Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » MƏRZİYƏ QƏLBİNİN ÇIRPINTILARI

MƏRZİYƏ QƏLBİNİN ÇIRPINTILARI

Eyyubova Mərziyə Camaləddin qızı (Mərziyə Sarvan) 12 may 1980-ci ildə Ağsu rayonunun Sarvan kəndində anadan olmuş və orta təhsilini (1987-1997) elə həmin kənddə Sarvan kənd tam orta məktəbində almışdır.1997 – 2000-ci illərdə Gəncə şəhər Dövlət Məişəti Kollecinin İbtidai sinif müəllimliyi ixtisasını bitirmişdir. Şeir yazmağa həvəsi 13-14 yaşlarından başlamışdır. Hazırda Laçın rayonu Etibar Əliyev adına Fərəcan kənd tam orta məktəbində müəllimə işləyir. "Aşıq Pəri Məclisi”nin üzvüdür. “Ayrı qalmışam" adlı şeirlər kitabının müəllifidir. Ailəlidir, İki oğlu, bir qızı var.
NEYNİRƏM AXI...
Bənzərəm mən sənsiz zirvəsiz qara,
Kimsəsiz taleyim düşübdür tara,
Gedişin qəlbimdə sağalmaz yara,
Çağırıb dururam uca Allahı,
Atasız dünyanı,neynirəm axı...
...
...Dost-tanış yanımda söz salıb gedir,
Yoxluğun qəlbimdə köz salıb gedir.
Göz yaşım üzümdə iz salıb gedir,
Zülmət gecələrim açmır sabahı,
Atasız dünyanı neynirem axı..
..
Surətin gözümün önündə durur,
Qanın damarımda dövr edib vurur,
Bu çarəsiz balan min xəyal qurur,
Bilirdin,sən idin,təkcə pənahı,
Atasız dünyanı neynirem axı..
GƏLİRƏM VƏTƏN
Sanki qürbətdəyəm, bağlıdır yolum,
Elə bil qırılıb qanadım, qolum.
Gözlə yollarımı, qurbanın olum,
Qədrini bilməyə gəlirəm Vətən.
Həsrətdən ürəyim yaman üzülür,
Göz yaşlarım leysan olur, süzülür,
Sənsizliyim ağ vərəqə düzülür, 
Dərdini bölməyə gəlirəm Vətən!
Qoynunda göz açdım dünyaya, alqış!
Fərqi yox səninlə bahar, ya da qış.
Ürəkdə SƏN boyda nisgilim varmış,
Tək bicə kəlməyə gəlirəm, - VƏTƏN!
Sənsiz yetim ruhum saralar, solar,
Uzanır Təbrizdən Bakıya qollar.
Bizi azadlığa aparan yollar,
Uğrunda ölməyə gəlirəm Vətən!
                       24.01.2020.Təbriz.
Gün gələr baxarsan batan günəşə,
O son şəfəqlərdə məni anarsan.
Geciksən çatmarsan bir daha mənə,
Dünyada olmaram ,onda yanarsan.
            ♡♡♡♡♡♡♡
Çoxdan unudulmuş bir nəğmə kimi,
Hərdən xəyalında mən səslənərəm.
Gözlərin yaşarar düşünsən məni,
Yenə ürəyində əzizlənərəm.
           ♡♡♡♡♡♡♡
Əl çatmaz ,ün yetməz bir nağıl kimi,
Sən məni oxusan kədərlənərsən,
Sənə əziz kimi, bir doğma kimi,
Yanında düşərəm qəhərlənərsən.
             ♡♡♡♡♡♡♡
Həsrətdən gözünə qaralar enər,
Yollara boylanıb məyis olarsan.
Yoxluğum yadına düşəndə sənin,
Payız çiçəyitək tənha solarsan.
             ♡♡♡♡♡♡♡
HARDASAN?
Könlü sevgi dolu,eşqi nübarlı,
Baxışı mənalı,qəlbi qubarlı, 
Duruşu-yerişi qürur,vüqarlı,
Vəfasız gəncliyim söylə hardasan?
*
De hara gedirsən ,xəbər vermədən?
Yaralı qəlbimə məlhəm sürmədən,
Könlümü almadan,məni görmədən?
Vəfasız gəncliyim söylə hardasan?
*
Demədin yazığam ,tez çıxıb getdin?
Gözəl çağlarıma əlvida etdin,
Elə gec başladın,elə tez bitdin,
Vəfasız gəncliyim söylə hardasan.?
*
     10.05 2017.Meri.
HARDASAN?
Xəyallarım düşdü suya, oldu sel,
Sənsizliyim bəmdən çıxdı, oldu zil.
Ağardıqca saçlarımda qara tel,
Gülmür üzüm, hal pərişan, hardasan?!
                    
Gözləyirəm, gözlər yolda, soraqda,
Ağlayıram künc- bucaqda, qıraqda.
Şeirlərim ağlayacaq varaqda,
Sənsiz hər gün, qəlbi viran, hardasan?
                    
Gülü qönçə, otu şehli biçərdin,
Mənim üçün həyatından keçərdin.
Eşqimizə həmişə and içərdin,
Andın olub indi yalan, hardasan?
                    
Seçdinmi ki, sən də ağı qaradan?
Qismət imiş, belə yazıb Yaradan.
Gəl, götürək bu həsrəti aradan,
Sevgi bağım oldu talan, hardasan?
Qəlbi viran, ey  pərişan, hardasan?!

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.