Azərbaycanca Russin English
Hot news:
» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi
» » İş prinsipləri - təcrübəsi nümunə göstərilməli məmur: Asif Əsgərov

İş prinsipləri - təcrübəsi nümunə göstərilməli məmur: Asif Əsgərov

Azərbaycan insanı hər zaman ideal, kamil, mükəmməl, müsbət, yaxşı saydığını xaricdə, vətəndən kənarda axtarmağa üstünlük verməsi ilə xarakterizə olunur. Bəlkə də milli-ictimai düşüncəmizin həmin mədəni-sosial kompleksindən irəli gəlir ki, tarix boyu uzun müddət özümüzün siyasi dövlətçiliyimizlə kifayətlənmədiyimiz başımıza həmişə bəla olub. Tarixən vaxtaşırı sərhədlərimizdən kənardan gələn, “ixrac olunan” fərqli – fars, yunan-Roma, ərəb, monqol-tatar, rus-sovet imperiya siyasətlərinin qurbanlarına çevrilmişik. Xaricdəkilərin işğalına məruz qaldığımızdandır ki, əsrələr boyu həmin fərqli nəhəng dövlətlərin əsarətində inildəmişik, əyalət kimi tanınmışıq, inkişafımızdan geri qalmışıq. 
Amma xalqımız çox böyükdür, millətimizin ictimai-siyasi, sosial-mədəni dəyərləri o qədər genişdir ki, tarix boyunca işğalçı imperiyaları yola salmışıq. Böyük sərkərdələrimiz qəhrəman sərkərdə Babək, şah babamız Xətai, igid hökmdar Nadir şah kimi imperiyaları məğlubiyyətə uğtratmış, xalqımızın milli-azadlıq hərakatını qələbələrlə sonlamış, ictimai-siyasi görüşlərini reallaşdırmışıq. Bir sözlə, tarixən sübut etmişik ki, müstəqil olmayan ölkənin dahi şəxsləri, dəyərli övladları, igid qəhrəmanları, yaradıcı dühaları ortaya çıxa bilməz. 
Bu materialda peşəkar dövlət xadimi kimi fəaliyyəti haqqında yazdığımız, rəhbərlik etdiyi rayona adı verilmiş böyük Nəsiminin bu misralarını sanki o mental kompleksimizin fəlsəfəsi kimi yoza bilərik: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam...”  
XX əsrin əvvəlində və sonunda ikiyə bölünmüş Azərbaycanımızın bu tayında bərpa etdiyimiz dövlət müstəqilliyimizin bəhrələrini yaşadığımız yüzilliyin əvvəllərindən etibarən daha qabarıq görməyə başladıq.  Həm 1918-1920-ci illərdəki siyasi romantizmimizin təzahürü kimi qurduğumuz Azərbaycan Xalq Cümhuriyyəti, həm də 1990-cı ildən genişlənən xalq hərəkatımızın qəhrəmanları xaricdən gələnlər deyil, aramızda yetişən, 50 milyonluq Azərbaycan insanındır. Ötən əsrin doxsanıncı illərinin ortalarında xalqın çağırışına əsasən yenidən hakimiyyətə qayıdan, dövlət müstəqilliyimizi genişləndirərək inkişaf etdirən Ümummilli Lider Heydər Əliyev, həmçinin, dahi rəhbərimizin siyasi-dövlətçilik irsinin layiqli davamçısı, ölkəmizi modern dünya dövlətləri səviyyəsinə qaldıran Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinin məntiqi nəticələridir ki, Azərbaycan insanı özünə, dövlətinə, xalqına, vətəninə sonsuz inam, dərin sayğı, möhkəm ehtiramla yanaşmağa başladı... 
Vətəndaşlarımız sosial şəbəkələrdə tez-tez qonşu Türkiyənin, yaxud yüzillərlə demokratik ənənləri olan Qərb ölkələrinin hər hansı bir qeyri-adi hərəkəti ilə tanınan dövlət məmurunun müsbət addımlarını, layihələrini nümunə göstərməyi xoşlayır. Əslində, onlar bir qədər özümüzkülərə diqqət ayırsalar, sıravi insanlardan tutmuş, iş adamları, gənclər, məmurlara qədər illərdir ölkəmiz üçün, zərrə qədər də olsa, müsbət iş görən şəxslərimizi dəyərləndirsək, millətimizin özünəinamı daha da artar, o gözəl əməl sahibləri böyük həvəslə onlara tapşırılan, yaxud öhdələrinə qoyulan vəzifələri həyata keçirmələri üçün onlara əla motivasiya verərlər.
Ulu Öndərimiz Heydər Əliyevin həmişəyaşar idealogiyasına sadiq qalan, ölkə rəhbəri İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə yerinə yertirən, eləcə də Azərbaycan Respublikasının I Vitse-Prezidenti, mədəniyyətimizin böyük hamisi Mehriban xanım Əliyevadan nümunə götürən, yorulmaz məhsuldar fəaliyyətini qurub-yaratmağa, abadlıq işlərinə həsr edən dəyərli dövlət məmurlarımızndan biri də Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərovdur.  
Böyük şairimizin adını daşıyan, paytaxtımızın strateji rayonlarından biri sayılan, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi kimi nüfuzlu beynəlxalq və mötəbər milli tədbirlərin keşirildiyi arenaya çevrilmiş planetarsəviyyəli unikal tikililərin yerləşdiyi Nəsimi rayonunun Bakının döyünən ürəyinə çevrilməsi, söz yox, ölkə rəhbərliyinin daimi diqqəti, xüsusi qayğısının nəticəsi olsa da, verilən əmrləri, tapşırıqları dəqiq yerinə yetirən, layihələrin reallaşmasında təcrübəsini əsirgəməyən Asif Əsgərovun xüsusi rolu danılmazdır.
