Azərbaycanca Russin English
Hot news:
» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
» » Xatirə RƏHİMBƏYLİ PƏNCƏRƏ (hekayə)

Xatirə RƏHİMBƏYLİ PƏNCƏRƏ (hekayə)

Pəncərədən işıq düşür üzünə ,pəncərədən səs gəlir.Pəncərə səni çağırır ki,qalx.Gecə gec yatmısan deyə qalxmaq istəmirsən.Ancaq balışınla üzbəüz vurduğun divar saatının əqrəbləri qoşa qanad kimi üstünə gərilib səni səkkizin sonsuzluğuna səsləyir.Yatağında beşcə dəqiqə qalmağı da qənimət bilirsən.Beş dəqiqəyə nələr keçmir ürəyindən?! Ən ilk arzun bir siqaret yandırmaq olur.«Olmaz»-deyə düşünürsən«evdə körpə var,qalxıb eyvanda çəkərəm.»Sonra sevinclə xatırlayırsan ki,nə yaxşı gecə işlərimin hamısını sahmana saldım,bugün idarədəki səs-küyün içində baş sındırmayacağam.Qəfil gecəki yuxun düşür yadına,xatırlamaq istəməsən də,zorla düşür yadına.Mətbəxdə qab-qacaq danqıldadan xanımının hələ də isti yerindən utanıb tez ayağa qalxırsan.Eyvana qaçırsan.Səhərin sərin nəfəsi belə köksündən qalxan buxarı susdura bilmir.Elə bil o buxar həzm edə bilmədiyin bir nəsnədir,sinəni çıra-çıra ağzından gələcək.Sinən göynəyə-göynəyə bir siqaret yandırırsan. Uzaqlara baxırsan.Sənə elə gəlir ki,uzaqlarla sənin aranda dayanan o hündür bina bu saat çəkilməsə,ürəyin partlayacaq.Hər gün görməyə adət elədiyin mənzərə sənə yad gəlir.Küskün baxışlarını gecəki yuxuna zilləyləyib acgözlüklə siqaret sümürürsən.Ürəyindən səs gəlir:«Belə soyuqluq olmaz,heç olmazsa,bircə dəfə zəng edəm gərək ona.Belə soyuqluq olmaz.Mən nə soyuq adamam.»Evin qapısı açılır.Xanımın əlində yun jaket yanına gəlir: --Yenə çılın-çılpaq durmusan soyuğun ağzında.Gecə yenə deyəcəksən,ağrıdan ölləm.Bayaqdan çağırıram.Səkkizin yarısıdı.Yarım saatdı dayanmısan burada Allahın arxayın bəndəsisən də. İkinci siqaretin kötüyünü,zibilqabına atıb duruxursan.«O biri kötüyü neylədim bəs? “Sən axı çox səliqəlisən.Təəssüflə düşünürsən:”Yəqin fikirli olub həyətə atmışam.»Gülümsəyirsən-«-ya bəlkə elə bircə siqaret çəkmişəm.»Özünütəhlili sevirsən sən.Günahınçün cavabdehlik şakərindi.Etirafında ərköyünlük var:«Dünya dağılmaz ki!» Xanımın gözəl bir şirniyyat süfrəsi açıb.Sən şirniyyatı çox sevirsən.Uşaq kimi ...Səndə uşaqlıq xasiyyəti çoxdu. Qəfil o xatirə düşür yadına.Qeyri-ixtiyari:«Mən şirniyyatı çox sevirəm,yaxşı eləyirsən,tez-tez bişir»-deyirsən. Xanımın nazla gülür: --Uşaqsan da deyirəm.Hər dəfə bu sözü təkrar edirsən.Guya mən bilmirəm sənin nədən xoşun gəlir.Gəl,əl-üzünü yu,uşaq. Səksənirsən.Sənə elə gəlir ki,bu sözü ürəyində demisən,bəs bu hardan eşitdi?Mənalı-mənalı gülürsən: --Yaman da bilirsən.Uşaq sənsən ---məsum ,körpə ,dilbilməz. Yaxınlaşıb onu öpürsən.Elə bil günahını etiraf edirsən.Elə bil deyirsən ki,bağışla məni.Sən yanımda olanda da ürəyindən bir üşütmə keçir.Yel var elə bil ürəyimdə.Qorxuram yuxularımdan.Qorxuram yağmaçı yuxularımdan,qorxuram yel vura, yengələr oynaya ürəyimdə,üşüyüb gedəsən ürəyimdən.Xanımına qısılırsan.Nazlanır gözəl: --Yaxşı ta,gecikirsən axı. Ürəyindən sənə açıq verən bir səs keçir.