Azərbaycanca Russin English
Hot news:
» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Noyabrın 11-də gözlənilən hava şəraiti» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked
» » Yeni publik hüquqi şəxslər: sosial müdafiədə inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçid

Yeni publik hüquqi şəxslər: sosial müdafiədə inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçid

Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsləri yaradılıb və Nizamnamələri təsdiqlənib.
Nazirlik yanında müvafiq qurumların bazasında yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcək. 
Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, əlillik və tibbi-sosial reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, bu xidmətlərin daha çevik və əhaliyə əlçatan, şəffaf və effektiv təşkilinə imkan verəcək. 
Bu, eyni zamanda, qeyd edilən qurumların xidmətlərin təşkili və göstərilməsi zamanı qarşıya çıxan məsələlərə, vətəndaş müraciətlərinə daha adekvat, çevik reaksiyasına və nəticədə onların keyfiyyətli həll mexanizmlərinə şərait yaradır. 
Hələ ötən ildən başlayaraq Nazirliyin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin – DOST Agentliyinin DOST mərkəzləri bu sahədə müasir iş təcrübəsinin, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik və tibbi-sosial reabilitasiya sahələrində innovativ həllərə əsaslanan müasir xidmətlərin əyani nümunəsini formalaşdırıb. Azərbaycanın artıq sosial sahədə brendi kimi tanınan DOST xidmətləri modeli vətəndaşlara bir pəncərədən və vahid standartlar əsasında, onlarla açıq iş şəraitində, operativ və tam şəffaf xidmətləri özündə ehtiva edir. Təsadüfi deyil ki, həmin xidmətlərdən vətəndaş məmnunluğu göstəricisi 96 faiz təşkil edir.
Yeni mühüm struktur dəyişikliyi kimi yaradılan publik hüququ şəxslər də DOST nümunəsinə istinad edərək, əhaliyə dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğu prinsipinə uyğun təşkilinə və göstərilməsinə imkan yaradacaq.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ 

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.