Azərbaycanca Russin English
Hot news:
» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan on the meeting of the Foreign Minister Jeyhun Bayramov and Assistant to the President for National Security Affairs Robert O’Brien.» Press release of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Vusal Gasimli: Karabakh has a great economic potential» Armenia carries out environmental terror against Azerbaijan» Armenia: Acquired investment deficit syndrome» War will cause serious damage to the mining industry of Armenia» Armenia facing migration-borne pressure» Press-release of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan.» Kapital Bank has released financial results for the third quarter of 2020» Vusal Gasimli: "By investing in Armenia, investors should not support the militaristic economy"» STATEMENT BY THE ITALY-AZERBAIJAN CHAMBER OF COMMERCE» Press-release of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan» Comments by Hikmat Hajiyev, Assistant to the President of the Republic of Azerbaijan, Head of Foreign Policy Affairs Department of the Presidential Administration
» » Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib

Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsi xanım Növber Ferit Veçhini  qəbul edib.
Qonağı salamlayan Müvəkkil  öncə rəhbərlik etdiyi təsisatın əsas fəaliyyət istiqamətləri və beynəlxalq qurumlarla əməkdaşlığı barədə məlumat verib. Azərbaycan Ombudsman təsisatı ilə bir sıra xarici ölkələrin Ombudsman institutları arasındakı münasibətlərə toxunan Müvəkkil bu əlaqələrin qarşılıqlı təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. O, videokonfrans vasitəsilə Türkiyə Ombudsmanı ilə keçirdiyi görüşdən bəhs edərək, pandemiya dövründə bütün əhali qruplarının hüquqlarının səmərəli müdafiəsi ilə əlaqədar həmkarı ilə qarşılıqlı fikir mübadiləsi apardığını qeyd edib.  
Müvəkkil, eyni zamanda, böyük bir coğrafiyanı əhatə edən Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılmasının əhəmiyyəti barəsində danışıb. O, türkdilli dövlətlər arasında iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, insan hüquqları sahəsində də əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin dayanıqlı inkişaf baxımından önəmli olduğunu qeyd edib. 
Səbinə Əliyeva dünya ictimaiyyəti tərəfindən Beynəlxalq Sülh Günü kimi qeyd olunan bir tarixdə Azərbaycan -Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olduğunu bildirib. O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları, Dağlıq Qarabağ və 7 ətraf rayonumuzun işğal edilməsi nəticəsində  bir milyondan artıq soydaşımız öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. 
Müvəkkil bildirib ki, beynəlxalq ictimaiyyətin mövcud pandemiya səbəbindən hərbi münaqişələrin dayandırılması ilə bağlı qərarlarına məhəl qoymayan Ermənistanın beynəlxalq hüququn tələblərini heçə sayaraq Azərbaycana qarşı əsasən mülki şəxsləri və obyektləri hədəf alan təxribat xarekterli hərbi hücumlara davam etməsi regionda sülhü və sabitliyi ciddi təhdid edir. 
Görüşdə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub. 
Mətbuat Xidməti

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.