Azərbaycanca Russin English
Hot news:
» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia
» » Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli RF vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı açıqlamasına Leyla Abdullayevanın şərhi

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli RF vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı açıqlamasına Leyla Abdullayevanın şərhi

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, uzun illər ərzində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır və bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, bir milyondan artıq insan etnik təmizləməyə məruz qalaraqqaçqın vəməcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin 1992-ci 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu il tarixli məlum 4 qətnaməsində (822, 853, 874 və 884) işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sözügedən qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur.
Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıqşəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir.
Azərbaycan Respublikası və Rusiya Federasiyasının Prezidentləri səviyyəsində keçirilmiş çoxsaylı görüşlərdə Azərbaycanın bu istiqamətdə fəaliyyət və səyləri Rusiya tərəfindən yüksək qiymətləndirilir. Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisələri vardır. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar.
Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun göstərilən məsələlər ilə bağlı şikayət olunmayıb. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Qeyd etmək istərdik ki, səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb.
Əfsuslar olsun ki, bu ilk dəfə deyil ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış edir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxardaraq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. RF XİN mətbuat katibi bəyan edib ki, “Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir”. Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyətidüzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir.
Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcəkdir. Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya Prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir.
Комментарий руководителя Пресс-службы Министерства иностранных дел Лейлы Абдуллаевой относительно высказываний официального представителя Министерства иностранных дел Российской Федерации Марии Захаровой о недопуске граждан РФ армянского происхождения на территорию Азербайджанской Республики
Министерство иностранных дел Российской Федерации прекрасно осведомлено, что на протяжении многих лет Армения проводит политику агрессии против Азербайджана, в результате которой были оккупированы Нагорно-Карабахский регион Азербайджана и семь прилегающих к нему административных районов, более одного миллиона человек подверглись этнической чистке и стали беженцами и вынужденными переселенцами. В результате Ходжалинского геноцида, совершенного вооруженными силами Армении26 февраля1992 года, 613 гражданских лиц, включая малолетних детей, женщин и пожилых людей, были зверски убиты. В четырёх резолюциях Совета Безопасности ООН 1993 года (№ 822, 853, 874 и 884) отражено требование немедленного, полного и безоговорочного вывода армянских оккупационных сил с оккупированных территорий Азербайджана и возвращения насильственно изгнанных с этих территорий лиц к их родным очагам. Российская Федерация в качестве постоянного члена Совета Безопасности ООН проголосовала за принятие этих резолюций. Однако, на протяжении свыше 25 лет требования этих резолюций не выполняются и азербайджанские земли продолжают находиться под оккупацией.
Азербайджан известен во всем мире как центр мультикультурализма. Азербайджан, в отличие от Армении – многонациональное государство. Представители многих народов, в том числе и армянского, совместно проживают в условиях мира и согласия в Азербайджанской Республике. В настоящее время в нашей стране проживает более 30 000 граждан Азербайджана армянского происхождения. В то время как Армения является моноэтническим государством.
Усилия и деятельность Азербайджана в этом направлении всегда высоко оценивались со стороны России в рамках многочисленных двухсторонних встреч на уровне глав государств. В то время, когда в Армении применяются ограничения детям армянского происхождения на получения образования в русскоязычных школах, в Азербайджане существует более 340 русскоязычных учебных заведений. В Армении же такие школы можно пересчитать по пальцам
Азербайджан всегда открыт для граждан России. Только лишь в 2018 году 880 тысяч российских граждан посетили нашу страну, и с их стороны не поступало жалоб по затрагиваемому вопросу. Подавляющее большинство граждан России остались довольны своим визитом и выразили благодарность за гостеприимство. Хотелось бы отметить, что среди посещавших были и граждане России армянского происхождения. В то же время не только граждане России армянского происхождения, а также граждане Армении участвовали в международных мероприятиях, спортивных соревнованиях и культурных событиях, проводимых в Азербайджане, и у них не было никаких проблем.
К сожалению, официальный представитель Министерства иностранных дел Российской Федерации не впервые выступает с заявлениями, противоречащими духу двусторонних стратегических отношений. На фоне развития азербайджано-российских связей данное заявление и попытки раздуть какой-то частный случай, вырвав его из общего контекста, являются очередным проявлением обозначенной нами общей тенденции. По-видимому, возникновение в последнее время серьезных проблем в армяно-российских отношениях и, напротив, успешное развитие азербайджано-российских отношений (только в минувшем году Президенты двух стран встречались 6 раз) всерьез беспокоит отдельных лиц в МИД России. Представитель МИД России заявила, что "азербайджанская сторона пообещала, что эта ситуация будет исправлена". Мы решительно опровергаем это. Азербайджано-российские отношения основаны на равноправии, и выражение «исправят ситуацию» противоречит сути равноправных двусторонних отношений
Убеждены, что очередное провокационное и антиазербайджанское заявление официального представителя МИД России не окажет негативного влияния на связи между Азербайджаном и Россией. Азербайджано-российские отношения определяются не внешнеполитическими ведомствами, а Президентами Азербайджана и России, и обе стороны весьма заинтересованы в развитии этих отношений и прилагают усилия в этом направлении.

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.