Azərbaycanca Russin English
Hot news:
» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Noyabrın 11-də gözlənilən hava şəraiti» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked
» » Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın “France24” televiziya kanalına müsahibə verib.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın “France24” televiziya kanalına müsahibə verib.

Verilişdə Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz törətdiyini, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxladığını və Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin davam etdiyini bildirmişdir.
Prezidentin köməkçisi dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşmanın təsadüfi sərhəd insidenti olmadığını, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz siyasətinin tərkibi olduğunu bildirmişdir.
H.Hacıyev 2018-ci il Düşənbə görüşündən etibarən Azərbaycanın danışıqlar prosesini irəli aparmaq üçün konstruktiv addımlar atmasına baxmayaraq, Ermənistanın irticaçı xarakter daşıyan hərbi doktrina qəbul etdiyini, Ermənistan müdafiə nazirinin “yeni müharibələr, yeni ərazilər” şüarı ilə çıxış etdiyini, N.Paşinyanın “Qarabağ Ermənistandır” deməklə Azərbaycan ərazilərini anneksiya siyasəti yürütdüyünü xatırlatmışdır. H.Hacıyev Ermənistanın rasizm və şovinizmə əsaslanan yeni milli təhlükəsizlik strategiyasını qəbul etdiyini vurğulamışdır. O, Ermənistanın bu kimi addımlarının Tovuzda baş vermiş yeni təcavüz üçün zəmin yaratdığını demişdir.
Hikmət Hacıyev Azərbaycanın Ermənistanla sərhəd zonasında hər hansı hərbi məqsədlərini olmadığını, əksinə ölkəmizin həmin ərazidə sabitliyin təmin olunmasında maraqlı olduğunu vurğulamışdır.
Ermənistanın bu hücumu törətməklə aşağıdakı məqsədləri güddüyünü demişdir:
-         Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən diqqəti yayındırmağa və danışıqlar prosesini pozmağa çalışır;
-         Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir;
-         Ermənistan üçüncü tərəfləri və üzv olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etməyə çalışır;
-         Ermənistan kənarda qaldığı Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmağa səy göstərir;
-         Ermənistan eyni zamanda gərginlik yaratmaqla ölkədaxili ciddi sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.
Prezidentin köməkçisi Ermənistanın Azərbaycanın mülki obyektlərini hədəfə aldığını və bir mülki şəxsin həlak olduğunu, Ermənistanın hərbi dairələrinin Azərbaycanı və ölkəmizin neft-qaz infrastrukturunu İskander raketləri ilə hədələdiyini diqqətə çatmışdır.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətinə toxunan H.Hacıyev danışıqların mahiyyətli olmalı olduğunu, həmsədrlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn mandatlarını yerinə yetirməli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərməli olduqlarını bildirmişdir.
O, Ermənistanın saxtalaşdırılmış tarixin girovu olduğunu qeyd edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun hər zaman yeni gərginliyə yol aça biləcəyini vurğulamış, qoşunların təmas xəttindəki vəziyyətin Birinci Dünya Müharibəsində Fransa və Almaniya arasında olan səngər müharibəsinə bənzədiyini demişdir.
O, XXI əsrdə işğalın və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulamış və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu bildirmişdir.
Xəbər ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.youtube.com/watch?time_continue=1&v=lHVus4YMXPk&feature=emb_logo
Qoşmalar sahəsi
Adviser to Azerbaijan's president: 'We are expecting provocation from Armenia at any moment' YouTube videosunu önizləyinAdviser to Azerbaijan's president: 'We are expecting provocation from Armenia at any moment'

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.