Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ənvər Şıxların şeirləri

Ənvər Şıxların şeirləri

Ənvər Şıxlar  (Mehdiyev Ənvər Ağalar oğlu) 1939 –ci ildə Cəbrayıl rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. “Mən də bir ünvanam ünvan içində”, “Didərgin duyğular”, “Söz cığırım, öz cığırım”, “Boynubükük həsrətim” və “Sinəmdə sızlayan sevda” kitablarının müəllifi, Dirili Qurbani Məclisinin üzvüdür.
Xəbərim olmayıb özümdən mənim
Şahdağın döşündə sinəmə doldu,
meh busə götürdü üzümdən mənim.
Həsrət odum yal-yamaca dağıldı,
lalələr qızardı közümdən mənim!
Kəklik səsi qayalarda görüşdü,
geri dönüb qulağımla öpüşdü!
Köçaşanın gəzi yadıma düşdü,
göz yaşım selləndi gözümdən mənim!
Təzə çəhlim ilə bir gəzə çıxdım,
qızıl şəfəqlərin əlinı sıxdım!
Sağ-sola boylanıb, ətrafa baxdım,
gördüm ki,çiçəklər dizimdən mənim! 
Əl atıb bir çiçək üzə bilmədim,
bu saf gözəlliyi poza bilmədim!
Yaşıllıq içində gəzə bilmədim,
çəmənlik küsərdi izimdən mənim! 
Ənvər Şıxlar, xəyallara dalmışam,
gözəllik “Şah!” deyib - mən mat olmuşam!
Bir daş üstə oturulu qalmışam,
xəbərim olmayıb özümdən mənim!
Özüm-özümdən ayrılmaz
Nahaq deyəni qınarıq,
düzüm-düzümdən ayrılmaz.
Alışsaq birgə yanarıq,
kozüm-közündən ayrılmaz!
Ürək, sən, mən-üçümüz bir,
Savabımız, suçumuz bir!
Yolumuz bir, köçümüz bir,
izüm-izindən ayrılmaz!
Xoş qisməti Haqdan gəlir,
nə gəlsə qənimət bilir.
Təbəssümü, kədəri bir,
üzüm-üzündən ayrılmaz!
Ya şər olsun, ya da xeyir,
ikisi birdən səslənir.
Hər nə desə qoşa deyir,
sözüm-sözündən ayrılmaz
Nə vaxt hicran yolu kəsər,
Zərrəcə eləməz əsər!
Baxışlar bir-birın gəzər,
gözüm-gözümdən ayrılmaz!
Bir eşqə olmuşuq şərik,
Əhdə sadiq bir bəşərik.
Təklənmirik cəmləşərik!
Mən, sən bizimdən ayrılmaz!
Arzu, dilək baxmaz yaşa!
Xoş gəlişi bir tamaşa!
Əzabı çəkərik qoşa,
Dözüm-dözümdən ayrılmaz!
Alqışı, qınağı birdir,
Ənvər, kf-damağı birdir!
Sinə iki, dağı birdir,
Özüm-özündən ayrılmaz!
Dərdini çəkə bilmirəm
Bütöv ömür boyu yandırar məni,
közümün dərdini çəkə bilmirəm!
Halım yoxdur, tabım yoxdur əzaba, 
dözümün dərdini çəkə bilmirəm!
Buludun göz yaşı vurub, sozalıb,
külək nə deyibsə, xəyala dalıb.
Görüş yerimizdə o da tək qalıb,
izimin dərdini çəkə bilmirəm!
Baxışların məndən qabaq yüyürür,
diqqətrimi arxasınca sürüyür.
Hara baxıramsa tək səni görür,
gözümün dərdini çəkə bilmirəm!
Dindirirəm dinmir məndən küsübdür,
busə yeri səni qəribsəyibdir!
Soqqultunu⁕ sifətimə düzübdür,
üzümün dərdini çəkə bilmirəm!
Əlimdə qələm də yanır oduma,
üz tuturam o da çatmır dadıma!
Səndən başqa, kəlmə düşmür yadıma,
sözümün dərdini çəkə bilmirəm!
