rəfiqən varsa, yazıların bir qismini ver, həmin adam yazsın. Cəbrayıl müəllimin əlavə xərc çəkmə-sini istəməsəm də, düzü bu təklif bir tərəfdən ürəyimdən oldu...
Və nəhayət ki, mart ayının ortalarında əlyazmaları köməkli yazıb başa çatdırdıq. Yekunda isə Cəbrayıl müəlli¬min kitabın ədəbi redaktorluğunu mənə həvalə etməsi düzü mənim üçün gözlənilməz oldu. Bu etimada görə ona təşək¬kür etdim. Mənə olan etimadına görə ürəyimdə sevinsəm də, bu işə hələ hazır olmadığımı bildirəndə Cəbrayıl müəllim ərklə mənə dedi:
 Ay Sona xanım, filologiya üzrə doktorantsan, bu gün sabah filologiya üzrə alimlik dərəcəsi alassan. Ədəbi redak-torluq elə əsl sənin işindi.
Bir neçə gün xırda-para ədəbi, qrammatik düzəlişlər etdikdən sonra kitabı nəşriyyata təqdim etdik. Bu gün ar¬tıq nəfis tərtibatla tərtib edilmiş dəyərli bir kitab  “Gördüyüm dünya” kitabı qarşımızdadır.
Cəbrayıl müəllimin 376 səhifəlik iri həcmli “Gördüyüm dünya” kitabı gündəlik həyatımızda, cəmiyyətdə, elmdə, ədəbiyyatda, mədəniyyətdə, siyasətdə... baş verən müxtəlif həyat hadisələrinə, qanunauyğunluqlara, milli-mənəvi dəyər¬lərə həsr edilmişdir. Kitabda müəllifin bu mövzulara münasibə¬tini ifadə edən esse və gündəlikləri, pedaqoji və ədəbi düşüncələri, çıxışları, habelə tanınmış alim və qələm adamla¬rının Cəbrayıl Qəhrəmanovun yaradıcılığına münasibəti öz əksini tapmışdır.
“Esselər və gündəliklər” bölməsində əks olunmuş “Ağıl və ürək”, “Dünyanın mahiyyəti, zərrələrin harmoniyası”, “Əbədi işıq”, “Dağ və düşüncə zirvəsi”, “Fərd, millət və xoşbəxtlik”, “Əxlaq- mədəniyyətin güzgüsü”, “Tarix və həqiqət”, “Milləti qoruyan dəyərlər”, “Mən sənsiz ölmədim, məni bağışla”, “İçimizdən keçən yol”, “Sınaq”, “Bağışlamağı bacarıram, amma...”, “Həyat- müəllim”, “Özümlə söhbət” və başqa esse və gündəlikləri çox maraqla oxunur, yüksək fəlsəfi-didaktik xarakteri ilə diqqəti cəlb edir. 
Kitabın “Ədəbi düşüncələr” bölməsində əks olunmuş “Sözün şeir zirvəsi”, “Xalq deyimləri ilə zəngin poeziya” yazılarında Cəbrayıl Qəhrəmanov bir tənqidçi ədəbiyyatşünas-alim kimi ədəbi aləmdə baş verən hadisələrə özünün doğru-düzgün münasibətini bildirir. Bu bölmədəki yazılar maraqlı elmi mülahizələrlə zəngin olub Cəbrayıl müəllimin çoxcəhətli elmi araşdırmalar aparmaq qabiliyyətinin bariz nümunəsidir.
Kitabın “Pedaqoji düşüncələr” bölməsində əks olunan “Hüseyn Cavidin maarifçilik ideyaları və pedaqoji görüşləri”, “Yaxşı müəllim haqqında düşüncələrim”, “Fizika fənninin tədrisində elmi dünyagörüşü və tərbiyə məsələləri”, “Repeti-torluq fəaliyyəti və hazırlıq kursları” məqalələri özünün elmili¬yi, faktlarla zənginliyi ilə nəzəri-diqqəti cəlb edir. 
Kitabın “Çıxışlar” bölməsində Cəbrayıl müəllim müxtəlif illərdə televiziyada, tədbirlərdə əsasən vətənpərvərlik və pedaqoji yönümlü çıxışları öz ifadəsini tapmışdır. 
Kitabın sonuncu bölməsində tanınmış alim və qələm adam-larının Cəbrayıl Qəhrəmanovun elmi- bədii yaradıcılığına münasibəti əks olunmuş, onun bir insan, şəxsiyyət kimi cəmiy-yətdə tutduğu mövqe haqlı olaraq öz layiqli dəyərini almışdır.
Tam əminliklə deyə bilərik ki, istedadlı yazar, geniş və zəngin yaradıcı təxəyyülə malik olan C.Qəhrəmanovun “Gör-düyüm dünya” kitabı oxucular tərəfindən maraqla qarşılana-caqdır.
...Bir az əvvələ qayıtmaq istəyirəm. 2008-ci ilin sentyabr ayı idi. 11-ci sinifdə oxuyurdum. Ali məktəbə hazırlaşmaq üçün həmin vaxtlar yaxşı ad çıxarmış “Bilik” hazırlıq kursuna gəldim. Məni kursda ilk qarşılayan elə ilk tanışlıqdan üz-gözündə işıq və nur gördüyüm Cəbrayıl müəllim oldu. Məni hazırlıq kursuna qəbul edib uğurlar arzuladı. Və həmin tədris ilində yüksək göstəricilərlə − 620 balla Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil oldum. İxtisasımı yaxşı bildiyimə görə dördüncü kursda oxuyarkən Cəbrayıl müəllim məni kursa dəvət edib, fərdi hazırlaşan abituriyentləri, habelə bir neçə qrupu mənə həvalə etdi. Magistraturada oxuduğum illərdə də Cəbrayıl müəllimin rəhbərlik etdiyi “Bilik” hazırlıq kursunda fəaliyyətimi davam etdirdim. Bu il isə həyatımda daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan Dillər Universitetinin doktoranturasına qəbul olmuşam. “Bilik” tədris mərkəzinin rəhbərliyində işləməklə yanaşı, həm də repetitorluq fəaliyyəti ilə məşğul oluram. Bir neçə il qabaq abituriyent olduğum kursda mənə dərs demiş müəllimlərlə çiyin-çiyinə işləmək mənim üçün fərəhli bir haldır. Bir vaxt məni  on birinci sinif şagirdini ehtiramla qarşılayıb, dərslə¬rimdə uğurlar arzulayan Cəbrayıl müəllimin yazdığı “Gördüyüm dünya” kitabına ədəbi redaktor olmaq isə bu gün mənim üçün ikiqat sevincdir... 
Bu kitabdan əxz elədiyim, öyrəndiyim fikirlər Cəbrayıl müəllimin geniş dünyagörüşü, təbiət və cəmiyyət hadisələrinə sərrast gözlə baxması, duyub dərk etdiklərini başqalarına çatdırmaq manerası məni bir daha ovsunladı. Açığı, “Gördüyüm dünya” kitabının belə uğurlu alınması mənim üçün çox gözlənilməz olmadı. Bilirdim ki, o cür xeyirxah insanın, o cür ürək sahibinin sözləri də belə işıqlı olacaq. Mən inanıram ki, Cəbrayıl müəllimin “Gördüyüm dünya” kitabın¬dakı dəyərli fikirlərdən bütün oxucuların qəlbinə və yoluna bir işıq payı düşəcək. Üzünüzün nuru, sözünüzün işığı heç vaxt azalmasın, əziz Cəbrayıl müəllim! 

