Azərbaycanca Russin English
Hot news:
» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan on the meeting of the Foreign Minister Jeyhun Bayramov and Assistant to the President for National Security Affairs Robert O’Brien.» Press release of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Vusal Gasimli: Karabakh has a great economic potential» Armenia carries out environmental terror against Azerbaijan» Armenia: Acquired investment deficit syndrome» War will cause serious damage to the mining industry of Armenia» Armenia facing migration-borne pressure» Press-release of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan.» Kapital Bank has released financial results for the third quarter of 2020» Vusal Gasimli: "By investing in Armenia, investors should not support the militaristic economy"» STATEMENT BY THE ITALY-AZERBAIJAN CHAMBER OF COMMERCE» Press-release of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan» Comments by Hikmat Hajiyev, Assistant to the President of the Republic of Azerbaijan, Head of Foreign Policy Affairs Department of the Presidential Administration
» » “Azərişıq” ASC üzrə texniki itkilərlə əlaqədar mətbuat xidmətinin məlumatı

“Azərişıq” ASC üzrə texniki itkilərlə əlaqədar mətbuat xidmətinin məlumatı

                               
2015-ci ildə “Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi özrə texniki itki 13,9% təşkil etmiş, 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə isə 9,7%-ə qədər azaldılmışdır. 2020-ci il üzrə texniki itki göstəricisinin 0,8% azaldılmaqla 8,9%-dək azaldılması proqnozlaşdırılıb. 
Bu barədə Cəmiyyətin Mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu gün də "Azərişıq" ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə dəuçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində,  ümumilikdə 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilmişdir ki, bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil etmişdir. 2020-ci ilin 8 ayında isə ümumilikdə 151 045 abonent yeni sayğacla təchiz edilmiş və bunun da 142 808-i əhali, 8 237-i isə qeyri-əhali abonentlərinə aiddir.2019-cu ilin 8 ayı ərzində texniki itki səviyyəsi 9,7%, 2020-ci ilin 8 ayında isə bu göstərici 0,7% azalaraq 9,0%-ə endirilib. Ümumilikdə, “Azərişıq” ASCüzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5% azalmasına nail olunub” - deyə Vaqif Mustafayev əlavə edib.
O, qeyd edib ki, “Azərişıq” ASC tərəfindən respublikanın bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı geniş miqyaslı işlər həyata keçirilir: "Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 8 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə yüz minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub".

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.