Azərbaycanca Russin English
Hot news:
» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Noyabrın 11-də gözlənilən hava şəraiti» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked
» » Vüsal Qasımlı: Azərbaycanın xarici balansı qiymətləndirilib

Vüsal Qasımlı: Azərbaycanın xarici balansı qiymətləndirilib

  Azərbaycanın Cari Əməliyyatlar Balansı qlobal əmtəə bazarlarında yaranan şokun və pandemiyanın təsiri altında olsa da, bu ilin ilk rübündə müsbət saldonu qoruyub. Bu barədə açıqlama verən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, cari əməliyyatlar balansına fiskal siyasət orta müddətdə, monetar siyasət isə qısa müddətdə təsir göstərir. Onun sözlərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Beynəlxalq Valyuta Fondunun Xarici Balansın Qiymətləndirilməsi (EBA-lite) metodologiyası əsasında Azərbaycanın cari əməliyyatlar hesabı təhlil edilib: 
“Azərbaycanın cari əməliyyatlar hesabına indiki halda iki tsiklik təsir var: biznes tsiklinin və neft qiymətləri tsiklinin təsiri. Hər iki tsikl enmə mərhələsində olduğundan cari əməliyyatlar hesabına mənfi təsir göstərir. Nəticədə bu ilin ilk rübündə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,5 dəfə azalaraq 646,3 milyon dollar təşkil edib. Bu enmə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisitinin 19,2% azalması, qeyri-neft sektoru üzrə isə kəsirin 28,4% artması hesabına olub.
  Bundan başqa cari əməliyyatlar balansına tsiklik tənzimlənən (cyclically-adjusted) komponent də təsir göstərir. Buna tsiklik tənzimlənən Cari Əməliyyatlar Norması deyilir. Bu göstəricini formalaşdıran aşağıdakı sahələrdə siyasət fərqləridir (policy gap): fiskal balans, səhiyyə xərcləri, monetar siyasət, kapital axınlarına nəzərət və s. Siyasət fərqi dedikdə, məsələn, həm ölkənin planladığı və mövcud olan fiskal siyasətləri arasındakı fərq, həm də ölkənin fiskal siyasəti ilə başqa ölkələrin fiskal siyasəti arasında olan fərq başa düşülür. Siyasət fərqləri və reqresiya tənliyinin qalıqlarını toplayanda tsiklik tənzimlənən Cari Əməliyyatlar Norması alınır. Bizim hesablamalarımıza görə, 2019-cu ildə Azərbaycanda Cari Əməliyyatlar Balansı faktiki olaraq ÜDM-in 9,7%-i, tsiklik tənzimlənən Cari Əməliyyatlar Norması isə 10%-i həcmində olub və 2018-ci illə müqayisədə müvafiq olaraq 3,2% və 2,7% azalıb. Cari Əməliyyatlar Balansına fiskal balans, ictimai səhiyyə xərcləri, özəl kredit, kapital axınlarına nəzarət, ehtiyatların dəyişməsi üzrə siyasət fərqləri nəticə etibarı ilə cəmi -0,03% təsir göstərib.
2019-cu il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti faktiki icra göstəriciləri əsasında hesablandıqda -31,1% hədəfə qarşı -26,6% təşkil edib. Bu nisbətin azalması Cari Əməliyyatlar Balansına müsbət təsir edir. 2019-cu ildə tədiyə balansı neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib.
2019-cu il üçün Azərbaycanda Cari Əməliyyatlar Balansının EBA-lite metodologiyası ilə hesabalanan dəyəri onun faktiki dəyərindən 1,6 faiz yüksəkdir. Bu isə onu göstərir ki, bizdə milli valyutanın real effektiv məzənnəsi yüksək qiymətləndirilib. Keçən il manatın real effektiv məzənnə kəsiri (REER Gap) 13,3% təşkil edib. Bu ilin ilk 6 ayında Cari Əməliyyatlar Balansında kəsirin yaranma ehtimalı və manatın nominal məzənnəsinin ticarət partnyoru olan ölkələrlə müqayisədə yüksəlməsi milli valyutanın real effektiv məzənnəsinin daha da bahalaşmasını deməyə əsas yaradır.”

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.