«Əksinə tələsmişəm.»Bu səs elə işvəylə,elə nazla,elə əda,elə açıq,elə yanıqlı keçir ki,yeddi qatın göynəyir.«Al görüm dilinə məni,ala bilirsənmi məni dilinə.Yeyəcəyəm səni,didib-dağıdacağam ürəyini ,kimsəni köməyə çağıra bilməyəcəksən.Ələk-vələk edəcəyəm yuxularını.Dartıb-çıxaracağam ürəyinin kökərini məhəbbətin bağçasından.Havada qalacaqsan,xətrə yaşayacaqsan,rola girəcəksən.Torpağa dartınacaq təntik kökün,təşnə yarpaqlarının yaşılı qaralacaq.» Təntiyirsən.Sanki üzünə vurduğun bir ovuç suda boğulursan.Nəfəsin darala-darala” bəsdi”--deyə qışqırırsan. Səksənir xanımın.Peşiman tövrlə dəsmalı ondan alırsan.Küskun bir səslə: --Əl-üzünü yumağa da dağalsan ,vallah.Məni qinayırlar,amma sən uşaqsan,yaşının çox olmağına

baxma-deyir. Bircə stəkan çay içirsən.Stoldan qalxırsan.Xanımın heyrətlənir: --Nə oldu?!Niyə yemədin?! Peşiman-peşiman: --Nəsə iştahım öldü,bağışla.Zorla gülümsünürsən. --Səhər-səhər əhvalın yaxşı idi.Çıxdın soyuğa,yəqin soyuq aldı də səni.Həm də siqaret küsdürür iştahını.O zəhəri udunca bu şirinini ye də.Nə zərərdi onu edirsən...Görürsən ki,uşaqsan. Xanımını qucaqlayırsan: --Uşağam da uşaq.Öldürəcəksən məni? --Vallah elə istəyində uşaq istəyidi—deyə nazlanır xanımın Ciddiləşirsən: --Yox istəyim böyük istəyidi.Səni ağsaqqal bir kişi ağlıyla sevirəm.Uşaq ağlıyla sevsəydim, vay sənin halına. Xanımın nazlanır.Qollarının arasından çıxıb süfrəyə yaxınlaşır. --Onda bir az qoyum bunlardan apar,çayla içərsən işdə.Sən Allah, özünü ac saxlama işdə.Sən sınıq olanda hamı məni danlayır ki,yaxşı baxmırsan. --Yalan deyirlər,əslində sənin qayğılarındı məni saxlayan. Öz sözündən özün səksənirsən.Tez xanımının gözlərinin içinə baxırsan.Xətrinə dəymədi görüm.Saxlayan?Nə söz idi bu?Mən hara gedirəm ki?Onun baxışlarındakı səadət səni rahatlaşdırır.”Şükür”-deyirsən.Xanımın da səadət dolu bir səslə: --Çox şükür-deyir.-Allahın kərəminə şükür,-deyir.Canımız sağ olsun,hər şey ötüşər.-deyir. Sənə düyünçə hazırlayır xanımın.Sən geyinirsən.Güzgünün qarşısına keçmirsən.Qorxursan.Xanımın təəccüblə: --Vallah ta güzgüyə-zada nəhəl qoymursan,xeyir ola?! Səksənirsən.Çevrilib ona baxırsan,zəndlə baxırsan.Baxırsan ki,görəsən o ,niyə elə dedi.İçini gördümü o,ürəyini duydumu o?.Gülümsünür gözəl.Toxdayırsan: --Mənim güzgüm sənsən.Sənin zövqüncəyəmsə,bəsimdir. Allah,səadət ona necə də yaraşır!!!.Darağı səndən alıb saçını darayır,sənə sığal verir.Bu ilıq təmasdan tınıxırsan,içində nəsə boğulur.