Azərbaycanca Russin English
Hot news:
» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army» Elşən Ağamalı» The Ombudsman's Office representatives visited the military units» Air Defense Units exercises are being continued» On October 22 the daytime forecast in Baku and Absheron peninsula» Azerbaijan Defense Minister meets with the leadership of the Czechoslovak Group holding company» War College of the Armed Forces began admission to the Adjuncture» Air Defense Units conducted combat firing using “OSA” Anti-Aircraft Missile System
» » Berlin şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub

Berlin şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniya Federativ Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 21 dekabr 2018-ci il tarixində Berlin şəhərində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə Planlar və Perspektivlər” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Almani­yadakı Səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz, diaspor rəhbərləri, Almaniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb və qarşıdan gələn bayramlarını təbrik edib. Y.Musayev təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. O, tədbirin keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinə öz təşəkkürünü ifadə edib. Y.Musayev Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəyliyə çağırıb.
Tədbirdə Bakı Media Mərkəzinin əməkdaşı Tahir Əliyev çıxış edərək iştirakçıları salamlayıb, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Son iclas” bədii-sənədli film haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin son günlərinə işıq salan və milli hökumətin yekun qərarı hansı çətin şəraitdə qəbul etdiyini əks etdirən “Son iclas” filmi tədbirdə nümayiş olunub. Film iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Tədbirə dəvət olunmuş azərbaycanlı sənət adamlarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçı­larına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.

Rəy: 0
Rəy əlavə et