Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerikalar üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığına dair məlumatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerikalar üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığına dair məlumatı


Cari ilin 28 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

Dövlət Naziri Vendi Morton bölgədə gərginliyin aradan qaldırılmasının və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib. Ermənistan silahlı qüvvələrinin bundan öncə olduğu kimi Azərbaycan mülki şəxslərini və obyektlərini hədəfə aldığını qeyd edən nazir, bunun işğalçı ölkə tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb. Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.