Azərbaycanca Russin English
Hot news:
» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi
» » Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib

Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib


İyunun 13-də Azərbaycan – Avropa İttifaqı biznes forumu çərçivəsində biznes mühitinə, kənd təsərrüfatı, nəqliyyat və logistika, İKT və turizmə dair 4 panel müzakirə keçirilib.
Azərbaycanın biznes mühitinə həsr olunmuş panel iclasda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Mehman Abbas, Avropa İnvestisiya Bankının nümayəndəsi Jan-Jak Sulakrup, “KPMG Azerbaijan Limited” şirkətinin nümayəndəsi Fərid İsayev, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson müvafiq olaraq Azərbaycan iqtisadiyyatına, ölkəmizdə aparılan islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühitinə, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlərə dair fikirlərini bildiriblər. Vurğulanıb ki, Azərbaycanda həyata keçirilmiş islahatların fonunda təsadüfi deyil ki, ölkəmiz Dünya Bankının “Doing Business 2019” hesabatında 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, MDB ölkələri arasında lider, dünyanın ən islahatçı 10 ölkəsindən biri və ən çox islahat aparan ölkə hesab olunub. 
Kənd təsərrüfatına dair paneldə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, “Dövlət Aqrar Ticarət Şirkəti”nin direktoru Leyla Məmmədova və aidiyyəti şirkət nümayəndələri aqrar sahənin qeyri-neft sektorunun mühüm istiqamətlərindən olduğunu, bu sahənin ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edib, aqrar sektorda görülən işlər və həyata keçirilən layihələr, eləcə də aparılan islahatlar və onların nəticələri barədə məlumat veriblər. Bildirilib ki, ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsal edən Azərbaycan və Avropa İttifaqı arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
Nəqliyyat, logistika və İKT panelində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Fərhan Quliyev, Avropa İnvestisiya Bankının nümayəndəsi Katerina Barberis və bir sıra şirkətlərin təmsilçiləri Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-tranzit potensialı, nəqliyyat və logistikanın ölkə iqtisadiyyatının prioritet sahələrindən olmasından, bu sahədə Aİ ilə əməkdaşlıq imkanlarından danışıblar.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədr müavini Ceyhun Aşurovun, Azərbaycan Turizm Bürosunun  baş icraçı direktoru Florian Zenqstşmidin, “Abşeron Hotel Group”un baş direktoru Rodderiç Leflerin, “Chenot Palace Hotel”in baş direktoru Daniel Burkardın və sahibkarların çıxış etdiyi turizm panelində isə müvafiq sahənin inkişafı, ölkəmizin turizm cəlbediciliyinin artırılması istiqamətində görülən işlər və yaradılmış müasir infrastruktur barədə məlumat verilib.
Panel iclaslarda aidiyyəti sahələr üzrə Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.