Azərbaycanca Russin English
Hot news:
» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi
» » BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin yekun qiymətləndirilməsinə dair müzakirələr aparılıb

BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin yekun qiymətləndirilməsinə dair müzakirələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin (UNAPF 2016-2020) yekun qiymətləndirməsini həyata keçirmək üçün ölkəmizə səfərə gəlmiş beynəlxalq məsləhətçi  Kristian Privat ilə görüş olub. 
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. Nazir müavini həyata keçirilən islahatlarda BMT qurumları ilə fəal əməkdaşlıq gündəliyinin olduğunu və ildən-ilə daha da genişləndiyini qeyd edib. 
Nazir müavini bildirib ki, Tərəfdaşlıq Çərçivəsi Sənədinin prioritetləri sırasında artan şaxələndirmə və layiqli əməyin təminatı prinsipini özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviq olunması, institusional potensialın gücləndirilməsi və səmərəli dövlət xidmətlərinin təşkili də yer alır. 
M.Kərimli bu sahələrdə Azərbaycanda aparılan islahatları diqqətə çatdırıb. Ölkəmizin iqtisadi inkişafının əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımların atılması ilə tamamlandığını vurğulayıb. O, DOST layihəsi əsasında ölkəmizdə dövlət sosial xidmətlərində innovativ yeniliklərə nail olunduğunu qeyd edib. DOST Agentliyinin, ilk DOST mərkəzinin fəaliyyəti barədə məlumat verib, həmçinin həssas qrupların əmək bazarına çıxış imkanlarının artırılması üçün aparılan işləri diqqətə çatdırıb. Birgə icra olunan layihələrin müsbət nəticələrindən bəhs edən nazir müavini ötən ilin dekabr ayında imzalanmış və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin önəmini vurğulayıb. 
K.Privat BMT qurumları ilə Azərbaycan arasında əməkdaşlıq təcrübəsinin ölkəmizin mili inkişaf prioritetləri üzrə uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, qiymətləndirmə işlərində də bu amilin diqqətdə saxlanmasının vacibliyini         qeyd edib.
Görüş BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədinin yekun qiymətləndirilməsinə dair müzakirələrlə davam edib.
AZƏRBAYCAN RESPUBLİKASI 
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN 
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.