Azərbaycanca Russin English
Hot news:
» Noyabrın 11-də gözlənilən hava şəraiti» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS
» » Ombudsmanın nümayəndəsi İspaniyada beynəlxalq tədbirdə iştirak edib

Ombudsmanın nümayəndəsi İspaniyada beynəlxalq tədbirdə iştirak edib

Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin (ENNHRI) 2018-2021-ci illər üçün Strateji Planı üzrə fəaliyyət göstərən “Sığınacaq və Miqrasiya məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası 09-11 oktyabr 2019-cu il tarixlərində İspaniyanın paytaxtı  Madrid şəhərində təşkil olunub.
Tədbirdə müxtəlif Avropa ölkələrinin ombudsman institutlarının nümayəndələri ilə yanaşı, Avropa Şurası, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) və digər beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak ediblər.
Həmin tədbirdə ötən dövrdə görülmüş işlər ümumiləşdirilərək təhlil olunub və gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.       
Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova tədbirdə çıxış edərək, ölkə qanunvericiliyinin beynəlxalq sənədlərə uyğun təkmilləşdirildiyini, bu istiqamətdə innovativ yanaşmalar tətbiq edilməklə tədbirlərin həyata keçirildiyini bildirib.
Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın 30 ildən çox davam edən etnik təmizləmə siyasəti, nəticədə bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulması hallarının olmasına baxmayaraq, öz iqtisadi inkişafı, sabitliyi, tolerantlıq mühitinə görə ölkəmizə üz tutan miqrantların sayında artım müşahidə olunur.
T.Cahangirova Müvəkkilin çoxşaxəli fəaliyyətinin mühüm bir hissəsinin qayğıya daha çox ehtiyacı olan əhali qruplarının hüquqlarının səmərəli təmin edilməsi, həmçinin qeyri-qanuni miqrasiya, məcburi əmək və insan alverinin qarşısının alınması istiqamətində preventiv tədbirlərin təşkilinə yönəldildiyini bildirib.
Bununla yanaşı, o, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində görülmüş işlər barədə iştirakçılara geniş məlumat verib.
Ombudsmanın nümayəndəsi habelə qeyd edib ki, Müvəkkilin müvafiq dövlət qurumları, xarici Ombudsmanlar, ölkəmizdə və xaricdə akkreditə olunmuş diplomatik nümayəndəliklərlə sıx əməkdaşlığı çərçivəsində əhalininin məhz bu kateqoriyadan olan şəxslərinin vəziyyəti birgə araşdırılır, yerlərdə mütəmadi görüşlər keçirilir. Nəticədə əcnəbilərin əmək fəaliyyətinin leqallaşdırılmasına, onların sosial ehtiyaclarının ödənilməsinə, təhsil, sağlamlıq və digər hüquqlarının həyata keçirilməsinə yardım göstərilir, vətəndaşsızlıq vəziyyətində yaşayan şəxslərin vətəndaşlıq mənsubiyyəti müəyyən edilir və bu şəxslər qısa vaxt ərzində lazımi sənədlərlə təmin edilir. Habelə, hər bir miqrantın şəxsi və ailə vəziyyəti nəzərə alınır, ümumilikdə, bu şəxslərə qarşı zorakılıq hallarının yolverilməzliyi təbliğ edilir.
Bu əhali qrupunun hüquqlarının təmini vəziyyəti barədə vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə geniş məsləhətləşmələr keçirilir və nəticələr üzrə aidiyyəti dövlət qurumlarına təkliflər ünvanlanır.
Tədbirdə Müvəkkilin əcnəbilərin qeydiyyat məsələlərinin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş və sığınacaq üçün müraciət edən uşaqların sosial müdafiə məsələləri, xüsusi saxlanılma mərkəzlərinə yerləşdirilən əcnəbilərin hüquqi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərinin nəzərə alındığı qeyd edilib. Digər məsələlərlə yanaşı miqrasiya idarəçiliyi proseslərinə cəlb edilmiş dövlət qurumlarının əməkdaşlarının biliklərinin artırılması sahəsində Ombudsmanın səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.
O qeyd edib ki, Ombudsmanın və onun regional mərkəzlərinin cəlb edildiyi, BMT QAK və Beynəlxalq Miqrasiya Təşkilatının ölkə nümayəndəlikləri ilə birgə icra edilən layihələr çərçivəsində bu kateqoriyadan olan şəxslərin hüquqlarının müdafiəsinə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə həsr edilmiş tədbirlər zamanı hədəf qrupları üçün bir neçə əcnəbi dildə hazırlanan hüquqi nəşrlərin paylanması təmin edilir, müxtəlif bölgələrdə məhkəmə, hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları üçün müntəzəm şəkildə treninqlər təşkil edilir.
T.Cahangirova bu sahədə koordinasiya və informasiya mübadiləsinin önəmini, həmçinin qeyri-leqal miqrasiyanın hər bir ölkənin təhlükəsizliyinə birbaşa təsir etməsini nəzərə alaraq, ölkə ərazisinə daxil olan əcnəbilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, sığınacaqla bağlı müraciətin hər birinin hərtərəfli araşdırılıb istiqamətləndirilməsi, sərhəd-keçid məntəqələrində operativliyin təmin edilməsi, eyni zamanda monitorinqlərin nəticələrinə dair qiymətləndirmə və hesabatların bu sahədə inkişafa yönəldilməsi məqsədilə birgə sistemli tədbirlər planının işlənib hazırlanmasını təklif edib.
İşçi Qrupunun iclası çərçivəsində miqrantların, o cümlədən sığınacaq axtaran şəxslərin, müşaiyət olunmayan uşaqların hüquqları və digər mövzular, həmçinin növbəti il hazırlanacaq İşçi Qrupunun geniş hesabatına dair geniş müzakirələr aparılıb.
Tədbir çərçivəsində Qrupun üzvləri Madrid şəhərində yerləşən “Miqrant və qaçqınlara dəstək Mərkəzi”nə birgə səfər edib.
Mətbuat Xidməti

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.