Azərbaycanca Russin English
Hot news:
» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Noyabrın 11-də gözlənilən hava şəraiti» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked
» » Xalq artisti Teymur Mustafayev vəfat edib

Xalq artisti Teymur Mustafayev vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev 2020-ci il iyunun 11-də ömrünün 82-ci ilində vəfat etmişdir.
Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olmuşdur. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət etmişdir. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir.
Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə məharətlə təqdim etməklə, onu dinləyicilərə sevdirmişdir. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır. O, ömrünün son günlərinədək yaradıcılığını davam etdirmişdir. Konsert fəaliyyəti ilə yanaşı T.Mustafayev bir çox televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü kimi gənc ifaçılara öz dəyərli tövsiyyələrini vermişdir.
Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. O, Prezident təqaüdçüsü idi.   
Tanınmış musiqiçi, gözəl insan Teymur Ağaxan oğlu Mustafayevin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaqdır.
 
Allah rəhmət eləsin!

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.