Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Sabir Şirvanin şeirləri

Sabir Şirvanin şeirləri

Sabir Şirvan  (Zalov Sabir Əvəz oğlu) 1961–ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. “Gordubaba”, “Səs salma əsən külək”, “Eyvatlıdan Xələfliyədək” (müəlliflərindən biri) , “Ellər məni unutmayın” və “Könlümün közü” kitablarının müəllifidir. Dirili Qurbani Məclisinin yaradıcılarından biri və ədəbiyyat bölməsinin rəhbəridir.
Ağlaram
Düşməni dost bilmək ağlatdı məni,
Göz yaşım gözümü açar ağlaram.
Tənəzzül qəminə, yurd möhnətinə,
Olmuşuq elliklə düçar, ağlaram.
Dözüm xəcil eylər zülmə susanı,
Müşkülə çevirər tezi, asanı.
Belə davam etsə bu qəm leysanı,
Əqli-huş başımdan uçar ağlaram.
Cəhənnəm əzabin bu həyatda bil,
Dünya təcavüzün fərqində deyil.
İlan vuran yatdı, hər gecəm bir il, 
Yuxum gözlərimdən qaçar ağlaram.
Bəd gələn hər günü ömürlə ödə.
Susmagın fəlakət, dinməyin hədə,
Nə qarı düşmənə güc yetsin, nə də,
İçində düşmənlə bacar, ağlaram.
Sabirə qəbulmu qəlbin dağlamaq?
Gələn nəsillərə müşgül saxlamaq. 
Kişiyə münasib deyil ağlamaq,
Vətən həsrətiylə naçar ağlaram.
­­­­­­­­­­­­­­­­­Olacaq
Könül, əməlinlə yaşa dünyada,
Yaxşını bir xəbər alan olacaq.
Kiminin əzəli, kimin axırı,
Gülən də bir zaman nalan olacaq.
Bir halda Vətəndən uzaq uçmuşuq,
Möhnətə düçarıq, kədərə tuşuq.
Dövrün payızında köçəri quşuq,
Dəstədən ayrılıb qalan olacaq.
Elin boşboğazı, naqqalı çoxdur,
İndi biz hədəfik, tənələr oxdur.
Qorxmağın ölümə faydası yoxdur,
Allahın izniylə olan olacaq.
Dövran sitəmkardı, sinə dağlayar,
Zülümkar ağladar, məzlum ağlayar.
Xam düşsə gəvəzə basıb-bağlayar,
Sonda uydurduğu yalan olacaq.
Sabir, hər kəs ki, var, nisbətin olmaz,
Hər sözə dillənsən, ismətim olmaz.
Yüz sevinc payından qismətin olmaz,
Olsa, könlün evi talan olacaq.
                                    
­­­­­­­­­­­­­­­­­Yollar
Uzaq mənzillərə yol yoldaşıdır, 
Dünyanın köksündə dolaşan yollar.
Əzabkeş insanla, bir doğulubdur,
Ayrılan, birləşən, çulğaşan yollar.
Xırda ayağıyla qarışqalar da,
Bir yol-iz yaradar, bir cığır eylər.
Asan yaranmadı heç nə dünyada,
Həyat yaratdığın çox ağır eylər.
Yol var sonsuzluğa, yol var ürəyə,
Yol var yolçuluğu hörmət qısaldar.
Yol var dağ aşarsan, dərə keçərsən,
Ancaq ki, ömrünü söhbət qısaldar.
Sirli, müəmmalı tale yolu var,
Əzəli sevincdir, sonu qan-qada.
Bir şey mövcud deyil yollardan kənar,
Yolun yolçusudur, hər şey dünyada.    
Nə varsa birinci yollar daşıyır.
Cəvahir, ləl, inci yollar daşıyır,
Kədəri, sevinci yollar daşıyır.
Qocanı və gənci yollar daşıyır,
Yolların qəsdi yox, bəd niyyətlərin,
Oduna, qoruna düşübdü dünya.
Açılıb tor kimi, bu yer üzünə,    
Yolların toruna düşübdü dünya.
Yollar var yoxuşdu, ucaldar bizi,
Yollar var yoxuşdu, qocaldar bizi.
Yollar var enişdi, rahat gedərsən,
Yollar var enişdi, heyhat gedərsən.
Əbədi amalım, arzum, diləyim,
Fitnəyə aparan yollar bağlana.
Fərmanla təyindir taleyi yolun,
O hökmün sahibi qollar bağlana.
Çox çəkib başımız, az görməmişik,
Gedər-gəlməzliyə min qara yollar.
Qəsdi fitnədirsə, məramı məkir,
Birinci addımda qurtara yollar.
Dünya yaxşılardan xali deyildir,
Sanma ki, açıqdı tək dara yollar. 
Hələ tükənməyib, fani dünyada, 
Çıxar səadətə o ara yollar.
Mənzildən mənzilə,
Dənizdən dənizə,
Çirkabdan təmizə,
Apara yollar.
­­­­­­­­­­­­­­­­­­
Hürən itlər
İt var ki, qoruyan, it var vəfalı,
Atlını atından endirən it var.
Di gəl ki, vaxt-bivaxt hürüb insanı,
Əsəb köhləninə mindirən it var.
Yal versən yallanar,
                             arxanca yollanar.
Yazda tökər tükün,
                             payızda qıllanar.
Çox da seçməz yaxşını-pisi,
                            dostu düşmən görən itlər,
hürən itlər.
Hürməkdir itlərlə birliyi, 
                           budur köməyə çağrısı,
Həm özünə əziyyətdir,
                          həm kiməsə baş ağrısı,
Guya çoxların yeyibdi, 
                         guya ki, gəlib qapar.
Hürə-hürə nəhayət,
                         özünə yoldaş tapar.
Bircə dəfə acıqlansan,
                         qaçıb dama girən itlər,
                                            hürən itlər.
Pis pisliyindən qalmaz, 
                          sən də yaxşılıqdan doyma,
“İtlə dostluq eylə, 
                           ancaq, 
                                  çomağı əldən qoyma”.
Saymaz dolana-dolana,
                           toyuqdan-çücədən 
                                 yaxalayib yıxar.
Kürsək vaxtı cəm olub,
                           hər keçənə kəm baxar.             
Bir nataraz gəlib çıxsa,
                           düşər pərən-pərən itlər,
hürən itlər.
Bir maneə yaratmırsa,
                           baxa-baxa sarban keçər.
Kimsəni yoldan əyləməz, 
                  “it hürər, karvan keçər”. 
Cəmiyyətə əngəl deyil, 
                           hürürsə qoy bir az hürsün,
Bəlkə həyat tərzidi bu,
                           bəlkə elə tökür hirsin,
                                  belə ömür sürən itlər,
hürən itlər.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.