İçindəki ağır havadan gözlərin yaşarır.Xanımın səni öpür: --Körpəsən ki,körpə. Sakitcə darağı ondan alırsan,şirniyyat düyünçəsi qoyduğu torbanı,qovluğu götürüb,silinib hazır dayanmış ayaqqabıları geyinirsən.Güzgünün önündən sivişib ötürsən.Qapıdan çıxırsan.Qəfil yadına düşür ki,körpəni öpməmisən.Qayıtmaq arına gəlir.Bir də güzgüdən qorxursan.Yaxşı ki,liftdə heç kim yoxdur.Gözlərini bir dəfə möhkəm sıxıb boşaldırsan.Özünü tarazlayıb liftdən düşürsən. İçində nəsə ağrı var.Əvvəlcə elə bilirsən ac çıxdığın üçün mədən ağrıyır.Sonra fikir verib görürsən,dərd mədədən yuxarıdadır.Sinəndə ağırlıq var.Elə bil səni sıxıb,sıxıb,ağrıdıb,nəfəsini kəsib buraxıblar.Udduğun hava sinənə gedib çatmır.Düşünürsən «Güzgünün qabağından keçəndə divara niyə qısıldım?»Dərindən köksünü ötürürsən.Dayanacaqda qələbəlikdi,sıxlıqdı.Dayana bilmirsən.Taksi çağırırsan.Sürücü radionu qoşub.Səhər konserti verirlər.Mahnı dövrəndə duman kimi dolaşır.Elə bilirsən ki, səni kimsə görmür daha.İstədiyin vəziyyəti ala,istədiyin kimi düşünə bilərsən. Tez çatırsan iş yerinə.Hələ heç kim gəlməyib.Qapını açıb içəri girirsən.Gözün birinci telefonlara dikilir.Qapının ağızında dayanıb xeyli baxırsan. --Niyə keçmirsən içəri? Səksənirsən.İş yoldaşındı. --İçərinin havası ağırdır. --Pəncərəni aç,mən bir az gec gələcəm.Elə bunu deməyə gəlmişdim.Soruşan olsa,de ki,buralardadır. Sakitcə başını yelləməklə” yaxşı “işarəsi verirsən. Qapını örtüb pəncərəni açırsan.Qapıdan qorxursan.Qapıya arxanı çevirib pəncərədən çölə baxırsan.Yox,axtardığın çöldə deyil.İçərindədi.Udduğun hava içinə gedib çatmır...Əyləşirsən.Gözünü

telefon aparatına zilləyirsən.Aparatı özünə tərəf çəkib üzünü ona söykəyirsən.Aparatı qollarının arasına alıb gözünü yumursan... ...--İşə gecikərsən,səni danlayarlar. --Əh,danlasınlar də.Qaranlıqda səni necə tək yola salım? --Mən heç vaxt tək olmuram. --Necə? --Sən həmişə mənimləsən.Kimin hünəri nədi sənin yanında mənə söz deyə? --Sağ ol. --«Sağ ol»çün demirəm.Həqiqət budu ... Xəyalən bu dialoqu uzadırsan: --Neçə illər keçib,mən indi də səninləyəm? --İndi də. --Nə əcəb məni sənin yanından qovan olmayıb ? --Kimsə cürət etməz . --Axı mən özüm getmişəm .. --Fərqi yoxdur ... --Ah , zalım ,axı mən iki yerdə ola bilmirəm ...Boşla məni , çıxım gedim . Rəhmsiz , məni çarmıxda saxlamısan .. --Rahat yaşamaq istəyirsənsə ,bu çarmıxın mən adlı dirəyini qir ,uçur ,bir fiziki varlıq kimi məhv elə ...—Fərqi yoxdur ,onda da qəbrindən asılacağam .. --Onda çarmıx taleyindi sənin –özün yazdığın taleyin ...Barış taleyinlə.—Nə qədər sıxıla-sıxıla gəzim ? --Məni sıxdığın qədər ... --Sən zalımsan .. --Sevgim böyükdür ... --Niyə vaxtında demədin ? --Sevgi deyim deyil görümdü .Sən görürdün onu , amma əsl mənasını duyammırdın .Fəhmsizliyinincəzasıdır çəkdiyin ... -Mən atayam axı , mən onu sevməliyəm . --Mən də övladam mənim də sevənlərim var.Mənim də səadətim o sevgilərə cavab olmalıydı... --Keçənə güzəşt deyərlər.