Azərbaycanca Russin English
Hot news:
» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Noyabrın 11-də gözlənilən hava şəraiti» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked
» » 20 iyul 2020-ci il tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb

20 iyul 2020-ci il tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb

20 iyul 2020-ci il tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin  müavini Xələf Xələfovla görüş keçirilib.Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə  silah sursatın göndərildiyini qarşı tərəfə  bildirib.
O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minomyotlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minomyot atəşlərinə məruz qaldığını, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 11 hərbi qulluqçusunun, o cümlədən bir nəfər sərhəd kəndinin sakininin həlak olduğunu qeyd edib.
Nazir müavini Azərbaycan Respublikası və Serbiya Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, bu xüsusda, 2013-cü ildə  iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını Serbiya müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb.
Həmin sənədlərdə Azərbaycan və Serbiyanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı qeyd olunub. Serbiya tərəfinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı  əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub.
Nazir müavini xatırladıb ki, strateji tərəfdaşlıq sənədinə əsasən tərəflər sülhə və sabitliyə təhlükə zamanı adekvat reaksiya vermək məqsədilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı prioritet istiqamətlər kimi müəyyən etmişlər.
X.Xələfov bildirib ki, Azərbaycan Respublikası iki ölkə arasında strateji tərəfdaşlığa sadiq qalaraq çətin vaxtlarda dost Serbiyaya həmişə yardım əlini uzadır və bu Serbiya rəhbərliyi tərəfindən dəfələrlə minnətdarlıqla qeyd edilib. O bildirib ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyünə dəstək məsələsində də hər zaman ardıcıl mövqe nümayiş etdirib.
Nazir müavini, Ermənistana silah göndərilməsi məsələsinin hər zaman,  o cümlədən də ikitərəfli əlaqələrimizin gündəliyində duran  həssas bir mövzu olduğunu vurğulayıb.  
Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və  Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb.
Nazir müavini Azərbaycan tərəfinin Ermənistanın Cənubi Qafqaz istiqamətində  vəziyyətin destabilizasiyasına səbəb olan, regiondakı təhlükəsizlik və sabitliyə xələl gətirən hərbi təxribatının məkrli dərin qatlı məqsədlərinə işarə edərək, Serbiya Respublikasından izahat və bu cür hərəkətlərə  gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini bildirib.
Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib, baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib. 

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.