Azərbaycanca Russin English
Hot news:
» Noyabrın 11-də gözlənilən hava şəraiti» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS
» » Azərbaycan Ombudsman İnstitutunun əməkdaşları ayrı-seçkiliklə mübarizəyə dair beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Ombudsman İnstitutunun əməkdaşları ayrı-seçkiliklə mübarizəyə dair beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdirinin müavini, beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli və Quba regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev 7-8 noyabr tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa İttifaqı və Avropa Şurasının birgə təşkil etdiyi “Ayrı-seçkiliklə mübarizədə öhdəliklərin yerinə yetirilməsi – Avropa insan hüquqları standartları” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Avropa İttifaqının və Avropa Şurasının rəsmiləri ilə yanaşı Şərq tərəfdaşlığı ölkələrinin ombudsman institutlarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin təmsil olunduğu tədbirdə Avropa regionunda ayrı-seçkiliyin qarşısının alınması, hüquq bərabərliyinin təmin olunması və bu sahədə ombudsman institutlarının, həmçinin Milli İnsan Hüquqları İnstitutlarının rolunun gücləndirilməsinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı Zaur Vəliməmmədli çıxış edərək, Azərbaycanın etnik tərkib baxımından zəngin ölkə olduğunu, tarix boyu fərqli mədəniyyətlərdən olan əhali qruplarının sülh və dostluq şərəaitində yaşadıqlarını və məhz bu səbəbdən ölkədə mutlikulturalizmin dövlət siyasətinə çevrildiyini qeyd edib. Ölkə Konstitusiyasında və digər qanunvericilik aktlarında ayrı-seçkiliyin ümumiyyətlə qadağan olunduğunu bildirən Aparatın əməkdaşı dərin tarixi köklərə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının adət ənənələrində, mədəni dəyərlərində ayrı-seçkiliyin yolverilməzliyi, fərqli mədəniyyətlərə hörmətlə yanaşma kimi ülvi dəyərlərin üstünlük təşkil etdiyini vurğulayıb.
Z.Vəliməmmədli Azərbaycan Ombudsmanının ayrı-seçkiliklə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışaraq, təsisatın eyni zamanda Birləşmiş Millətlər Təşkilatı sistemində Milli İnsan Hüquqları İnstitutu kimi qeydiyyatdan keçdiyini, insan hüquqlarının səmərəli müdafiəsində mövcud beynəlxalq standartlara tam şəkildə cavab verdiyini vurğulayıb. O, Müvəkkilin təşəbbüsü ilə Ombudsman İnstitutunun nəzdində ölkədə fəaliyyət göstərən QHT rəhbərlərinin təmsil olunduğu müstəqil Ekspertlər şurasının yaradıldığını və bu yaxınlarda həmin şuraya yeni üzvlərin qoşulduğunu diqqətə çatdırıb. O, dövlət qurumlarının vətəndaş cəmiyyəti nümayəndələri ilə fəal əməkdaşlığının ayrı-seçkilikliyin qarşısının alınmasında mühüm rola malik olduğunu vurğulayaraq, Ombudsman İnstitutlarının mahiyyəti etibarilə müstəqil dövlət qurumları olaraq sözü gedən əməkdaşlığın təmin olunması baxımından münbit platformanı təsis edə biləcəklərini qeyd edib və bununla bağlı Azərbaycan Ombudsmanının fəaliyyətindən nümunələr göstərib. 
Aparatın əməkdaşı Ombudsmanın regionlarda keçirdiyi ictimai dinləmələrə də toxunaraq yerli icra hakimiyyəti, vətəndaş cəmiyyəti, əhalinin bütün qruplarının icmaları və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ayrı-seçkiliklə mübarizə aparılması ilə bağlı təşkil olunan maarifləndirmə tədbirlərinin, sülh aylıqlarının vacibliyindən danışıb, nifrət nitqi və ya ayrı-seçkilik hallarının müəyyənləşdirilməsində hüquqi maarifləndirmənin gücləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Müzakirələr zamanı Təsisatın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirakçılara regionda Ombudsmanın əhalinin bütün qruplarının hüquqlarının heç bir ayrı-seçkiliyə yol verilmədən müdafiəsi istiqamətindəki fəaliyyətindən, hüquq pozuntularının qarşısının alınması məqsədi ilə aparılan monitorinqlərdən, mütəmadi şəkildə müxtəlif millətlərin təmsil olunduğu yerli icmaların nümayəndələri ilə keçirilən görüşlərdən danışıb. 
Mətbuat xidməti 

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.