Ötənlər ötənliyində qalsın.Gələcəyə kölgə salmayacaq. ---Möhtəşəmlik kölgəsiz olmur.Qaçıra bilirsənsə körpəni kölgəmdən,səadət günəşi halalın olsun. --Dəhşətdi,dəhşət... --Nədi ə dəhşət?Aparatı niyə qucaqlamısan? Başını qaldırıb baxırsan.İş yoldaşın gülə gülə qarşında dayanıb: --Sabahın xeyr,bəy!Nolub yenə,qəm dənizində lövbər salmısan? --Yuxusuzam. ---Aparat yastıqdı? --Hə!!!. --Acığın niyə tutur?Görmüşük yuxusuz adam gecikər.Sən hamıdan qabaq buradasan. --Mən həmişə tələsdiyim üçün gecikmişəm. Sən "qapını ört-"deyirsən,yoldaşın pəncərəni örtür. --Özün durmusan kənarda,mənim böyrəklərimi skvaznyak aparır.Zalımın oğlu,guya çöldə təmiz hava var?,Vallah,hamısı birdi.Yenə buradakı öz zəhərimizdi,özümüz veririk ,özümüz də alırıq.Qoy elə öz zəhərimizdə boğulaq. Düşünürsən!Yox,yox,uzaqlarda dağlar var,dağlarda çiçəklər var.Çiçəklərin ətri var-ürəkoynadan.Bir də küləklər var,ətiryayan küləklər.Küləklər dağlardan çiçək ətri gətirir.Çöllərin havası nə qədər ağır olsa da,çiçək ətrinin heç olmasa,iynə ucu qədər qoxusu yarıb keçir onu.Yox,yox,ola bilməz pəncərədən bizə heç nə gəlməyə...

Sonra sənin iş saatın başlayır.Sən çox işgüzarsan,zəhmətkeşsən.Ona görə də hamı səni sevir.Hamı sənə müraciət edir kömək istəyir,məsləhət alır.Sən həm də zarafatcılsan,şənsən,adamları güldürə bilirsən.-Özün də gülürsən.Amma özünün gülüşündə həmişə bir açıq ,bir hıçqırtı olur. Qəfil zəng gəlir.Dəstəyi yoldaşın qaldırır.Cavab vermirlər.Yoldaşın çağırır.Səs kəsilir.Yoldaşın çiyinlərini çəkib dəstəyi qooyur.İçindəki ağrı yenidən baş qaldırır.Qələmi qoyub qarşındakı işi yenidən kənara itələyirsən.Telefon zəng çalır.Dəstəyi sən qaldırırsan.Səs gəlmir,"Allo" deyirsən.Cavab almırsan.Yoldaşın qalxıb hansısa sənədi aparır.Sən tək qalırsan.Yalvarıcı səslə" Allo" deyirsən.Məhzun bir səs də "Allo" deyir.Ürəyindən sərinlik keçir".Kimsiniz ay xanım?"-deyirsən.Səs susur:Səsi uzada-uzada: "A xanım,deyin də,kimsiniz axı siz?" Səs susur.Əsəbiləşirsən «Mən bir az əsəbi adamam,lazım olmayan söz deyərəm,dillənin də!»Səs yavaşdan «Mənəm» deyir.Səksənirsən " Bilirdim" -düşünürsən, "Yuxusunu görmüşdüm" -fikirləşirsən."Siz kimsiniz ki,a xanım?"Səs susur.Yenə səsi uzada-uzada «hə ,kimsiniz»?soruşursan.Deyir.Köksünü ötürürsən.İçindəki ağrının kökü qopur.Bütün ağrılardan şax -budaqlı bir ağac kimi yıxılır.Dünya gözəlləşir.Hər yer aydınlaşır.Rahatlığın,razılığın dumanına bürünürsən.Elə bilirsən səni kimsə görmür. --Necəsən? İşlər-güclər? --Sağ ol. -Haradasan? -Evimizdə Bir anlığa duruxursan.Evimiz sözü səni incidir.Soruşmaq istəyirsən"Kimin evində?,Kim sənə ev qurub?.Niyə qurub?Sən niyə oradasan?"Qısqanclıq hissi boğazına tıxanır.Boğula- boğula soruşursan: --Harda evinizdə e? --Həmişəki evimizdə --Yalan deyirsən!