Azərbaycanca Russin English
Hot news:
» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army
» » "Günəşin Nuru" layihəsinin ikinci təqdimatı Gəncədə oldu...

"Günəşin Nuru" layihəsinin ikinci təqdimatı Gəncədə oldu...

24 fevral tarixində Gəncə Şəhər Mərkəzi Kitabxanasında gənc şairə Esmira Günəşin rəhbərliyi ilə "Günəşin Nuru" antologiya kitabının ikinci təqdimatı keçirildi. İlk öncə layihə haqqında qısa xatırlatma verək ki, layihənin məqsədi istedadlı gəncləri bir araya toplayıb, onların şeirlərini kitaba salmaq və Azərbaycanın bütün bölgələrində kitabxanalarda təqdimatlar keçirərək oxucularla şairləri görüşdürmək, kitabxanalara marağı artırmaq və gənclərə dəstək olmaqdır. Bu niyyətlə də şairlərimiz ilk təqdimatı Bakı şəhəri Xətai rayon Mərkəzləşmiş Kitabxanada keçirdikdən sonra Gəncə şəhərinə üz tutdular. 24 fevral tarixində Gəncədə baş tutan təqdimatda AYB Gəncə bölməsinin dəyərli şairlərindən Qədir Mehdiyev, Aləmzər Alizadə, Saleh müəllim, Zahir Şirani, Murov Dağlı, Cahandar Aybər, Şəmkirdən gələn gənc şair Kənan Ziya, Qızılca rayonunun məktəb direktoru və dəyərli şair Seyidov Zahir, Gəncə şəhər Elm Mərkəzinin dəyərli nümayəndəsi Quliyeva Ruziyyə xanım, Gəncə Dövlət Universitetinin müəllimləri Hüseyn Bəxtiyarlı və Ümid İsmayılov, Qərb regionunun rusdilli azad jurnalisti Mahir Ozanlı, 21 saylı pilot məktəbdən Esmira Günəşin orta məktəb müəllimlərindən Kərimov Hümbət və Musayeva Cahan, Gəncə Şəhər Mərkəzi Kitabxanasının əməkdaşları İsgəndərova Gülnaz, Rəhimova Ellada, Həsənova Nərmin, "Bilgə" hazırlıq kursunun müəllim və şagird kollektivi, eləcə də gənc şairlərimizin şeirlərinə dəyər verən bir çox oxucular iştirak edirdilər. 
     Tədbir "Günəşin Nuru" antologiyasının Bakıda keçirilən ilk təqdimatının görüntüləri ilə başladı. Sonra Esmira Günəş kitab haqqında qonaqları məlumatlandıraraq qeyd etdi ki, "Günəşin Nuru" antologiyasında Azərbaycanın müxtəlif bölgələrində və hətta xaricdə yaşayan həmkarlarımızın da şeirləri var. Asif Əliyev Lerikdən, Aysel Nəsirzadə Bakıdan, Ceyhun Şirvani Şamaxıdan, Çiçək xanım Xırdalandan, Çingiz Səmədli Yardımlıdan, Esmira Günəş  Gəncədən, Humay Nur Naxçıvandan, Xalidə Abdullayeva İrandan, İmran Aşiq Şirvandan, Mahir Munis Mingəçevirdən, Manya Səxavətqızı Bakıdan, Mirşən Xəyal Rasiyadan, Murad Ömər Ağsudan, Nicat Ağayev Rasiyadan, Orxan Əkbərov Lerikdən, Orxan Məmmədov Tərtərdən, Saleh Mehdizadə Qubadan, Tural Nəqşicahan Naxçıvandan və Vüsalə Hikmət Masallıdan qatılaraq antologiyada iştirak etmişlər. Gəncələrin həmrəy olaraq belə gözəl bir layihədə bir araya gəlmələri hər kəsi sevindirmiş, təqdimat zamanı çıxış edən dəyərli ziyalılar onların şeirlərini dinləyərək xeyir-dua verib qeyd etdilər ki, hər kəsə örnək olacaq bir addım atıb gənclərimiz bu layihədə və hətta Mahir müəllim çıxışında bildirdi ki, "Günəşin Nuru" layihəsinin sorağı ölkə hüdudlarından kənardan gəlir artıq. Türkiyə , İran mətbuarlarından sonra artıq Russiya və İtaliya mətbuatında da layihədə iştirak edən şairlərin şeirləri dərc olunur.
Təqdimat zamanı layihədə iştirak edən şairlər layihə rəhbəri Esmira Günəş tərəfindən Fəxri Fərmanla təltif olunmuş, Gəncə şəhər Mərkəzi Kitabxana rəhbərliyi isə kitabxanalarda kitaba marağın artırılmasında göstərdiyi fəaliyyətlərə görə Esmira Günəşə Fəxri Fərman təqdim etmişdir.
Tədbirdə 26 fevral "Xocalı faciəsi" ndə şəhid olanlar yad edilmiş, 4-cü sinif şagirdi balaca Səma Esmira Günəşin "O mənim Xocalımdır" şeiri ilə dinləyiciləri kövrəltmişdir.  Tədbirin sonunda Esmira Günəş kitabxana rəhbərliyinə və gələn qonaqlara təşəkkürünü bildirmiş vəşeirləri "Günəşin Nuru" antologiyasında nəşr edilmiş şairlərimiz dəyərli qonaqlar üçün kitablar imzalayaraq, xatirə şəkilləri çəkdirmişlər.

Rəy: 0
Rəy əlavə et