Sona İskəndərova 
ADU-nun doktorantı,
“Bilik” hazırlıq mərkəzinin ingilis dili müəllimi.
“Laçın” qəzeti, 13 may 2015-ci il





















Ziyalı ömrü

“Bilik” hazırlıq kursuna gəldiyim ilk günü xatırlayıram. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini yenicə bitirmişdim. Hazırlıq kursunda işə düzəlmək, ixtisasım üzrə dərs demək üçün “Bilik” hazırlıq kursuna gəlmişdim. Kursun rəhbəri Cəbrayıl müəllim məni çox səmimi və nəzakət¬lə qarşılayıb oturmağa yer göstərdi. Sonra bitirdiyim ali məktəb və iş stajım barədə soruşdu. BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirdiyimi, iş stajım olmadığını dedim. Cəbrayıl mü¬əl¬lim dedi ki, stajın olmamağının eybi yoxdur, işləyərsən olar. Əsas odur ki, ixtisasını mükəmməl biləsən, abituri¬yentlərlə işləmək qabiliyyətin ola. Müəllimlik çox çətin, lakin şərəfli peşədir. Amma görürəm ki, bacarıqlı gəncsən, əsl müəllimə məxsus yaxşı nitq qabiliyyətin var. Sonra ali məktəbə qəbul balımı soruşdu. Topladığım baldan da məmnun qaldı. Və sözünə davam edərək dedi: Müəllimə, bilirsiniz ki, əksər kurslarda müəllimi işə imtahanla qəbul edirlər. Çünki abi¬turiyent hazırlığı çox məsuliyyətli işdir. Həm abituriyentin gələcək taleyi, həm də kursun reytinqi üçün kursun müəllimləri çox savadlı olmalıdır. Odur ki, inciməsən, ixtisasın üzrə bir-iki sual verərdim. Yadımdadır ki, Cəbrayıl müəllim məndən toxunanın tənliyini və bir də kəsik piramidanın həcm düsturunu soruşdu. Çətinlik çəkmədən bu suallara cavab verib, vərəqdə düsturları yazdım. O vaxtdan – 2012-ci ildən “Bilik” hazırlıq kursunda riyaziyyat müəllimi işləyirəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu illər ərzində bir çox uğurlar qazanmışam. Hər il dərs dediyim abituriyentlərin əksəriyyəti yüksək ballarla ali məktəblərə qəbul olub. Sözsüz ki, bu uğurların bir səbəbi də kursda olan ab-havadan, Cəbrayıl müəllimin bir kurs rəhbəri kimi müəllimlərə diqqət və qayğısından, kursda yaratdığı sağlam mühitdən çox asılıdır. Müəllim kollektivi bir-birinə o qə¬dər yaxındır ki, sanki hamısı bir ailənin üzvüdür. Məşhur fi¬zik B.Paskalın dediyi bir fikri mən Cəbrayıl müəllimə də şamil edərdim. Paskal deyir ki, “İdarəetmə qabağı görmək de¬məkdir”. Doğrudan da, bu günkü gedişata əsaslanıb sabah nə olacağını irəlicədən təxmin etmək, duymaq – indidən həmin baş verəcək hadisəyə hazır olmaq, tədbir görmək üçün zəmin yaradır. Bu isə iş prosesinin idarə edilməsinin başlıca cəhət¬lərindən biridir. Bu xüsusiyyət, yəni qabağı görmək Cəbrayıl müəllimə xas müsbət keyfiyyətlərdən biridir.
Cəbrayıl müəllimin idarəetmədə ən yüksək uğurlarından biri mən deyərdim ki, kadr seçməsi ilə bağlıdır. O, hazırlıq kursuna müəllim qəbul edəndə müəllimin ixtisasını, fənnin metodika¬sını mükəmməl bilməsi ilə yanaşı, həmin müəllimin ədəb-ərkanına, belə deyim ki, insanlıq səviyyəsinə xüsusi fikir verir. Odur ki, “Bilik” hazırlıq kursunda mən işlədiyim müddətdə bütün müəllimləri özümə ən yaxın, mehriban, səmimi insanlar görmüşəm.
Cəbrayıl müəllim yüksək ziyalılıq mədəniyyətinə malik bir insandır. Məşhur rus alimi D.Lixaçovun gözəl bir fikri var. O, deyir ki, heç kəs özünü yalandan ziyalı göstərə bilməz, buna onun heç gücü də çatmaz. Bəli, bu doğrudan da belədir. Mənim düşüncəmə görə ali təhsil almaq, elmi dərəcə almaq, yazar olmaq, yüksək vəzifə tutmaq, tanınmış bir adam olmaq hələ ziyalı olmaq deyil. Ziyalılıq, birinci növbədə insanın qanından-genindən gəlməli, ikincisi isə özünütərbiyəsindən, davranış və yaşam tərzindən, dünyabaxışından, mənəvi dünyasının zəngin-liyindən, habelə, gözəl danışmaq və dinləmək mədəniyyətinin olmasından çox asılıdır. Bütün bu sadaladığım insani keyfiy-yətlər Cəbrayıl müəllimin şəxsiyyətində parlaq şəkildə təzahir edir. O, çox yaxşı müsahibdir. Yüksək dinləmək qabiliyyəti var. Birdən mənə elə gəlir ki,o, nəinki dediklərimi, hətta qəlbimdəkiləri də oxuyub bilir. Cəbrayıl müəllimin tez-tez işlətdiyi bir ifadə var: Danışmağı bacarırsansa, deməli, böyü-müsən. Dinləməyi bacarırsansa, deməli, ağıllanmısan. Ona görə də o, insanların dinləmək mədəniyyətini çox yüksək qiymətləndirir.
Sözün həqiqi mənasında, Cəbrayıl müəllim ilahi tərəfindən verilmiş bir çox gözəl xüsusiyyətlərə malikdir: Adamları tanıyır – demək, arifdir, özünü tanıyır – ağıllıdır, özünə qalib gəlir – qüdrətlidir, biliyi çoxdur – dövlətlidir, birinciləri, ikincilərdən fərqləndirir – müdrikdir, çətinliklərə qalib gəlməyi bacarandır – demək güclüdür, təbiətini dəyişmir – demək, inşaallah ki, uzunömürlüdür. Bütün bunlarla yanaşı Cəbrayıl müəllim çox mərd və həddindən artıq səxavətli insandır. Maddi və mənəvi nəyi varsa,həmişə insanlarla bölməyə hazırdır. Heç vaxt haqqı nahaqqa verməz. Hər bir insana, onun işinə doğru-dürüst qiymət verməyi bacaran, çətinliyə düşənin əlindən tutan bir duyğusal insan, pedaqoqdur.
Onun haqqında düşünəndə həmişə qeyri-ixtiyari olaraq vaxtilə elə Cəbrayıl müəllimin özündən eşitdiyim L.Tolstoyun bir müdrik kəlamı yadıma düşür. Dahi yazıçı L.Tolstoyun fik-rin¬cə, insan bir kəsrə bənzəyir, məxrəcdə özü haqqında düşündükləri, surətdə, əslində olduğudur. Yəni insan özü haqda nə qədər yüksək fikirdədirsə, özündən müştəbehdirsə, onun qiyməti o qədər aşağı, əksinə, özü haqqında elə böyük fikirdə deyilsə, təvazökardırsa, onun dəyəri o qədər yüksəkdir. Bu baxımdan Cəbrayıl müəllim üçün olan bu kəsrin surəti günbəgün artmaqda, məxrəci isə günbəgün azalmaqdadır. Dolayısı ilə demək istədiyim odur ki, Cəbrayıl müəllim gün¬dən-günə ziyalılığını, insanlıq səviyyəsini artırmaqda davam edən, özü haqda heç vaxt yüksək fikirdə omayan sadə və təvazökar insandır. Mən deyərdim ki, insanların ona hörmət və ehtiramla yanaşmasının, qazandığı rəğbət və sevginin başlıca səbəblərindən biri onun sadəliyi və təvazökarlığıdır.
Cəbrayıl müəllim üçün bir xarakterik cəhəti xüsusi qeyd etmək istərdim. Onu nə vaxt görürəmsə, üzərində işləyir, mütaliə edir, nə isə qeydlər edir.Yazmaqdan, oxumaqdan yorulmur. Elə bunun nəticəsidir ki, son on ildə beş dəyərli və sanballı kitab – “Abasqulu Abaszadənin elmi-pedaqoji-irsi”, “Düşüncələr işığında”, “Ömür bitər, yol bitməz”, “Gördüyüm dünya”, “Dünya sevgi yaşındadır” kitablarını yazıb ərsəyə gətirib. Cəbrayıl müəllim ixtisasca fizik olsa da, fizikanın tədris metodikası sahəsində alimlik dərəcəsi alsa da, onun ədəbiyyata musiqiyə, şeirə çox böyük həvəsi, marağı var. Onun 2016-cı ildə işıq üzü görmüş “Dünya sevgi yaşındadır” şeirlər kitabi oxucular tərəfindən çox böyük maraqla qarşılanıb.
Cəbrayıl müəllim Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonundandır. Doğma yurd yerlərinin, bütövlükdə Qa¬ra-bağın işğalda olması onu hər zaman ağrıdır. Üzdə deyib-gülsə də, daim yurd həsrəti, yurd nisgili ilə yaşayır. Cəbrayıl müəllim Qarabağ haraylı yurd həsrətli yazılar yazmaqdan, gənc¬¬lərlə vətənpərvərlik ruhunda söhbətlər aparmaqdan yorulmur. Onun bu istiqamətdə onlarla yazıları müxtəlif mətbu orqanlarda – qəzet və jurnallarda çap olunmuş, radio və televiziyada çoxlu sayda çıxışlar etmişdir. Doğma kəndi – Sarı Aşıq yurdu Güləbird kəndinin tarixi və taleyinə həsr olunmuş “Ömür bitər, yol bitməz” kitabını duyğusuz, həyəcansız oxumaq olmur. Mənim Cəbrayıl müəllimə 60 illik yubileyi münasibəti ilə ən böyük arzularımdan biri odur ki, tezliklə ca¬nından artıq sevdiyi doğma yurdlarına qovuşsun. 
Cəbrayıl müəllim, böyük ürəyin var olsun! Hər zaman gördüyümüz kimi Vətən, Yurd, İnsanlıq, Gözəllik eşqiylə dö-yün¬sün! Ulu Yaradan həmişə köməyiniz olsun!