-əsəbləşirsən.Sözgəlişi deyirsən bu sözü.Əslində demək istəyirsən ki,hansı cəhənnəmdəsən,özün bilərsən,amma kimin evidi o "evimiz?" --Vallah öz evimizdi.Telefon çəkdirəsiydik də,yadında deyil? Yadına düşür, sevinirsən.Qəfil elə bilərsən qonaqdı danışan.Axı adətən qızlar ata evinə evimiz deyir.Ər evini sevməyənlər belə deyir-qəzetdə oxumusan.buna da "şükür!",-düşünürsən.Amma yox,yenə qısqanclıq tıxanır boğazına. --Neynirsən o qəsəbədə? --Necə neynirsən?İşləyirəm də.Ev iş,iş ev,gedib-- gəlirəm. --Ayrı yerə dönmürsən ki?Az qala qəzəblə soruşursan. --Yox,başqa dönəsi yerim yoxdu. "Şükür,şükür",-düşünürsən."Məni başa düşdü.Az qalmışdı ürəyim partlaya.! --Evdə nə var nə yox?Uşaqlardan biri gərək ki,buralarda yaşayır,elə mi? --İndi üçü də oradadır. --Gəlmirsən onlara? --Hərdən. "Bəs niyə görməmişəm?-düşünürsən.Necə olub ki,rastlaşmamışıq.Qəfil də ağlına gəlir ki,dünya böyük biz kiçik taleyimiz qəvişə,ha yüyürək,ha yortaq.Gəlmərik ki üz-üzə" Səs: --Niyə göndərmisən mənə telefonunu? Nəyə lazım idi bu yenidən?Bilirdin ki,zəng eləməyə bilməyəcəyəm,eləmi,-deyə soruşur. Eşitmirsən,özünün düşüncələrinə qarışıb başın.Öz düşüncələrin gülünc gəlir özünə.Gülürsən.Hazırlaşırsan deyəsən: "Düşünürdüm ki,niyə üz-üzə gəlməmişik.ağlıma gəldi ki,adamlar bir-birilərini axtarmırlarsa,onların görüşü təsadüflərə qalır.Təsadüfsə Allah işidi,razılığı yoxsa Allahın..." Səsin acısı fikirlərini yarıda qırır:

--Niyə gülürsən?Eləmi gülüncəm? Sən çaşırsan: Sənə gülmürdüm ki...Səs susur.Dinsə,ağlayacaq.Ağlamamaqçün susur.Sən də susursan.Çünki çaşmısan.Həm də hirslənmisən."Axı o niyə belə düşünür?Həmişə beləydi,çəpinə çəkirdi.Mən bir şey düşünürdüm,o başqa şey... Yox...onda da günah olmurdu,ikimiz də bir-birimiz haqqında yaxşı şeylər fikirləşirdik.Amma deyə bilmirdik,düşüncələrdən vaxt tapmırdıq.Çünki bizim ikimizin də düşüncə bacarığımız vardı.Bizi bir-birimizə bağlayan da düşüncə oldu,bizi bir-birimizdən ayıran da... Yox,biz bir-birimizdən qopmamışıq,sadəcə olaraq ,biz bir-birimizi düşünməyə getmişik.Dəstək əlində titrəyir:qoymaq istəmirsən.Səs də intizardadı.O da səni gözləyir,səndən sonra telefonun yox işarəli "dud duud "səsinə qulaq asacaq ,sonra qoyacaq dəstəyi.Hər ikiniz eyni vaxtda "allo" deyirsiniz.Hər ikiniz sevinirsiniz.Hər ikiniz duyursunuz ki,barışdınız.Yoldaşın qayıdıb əyləşib yerində.Sən təəssüflə:"Sonra danışarıq"-pıçıldayırsan.Səs:"Eybi yox":-deyir.Dəstəyi asırsan.Dodaqların əsir.Yoldaşın görməsin deyə fit çalırsan... Zaman çox ağır keçir,ağrılı keçir.Yaxşı ki,işin çoxdur,başını qatır.Saata baxıb qalxırsan.Yoldaşın nahar vaxtı olduğunu deyir.Sən siqaret yandırıb pəncərəni açırsan.Siqaretin tüstüsü sənə azlıq edir.Başını pəncərədən çıxarıb dərindən nəfəs alırsan. Hamı nahara gedir.Səni də çağırırlar.Sən getmirsən."