Azərbaycanca Russin English
Hot news:
» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики
» » AR XIN mətbuat katibi Leyla Abdullayeva KİV sualını cavablandırır

AR XIN mətbuat katibi Leyla Abdullayeva KİV sualını cavablandırır


Sual:  Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş naziri, Gladis Berejiklian Yerevana etdiyi şəxsi səfəri zamanı dövlətin bəzi rəsmiləri ilə görüşlər keçirib və yerli KİV-ə müsahibələr verib. Müsahibələrindən birində Dağlıq Qarabağ məsələsinə münasbət bildirən Avstraliya rəsmisi  guya ki, Yeni Cənubi Uelsin 20 ildir ki, Dağlıq Qarabağın müstəqilliyini tanıdığını bildirib. Buna münasibətinizi öyrənmək istərdik.
Cavab: Hər şeydən öncə onu qeyd etmək istərdim ki, ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və burada yaradılmış qondarma separatçı rejim dünyanın heç bir suveren dövləti, hətta işğalçı Ermənistan tərəfindən belə tanınmır.
O ki, qaldı Avstraliyanın rəsmi mövqeyinə vurğulamaq istərdim ki, Avstraliya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və bu barədə ölkə rəsmiləri dəfələrlə bəyanatlarında, eləcə də Azərbaycana ünvanlanmış rəsmi məktub və notalarında qeyd ediblər. Avstraliyanın sabiq Xarici İşlər naziri 2015-ci ildə Avstraliyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstklədiyini və Dağlıq Qarabağın işğalına son verilməsinin tərəfdarı olduğunu bəyan etmişdir. 2017-ci ildə Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri ölkəmizə səfəri çərçivəsində Avstraliyanın məlum mövqeyini birmənalı şəkildə ifadə etmişdir. Ən son bu yaxınlarda, cari ilin 29 may tarixində Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqovun Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı məktubunda ölkənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi qəti dəstək mövqeyi öz əksini tapmışdır.
Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş nazirinin söylədiklərinə gəldikdə isə, onun fikirlərinin Avstraliya Federal Hökumətinin rəyini əks etdirmədiyini vurğulamaq və ümumiyyətlə, federal hökumətin xarici siyasətinin formlaşdırılmasında ştat rəsmilərinin nə dərəcədə iştirak etdiklərini sual altına almaq istərdim. Yeni Cənubi Uelsin baş nazirinin Ermənistanda etdiyi bəyanatlar açıq şəkildə federal hökumətin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və fikrimizcə, bu xüsusda ştat rəsmisinə təmsil etdiyi dövlətin xarici siyasət kursuna uyğun davranması ilə bağlı xəbərdarlıq edilməlidir.
Xatırlatmaq istərdim ki, erməni əsilli ştat rəsmisi hələ 2013-cü ildə bu ölkənin nəqliyyat naziri qismində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün Azərbaycana girişi arzu olunmayan şəxslər siyahısına daxil edilib.
Ümumiyyətlə, Avstraliyadakı erməni lobbi qrupları son zamanlar Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan ikitərəfli münasibətlərdən narahatdırlar və bu münasibətlərin korlanmasına yönəlik addımlar atmağa cəhd edirlər. Lakin vurğulamaq istərdim ki, bu qrupların əsassız fəaliyyəti Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək.

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.