Xəyalə Yusifova
“Bilik” hazırlıq mərkəzinin 
riyaziyyat müəllimi
















«Gördüyüm dünya» - hikmət dünyası

Pedaqogika üzrə fəlsəfə doktoru, dəyərli ziyalı Cəbrayıl Qəhrəmanovun elmi-publisistik və bədii yaradıcılığı ilə 2010-cu ildən tanışam. 2010-cu ildə – «Bilik» tədris mərkəzində işə baş-layan vaхtlarda mən Cəbrayıl müəllimin «Düşüncələr işı¬ğında» kitabını oхumuş, dəyərli bir kitab olduğu barədə fikrimi də bildirmişdim. 2013-cü ildə isə C.Qəhrəmanovun doğma yurduna, Qarabağ hadisələrinə həsr olunmuş daha bir maraqlı ki¬tabı – «Ömür bitər, yol bitməz» kitabı işıq üzü gördü. Bu ki-tab da oхucular tərəfindən maraqla qarşılandı. Yadımdadır ki, hə¬min ilin iyun ayında «Ömür bitər, yol bitməz» kitabının çoх yüksək səviyyədə təqdimat mərasimi də keçirildi. Yüzdən çoх insanın iştirak etdiyi bu məclisdə tanınmış şair və yazıçılar, ağsaqqallar, dövlət nümayəndələri, Qarabağ döyüşçüləri, Milli Qəhrəmanlar, habelə Cəbrayıl müəllimin bir çoх həmkəndliləri iştirak edirdi…
Bu yaхınlarda isə Cəbrayıl müəllim yenicə çapdan çıхmış «Gördüyüm dünya» kitabını mənə bağışladı. Müəllifi ürəkdən təbrik etdim və tezliklə kitabı oхuyub rəy bildirəcəyimi də de-dim. Açığı, «Gördüyüm dünya» kitabını çoх maraqla oхudum. Sözün əsl mənasında Cəbrayıl müəllim «Gördüyüm dünya» kitabında özünün yüksək təfəkkürü, geniş erudusiyası, dərin in-tu¬isiyası ilə həyatın bütün sahələrinə işıq tutmağa çalışmış və demək olar ki, buna nail ola bilmişdir.
Kitabda müəllifin cəmiyyətdə baş verən inkişaf və dəyişmələrə, həyat və təbiət hadisələrinə, milli-mənəvi, əхlaqi-bəşəri dəyərlərə, ədəbiyyata, mədəniyyətə, iqtisadiyyata, siya-sətə… münasibəti, habelə bu sahələrlə bağlı qanunauyğun¬luq¬lar öz əksini tapmışdır. Bu münasibətlər, əsasən, esse və gündəliklər formasında, elmi-publisistik yazılarda ifadə olun-muşdur. Bu esse və gündəliklərin, publisistik yazıların əsas qayəsi, хidmət etdiyi əsas məqsəd mükəmməl insandır. Milli-bə¬şəri dəyərlərə malik olan Kamil İnsan! Sözün əsl mənasında kitabı oхuduqca, özünü hikmətlər dünyasında hiss edirsən. Bizə ruhi dinclik bəхş edən, bir çoх həqiqətləri işıqlandıran bu hikmətlərin apardığı ünvan müdriklikdir. Cəbrayıl müəllimin əksər yazılarından boy göstərən Tanrı, Sevgi, Ruh, Vətən, Millət, Birlik, Tərbiyə, Müəllim, Ziyalı, Bilik, Ürək, Ağıl, İşıq, Əхlaq, Mənəviyyat, Ata, Ana, Yurd, Torpaq, Zaman… kimi ül-vi, müqəddəs məfhumlar müəllifin hədəflərinin, amal və istək-lərinin miqyasının göstəriciləridir.Belə müqəddəs amal¬larla yaşayan bütün Vətən övladlarına, ziyalılara, qələm adam¬larına eşq olsun, deyirəm!
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tahir Orucovun redaktorluğu ilə nəfis şəkildə tərtib edilmiş «Gördüyüm dünya» kitabı altı bölmədən ibarətdir:
I. Esse və gündəliklər II. Sözün cazibəsi III. Ədəbi düşüncə-lər IV.Pedaqoji düşüncələr. V.Çıхışlar. VI. Rəylər və mülahizələr.
Esse və gündəliklərdə müəllifi düşündürən, habelə bu gün üçün aktual olan bir çoх məsələlər doğru-düzgün olaraq, öz əksini tapmışdır. Bir-birindən maraqlı, oхunaqlı və dərin fikir¬lər ifadə edən bu esse və gündəlikləri məzmununa görə qrup-laşdırsaq, əsasən, didaktik, pedaqoji, fəlsəfi, ictimai, vətən¬pər-vərlik, tariхi mövzuları əhatə edir. Məzmun və məna yükünə, dərin fəlsəfi və didaktik gücünə görə «Ağıl və ürək», «Cəmiyyətin «rəngi» və tərbiyə», «Sevgi-həyat qaynağı», «Səbrin zamanı və məqamı», «Içimizdən keçən yol», «Əхlaq-mədəniyyətin güzgüsü», «Bu nadanlıq deyilmi?», «Milləti qoruyan dəyərlər», «Surət və məna», «Əbədi işıq», «Tariх və həqiqət» «Həyat-müəllim», «Ruh-həyat enerjisi» və başqa esse və gündəliklər хüsusilə diqqəti cəlb edir. 
Bir cəhət də maraqlıdır ki, esse və gündəliklərin bir çoхunun ideyaları təbiətdən götürülmüşdür. Müəllifin qənaətinə görə (doğru qənaətdir!), təbiət bizə öz görüntüləri ilə nələrisə diktə edir. Bizi əhatə edən aləmdə, canlı və cansızlarda zühur edən bir çoх хassə və хüsusiyyətlər elə bil ki, insana necə davran-mağı, necə yaşamağı öyrədən görüntülərdir. Sadəcə, bunları görüb duymaq və həyatımızın müхtəlif sahələrində tətbiq etmək lazımdır. Bu səpgidə olan esse və gündəliklərdən «Hə¬yat-müəllim», «Birlik və pərdə», «Dünyanın mahiyyəti, zərrələrin harmoniyası», «Sevgi-həyat qaynağı», «Səbrin za¬manı və məqamı», «Qartalın dedikləri», «Damcıların qüdrə¬ti», «Hər gözəlin bir eybi», «Hökmran-şərait», «Hərəkət-təmiz¬lik, saflıq və sağlamlıqdır» хüsusi maraq kəsb edir. Bu tip esse və gündəliklərin bəzilərinə nəzər salaq.
«Həyat-müəllim» essesinin ideyası ondan ibarətdir ki, birlik, təvazökarlıq, yaхşılıq, soykökə bağlılıq və minnətdarlıq əхlaqi keyfiyyətlərini bir alma ağacına baхıb öyrənmək olar. Müəllif qeyd edir ki, alma ağacının «fəaliyyətinin» son məhsulu olan şirin meyvəsi onun kök, gövdə, budaq və yarpaqlarının birgə «fəaliyyətinin», başqa sözlə, bütövlüyünün, birliyinin vəhdətin-dən yaranır. Deməli, birliyin sonu ürəkaçandır. Müəllif fikrinə davam edərək, qeyd edir ki, alma ağacı barı çoх gətirdikcə, başını daha çoх aşağı əyməsi təvazökarlığa bir işarə deyilmi? Yaхud bar gətirəndə budaqlarını aşağı əyməsi kökünə bir minnətdarlıq işarəsi deyilmi? Alma ağacı daha böyük olduqca, daha böyük kölgə salması, daha çoх insana öz kölgəsi ilə rahatlıq gətirməsi, imkanı olub, ancaq «kölgəsi olmayan» adamlara bir qınaq deyilmi? Yəni, sadəcə olaraq, bir alma ağacına dərrakə ilə, bəşirət gözü ilə baхa bilsək, çoх şey öyrənə bilərik. Çoх doğru qənaətdir.
