Azərbaycanca Russin English
Hot news:
» Noyabrın 11-də gözlənilən hava şəraiti» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS
» » Azərbaycanın “İRS” jurnalının Vyetnam dilindəki növbəti buraxılışı işıq üzü görüb.

Azərbaycanın “İRS” jurnalının Vyetnam dilindəki növbəti buraxılışı işıq üzü görüb.

Bu buraxılışda Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti cənab Truong Tan Sangın məqaləsi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi, Vyetnam Dostluq Təşkilatları İttifaqının Sədri səfir xanım Nguyen Phuong Nganın məqaləsi, habelə Azərbaycan tarixi və mədəniyyətini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əhatə edən bir sıra materiallar nəşr olunub.

Sözügedən buraxılışda Vyetnamın sabiq Prezidenti cənab Truong Tan Sangın həyat yoldaşı xanım Mai Thi Hanhın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın hədiyyə etdiyi Azərbaycan milli geyimindəki şəkli əks olunur.

Qeyd olunmalıdır ki, məqaləsində Vyetnamın sabiq Prezidenti cənab Truong Tan Sang Vyetnam-Azərbaycan münasibətlərinə toxunmuş, ölkəmizə 2015-ci ildəki rəsmi səfərini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşləri xatırlayır, ikitərəfli əlaqələrin yaxın keçmişi və gələcəyi ilə bağlı fikirləri ilə bölüşür.  

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müsahibəsində 2019-cu ildə təntənəli surətdə qeyd olunan Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə bağlı yarandığı tarixdən etibarən keçən dövr ərzində Azərbaycan diplomatiyasının nailiyyətləri və qarşısında duran çağırışlar, habelə dövlət başçımız cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən Azərbaycan xarici siyasətinin prioritetləri və Azərbaycan ilə Vyetnam arasında mövcud münasibətlərdən bəhs edir.   

Vyetnam Dostluq Təşkilatları İttifaqının Sədri səfir xanım Nguyen Phuong Nga isə məqaləsində 2019-cu ildə 60 illiyi qeyd olunan Vyetnam Prezidenti Ho Chi Minhin 1959-cu ildə Azərbaycana səfərini xatırlayaraq ötən müddət ərzində iki ölkə arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən neft-qaz və təhsil sahələrindəki əməkdaşlıq, 2015-ci ildə Hanoy şəhərində təsis edilən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəaliyyəti və dövlətlərarası münasibətlərimizdə müstəsna rol oynayan xalq diplomatiyasının əhəmiyyətindən bəhs edir. Xüsusi qeyd olunmalıdır ki, adı çəkilən müəllif məqaləsində vurğulamışdır ki, anası Ho Chi Minhin şəxsi tərcüməçisi qismində Vyetnam Prezidentinin 1959-cu ildə Azərbaycana səfəri zamanı nümayəndə heyətinin tərkibində olmuş və sözügedən səfər zamanı çəkilmiş və hazırkı məqalədə əks etdirilən şəkildə yer almışdır.

Həmçinin “İRS” jurnalının Vyetnam dilindəki bu buraxılışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, habelə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi, Novruz bayramının qeyd olunması və sənət nümunələrinin şəkillərini əks etdirməklə xalqımızın əl işləri ilə bağlı məqalələr də öz əksini tapıb.

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.