Azərbaycanca Russin English
Hot news:
» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi
» » Yaradıcı nəslin qurub-yaradan nümayəndəsi: Cavid Qurbanov

Yaradıcı nəslin qurub-yaradan nümayəndəsi: Cavid Qurbanov

XX əsrin doxsanıncı illərində xalqın çağırışına əsasən yenidən siyasətə qayıdaraq tezliklə hakimiyyətin ən ali vəzifəsinə seçilən, dövlət müstəqilliyimizi inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin başladığı, o böyük tarixi şəxsiyyətin siyasi-dövlətçilik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasını inkişaf etmiş dünya dövlətləri səviyyəsinə çatdıran Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinin sadiq “əsgər”lərindən biri kimi Cavid Qurbanovun fəaliyyəti haqqında yazmaq çox çətindir. İctimaiyyətimiz üçün hər zaman açıq olan, şüurlu fəaliyyətini ölkəmizin iqtisadi-siyasi dirçəlişinə yönəldən və ona etimad göstərilən sahələrin hər birində ölkə rəhbərliyinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən dövlət adamı, texnokrat məmur olaraq hər zaman geniş ictimaiyyət üçün açıq iş prinsipləri ilə fərqləndiyinə görə hansısa gizli “sirri” yoxdur deyə, jurnalistlərin qələmini “sındırmış” olur.
Azərbaycanda onun kimi cəmiyyətə, mediaya açıq olan az sayda publik şəxs, vəzifəli məmur, millət vəkili tapmaq olar. Ulu Öndər Heydər Əliyev cənablarının dövlətçilik idealogiyasına sadiq qalan, Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə yerinə yertirən, iqtisadiyyatımızın nəqliyyat sektoruna, sözün yaxşı mənasında, peşəkarlara xas damğasını vurub Cavid Qurbanov!
Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya gəlib: o torpaqlarda babası ustad və yaradıcı aşıq Dədə Şəmkirin məzarı Yeddiqardaş dağındadır ki, Qarabağ, Qərbi azərbaycanlıların, xalqımızın müqəddəs and yerlərindən biri kimi tanınır. Xalqımızın ləyaqətli oğlu, millət vəkili Cavid Qurbanov Ağdabanlı şair Qurbanın nəticəsi, ustad yaradıcı aşıq Dədə Şəmşirin müqəddəs ocağının işığını yaşadan, şair-publisit Qənbər Şəmşiroğlunun övladı olaraq estetik sözü, fəlsəfi fikri, ədəbi düşüncəni, elmi təfəkkürü uca tutan ziyalılarımızdan, dövlət adamlarından biri kimi Kəlbəcər həsrəti, Qarabağ dərdi ilə yaşayır. Əbəs yerə deyil ki, o, hər zamandoğma yurdlarından didərgin düşmüş insanlarla görüşür, məcbruri köçgün həyatının ağrıları ilə qovrulan kəlbəcərliləri sabaha ümidli olmağa çağırır. Əbəs yerə deyil ki, Yeni Azərbaycan Partiyası 123 saylı Kəlbəcər seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülərkən hər dəfə Cavid Qurbanov gəlbəcərlilərin mütləq səsini qazanaraq deputatlığa layiq görülür...
Filoloq olaraq elmi-ədəbi yaradıcılığımın böyük hissəsi Kəlbəcər aşıq və ədəbi mühitinə, tarixinə aid olduğundan, ustad Dədə Şəmşir və onun yaradıcılıqla məşğul olan nəslin nümayəndələri haqqında geniş məlumatlar toplamışam. “Kəlbəcərin saz qalası” (ön sözün müəllifi: xalq yazıçısı Anar), “Arı çiçəyə gəlib” (ön sözün müəllifi: AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov), “Sən dağlardan ayrılmadın” (ön sözün müəllifi: akademik Vasim Məmmədəliyev), “Sazımız ağlayır dağlar başında” (elmi redaktoru: akademik İsa Həbibbəyli) kitablarım bölgəmizin ağsaqqalı, ustad sənətkarımız Aşıq Şəmşirin yaradıcılığına, o cümlədən, bütövlükdə Kəlbəcər ədəbi mühitindən bəhs edir. “Səməd Vurğun–Aşıq Şəmşir” dastanı adlı (elmi redaktoru: professor Füzuli Bayat) filoloji-elmi araşdırmasında XX əsr Azərbaycan poeziyasının iki qolu – peşəkar yazılı ədəbiyyat və aşıq sənəti müqayisəli təhlilə cəlb edərkən də bu nəslin Azərbaycan tarixində və ədəbiyyatında, mədəniyyətimizin hamisi  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi sərvətləri siyahısına daxil etdiyi milli aşıq sənətindəki rolunu dəyərləndirmişik. 
Son dərəcə təvazökar şəxs kimi tanınan texniki elmləri namizədi C.Qurbanov 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmış, daha sonralar Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda əmək fəaliyyətini davam etmiş, "Azərnəqliyyattikinti" Trestinin avtobazasında baş mexanik, rəis müavini vəzifələrində işləmişdir. "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor olmuş, "Azəravtoyol" Dövlət Şirkətində prezident, "Azərərzaqnəqliyyat" Birliyində direktor kimi çalışmış, Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsin başçılıq etmiş, "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis, "Yolnəqliyyatservis" Departamentinin rəhbəri, Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevralından "Yolnəqliyyatservis" Departamentinin, sonralar "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutmuşdur. 123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür. 9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. 12 oktyabr 2016-cı il tarixindən isə Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib. 18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib...
Bəli, belə şərəfli həyat və fəaliyyət yolu keçmiş şəxsiyyət hər bir azərbaycanlı valideyninin öz övladına arzuladığı ömürə malikdir ki, bu da Cavid Qurbanovu yaradıcı nəslin layiqli nümayəndəsi kimi nəinki seçkilərinə, həm də xalqımıza sevdirib. O, elə şəxslərdəndir ki, məhsuldar fəaliyyəti, ciddi iş prinsipləri, çoxillik peşəkar təcrübəsi ilə Ümummilli Lider Heydər Əliyev siyasi-dövlətçilik məktəbinin dəyərli üzvü olaraq dövlət başçımızın bütün tapşırıqlarını ləyaqətlə yerinə yetirir.
Cəmilə (Çiçək)  İsbəndiyarova,
filologiya üzrə fəlsəfə doktoru, 
AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.