«Dünyanın mahiyyəti, zərrələrin harmoniyası» essesində müəllif cansız təbiətə məхsus olan bir qanunauyğunluğu – allotropik şəkildəyişmə hadisəsini uğurla cəmiyyət və ailəyə tətbiq etmişdir. Müəllif yazır ki, allotropik şəkildəyişmə hadi-səsinə görə qrafit və almaz maddələri eyni atomlardan – karbon atomlarından təşkil olunsa da, хassəcə kəskin fərqlənirlər. Belə ki, qrafit yumşaq, almaz isə sərt maddədir. Buna səbəb isə qrafit və almazda atomların fəzada düzülüş vəziyyətinin bir-birindən kəskin fərqlənməsidir. Müəllifin qənaətinə görə, eyni adamların istər cəmiyyətdə, istərsə də ailədə tutduğu mövqedən, yerdən asılı olaraq, müхtəlif хarakterli, müхtəlif keyfiyyətli ailə və cəmiyyət yarana bilər. Ona görə də ən yaхşı ailə, yaхud ən yaхşı cəmiyyət o zaman yarana bilər ki, hər kəs öz yerində olsun. Əks halda, kimsə kimin yerini zəbt edirsə, son nəticənin necə olacağını əvvəlcədən təхmin etmək olar. Bu prin-sipi bir poetik fikrə, bir şeirə də tətbiq etmək olar. Belə ki, gözəl bir poetik nümunədəki sözləri bir-birindən ayırıb rabitəsiz olaraq, iхtiyari şəkildə bir-birinin yanına düzsək, heç bir məna daşımaz, yaхud nisbətən uyarlı ardıcıllıqla düzsək, zəif bir fikir alınar. Lakin həmin sözlərin daha uyğun şəkildə düzülüşündən güclü bir poetik deyim yaranır. Müəllif yekunda haqlı olaraq bu qənaətə gəlir ki, kullin mahiyyəti zərrələrin harmoniyasından əhəmiyyətli dərəcədə asılıdır.
«Cəmiyyətin «rəngi» və tərbiyə» essesi bulanıq çaya tökü¬lən onlarla dumduru bulağın çayın rəngini dəyişə bilməməsi, əksinə dumduru bulaqların özünün də bulanması hadisəsindən qaynaqlanır. İdeyası odur ki, azlığın çoхluğa tabe olmasını bulanıq çaya tökülən bulağın timsalında öyrənmək mümkün¬dür. Bu nümunənin fonunda billur kimi saf, təmiz adamların qüsurlu bir cəmiyyətdə məhv olmasına bəlkə də təbii hal kimi baхmaq olar. Müəllifin bu essedə demək istədiyi mətləb ondan ibarətdir ki, böyüməkdə olan gənc nəslin əхlaq və tərbiyəsi cəmiyyətin əхlaq və tərbiyəsinin səviyyəsinə uyğunlaşır. 
«Hökmran» – şərait essesinin mövzusu da təbiətdən götürülmüşdür. Müəllif yazır ki, Afrikada yaz yağışlarından əmələ gələn müvəqqəti göllərdə su yüksəldikcə, balıqlar qarış-qaları, sular çəkildikcə qarışqalar balıqları yeyir. Yəni üstünlük bu gün balıqda ikən, sabah qarışqaya keçə bilər. Bura¬da kimin-kimi yeyəcəyini suyun hərəkət istiqaməti müəyyən edir. Yəni qarışqa və balığın «bacarıq» və «qabiliyyətin¬dən»asılı bir şey yoхdur. Bu hadisə çoх vaхt cəmiyyətdə də öz əksini tapır. Tamamilə doğru qənaətdir.
Təqdirəlayiq haldır ki, müəllif təbiət qanunları ilə insan münasibətləri arasında maraqlı bir qanunauyğunluq aşkar etmişdir. Belə ki, C.Qəhrəmanov «Nyuton qanunları və insan münasibətləri» essesində Nyuton qanunlarının uğurlu şəkildə cəmiyyətə, insan münasibətlərinə tətbiqini göstərə bilmişdir. Söz¬süz ki, burada Nyuton qanunlarına daхil olan kütlə, qüvvə, təcili, məsafə anlayışları «insanlaşdırılmışdır». Məsələn, kütlə dedikdə, insanın fiziki kütləsi yoх, onun ağıl və duyğularının hormoniyasından yaranan «kütləsi», yəni sanballılığı, yaхud məsafə dedikdə iki insanın «kütlə» fərqi, yəni, bir-birindən ağıl və duyğuca hansı məsafədə yerləşməsi başa düşülür.
«Gördüyün dünya» kitabının «Sözün cazibəsi» bölməsində böyük mütəfəkkirlərin, filosof və yazıçıların dəyərli, günümüz üçün aktual olan fikirləri verilmiş, habelə müəllif bir çoх fikirlərə öz münasibətini bildirmiş, onları doğru-düzgün olaraq şərh etmişdir.
Kitabın poeziyaya həsr olunmuş və elmi-bədii faktlarla zən-gin olan «Ədəbi düşüncələr» bölməsi də yüksək tədqiqat¬çılıq səviyyəsində yazılmışdır. Cəbrayıl müəllim iхtisasca fizik olsa da, bu bölmədə verilmiş «Sözün şeir zirvəsi» və «Хalq deyimləri ilə zəngin poeziya» yazılarında o, bir ədəbiyyat¬şünas-tənqidçi kimi ədəbi aləmdə baş verən hadisələrə, şeir sənətinə doğru-düzgün qiymət verir. Müəllif fikirlərini əsaslandırmaq üçün böyük mütəfəkkir və filosoflar Aristotel və Nəsirədin Tusinin, həmçinin, şeir yaradıcılığı ilə bağlı dahi Nizaminin, Füzulinin, Şəms Təbrizinin, Saib Təbrizinin, Şəhriyarın, Volfanq Hotenin, Səməd Vurğunun, Mikayıl Müş¬fiqin, Pəsul Rzanın, Əli Kərimin, Bəхtiyar Vahabzadənin, Ra¬miz Rövşənin, Elçinin, görkəmli ədəbiyyatşünas-alim Yaşar Qarayevin və digər tanınmış ədiblərin fikirlərinə istinad edir. Və yük¬sək canıyananlıqla şeir sənətini, Böyük Sözü həmişə uca tutmağı təvəqqe edir.
«Gördüyün dünya» kitabının «Pedaqoji düşüncələr» bölmə-sində ilk olaraq müəllifin Azərbaycan Хalq Cümhuriyyəti dönəmində elm, təhsil və mədəniyyət quruculuğu ilə bağlı fi¬kir-ləri əks olunmuşdur. Müəllif haqlı olaraq yazır ki, «Sözün əsl mənasında ADR mövcud olduğu 23 ay ərzində Azərbay¬canda elm, mədəniyyət və təhsilin inkişafında çoх böyük işlər görmüşdür… Qısa bir müddətdə savadsızlığın ləğvi ilə bağlı bir çoх yeni məktəblərin, habelə hərbçilər hazırlayan məktəb və kursların yaradılması, Bakı Dövlət Universitetinin əsasının qoyulması, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbay-can Şöbəsinin Qazaх şəhərinə köçürülməsi, əlifba islahatı ilə bağlı komissiya yaradılması, yeni milli dərsliklərin yaradıl¬ması, elm, təhsil və mədəniyyətdə milli kadrların yerləşdiril¬məsi, azərbaycanlı gənclərin Avropa və Rusiyaya təhsil almağa göndərilməsi bu qəbildəndir».
Bu bölmədə böyük mütəfəkkir, şair və dramaturq Hüseyn Cavidin maarifçilik ideyaları və pedaqoji görüşləri geniş təhlil edilmişdir. Etiraf etmək lazımdır ki, H.Cavidi türk dünyasında daha çoх şair-dramaturq kimi tanıyırlar. Onun böyük maarifçi-pedaqoq kimi fəaliyyəti demək olar ki, az tədqiq olunmuşdur. Bu baхımdan C.Qəhrəmanovun H.Cavid haqqında bu tədqiqat хarakterli yazısı böyük maraq kəsb edir.
Kitabın «Pedaqoji düşüncələr» bölməsindəki «Yaхşı müəl-lim haqqında düşüncələrim», «Fizika fənninin tədrisində elmi dünyagörüşü və tərbiyə məsələləri», «Repetitorluq fəaliyyəti və hazırlıq kursları» məqalələri də elmi-metodik baхımdan böyük əhəmiyyətə malikdir…
«Gördüyüm dünya» kitabını bütövlükdə oхuduqdan sonra sanki özünü bir mənəvi хəzinə tapmış kimi hiss edirsən. Cəbrayıl müəllimin həyata, insanlara, cəmiyyətə, təbiətə, elmə, biliyə, insan tərbiyəsinə, vətənə, anaya, yurda olan əsl vətəndaş və ziyalı mövqeyi ilə tanış olduqca, sözün əsl mənasında bir hikmət dünyasına daхil olursan. Bu baхımdan «Gördüyüm dünya» kitabını mən cəsarətlə insanı müdrikliyə, kamilliyə doğru aparan bir hikmət dünyası adlandırardım.
Tam əminliklə deyə bilərəm ki, dilinin səlisliyi, oхunaqlığı, mövzu genişliyi, dərin məna və məzmun yükü, qoyulan məsə-lələrin aktuallığı ilə diqqəti cəlb edən «Göründüyüm dünya» kitabı oхucular tərəfindən maraqla qarşılanacaqdır.

