Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Şəhid ailələri və müharibə əlilləri üçün 800 fərdi yaşayış evi inşa olunur

Şəhid ailələri və müharibə əlilləri üçün 800 fərdi yaşayış evi inşa olunur

Onlardan artıq bir hissəsinin inşası yekunlaşmaq üzrədir
Prezident İlham Əliyevin tapşırığına əsasən bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda olmaqla ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. 
Cari ilin ötən dövründə artıq 554 mənzil qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilib. İlin sonuna qədər yeni yaşayış binalarından alınmaqla daha 200-dən çox mənzilin və  800 fərdi yaşayış evinin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub.
Hazırda həmin fərdi evlərin inşası işləri aparılır. Onlardan bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir, yaxın bir ay ərzində sahiblərinə təqdim edilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.