Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Şöhlət ABBAS LAÇINA

Şöhlət ABBAS LAÇINA


Sürüləri dolaylana, bükülə,
Ərtəpədən yaylaqlara çəkilə,
Gül-çiçəyi gülümsəyə, göz gülə,
Aşiq olam bir gözəlin saçına,
Könül yenə qanadlanır Laçına.

Qartalları göylərində qıy vura,
İgidləri coşa gələ, hayqıra,
Hər obada ellər şənlik, toy qura,
Sevən qəlblər uçum-uçum uçuna,
Könül yenə qanadlanır Laçına.

Gül qoxulu, qonaqpərvər kənd ola,
Adamların dili şəkər, qənd ola,
Hürkək, quzu ceyranına bənd ola,
Baxmayasız siz Şöhlətin suçuna,
Könül yenə qanadlanır Laçına.
Bakı, 23 0ktyabr 2020-ci il.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.