Azərbaycanca Russin English
Hot news:
» Noyabrın 11-də gözlənilən hava şəraiti» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Spokesman for the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan answers a media question» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS
» » Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq sənədi imzalandı

Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq sənədi imzalandı

Böyük Britaniyaya səfəri çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev British Council-ın rəhbəri Kristofer Rodriges ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak etmişdir.
Görüş zamanı Azərbaycan və British Council arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Əbülfəs Qarayev British Council ilə uzun illər ərzində davam edən sıx əməkdaşlıq nəticəsində həm teatr, həm də mədəniyyətin digər sahələrində qarşılıqlı əməkdaşlığın daha da dərinləşdiyini qeyd etmişdir. Nazir xüsusilə 2018-ci ildən etibarən Mədəniyyət Nazirliyinin British Council ilə ölkədə mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürdüyünü və British Council tərəfindən bu təkliflərin dəstəkləndiyini bildirmişdir. Artıq Mədəniyyət Nazirliyinin British Council ilə əməkdaşlığı nəticəsində xarici ekspertlərlə birgə ölkəmizdə mədəni sənayelərin vəziyyəti ilə bağlı hesabat hazırlanmışdır və hazırda Yol Xəritəsi layihəsi üzərində iş aparılır.
Bununla yanaşı British Council ilə fiziki məhdudiyyətli şəxslərin mədəni həyata inteqrasiyası ilə  bağlı bir sıra layihələr həyata keçirilmişdir ki, bu da həmin şəxslərin mədəni həyatda iştirakının artmasına kömək etmişdir.
British Council-ın rəhbəri Kristofer Rodriges Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ölkəmizin inkişafını diqqətlə izlədiyini və humanitar sahənin bütün istiqamətlərində birgə əməkdaşlığa hazır olduğunu qeyd etmiş və bildirmişdir ki, British Council-ın bir çox ölkələrlə həyata keçirdiyi layihələr mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir.
Əbülfəs Qarayev öz növbəsində Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” və bu çərçivədə həyata keçirilən beynəlxalq tədbirlər barədə məlumat vermişdir. Həmçinin nazir cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirərək Forumda British Council-ın rəhbərliyini görməkdən məmnun olacağını qeyd etmişdir.
Görüşün sonunda Mədəniyyət Nazirliyi ilə British Council arasında Niyyət Sazişi imzalanmışdır. Bu saziş Azərbaycanla British Council arasında beş il müddətində gələcək əməkdaşlığın fəaliyyət proqramını müəyyən edəcək və bu fəaliyyət proqramı mədəniyyətin bütün istiqamətlərini əhatə edəcəkdir.
Görüşün sonunda Ə.Qarayev British Council-ın rəhbərinə öz təşəkkürünü bildirərək onu may ayında Bakıda keçiriləcək 5-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət etmişdir.

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.