Şəhla Quliyeva
AMEA-nın doktorantı,
“Bilik” hazırlıq mərkəzinin tarix müəllimi.
“Türk dünyası” qəzeti, 10 iyul 2015-ci il




















Həssas və qayğıkeş müəllim

Bu gün ömrünün ən müdrik və məhsuldar çağlarını yaşayıb- yaradan zəhmətkeş alim-pedaqoq, həssas və qayğıkeş insan Cəbrayıl müəllimin anadan olmasının 50 illik yubileyi qeyd edilir. Bu, ömrünün 80-ci ilini yaşayan qocaman müəllim kimi məni də ürəkdən sevindirir. Onu qəlbən təbrik edib, uzun ömür, möhkəm cansağlığı, gələcək elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Əlbəttə, ötən hər il insan ömrünə öz naxışını vurub onu ta-rixə qovuşdurur, həyatının ən gözəl, mənalı, yaddaqalan dövrü kimi xatırlanır.
Təsadüfi deyil ki, dünyaya göz açan hər bir insan beşikdən mə¬zara qədər bir ömür yolu keçir, əməlləri ilə iz qoyub gedir. Əbədiyyətə qovuşandan sonra da qədirbilənlər tərəfindən hörmət və ehtiramla anılır, xatirələrdə yaşayır. Vətəninin, el-oba¬sının tərəqqisi üçün çalışanlar, seçilib-sayılanlar heç vaxt unudulmur, hamı tərəfindən sevilir. Söz var ki,deyərlər: o insan xoşbəxtdir ki, işlədiyi və rəhbərlik etdiyi sahədə hər şeydən əvvəl yüksək ixtisas biliyi, dünyagörüşü, işgüzarlığı, mənəvi zənginliyi, ətrafındakılara qarşı diqqətli olması, sadəliyi ilə tanınıb hörmət və nüfuz sahibi olur.
Mənə görə həyatının şərəfli ömür günlərini yaşayanlar sıra-sında onu illərin sınağında mənalı keçirən müəllim dostlarım¬dan biri – yubileyini böyük sevinc və ehtiramla qeyd etdiyimiz hörmətli Cəbrayıl müəllimdir. O, hərtərəfli müşahidələri, illər boyu topladığı pedaqoji təcrübə faktları və düşüncələrinə görə əsil pedaqoq-müəllimdir. Cəbrayıl müəllim bu peşəni ürəkdən sevib, onun zirvələrini də inamla fəth edən, səbirli, təmkinli və yüksək  mədəniyyətə malik olan həssas, sadə bir müəllimdir.
Qədim yunan filosofu Aristotel əbəs yerə deməyib ki, vali-deynlərimiz bizi göydən yerə endiribsə, müəllimlərimiz bizi yerdən göyə qaldırmışdır. Cəbrayıl müəllim də həmin silsilə¬dən pedaqoji fəaliyyətini yetirmələrinin yerdən göyə qaldırıl¬masına həsr etmiş bir insandır.
Dövlətimizin, millətimizin rifahı naminə xidmət etməklə Azərbaycan övladlarının intellektual vətəndaşlar kimi yetiş¬məsi naminə ali məktəblərə daxil olmaq üçün Bakı Biznes Universitetindəki hazırlıq kurslarına rəhbərlik edir. Bu illər ər-zində ərsəyə çatdırdığı keçmiş orta məktəb şagirdlərinin ək-səriyyəti onun şəxsən gərgin əməyi, işgüzarlığı və ciddi rəhbərliyi nəticəsində yüksək bal toplayaraq Ali məktəblərə daxil olmuş. Hətta bu kursların 20-yə yaxın keçmiş dinləyicisi indi ali məktəblərdə Prezident təqaüdü ilə təhsil alırlar.
Deyirlər əgər sənətkar peşəsinin incəliklərini yetirmələrinə yüksək səviyyədə öyrətmirsə, özünün davamçılarını yetir¬mirsə, onun mütəxəssisliyinə mütləq şübhə yarana bilər. Amma bizim Cəbrayıl müəllimdəki halallıq, səxavət, vicdan¬lılıq kimi yük¬sək əxlaqi, nəcib keyfiyyətlər göz qabağındadır.
Onun pedaqoji ustalığı, nəzəri və praktiki hazırlığı, təşəbbüskarlığı, peşəkar səviyyəsi, zəngin təcrübəsi, geniş dün-ya¬görüşü, sənətinə vurğunluğu onu indiki şöhrətinin zirvəsinə pillə-pillə, zaman-zaman qaldırmışdır. Yaxşı deyiblər – gərgin zəhmət, aramsız axtarışlar, yuxusuz gecələr əvəzsiz qalmaz, öz bəhrəsini gec-tez verəcəkdir. Doğurdan da Cəbrayıl müəllimin keçən illər ərzindəki zəhmətinin nəticəsi hədər olmadı.
Cəbrayıl müəllimin qəzet və jurnallarda, elmi-pedaqoji, siyasi-ictimai və publisist məqalələrlə müntəzəm olaraq çıxış etməsi isə sübut etmişdir ki, o, geniş dünyagörüşə yiyələn¬məklə, yazıb yaratmaq qabiliyyətinə də malikdir.
İxtisasca fizik olmaqla fizikanın qədim tarixi, bu günü, bu fənnin tədrisində müasir dərsə verilən tələblər, qabaqcıl metod və priyomlardan istifadə edilməsi onun elmi-metodiki məqalə-lərinin əsas istiqamətini təşkil edir. “Fizika və astronomiyanın tədrisində Nizami Gəncəvi yaradıcılığında istifadə imkanları”, “Fizika fənninin tədrisində Azərbaycanın görkəmli alim və mü-təfəkkirlərinin elmi irsindən istifadənin yolları” və s. kimi iri həcmli, dərin məzmunlu məqalələrini buna misal göstərmək olar.
Ümid edirik ki, sıravi, sadə orta məktəb müəllimliyindən pedaqoji elmlər namizədi kimi alimlik dərəcəsinə yüksəlməklə, gələcəkdə də o hələ çox işlər görəcək, ömür kitabına yaddaş-larda əbədi qalacaq, yeni-yeni səhifələr yazacaqdır.

Hacı Əkbərli
Bakı Biznes Universitetinin baş metodisti 
“Qanun və məmur” qəzeti, 3 may 2008-ci il









Həyatda mənə ata əvəzi olmuş
qardaşım Cəbrayılın 50 illiyinə

Azərbaycan əzbər oldu dilində

Hər zaman çalışdın, qurdun, yaratdın,
Qədrin bildin ötən anın, günün də,
Əlli nədir, yüz yaşını qeyd edək,
Qismət olsun günlərin bir günündə!

Bu dünyaya yaxşılıqçün gəlmisən,
Ürəyini insanlara vermisən,
Həyat səni ağladanda gülmüsən,
Mərd dayandın sınaqların önündə.

İlahidən sevgi payı almısan,
Rübabını sən ürəklə çalmısan,
Cavanlıqdan yol göstərən olmusan,
Azmamısan hər dumanın çənində.

Qəlbini çevirib məşələ,közə,
Bir ata əvəzi olmusan bizə.
Əzəldən vurğunsan sənətə, sözə,
Söz olubdur sevincin də, qəmin də.

Taleyimiz duman oldu, çən oldu,
Vətən dərdi saçlarında dən oldu.
Qismətimiz kədər oldu, qəm oldu,
Qəm yaşayır hər saçının dənində.

Seçmədin dünyada dövləti, varı,
Hər zaman anmısan yoldaşı, yarı,
Hərdən segah üstə kökləyib tarı,
Yana-yana çağlamısan simində.

Segahında ürəyinin odu var,
Zabulunda beçə balın dadı var,
Səslərin də doğması var, yadı var,
Nə nalədir avazının bəmində?!

Sevgiylə, zəhmətlə yoğrulub qanın,
Zəhmətsiz keçməyib həyatda anın,
Əsil ziyalının, əsil insanın
Bilin, dostlar, il yaşayır günündə.

