Azərbaycanca Russin English
Hot news:
» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi
» » Gilə ƏLİQIZI ŞEİRLƏR

Gilə ƏLİQIZI ŞEİRLƏR

GÖZLƏRİN...
Gözlərin - zirvə,
gözlərin - uçurum.
Düşdüm düşəcəm
ən dərinə,
gözlərindən ölüm
bəyəndim özümə
sevərək səni,
gözlərini...
YENƏ
Yuxu getmir gözümə,
Gecəm uzanıb yenə.
Ruhum dönüb keçmişə,
Ağlım dolanıb yenə.
Həsrət qəmlə yarışıb,
Sevinc dərdlə savaşıb,
Yaz çayı tək qarışıb,
Könlüm bulanıb yenə.
Enib dağların çəni,
Nisgil bürüyüb məni.
Anıb otüb-keçəni,
Gözüm sulanıb yenə.
Mənim biçarə könlüm,
Zülümdən seçib zülüm.
Təzədən yanıb külüm
Oda qalanıb yenə...
KAŞ...
Kaş Lacinin dağlarında
Əriməyən qar olaydım!
Kaş sevdanın ocağında
Soyumayan qor olaydim!
Kaş cicəklər solmayaydı,
Kaş ürəklər sınmayaydı,
Kaş ayrılıq olmayaydı,
O zalıma yar olaydım!
Kaş yanaydım yar odunda,
Öləydim yarın yolunda.
Kaş sevda, şeir adında
Xərclənməyən var olaydim!..
MƏN BÜTÜN...
Mən bütün şeirləri
eşqə dair,
Rastgələ yaşayan
Azad bir şair.
Sən isə heç
Şeir sevməyən,
Həyatı çərçivəyə sığdıran,
Plan,proqrama müntəzir.
Mən hüznə əyilmiş,
Səssiz, susqun biri.
Sən isə danışıb-gülən,
Göstəriş əsiri...
SƏN DEYİLSƏNMİ?!
Varammı deyirsən şeirlərində,
Məni şair edən sən deyilsənmi?!
Şeir deyə misra-misra yazdığım
Bitməyən mövzular sən deyilsənmi?! 
Hecaya, cümləyə, şeirə düzdüyüm,
Qələmə, kağıza səssiz dediyim.
Yazıb kitablara tarix etdiyim
Hüzünlü misralar sən deyilsənmi? !
İlham pərisinə dönən könlümdə,
Özündən iz qoyan bütün ömrümdə,
Səbəb eylədiyim hər şeirimdə
Ən zərif duyğular sən deyilsənmi?! 

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.