Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İtaliya mətbuatı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasətindən yazır

İtaliya mətbuatı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasətindən yazır

İtaliyanın “Politicamente Corretto”,  “Giornale Diplomatico”  və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistanın son günlərdə xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirməsi haqqında yazılar dərc edilib.
Yazılarda Azərbaycanın İtaliyadakı Səfirliyinin mətbuat açıqlaması əsasında aidiyyəti mövzuya dair Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq mətbuat açıqlamalarına istinadən fikirlər əksini tapıb.  
Yazılarda Ermənistanın Livanda baş vermiş məlum hadisələrdən özünün mənfur məqsədləri naminə sui-istifadə etdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin əslində Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirmə məqsədi daşıdığı bildirilərək köçürülmüş insanların silahlı muzdlular kimi də istifadə edildiyi qeyd olunub. Yazılarda bu qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsinin olmadığı, Azərbaycanın onun nəticələrini tamamilə rədd etdiyi və Ermənistan tərəfindən aparılan sözügedən qeyri-qanuni məskunlaşmanın müharibə cinayəti olduğu diqqətə çatdırılıb. Habelə yazılarda  bu qanunsuz fəaliyyətin işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasının bariz nümunəsi olduğu bildirilib.
Qeyd olunan yazılara keçid aşağıdakı linklər vasitəsilə mümkündür:
https://www.politicamentecorretto.com/2020/09/14/ambasciata-della-repubblica-dellazerbaigian-lazerbaigian-contro-i-reinsediamenti-illegali-degli-armeni-nei-territori-occupati/
https://www.giornalediplomatico.it/Azerbaigian-contro-insediamenti-illegali-degli-armeni-nei-territori-occupati.htm
https://www.agenzianova.com/a/5f5fb0450807e7.77783403/3099186/2020-09-14/nagorno-karabakh-azerbaigian-contro-i-reinsediamenti-illegali-degli-armeni-nei-territori-occupati
https://www.agenzianova.com/a/5f60b2caaa84e3.33316378/3099187/2020-09-14/nagorno-karabakh-azerbaigian-contro-i-reinsediamenti-illegali-degli-armeni-nei-territori-occupati-2
https://www.agenzianova.com/a/5f60b2caaa8392.58295262/3099188/2020-09-14/nagorno-karabakh-azerbaigian-contro-i-reinsediamenti-illegali-degli-armeni-nei-territori-occupati-3
https://www.agenzianova.com/a/5f60b2caaa8243.54878933/3099189/2020-09-14/nagorno-karabakh-azerbaigian-contro-i-reinsediamenti-illegali-degli-armeni-nei-territori-occupati-4
https://www.agenzianova.com/a/5f60b2caaa80b8.13465702/3099190/2020-09-14/nagorno-karabakh-azerbaigian-contro-i-reinsediamenti-illegali-degli-armeni-nei-territori-occupati-5
https://www.agenzianova.com/a/5f60b2caaa7e49.10614726/3099191/2020-09-14/nagorno-karabakh-azerbaigian-contro-i-reinsediamenti-illegali-degli-armeni-nei-territori-occupati-6

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.