Qurur duydun müəllimlik adından,
Çıxarmadın ustadları yadından.
Pərvanətək atəşlərin odunda
Külə döndün Vətənində, elində.

Hamıya sevimli qardaş olmusan,
Atəşə düşənlə alovlanmısan,
Xalqının dərdini dərdin sanmısan,
Azərbaycan əzbər olub dilində.

Hamının dərdinə yandı ürəyin,
Həyatda hər zaman oldun gərəyim,
Rəfaeləm haqdan budur diləyim,
Yüzünə çatasan əlli dəmində!

Rəfael Qəhrəmanov
“Düşüncələr işığında” kitabı, 2008-ci il







“Ömür bitər, yol bitməz”
kitabı haqqında rəylər

Tam əminliklə deyə bilərəm ki, Güləbird kəndi haqqında yazılan bu kitab illər keçdikcə öz əhəmiyyətini daha da artıracaq, gənc nəslin vətənpərvərlik tərbiyəsinə öz töhfəsini verəcəkdir. Çünki bu kitab vasitəsilə kəndin gələcək nəsilləri öz kökünü, mənşəyini o qədər də əziyyət çəkmədən öyrənə bilə-cək, digər tərəfdən isə, onlar valideynlərinin, ulu baba¬larının müsbət əxlaqi keyfiyyətləri barədə ətraflı bilgilər aldıqdan sonra qürur hissi keçirəcəklər. İnanıram ki, bu kitab hər bir güləbirdlinin stolüstü kitabı olacaqdır. 

Tahir Orucov
filologiya üzrə fəlsəfə doktoru, dosent, 
AMEA Folkor İnstitutunun aparıcı elmi işçisi

Biləndə ki, Cəbrayıl müəllim Güləbird kəndinin tarixi-keçmişi, bu kəndin ziyalıları, ağsaqqal və ağbirçəkləri, Qarabağ müharibəsində şücaətlər göstərmiş vətənpərvər oğulları, canını vətəninə fəda etmiş şəhidləri haqqında kitab yazır, çox sevindim. Kitab kəndimizdə yaşayan nəsillərin hər birinə bö¬yük sayğıyla yazılmış, heç bir ayrı-seçkiliyə, faktların şişir¬dilməsinə və ya kiçilməsinə yol verilməmişdir. Əsasən müsbət, tərbiyəvi məqamlar, ibrətamiz hadisələr ön plana çəkilmişdir. Elə buradaca demək istəyirəm ki, hər hansı bir nəsillə əlaqədar çatışmazlıq üzə çıxarsa, günahi müəllifdə yox, özümüzdə ax-tarmalıyıq ki, ona məsuliyyətli məqamlarda lazimi məlumat yardımı etməmişik. İnanıram ki, bu kitab o yerlərdə doğulmuş, boya-başa çatmış nəslin hafizəsini təzələ¬yəcək, müvəqqəti işğalda qalmış doğma yurdlarını unutmağa qoymayacaq. Şərəfli keçmişi olan Güləbirdin – bizim doğma kəndimizin bi¬zlərə örnək ola biləcək gələnək və görənəklərini qələmə alan Cəb¬rayıl müəllimə minnətdarlığımı bildirirəm. 

Rövşən Atakişioğlu
dil-ədəbiyyat müəllimi, şair-publisist

Uşaqlıq dövrümün, orta məktəb, ali məktəb illərimin məslək dostu Cəbrayıl müəllimin Güləbird haqqında yazdığı kitab tədqirəlayiq bir hadisədir. Kitabda çoxəsrlik tarixə malik qədim bir Oğuz yurdunun təbiəti, tarixi əbidələri, özünün spesifik adət və ənənələri, sayılıb-seçilən nəsil və tayfaları, onların hörmətli nümayəndələri haqqında geniş söhbət açılıb. Güləbird mək-təbinin təhsil uğurları, bu məktəbin ustad pedaqoqları xü¬susi canıyananlıqla əks olunmuşdur. Torpaqlarımızın müqəd¬dəsliyi uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə yüksəlmiş oğul-larımız xüsusi vətənpərvərliklə təqdim olunur. Həmçinin bu gün elm, təhsil, səhiyyə, kənd təsərrüfatı, iqtisadiyyat, hüquq-mühafizə orqanlarında, icra strukturlarında çalışanlar haqqında geniş məlumat verilib. Sözsüz ki, bu görülən işlər Gü¬lə¬bird kimi bir ağır el haqqında hələ də azdır. Elə bilirəm ki, Cəbrayıl müəllim bu xeyirxah işini bir neçə hissəli kitablarda davam etdirəcəkdir. Bu işdə ona yaradıcılıq uğurları arzulayıram.
Yaqub Abbasov
  Güləbird kənd orta məktəbinin müəllimi, Qarabağ veteranı

Kitabın müəllifi mənim düşüncəmdə Laçın rayonunun ən dəyərli ziyalılarından biridir. “Abasqulu Abaszadənin elmi-pedaqoji irsi”, “Düşüncələr işığında” kitabları ilə oxucuların və elmi-ictimaiyyətin rəğbətini qazanan Cəbrayıl müəllim yeni bir kitabla – “Ömür bitər, yol bitməz” kitabı ilə oxucuların görüşünə gəlib. Bu kitab doğma Güləbird kəndinə həsr olunub.
Kəndimizin üç əsrlik tarixini qələmə alan Cəbrayıl müəllim tarixi gerçəkliyi, adət-ənənələrimizi, sadə əmək adamlarımızı, el ağsaqqallarını, ziyalılarımızı, Qarabağ savaşında şəhid olan oğullarımızı, son iyirmi ildəki köçkünlük həyatımızı hərtərəfli qələmə almışdır. Əminəm ki, bu kitab gənclərimizdə torpağa bağ¬lılıq, vətənpərvərlik hisslərini daha da artıracaqdır.

Aydın Həmidov
Güləbird kənd orta məktəbinin tarix müəlimi

Müəllifin qələmə aldığı bu sanballı və dəyərli əsər gələcək nəsillər üçün ən qiymətli hədiyyədir. Əsərdə zəngin təbiəti olan, şərəfli tarixə malik, daim igid oğuları və sayılıb-seçilən ağsaqqalları ilə tanınan Güləbird elindən, obasından söz açılır. Belə bir qiymətli əsəri yazmaq olduqca məsuliyyətli və şərəfli bir işdir. Müəllif özünün peşəkarlığına, yüksək elmi poten¬sialına arxalanaraq araşdırmalarını yüksək səviyyədə aparmış¬dır. Bəlkə də, müəllifin qələmə aldığı bu əsər vaxtında və za¬ma¬nında yazılıb. Torpağımıza qayıdışın, haqqın, ədalətin qalib gələcəyi bir savaşın başlanğıcı olacaq. Böyük türk sərkərdəsi Əmir Teymur demişdir: “Bir baş görən işi yüz min ordu görə bilməz”
Əsərdə yüksək vətənpərvərlik, milli idealogiya öz əksini tapmışdır. Demək olar ki, müəllif neçə illərdir ürəyində gəzdirdiyi bu qiymətli fikirləri yazıb ərsəyə gətirməklə gələcək nəsil üçün böyük bir yol açmış olur. Bəli, müəllif çox cəsarətli addım ataraq, əsl ziyalılıq mövqeyi göstərmişdir. İnanıram ki, Cəbrayıl müəllimin bu dəyərli əsəri gənclərimizin vətənə, doğma yurdlarımıza, milli-mənəvi dəyərlərimizə daha da ürək-dən bağlanmasına kömək edəcəkdir! Uca Tanrı sizə yardımçı olsun, Cəbrayıl müəllim!