Həsrət hicranının əlini sıxıb,
Ənvərin sinəsin yandırıb yaxıb.
Dərdin başqa dərdə gülləsin sıxıb,
özümün dərdini çəkə bilmirəm!
⁕ Soqqultu - sızlamaq
Görüm
Qəbahət sayılan söz deyiləndə
istəyirəm yanağında al görüm.
Söz dolanıb sevgi üstə gələndə
sus danışma, qoy dilini lal görüm.
Gözəlliyə qarşı beləyəm, buyam:
inanma ki, onu kimsəyə qıyam!
Gərək bir əbədi keşikçi qoyam,
istəmirəm çənən üstə xal görüm.
Mənə xoş gəlməyə yönəlsin cəhdin,
çalış sədaqətə bələnsin Əhdin!
Tək mənimlə elə danış, elə din,
hər kəlməndəşəkər görüm, bal görüm.
Söz atmağa aman vermə heç kimə,
zəriflik göstərmə hər ağlı kəmə!
Mənə öz sevgini dilinlə demə,
oğrun baxışlarla nəzər sal, görüm.
Bu istəyə qayğı olsun gözündə,
təbəssümün çiçək açsın üzündə.
Döyünəndə “Ənvər”-desin nəbzin də,
bu sevgiyə bir “Kərəmi” çal görüm! 
Yerinə mən olaydım 
Allahı öz qüdrətisən,
möcüzəsi, hikmətisən.
Bu dünyanın cənnətisən,
yaz, yerinə mən olaydım!
Şumşad əlləri bəzərsən,
mərmər sinədə gəzərsən.
Cüt nar üstə bəxtəvərsən!
saz yerinə mən olaydım!
Gözəlliklər axtararsan,
hardadırsa orda varsan!
Lal dil iləona yarsan, 
göz yerinə mən olaydım!
Sığallısan, təzə-tərsən,
öpüşlərə bir nəmərsən!
Dodaqlardan bal əmərsən,
üz yerinə mən olaydım!
Dad qatarsan bal dillərə,
inam gələr könüllərə!
İlk elçisən könüllərə, 
söz yerinə mən olaydım!
Cavanlıq
Ömürlər içində bir qırıq ömrü,
özünə kifayət bildi cavanlıq.
Kövrək qocalığa yoldaş olmadı,
cəhdinə arxadan güldü cavanlıq.
Sutək axıb alçaqlığa tökülməz,
məğrur zirvələrdən enməyi bilməz!
Şux vüqarı şah önündə əyilməz!
Gücünə güvənən didir cavanlıq!
Saflıq görsə, etibarı qırılmaz,
ürəyində ehtiyaca daralmaz!
Tikər, qurar, yollar çəkər, yorulmaz!
Xariqə yaradan əldir cavanlıq!
El içində yayınmaz bir diqqətdən,
qəlbinə gün doğar ilk məhəbbətdən!
Ay ənvər heç vədə düşməz qiymətdən,
incidir, gövhərdir, ləldir cavanlıq.
Bəsimdir
Heç nə istəmirəm mən gəlişindən,
Gətirdiyin tək könülsə, bəsimdir!
Açıq qaş-qabaqla qarşıla məni,
Gəlişimə üzün gülsə, bəsimdir!
Mürgüləmiş xatirələr oyansa,
əndamın hicrandan alışıb yansa,
qayğıların pişvazımda dayansa,
çəkdiyim əzabı bilsə, bəsimdir!
Mənə qəm, kədərli mahnı oxuma,
həsrətinlə haram qatma yuxuma!
Qəlbin başqa umacağı yox uma,
qulağıma səsin gəlsə, bəsimdir!
Görüş yeri bizi görübdü qoşa,
bu görüşü qərq eləyib alqışa!
Ürəyindən ürəyimə birbaşa
istəyinlə yol çəkilsə, bəsimdir!
Çöl seçilər çiçəyiylə, gülüylə,
qiymətli daş gövhəriylə, ləliylə.
Doğru eşqin, sədaqətin əliylə
Ənvərdən şübhəni silsə, bəsimdir!
Təzələndi
Ömrə yenə gəldi Novruz bayramı,
Bahar qədəmində il təzələndi.
