Azərbaycanca Russin English
Hot news:
» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army» Elşən Ağamalı» The Ombudsman's Office representatives visited the military units» Air Defense Units exercises are being continued» On October 22 the daytime forecast in Baku and Absheron peninsula» Azerbaijan Defense Minister meets with the leadership of the Czechoslovak Group holding company» War College of the Armed Forces began admission to the Adjuncture» Air Defense Units conducted combat firing using “OSA” Anti-Aircraft Missile System
» » Şöhlət ABBAS HARDASA TƏK-TƏNHA BİR QIZ QOCALIR

Şöhlət ABBAS HARDASA TƏK-TƏNHA BİR QIZ QOCALIR


Üzümə çirpdığı sevgi məktubu
Dağınıq saçıdır, küləklər alır.
Zaman amansızdır, sərtdir üslubu,
Hardasa tək-tənha bir qız qocalır.

Bir xoş xəbərilə qəlbim sevindi,
Qəmilə hüznlü dilləndi, dindi;
Xoşbəxtmi, bədbəxtmi, neyləyir indi,
Hardasa tək-tənha bir qız qocalır.

Təsəlli axtarır xatirələrdə,
Üsyan da qoparır xatirələrdə,
Göynədir, yandırır xatirələr də,
Hardasa tək-tənha bir qız qocalır.

Yaş gəlir yaş üstə, vaxt udur məni,
Dadlı xatirələr ovudur məni,
Bəlkə xatırlamır, unudur məni,
Hardasa tək-tənha bir qız qocalır.

Təkəbbürlü idi, bir az da kəskin,
Mən isə utancaq, lal-dinməz, miskin,
Həyata acıqlı, dünyaya küskün
Hardasa tək-tənha bir qız qocalır.

Şöhlət, heç tərgitmir niyə vərdişin,
Qəribə işləri var bu gərdişin,
Xeyir, şər bir-birə qıcayır dişin,
Hardasa tək-tənha bir qız qocalır.


Rəy: 0
Rəy əlavə et