Çay içəcəyəm burada"-deyirsən,-həvəsim yoxdu yerimdən qalxmağa".Hamı gedir.Sən qalırsan.Qalxıb qapını örtürsən.Keçib yerində oturursan.Hər şey sənə yuxu kimi gəlir .Gözlərini yumub o yuxunu yenidən görmək istəyirsən .Zəng .O götürdü .Cavab gəlmir, dəstəyi asdı .Zəng. Mən götürdüm .Susur .Kimliyini soruşuram .Susur .Yenə soruşuram .Yenə susur .Əsəbiləşirəm .Qorxa-qorxa “alo” deyir .Səsi oxşayır.Birdən o olmaz.Yenə çağırıram .O yenə zəifcə dillənir .Kimliyini soruşuram. Ürəyimə damıb ki, odur. Amma dəqiqləşdirmək istəyirəm. Adını deyir.Özüdür ki, var. Düşüncələrim qəlbimdə qəribə rahat və sevincli duyğular oyadır. “Keçmişimdən gələn səs”, “Gəncliyimin sədası! Haradasan görəsən?”Bu sual hərdən-hərdən qaşıyırdı marağımı. “Haradasan?”- soruşuram. “Evimizdə”- söz məni səksəndirir. Axı onların telefonu yox idi. Ər evindədimi? Niyə? Axmağam mən? Lap ər evi olsun.Gör neçə illər keçib.Mən evliyəm. O da evli ola bilər. Mən niyə belə heyrətləndim axı? Sözə bax: “neynəyirsən o qəsəbədə?” Neyləyəcək, yaşayır da özüyçün. “Ayrı yerə dönmürsən ki? Elə bildi zarafat edirəm.Necə kədərli dedi: "Yox, başqa dönəsi yerim yoxdu”. Niyə sevindim mən? Nə pis adamam. Niyə istəmirəm onun ayrı dönəsi yeri olsun? Nə qədər tənha yaşayar adam? Bu qədər vaxt keçib, bircə dəfə də... Pah atonnan, nə dəhşət adammışam ə, mən. Heç ağlıma da gəlməyib bir salamdan –zaddan göndərəm ... Heç dəyişməyib xasiyyəti, tezəcə küsdü. Zalım balası, sənə gülmürəm e, gör bir dəqiqənin içərisində ürəyimdən nə qədər hiss keçdi. Elə gün olur bunun bircəsinə həsərət qalır adam. Ona sevinirdim, ona gülürdüm.Yaxşı ki bu dəfə tez barışdı. Bu zalımın oğlu da bilsəydim belə tez gedəcək, qoymazdım dəstəyi asa.” Gözünü yoldaşının boş stuluna dikirsən.Başının əllərinin arasına alırsan. Pıçıltıyla, dua edirmiş kimi təkrarlayırsan: “Noola, bir də zəng eləyə. Ay Allah, noola. Ya Allah, bir də zəng eləyə. Ya Allah, ya Allah..” Heyrətdən quruyub qalırsan; telefon zəng çalır.Əl uzatmağa qorxursan- birdən o olmaz. "Ya Allah, ya Allah!"- pıçıldayırsan.Yavaşca dəstəyi qaldarırsan. Dəstək əlində pudluq daşa dönür. Sənə elə gəlir ki, onu qulağına yaxınlaşdırınca əsrlər, illər keçir! Və həmin vaxt ərzində də sən pıçıldayırsan- Ya Allah, Ya Allah... “Alo”- deyə zəifcə səslənirsən, səs də taqətsiz bir tərzdə “alo” deyir. Hər ikiniz susursunuz. Hər ikiniz düşünürsünüz. Sən özünü toplayıb dillənirsən: - Hə, nə var, nə yox e?.. - Salamatçılıqdı. - Uşaqlar getdi nahara, mən təkəm. Yəni demək istəyirsən, nə dilərsən dilə məndən.Yetirərəm yerinə arzunu. Səs: - Bəs sən ac oturacaqsan orada?

