Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Xatirə RƏHİMBƏYLİ Poeziya

Xatirə RƏHİMBƏYLİ Poeziya

KÖHNƏ MƏKTUB
Başladım ALLAHın əziz adıyla,
Əziz və hörmətli flankəs,salam.
Daha əziz idi ALLAHın adı,
Onda ki,az idi bu məscid-flan.
Ürəkdən yanırdı dostuna dostu,
Ürəkdən soruram kef-əhvalını.
Bir az qarışıqdı,
zəhmətlər çəkib
Sən də sual etsən mənim halımı.
Niyə baxışların soyuyub belə,
Söylə,soyuqdumu orda havalar?
Kimdəsə təzə bir şəklini gördüm ,
Hansı qışdan qalıb saçındakı qar?
Hansı yay daha çox təntidib belə,
Yenidən göyərdib hansı yaz səni?
Sağ olsun,ürəyin hey gedib-gəlir,
Bilirəm,heç bir eşq ovutmaz səni....
Mənim əhvalım da açıq-aşikar,
Əyridə qeybətdi,doğruda heyrət.
Haqqın dərgahından haliyəm,haqqı ,
Yaradan nahaqqa verməz ki,əlbət.
Üzü qocalığa gedirik ,indi
Yumşalan vaxtıdır ta iradənin.
Mən səni heç zaman unutmadım ki,
Saxlancında nə var ,söylə bəs sənin?
Kimdi o duyğunun gülüstanında 
Belə incə-incə çiçək toplayan?
Səni şirin-şirin yeyən dərd nədir,
Kimdi bu acına əlac tapmayan?
Bu duyğu ömrümü su kimi içdi,
Neynək,ömrün olsun su qədər, sağ ol.
Sözüm çox olsa da,deyəcəklərim,
Hələ bu qədərdir...Bu qədər,sağ ol.

MƏNİM DUYĞULARIM

Mənim duyğularım qaldı bulanıq,
Çıxardın özünü duruya,adam.
Gülmədin,üstünə gün düşə bir gün,
Nəmli baxışlarım quruya,adam.
Düzdü,qəhrəmanlıq deyil sədaqət.
Ən ulu hussi də zaman dəyişir.
Sən mənim gözümü nəmli qoymusan,
Nəmişlıkdən belə ürəyim şişir..
Mamırlı quzeydi bu ürək,adam,
Hər kim cəhd eləyir,sürüşür,düşür...
Bax, ilbiz kimidi bu nəmli nağıl,
Hər kim ki toxunur,əti ürpəşir...

BELƏ ƏFƏNDİLİKMİ OLUR?

Belə əfəndilikmi olur,
Əfəndi,paşa ,hardasan?
Yollarına daş dikildi,
Ya döndün daşa,hardasan?
Xan deyilsən,bəy də yoxsan,
Təpər,dözüm,heydə yoxsan...
Yerdə yoxsan,göydə yoxsan,
Gəlmirsən huşa, hardasan?
Açıldı sabah, baxmadın...
Nə savab-günah ...baxmadın.
Barı ALLAHa bax,baxmadın
Gözümdə yaşa ,hardasan?

TƏZƏ XALI 

Mənsiz istəyinə,mənsiz sevginə
Axar gözlərimdən qansız buludlar .
Gündə yuyulanın ,şəfəqlənənin ,
Tez də köhnəlməyi,bozarmağı var .
Açılıb salınır ayaq altına 
Ömrün divarında bozaran xalı.
Ömrünün saralmış divarlarında 
Xalı boyda yeri tər -təzə qalır .
O ağappaq divar çəkər fikrini ,
Hər gün oturarsan "ekran" önündə.
O ötən günlərin " kino lenti"nə
Çeviri lap başdan" baxarsan" gündə.
Ah,bu qısa film ömrün sübh çağı 
Gördüyün yuxudu,yadına düşmür .
Yox,gəlmir yaxına solğun cizgilər ,
Yox,o xoş duyğusuz günlər ötüşmür ...
Qəfil istəyərsən saralsın o da .
Tökərsən üstünə suyu gözündən .
Ya da üfləyərsən məsum üzünə
Siqaret tüstüsün çəkib hirsindən .
Bir də görərsən ki,sənə ar gəlir ,
O "ekran " görünər düşmənə,dosta..
Bir səhər xanımın "həkim " çağırar,
Gələr təzə xalı,ya da ki usta .
Dil boğaza qoymaz evin xanımı:
--Kişi kasıblığın fikrini çəkir!..
Səhərdən -axşama xəyallarında 
Divara bir xalı şəklini çəkir...
Tökülər üstünə yağış təsəlli:
--Dünyada qalacaq dünyanın malı.
Dedim,uşaqlara soyuq olmasın ,
Bir də köhnəlmişdi o andır xalı...
Yenə gözlərimin kəsilməz seli,
Bu təzə xalı da solar,bozarar.
Ömrünün saralmış divarlarında 
Tez-tez təzələnən bir xatirəm var....

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.