Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ülkər NICATLI ŞEİRLƏR

Ülkər NICATLI ŞEİRLƏR

GENERAL GƏLİR!..
(Şəhid general Polad Həşimovun nurlu xatirəsinə)

Üçrəngli bayrağı alnından asıb, 
Əcəlin üstünə adını yazıb.
Vətən harayını bağrına basıb. 
Üzündə təbəssüm. dili lal gəlir, 
Torpaq, qalx ayağa, general gəlir!..

Mübarək şəhiddir, ucadır soyu, 
Həzi Aslanova çəkir bir suyu. 
Xainlər yolunda qazdılar quyu. 
Döyüş yollarına nəzər sal, gəlir, 
Torpaq, qalx ayağa, general gəlir!..

Uçurdub fələyin qalalarını,
Gözü yolda qoyub balalarını,
Anıb anasının laylalarını,
Ana tək boynuna qolun sal, gəlir, 
Torpaq, qalx ayağa, general gəlir!..

Keçib Qəbələdən Qələbəyədək, 
Qeyrət ocağıdır köksündə ürək.
Doğma Vəndamına əl eyləyərək,
Polad əqidəli nurcamal gəlir, 
Torpaq, qalx ayağa, general gəlir!..
16.07.2020.

QƏLƏBƏ ƏTRİ
Baxma çöllərinə payız qonubdur. 
Daha yaz qoxuyur bəxtin, Qarabağ. 
Sil göz yaşlarını Xarıbülbülün, 
Bitib ayrılığın vaxtı. Qarabağ.

Vüsal zirvə-zirvə gülümsəyir bax, 
Əriyir sən adlı həsrətin qarı. 
Açıb yaxasını öz balan kimi 
Yüyürür üstünə Zəfər yolları.

Zəfər qoxusuna bələnib, Allah, 
Şəhid qəbri üstə yağan göz yaşı. 
Sevincdən bir addım atır elə bil, 
Bu məzar üstündə duran baş daşı.

Verin Natəvana gözaydınlığı. 
Dinləyin Bülbülün şirin səsini. 
Xan əmi yenə də qaval götürüb, 
Oxusun Qarabağ şikəstəsini.

Mərmi yağışına düşən payızda, 
Sərin ümidlərin bahar qoxulu.
Qələbə ətrini səpir yollara
Ali Baş Komandan Heydərin oğlu!
05.10.2020.

BAYRAQ
Mənası uludur, hikməti dərin. 
Qanından rəng alıb neçə min ərin. 
Şuşa qalasını alan əsgərin 
Təbəssümlə dolu üzüdür bayraq.

Ürəklər boyuna açıb qucağın. 
Şərəf tarixidir ötən hər çağın.
Millətin qəlbində yanan ocağın.
Heç vədə sönməyən közüdür bayraq.

Bir üzü Turandır. bir üzü Quran 
Qalalar endirən, sərhədlər quran. 
Oğul qəbri üstə səssizcə duran 
Şəhid anasının gözüdür bayraq.

Şanlı zəfərinlə, vətənim, tanın, 
Şəhid ətirlidir damarda qanın.
Qələbə soraqlı Baş Komandanın 
Yurdda dalğalanan sözüdür bayraq.

Dağlarda qalmayıb nə duman, nə çən, 
Şöhrətin boy verir zirvələrəcən. 
Bu torpaq uğrunda canından keçən 
Şəhid oğulların özüdür bayraq.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.