Gözün stolun siyirməsinə qoyduğun düyünçəyə sataşır. Tez siyirməni bağalayırsan. Udqunursan. - Neyləyim? - Niyə getmədin nahar? - İşim çoxdu. Başqa söz tapmırsan. Deyə bilmirsən ki, səni qoyub gedə bilmədim. Səs səksənir: - Vaxtını aldım, bağışla.. Səs tələsir: - Yoox.. Yox, nə danışırsan, cəhənnəm olsun e iş, adam nə qədər işləyər? Səs bilir ki, onu ovudursan, sən işgüzarsan, sən öz işini sevirsən, heç vaxt ona “cəhənnəm olsun” demirsən. Kövrəlir. Sükutü sən pozursan: - Neynirsən evdə? - Oturmuşam. Qəfil sevincək bir səslə: - Xörək bişirmişəm. Töküm bir az dəstəyə, ye, ac oturma orada. Sən siyirməni bir az da stola sıxıb təəssüf və ağrılı bir səslə: - Mənə xörək versəydin nə varıydı ki.- deyirsən. Səs göynəyə-göynəyə: - İstəmədin, mən də vermədim, - deyir. Susursunuz. Düşünürsünüz. Sizin hər ikiniz düşünə bilirsiniz. Səs sükutu pozur. “Şükür!”- deyə düşünürsən, çünki son düz sözü o demişdi. Sən o sözün qarşısında dillənə bilməzdin. - Yaxşı, sağ ol, vaxtını aldım. - Yox, əşşi, sən də.. - Pul yazır axı.. - Verərəm, narahat olma. - İstəmirəm xərcə düşəsən. Susursunuz. “ Neynirəm varı, pulu, dövləti, şöhrəti, şanı?! Neynirəm? İstəmirəm, istəmirəm, istəmirəm!..” Bu səslər içində boğulur. Bunlar sənin özünün özünə hesabatındı. Səs yavaşca pıçıldayır: - Sağ ol. Səs də köksünü ötürərək: - Sağ ol,- deyirsən. Dəstəyi əvvəlcə sən asırsan.Bir müddət əlin dəstəkdə qalır. Qəfil boğulduğunu hiss edirsən. Sənə elə gəlir nəfəs almağı unutmusan. .. Nahar saatı qurtarır. Yoldaşların gəlirlər. Sənin halın özündə deyil. Onlar görürlər ki, sən çay da içməmisin. “Nasazam” sözünə inanırlar. Hərə sənə bir qulluq göstərir.Tıncıxırsan.İş saatının tez qurtarmasını arzulayırsan. Sənin iş saatın qurtarıb. Səni bu günün gərgin düşüncələri yorub, sən acsan,yorğunsan,üzgünsən. Sən evə getməlisən, ayrı gedecək yerin yoxdu, sən buna borclusan. Ümidsiz vəziyyətdə qalxıb, pəncərəyə yaxınlaşırsan. Pəncərədən boylanıb uzaqlara baxırsan. Həzin-həzin züm-zümə edirsən: Həsrət ömrümdü mənim, Eşqim səbrimdi mənim. Güzgü qəbrimdi mənim Pəncərə güzgü deyil. Bəxtim bəddi naxışı, Əzdi məni baxışı, Allah ,Allah ,nə yaxşı Pəncərə güzgü deyil.

Qatı üzlüdü deyə, Qaçıram dincəlməyə Güzgüdən pəncərəyə Pəncərə güzgü deyil. Güzgüdə bir sərt haqq var. Təəssüf var, qınaq var. Pəncərədə uzaq var Pəncərə güzgü deyil.
Ağcabədi, 12.04.1998.

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.