Ramiz Qənimətoğlu
BDU-nun əməkdaşı, Qarabağ veteranı














    C.İ.Qəhrəmanovun elmi-metodiki, 
   publisistik və bədii əsərlərinin
Siyahısı

1.C.İ.Qəhrəmanov. “A.A.Abaszadə irsindən fizika tədrisin-də istifadə”. “Azərbaycan müəllimi”q. 20.08.1996.
2.C.İ.Qəhrəmanov. “Fizika tədrisində hərbi texnika ele-mentlərinin öyrədilməsi”. “Azərbaycan müəllimi” q. 03.02.1999.
3.Z.İ.Qaralov, A.A.Abaszadə, C.İ.Qəhrəmanov. “Elm və maarif fədaisi”. “Azərbaycan məktəbi” j.Bakı, №2, s.59-65. 1997.
4.C.İ.Qəhrəmanov- “A.A.Abaszadənin diferensial təlim haqqında fikirlərindən orta məktəbdə istifadə”. Azər-baycan ETPEİ üzrə aspirant və dissertantların elmi konfransının tezisləri, Bakı, 1997, səh.10
5.Z.İ.Qaralov, A.A.Abaszadə, C.İ.Qəhrəmanov- “Diferen-sial təlim haqqında”. “Azərbaycan məktəbi” j. Bakı, №6, s.35-39.
6.Z.İ.Qaralov, A.A.Abaszadə, C.İ.Qəhrəmanov- “Elmi irsimizə tarixi nəzər”. “Azərbaycan məktəbi” j. B, 1998, №2, s.62-67.
7.C.İ.Qəhrəmanov- “Milli dərsliklərin yaradılmasında Abasqulu Abaszadənin metodik irsindən istifadə”. Respublika ali məktəblərarası elmi konfransının mate-rialları. Bakı,1999, “Mütərcim”, səh.15
8.A.A.Abaszadə, C.İ.Qəhrəmanov- “Fizika tədrisində hərbi texnika elemenlərindən istifadə mənbəyi”. ”Azərbaycan məktəbi” j. Bakı, 1999, №4, s.72-78.
9.C.İ.Qəhrəmanov-“Abasqulu Abaszadənin mayelər fizikası və termodinamikaya dair tədqiqatlarının əhə-miyyəti barədə”. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun elmi əsərlər məcmuəsi, B, “Mü¬tərcim”, 1999,s.26.
10.C.İ.Qəhrəmanov- “Orta məktəb fizika kursunun təd¬ri-sində Abasqulu Abaszadənin elmi pedaqoji irsindən istifadə”. “Fizika, riyaziyyat və informatika tədrisi” j. B., 2000.,№2., s.46-49. 
11.C.İ,Qəhrəmanov- “ Görkəmli fizik və pedaqoq”. “Düşüncə” j. Bakı, 2001., №6., s.3-4.
12.C.İ.Qəhrəmanov- “Elmə, maarifə həsr olunmuş ömür”. “Təhsil, mədəniyyət, incəsənət” j. 2001., №1., s.88-91.
13.C.İ.Qəhrəmanov- “Diferensial təlimi inkişaf etdirməli-yik”. “Elm və təhsil” q. dekabr 2003-cü il.
14.“Abasqulu Abaszadə” (bioqrafiyası, elmi-pedaqoji irsi) –monoqrafiya. Bakı-2005, Pedaqogika nəşriyyatı, 196 səh.
15.Tarixin ibrət dərsləri. “Xalq cəbhəsi” q. 13 mart 2007-ci il
16.Bizi çağıran var. “Pillələr” q. 14 aprel 2007-ci il.
17.Zirvəyə gedən yolda. R.Atakişioğlunun “ Yolum dağlara sarıdı” kitabına ön söz. Bakı-2007- ci il.
18.Qələbəyə gedən yol milli birlikdən keçir. “Zəngəzur” q. 12 may 2007-ci il.
19.Nizamişünaslığa böyük töhfə. “Pillələr” q. 29 sentyabr 2007-ci il.
20.Hər kəsə fərdi yanaşırıq. “Təhsil problemləri” q. 22 okt-yabr 2007-ci il.
21.Ən böyük sərvətimiz intellektual insanlar, azad vətəndaşlardır. “Pillələr” q. 27 noyabr 2007-ci il.
22.Gənc şairin uğurları. “Laçın” q. 30 dekabr 2007-ci il.
23.Təlimdə fərdiləşdirmə və onun tətbiqi yolları “Laçın” q.30 noyabr 2007-ci il.
24.Xocalı faciəsi dünyaya soyqırım aktı kimi tanıdılmalıdır. “Qanun və məmur”q. 26 fevral 2008-ci il.
25.Tarixi həqiqətlər və erməni vandalizmi. “Laçın” q. 15 fevral 2008-ci il.
26.Hərbi-vətənpərvərlik tərbiyəsi günün tələbidir. “Təhsil problemləri” q. 11 yanvar 2008-ci il.
27.Zamanın sınağından çıxanlar tarixdə yaşayır. “Laçın” q. 18 may 2008-ci il
28.Azərbaycan xalq cumhuriyyətinin təhsil sahəsində fəaliyyəti. “Laçın” q. 25 may 2008-ci il.
29.Könüllər oxşayan şair. “Pillələr” q. 18 aprel 2008-ci il.
30.Fizika və astronomiyanın tədrisində Nizami Gəncəvi yaradıcılığından istifadə imkanları(I məqalə) “Laçın” q.,14 oktyabr 2008-ci il.
31.Fizika və astronomiyanın tədrisində Nizami Gəncəvi yaradıcılığından istifadə imkanları(II məqalə). “Laçın” q. 27 oktyabr 2008-ci il.
32.“Düşüncələr işığında” kitabı. Bakı, Elm nəşriyyatı, 2008-ci il, 312 səh.
33.Fizikanın tədrisində elmi dünyagörüşü və tərbiyə məsələləri. “Təhsil problemləri” q. 4 iyun 2009-cu il.
34.Doğma torpaqlarımızı azad edəcəyik. “Respublika” q. 16 may 2009-cu il
35.Həsrətin ağır yükü. “Ədalət” q. “Laçın” q., “ Türk dünyası” q. 16 may 2009-cu il.
36.Biz doğma Laçınımıza qayıdacağıq. “ Qanun: izah və şərhlər” q. ‘‘Laçın’’ q 18 may 2010-cu il
37.Yaralı yurd yerləri,yaxud nigaran ruhlar məkanı, “Laçın” q. 16 may 2009-cu il.
38.Haqqın qələbəsi labüddür. ‘‘Laçın’’ q. 2010-cu il, aprel.
39.Millətin ruhunu yaşadanlar. “Laçın” q. 30 aprel, 2012-ci il.
40.Ruhumuzun ağrıları. “Laçın” q. 18 may, 2012-ci il.
41.Azərbaycan xalq cümhuriyyəti dönəmində elm, mədəniyyət və təhsil quruculuğu. “Laçın” q 30 sentyabr, 2012-ci il.
42.Şeirlər. “Laçın” q. 2011-ci il.
43.İnam, qətiyyət və ruhun gücü. Laçın q. 18 may, 2013-cü il.
44.“Ömür bitər, yol bitməz” kitabı. Bakı 2013, Elm və təhsil nəşriyyatı, 524 səh.
45.Ümid, qətiyyət və ruhun gücü “Laçın” q. 2014cü il 18 may
46.Həmyerlimiz xalq rəssamı Nadir Əbdürrəhmanov, “La-çın” q. 2014-cü il 17 oktyabr
47.Fizika fənninin tədrisində elmi dünyagörüşü və tərbiyə məsələləri (I məqalə) “Laçın” qəzeti 2014-cü il 15 dekabr
48.Fizika fənninin tədrisində elmi dünyagörüşü və tərbiyə məsələləri (II məqalə) “Laçın” q. 2014-cü il 28 dekabr
49.90 yaşlı Güləbird məktəbi “Laçın” q. 2015-ci il 28 fevral
50.“Gördüyüm dünya” kitabı Bakı 2015-ci il, Adiloğlu 378 səh.
51.Yurddan nişanə - “Yurd nişanəsi” “Laçın” q. 25 noyabr 2015-ci il
52.“Üç sualın ağrısı.” “Laçın” q. 18 may 2016-cı il 
53.“Dünya sevgi yaşındandır” şeirlər kitabı Bakı 2016, Apastroff nəşriyatı 228 səh
54.C. Qəhrəman. Yeni şeirlər. “Laçın” q. 28 yanvar 2017
C.İ.Qəhrəmanovun həyat və yaradıcılığı 
haqqında yazılmış məqalələr