Yenidən sevincə bələndi hər yer,
Çıçəklər sevindi , çöl təzələndi!
Məhəbbət ələndi sevən könüldən,
Gözəllik car oldu güllü fəsildən!
Al-yaşıl donunu geyindi çəmən,
Bülbül cəh-cəhindən gül təzələndi!
Bayrağın havaya qaldırdı lalə,
çiçəklər: üz! – dedi ötən gözələ.
Çəməndə qarışdı bu gül o gülə!
Çiçək dəstəsindən əl təzələndi!
Buludlar toqquşdu, şimşəklər çaxdı,
zirvələr boylanıb, arxadan baxdı.
Dərələr suları pişvaza ç.xdı,
bu haydan, haraydan sel təzələndi!
Sürüşdü başından dağların çətri,
aləmi götürdü gül, çiçək ətri.
Yazan qələmlərin xoş oldu xətri,
kəlmələr ballandı, dil təzələndi!
Gəl, incitməyək
Ay istəyim, qabağına çıxmayaq,
əsən həzin mehi gəl, incitməyək
Səsə bulaq üstə yaxınlaşmayaq,
Ordakı qəh-qəhi gəl, incitməyək!
Gecənin saf nəfəsindən süzülüb,
ilkin istəyindən əli üzülüb.
Dənə-dənə, yan-yanaşı düzülüb,
mirvari təsbehi gəl, incitməyək!
Əlvan çiçəklərlə durub yanaşı,
aləmi bəzəyib lalə naxışı!
Onsuzda dağlıdır bağrının başı,
o qızıl qədəhi gəl, incitməyək!
Qayada əks edir kəklik nəğməsi,
təzəcə coşubdur bülbül həvəsi!
Bizi görən kimi kəsəcək səsi,
o şirin cəh-cəhi gəl, incitməyək!
Şəfəqlər yayılır dağa, dərəyə,
Ənvər, zirvə baldır, bilmirəm niyə?
Bəlkə, o da matdır bu gözəlliyə!
Dillərdə bəh-bəhi gəl, incitməyək!
Dünyanın
Yaranandan bir hökm ilə fırlanır,
Həm yayı var, həm də qışı dünyanın.
Ölkələr var. od-alova qalanır,
Yamanca qarışıb başı dünyanın!
Hər gələn sirrinə məəttəl qalır,
kimi vaxtsız gedir, kimi qocalır.
Tarix xalçası da min rəngə çalır,
hər ömür də bir naxışı dünyanın.
İstəyi, diləyi həmşə belədir:
Hər şeyə biganə, özünü güdür!
Bazarına gələn əliboş gedir,
qazandığı bir göz yaşı dünyanın!
Qaydalar içində öz qaydası var,
dünyalar içində öz dünyası var.
Nə qohum-qardaşı əqrabası var,
bir əlidir, bir öz başı dünyanın!
Ənvər, gəlib –gedən kimdir, soruşmaz,
heç kəsin gördüyü işə qarışmaz!
Əbədilik istəyənlə barışmaz,
yox daimi vətəndaşı dünyanın!
Sevindi
Yaz günündə bizi birlikdə gördü,
çəmən  də sevindi, çöl də sevindi!
Mən budağı əydim, sən gülü dərdin,
budaq da sevindi, gül də sevindi!
Oturduq çəməndə qabaq-qabağa,
heç nəyə də qoyulmadı qadağa!
Can cana qovuşdu, dodaq dodağa!
Kəlmədən bal axdı, dil də sevindi!
Meh dəydi, qıvrım saç üzə töküldü,
Qara xalın bu saçlara büküldü.
Məni görüb çaçlar geri çəkildi,
Üzün xoşhal oldu, tel də sevindi!
Yaxşı ki, həsrətdən əlim üzüldü!
Qəlbimin istəyi bir-bir çözüldü.
Qayğılarım misralara düzüldü
Qələm də sevindi, əl də sevindi!
Elə ki, baxışın üstümdə çaxdı,
Hara getdim xeyir qarşıma çıxdı!
Günlərim üzümə sevinclə baxdı,
Ay Ənvər aylar da, il də sevindi!

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.