Azərbaycanca Russin English
Hot news:
» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army
» » “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “İxrac strategiyası” mövzusunda təlim keçirib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “İxrac strategiyası” mövzusunda təlim keçirib

            İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə  “İxrac strategiyası”  mövzusunda maarifləndirici seminar keçirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə təlimi giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində  köklü islahat tədbirləri həyata keçirilib. N.Hacızadə qeyd edib ki, belə təlimlərin mütəmadi keçirilməsində məqsəd ixracatçı sahibkarlara ölkədə aparılan iqtisadi islahatlar, ixrac prosedurlarında olan yeniliklər haqqında, o cümlədən, yerli məhsulların xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması və sadələşdirilməsi barədə məlumat verməkdi.
Təlim zamanı ticarətlə məşğul olmaq istəyən sahibkarlara ixrac strategiyasının çərçivələri, ixrac ölkələrində doğru seçim qaydaları izah edilərək, beynəlxalq ticarətin ölkəmiz üçün əhəmiyyəti, ixraca təsir edən amillər, ixrac strategiyalarının seçimi, ixrac üçün planlaşdırılan məhsulların seçimi zamanı əsas tələblər, markaların standartlara uyğunlaşdırılması, görüntü və qablaşdırma, ixrac zamanı markaların adaptasiyası, təbliğat - təşviqat, marketinq kommunikasiyaları kimi mövzularında geniş müzakirələr aparılıb.
Seminar “Azərsun Holdinq” İnnovasiya və Marketinq departamentinin rəhbəri Ellada Əliyeva tərəfindən aparılıb. O öz çıxışında qeyd edib ki, bütün sahələrdə baş verən dinamik dəyişikliklər dünya iqtisadiyyatından da yan keçməyib və ona görə də hər bir şirkət öz üzərində bu dəyişimi hiss etməli, buna görə hərəkət etməlidir. Düzgün, vaxtlı-vaxtında qurulan ixrac strategiyaları, ixrac arsenalının genişlənməsi və ixrac olunacaq potensial ölkələrin standart tələblərinə uyğunlaşan, bu istiqamətdə çalışıb yaradılan məhsul portfelləri, məqsədyönümlü qurulmuş təbliğat-təşviqat fəaliyyəti qeyd edilən məqsədlərə çatmaq üçün atılan ən önəmli addımlardandır.
Təqdimatdan sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 fevral 2017-ci il tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb. 
Zənurə Talıbova  /PR menecer

Rəy: 0
Rəy əlavə et