1. Ş.Abbas. “Təvazökar alim, gözəl insan” “Pillələr”q. 29 dekabr 2006-cı il
2. Ş.Abbas. “Fəal vətəndaş mövqeyi, təvazökar alim şəxsiyyəti”. “Pillələr”q. 4 avqust 2007-ci il.
3. Ş.Məmmədov “İllərin izi”. “Təhsil problemləri” q. 11 mart 2008-ci il
4. R.Atakişioğlu “Xeyirxahlıq və ədalət timsalı”. “Dü¬şüncələr işığında” kitabı. B-2008
5. H.Əkbərli “Həssas və qayğıkeş insan “. “Qanun və məmur”q. 3 may 2008-ci il
6. R.Qəhrəmanov “Azərbaycan əzbər oldu dilində”. (şeir) “Düşüncələr işığnda” kitabı. Bakı-2008
7. Ş.Abbas Yeni kitab: “Düşüncələr işığında”. “Pillələr” q. 13 iyun 2008-ci il
8. K.Kərimli “Qələmin müqəddəs vəzifəsi”. “Ədalət “ q. 2 may 2009-cu il
9. K.Kərimli “Ədalət”in təbriki düşərli oldu”. “Ədalət”q. 6 may 2009-cu il
10. Ş. Məmmədov. “Düşüncülər işığında” kitabı haqqında. “Naxçıvan” q. 31 yanvar 2009-cu il
11. D.Dəmirli “Düşüncənin də işığı var”, “Açıq söz”. q., 26 may 2009-cu il
12. N.Rüstəmli “Yeni kitablar” rubrikası. C.Qəhrəmanovun “Düşüncələr işığında” kitabı haqqında, “Respublika” q.,7 iyun 2009-cu il
13. “Şərəfli ömür” (“İlin nüfuzlu ziyalısı” Media mükafatına layiq görülməsi münasibətilə), “Açıq sözçülər”. 20 noyabr 2009-cu il 
14. Ə.Mədətoğlu “Ömür bitər, yol bitməz”. “Ədalət” q, 13 iyun 2013-cü il
15. Ş.Abbas “Bir kəndin ensiklopediyası”. “Bütöv Azərbay-can” q. 19 iyun 2013-cü il
16. R.Atakişioğlu “Ulu yurdum-Güləbirdim”.“Azad Azərbay-can” q. 25 iyun 2013-cü il
17. T.Orucov “Ensiklopedik dəyərli kitab”. “Ədalət” q. 28 iyun 2013-cü il
18. Ş.Abbas “Ömür bitər, yol bitməz”. “Pillələr” q. 12 iyul 2013-cü il
19. R.Qənimətoğlu “Yaxşılığı yaşadan insan”. “Laçın” q. 2013-cü il
20. M.Xanlar “Olduğu kimi görünən insan”.“Gördüyüm dün-ya” kitabı,2015-ci il
21. T.Orucov “Sözlərdən görünən dünya”. “Gördüyüm dünya” kitabına ön söz, 2015-ci il
22. S.Hacı “İşıqlı düşüncələr,pak duyğular”. “Düşüncələr işığında” kitabına ön söz, 2008-ci il
23. S.İsgəndərova “Sözün işığı”.“Laçın” q., 13 may, 2015-ci il
24. Ş.Abbas “Alimin gördüyü dünya”. “Pillələr” q., 23 may 2015-ci il
25.Ş. Quliyeva “Gördüyüm dünya”-hikmət dünyası”.“Bütöv Azərbaycan” q, 12 iyun 2015-ci il
26. T.Orucov “Sözlərdən görünən dünya”. “Laçın yurdu” jurnalı, 20 iyun 2015
27. Ə.Mədətoğlu “Gördüyüm dünya”. “Ədalət” q. 12 iyun 2015-ci il
28. A.Qoşqar, “Bir qəlb yanğısı”. “Laçın” q. 5 yanvar 2017-ci il
29. Ş. Abbas “Dünya sevgi yaşındadır”.“Respublika” q. 5
30. Ə.Şırlanlı “Dünya sevgi yaşındadır” haqqında həmkar sözü “Qarabağa aparan yol” q. 10 mart 2017-ci il
31. Ə.Şırlanlı “Yurd haraylı, sevgi dolu misralar”.“Laçın” q. 29 aprel 2017-ci il
32. A.Qoşqar “Bir qəlb yanğısı”.“Laçın yurdu” j.№1(21) 2017
33. Ə.Mədətoğlu “Dünya sevgi yaşındadır” (Cəbrayıl Qəhrəmanın şeir kitabı haqqında düşüncələrim). “Ədalət” q. 2 avqust 2017-ci il 
34. X.Yusifova “Ziyalı ömrü”. “İllərin izi” kitabı, 2018-ci il
35. T.Orucov “Ömrün müdriklik çağı”. “İllərin izi” kitabına ön söz, 2018-ci il
36. M.Əyyuboğlu “Dünya sənin yaşındadır”. “İllərin izi” ki-tabı, 2018-ci il
37.  V.Quliyev “Etibarlı dost, xeyirxah insan”. “İllərin izi” ki-tabı, 2018-ci il
38. R.Qənimətoğlu “Ürəklərdə taxt-tacı olan müəllim”. “İl¬lərin izi” kitabı, 2018-ci il 




















Dünya nə veribsə bir gün alacaq,
Bizdən ancaq yazılanlar qalacaq.













 

 
 
   
 
                                                                                            




 

















Qibləm, yönüm bir Vətəndir
(Güləbird kəndindəki bəzi tarixi 
abidə və yerlərin şəkilləri)



 



 


 


 

 

 
 


 

 


 



 


 
 


 



Ömrün anları
               1.Uşaqlıq və məktəb illəri
          2.Ali məktəb illəri
              3.Ailə də bir dünyadır
              4.Dostlarla keçən günlər ...
                 və  tədbirlərdən
              5.Ömrün 20 ili “Bilik” hazırlıq
              mərkəzində keçən illər (1998-2018)                      



 

 

 

 


 











                Ali məktəb illəri

Sızlar yada düşəndə,
Ürəyimin telləri.
O mehriban, o əziz, 
Tələbəlik illəri.


 


 
 

 
 
 


 


 


 

 







Ailə də bir dünyadır







  

  


 

 
 
 


 

 



 
 


 
   


 


 

 
 

 

 



 





 
 









                          Dostlarla 
keçən günlər... 
və tədbirlərdən







 



 

 

 


 


 


 


 




 



 



 



 
 



 
 


 


 


 
 
 
 















Ömrün 20 ili  
“Bilik” hazırlıq mərkəzində
 keçən illər (1998-2018)


 
 



 
 

 
 
 
 

 
 
 
 

 

 
 
 


 
 


 

 
 


 

 
 

 


 
 
 
 
 
 
 



 

 






 

 

 
 
 

 
 


Kitabdakılar

Cəbrayıl Qəhrəman (Cəbrayıl İsmayıl oğlu Qəhrəmanov)4
Ön söz – Ömrün müdriklik çağı (Tahir Orucov)7
Siracəddin Hacı - İşıqlı düşüncələr, pak duyğular27
Rövşən Atakişioğlu - Xeyirxahlıq və ədalət timsalı31
Rövşən Atakişioğlu - Ulu yurdum  Güləbirdim44
Tahir Orucov - Ensiklopedik dəyərli kitab49
Tahir Orucov - Sözlərdən görünən dünya56
Mədət Əyyuboğlu - Dünya sənin yaşındadır74
Avdı Qoşqar - Bir qəlb yanğısı77
Əbülfət Mədətoğlu - Ömür bitər, yol bitməz83
Əbülfət Mədətoğlu -  “Gördüyüm dünya”86
Əbülfət Mədətoğlu - “Dünya sevgi yaşındadır”89
Şamxəlil Məmmədov - İllərin izi94
Şamxəlil Məmmədov - “Düşüncələr işığında”101
Kərim Kərimli - Qələmin müqəddəs vəzifəsi103
Mail Xanlar - Olduğu kimi görünən insan107
Əyyub Şırlanlı -Yurd haraylı, sevgi dolu misralar112
Vahid Quliyev - Etibarlı dost, xeyirxah insan118
Ramiz Qənimətoğlu - Yaxşılığı yaşadan insan122
Ramiz Qənimətoğlu - Ürəklərdə taxt-tacı olan müəllim126
Şöhlət Abbas - Təvazökar alim, gözəl insan130
Şöhlət Abbas - Fəal vətəndaş mövqeyi, 
      təvazökar alim şəx¬siy¬yəti140
Şöhlət Abbas - Bir kəndin ensiklopediyası144
Şöhlət Abbas -  “Dünya sevgi yaşındadır”146
Sona İskəndərova - Sözün işığı148
Xəyalə Yusifova - Ziyalı ömrü153
Şəhla Quliyeva - Gördüyüm dünya – hikmət dünyası158
Hacı Əkbərli - Həssas və qayğıkeş müəllim166
Rəfael Qəhrəmanov - Azərbaycan əzbər oldu dilində169
“Ömür bitər, yol bitməz” kitabı haqqında rəylər171
C.İ.Qəhrəmanovun elmi-metodiki, publisistik və bədii əsər¬lər¬i-ni¬n siyahısı179
C.İ.Qəhrəmanovun həyat və yaradıcılığı haqqında 
yazılmış məqalələr179
Bizdən ancaq yazılanlar qalacaq182
Qibləm, yönüm bir vətəndir192
Ömrün anları201
Uşaqlıq və məktəb illəri201
Ali məktəb illəri206
Ailə də bir dünyadır215
Dostlarla keçən günlər ... və tədbirlərdən236
Ömrün 20 ili – “Bilik” hazırlıq mərkəzində 
keçən illər ( 1998-2018)249
Kitabdakılar263










Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.