Azərbaycanca Russin English
Hot news:
» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia
» » Xalq artisti Hacı İsmayılov 75 yaşını doğma teatrın səhnəsində qeyd edib

Xalq artisti Hacı İsmayılov 75 yaşını doğma teatrın səhnəsində qeyd edib


Yanvarın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında səhnələşdirilmiş “Qəribə, çox qəribə əhvalat” tamaşası növbəti dəfə təqdim olundu.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov, quruluşçu rejissoru Əlif Cahangirli, səhnə tərtibatçısı Xalq rəssamı Nazim Bəykişiyevdir. Rollarda xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev çıxış edir.  Ötən ilin yazından repertuarda olan tamaşanın budəfəki nümayişinin bir özəlliyi də vardı. Tamaşada əsas rollardan birini oynayan Xalq artisti Hacı İsmayılov ad günündə səhnəyə çıxmışdı. Görkəmli aktyor 75 yaşını doğma teatrda, yarım əsrə yaxındır fəaliyyət göstərdiyi sənət ocağında tamaşaçılar qarşısında qeyd etdi. Tamaşanı seyr edənlər arasında Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, teatrın bədii rəhbəri-direktoru Azərpaşa Nemətov, yubilyarın sənət dostları, sənətsevərlər vardı.
Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olundu.
Həmçinin sənətkara yubileyi münasibətilə mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubu təqdim edildi.
Naziri Əbülfəs Qarayev Hacı İsmayılovu 75 illiyi münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın “Şöhrət” ordeni ilə təltif olunması haqqında sərəncam imzaladığını diqqətə çatdırdı: “Biz sevinirik ki, görkəmli aktyorumuz 75 illik yubileyində səhnədə, tamaşaçıların qarşısındadır”. Nazir sənətkara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzuladı.
Hacı İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda doğulub. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Ötən illərdə bu teatrın səhnəsində tamaşaçı rəğbəti qazanan onlarla xarakterik obraz yaradıb. Aktyorun 1977-ci ildə kinorejissor Rasim Ocaqovun ekranlaşdırdığı “Ad günü” filmində yaratdığı Mustafa obrazı ona geniş şöhrət qazandırıb. Sonrakı illərdə sənətkar bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Hacı İsmayılov 1989-cu ildə respublikanın Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.