Azərbaycanca Russin English
Hot news:
» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army» Elşən Ağamalı» The Ombudsman's Office representatives visited the military units» Air Defense Units exercises are being continued» On October 22 the daytime forecast in Baku and Absheron peninsula» Azerbaijan Defense Minister meets with the leadership of the Czechoslovak Group holding company» War College of the Armed Forces began admission to the Adjuncture» Air Defense Units conducted combat firing using “OSA” Anti-Aircraft Missile System» Azerbaijan Defense Minister meets with his Czech counterpart» Military Attachés of foreign countries in Azerbaijan visited the military unit» Remainder Azerbaijan land in the Armenian occupation» ADMİU Təhsil Sərgisində» Defense Minister participated in the opening of the Central Military Veterinary Laboratory
» » Azərbaycan və Rumıniya arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlıq genişləndiriləcək

Azərbaycan və Rumıniya arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlıq genişləndiriləcək


Bu məqsədlə Anlaşma Memorandumunun layihəsi hazırlanıb
            Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Buxarest (Rumıniya) şəhərində keçirilən 5-ci iclasında iştirak etmək üçün həmin ölkədə səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyinin dövlət katibi Adrian Rındunika ilə görüşüb. 
            S.Babayev ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq əldə olunan uğurların ilk növbədə sosial sahələrin inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini, ölkədə aparılan sosial siyasətdə sosial ədalətin təminatı prinsipinin daim üstün tutulduğunu vurğulayıb. S.Babayev Azərbaycanda əmək, məşğulluq və sosial təminat sahələrində islahat gündəliyi barədə məlumat verib, bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi üçün aparılan işləri diqqətə çatdırıb. 
            Nazir dövlət sosial xidmətlərinin “bir pəncərə”dən təqdim edilməsi üçün ölkəmizdə yaradılmaqda olan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzləri, icra olunan aktiv əmək bazarı proqramları, özünüməşğulluq proqramı və s. barədə məlumat verib.
            Azərbaycan və Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edən S.Babayev iki ölkə arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi, fəal təcrübə mübadilələrinin həyata keçirilməsi  üçün potensialın mövcud olduğunu bildirib. 
            A.Rındunika ölkələrimiz arasında əməkdaşlığın inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib. O, Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar barədə məlumat verib, əmək, məşğulluq və sosial təminat sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını, belə bir əməkdaşlığın tərəflər üçün faydalı ola biləcəyini deyib.
            Görüşdə Azərbaycan və Rumıniya arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlıq genişləndirilməsi üçün Anlaşma Memorandumunun layihəsinin hazırlandığı qeyd olunub, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
                                                     
AZƏRBAYCAN RESPUBLİKASI 
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN 
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ

Rəy: 0
Rəy əlavə et