Bütün şüurlu həyatını Azərbaycan dövlətçiliyinin inkişafına sərf etmiş A.Əsgərov 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində dünyaya göz açmışdır. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirdikdən sonra 1989-cu ildən əmək fəaliyyətinə başlamışdır. O, əvvəlcə Respublika ÜOEUGİM-də təlimatçı-metodist, məşqçi, 1991-ci ildən isə həmin məktəbin direktoru vəzifələrində çalışmışdır. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində fəaliyyət göstərmişdir. Bəlkə də ona həvalə edilən işləri, layihələri layiqincə yerinə yetirdiyinə, etimadları doğrultduğuna görədir ki, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Asif Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Tez-tez Nəsimi rayonunun sakinləri ilə görüşərək onların çoxsaylı xahişlərini, rəy və təkliflərini dinləyən, bunlardan iş prinsiplərində, məhsuldar fəaliyyətində yararlanan A.Əsgərov, eyni zamanda, elmi-pedaqoji yaradıcılığından da geri qalmır, elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, respublika dərəcəli hakim kimi idman sahəsində peşəkar ictimai xadim kimi tanınır.
Bu baxımdan düşünürük ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin ötən seçkilərdən sonra bəyan etdiyi demokratik siyasi-dövlətçilik islahatlarının növbəti mərhələsində məhz belə peşəkar, intellektual dövlət məmurlarına ehtiyac duyulur.  Çağdaş dünyada ciddi iqtisadi-siyasi münaqişələr baş verdiyi bir vaxtda Azərbaycanda genişlənməkdə olan uğurlu islahatlarla zamanı etimad göstərdiyi peşəkar dövlət məmurlarından biri də məhz Asif Əsgərovdur. 
Onun rəhbərliyi altında Nəsimi rayonunun hər tərəfində genişmiqyaslı yenidənqurma, qurub-yaratma, geniş miqyaslı işlərin aparılması gözümüzün önündədir. Nəsimi rayonunda zamanın tələblərindən irəli gələn layihələr sürətlə həyata keçirilir. Azərbaycanımıza, paytaxt Bakıya gələn xarici qonaqlar, turistlər, mühacirət həyatını yaşayan soydaşlarımız, bir sözlə, şəhərimizə ayaq basan hər kəs Nəsimi rayonunda aparılan işlərin yüksək səviyyədə, beynəlxalq standartlara tam uyğun getməsi haqqında ürəkdolusu danışa bilir. 
Bakının mərkəzi rayonlarından biri sayılan Nəsimidəki sabiq Sovet İttifaqından qalma, zamanın müxtəlif aşınmalarına tuş gəlmiş köhnə fabrik və zavodların paytaxtımızdan kənara köçürülməsi, əyri-uyru dar yolların genişləndirilməsi, yataqxana və köhnə, üç-beş mərtəbəli tikililər əvəzinə hündürmərtəbəli göydələnlərin ucaldılması, yeni parkların salınması, Ziya Bünyadov adına prospektin boyunca xırdavat dükanlarından ibarət mini-bazaraların dəyişdirilərək iri ticarət mərkəzlərinə, yeni iş yerlərinə çevrilməsi, rayonun hər yerində abad həyətlərin, uşaq şəhərciklərinin yaradılması kimi onlarla layihələr, eləcə də dövlət bayramlarının, əlamətdar günlərin, tarixi şəxslərin yubileylərinin xüsusi təmtəraqla, geniş ictimaiyyətin, xüsusən də gəclərin iştirakıyla qeyd olunması, sözsüz, Asif Əsgərov, eləcə də onun rəhbərliyi altında fəaliyyət göstərən komanda üzvlərinin saysız uğurlarından xəbər verir.
Yazımızın əvvəlində sadaladığımız bütün bu cəhətlər, əslində, dövlətimizin güclənməsi üçün əlindən gələni əsirgəməyən məmurların xalqa xidmətindən, müsbət işlərindən, gözəl əməllərindən, yorulmaz fəaliyyətlərindən nümunə göstərilməsinin tərəfdarı olduğumuzu vurğulamaq istəyirik. 
Yeri gəlmişkən, dərindən düşünəndə, xaricdən gələn əcnəbilər bizim həllini gözləyən bir sıra problemimizi həll edən deyil. Hər hansı bir qüvvənin öz məxsüsi maraqları olur. Əksinə, dəyərli insanlarımızı, vicdanlı məmurlarımızı, xeyirxah əməllər sahibi kimi tanınan şəxslərimizi yeniyetmələrimizə - gənclərimizə nümunə, ibrət göstərməliyik ki, yeni nəslin çılğın nümayəndələri özləri üçün ideal, kumir götürdükləri fərdləri, qəhrəmanları əcnəbilərin arasından axtarmasınlar, əksinə, nəzər-diqətlərini millətimizin belə dəyərli şəxslərinə yönəltsinlər. Zənnimizcə, bu şəxslərin sırasında gördüyümüz elə şəxsiyyətlərdən biri də illərin sınanmış peşəkar dövlət məmuru kimi nüfuz qazanmış Asif Əsgərovdur. O, elə şəxslərdəndir ki, çoxillik yorulmaz fəaliyyəti, ciddi iş prinsipləri, məhsuldar məmurçuluq təcrübəsi Ümummilli Lider Heydər Əliyev siyasi-dövlətçilik məktəbinin tələblərinə tam cavab verir!
Cəmilə (Çiçək)  İsbəndiyarova,
“Milli Zəka” jurnalının,  “Zəka işığında” saytının təsisçisi və baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.