Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Şöhlət Abbas MƏNƏ DƏ...

Şöhlət Abbas MƏNƏ DƏ...



Şöhlət ABBAS
MƏNƏ DƏ...

Mənə də vaxt ayır yadına düşsəm,
Barı bir zəng elə, hal-əhval soruş.
(O görüş deyəsən birinci idi,
Həm də ki hələlik sonuncu görüş.)

Daha gənc deyilik, iş işdən keçib,
Daha qısqanılan vaxtımız deyil.
Sevimli, romantik görüşdən keçib,
Utanan, danlanan vaxtımız deyil.

Bir ovuc xatirə, yorğun təbəssüm,
Bəlkə də söz sözə calana bir də.
Əlindən tutanda əlim titrəsin,
Qollarım belinə dolana bir də.

Bəlkə də bir kitab nağıl danışaq
Sən öz həyatından, mən də özümdən.
(O çəkingən oğlan – utancaq uşaq,
Yəni elə özüm düşəm gözümdən.)

Daha mənlik deyil, iş sənə qalıb,
Arada vaxt tapsan, gözəl olardı.
Hardasa bir görüş-təntənə qalıb,
Bir də ki bir nağıl: “İki gənc vardı..”
16 iyul 2019-cu il.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.