Azərbaycanca Russin English
Hot news:
» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army
» » Buxarestdə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib

Buxarestdə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib

İclasın yekunlarına dair Protokol imzalanıb
            Buxarest (Rumıniya) şəhərində Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib. 
            İclasın plenar sessiyasının açılışında Müştərək Komissiyanın həmsədrləri - Azərbaycan tərəfindən həmsədr, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və
Rumıniya tərəfindən həmsədr, Rumıniyanın Baş nazirinin strateji əməkdaşlığın həyatakeçirilməsi üzrə müavini xanım Ana Birçal çıxış ediblər. 
            S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanın bu gün regionda iqtisadi güc mərkəzinə çevrildiyini və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının uğurla davam etdirildiyini bildirib.
            Nazir Azərbaycanla Rumıniya arasında diplomatik münasibətlərin 26 ilinin tamam olduğunu, 2009-cu ildə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamənin təsdiq edildiyini və bu əməkdaşlığın ildən-ilə genişləndiyini vurğulayıb. O bildirib ki, Azərbaycan Avropa üçün vacib və etibarlı tərəfdaş olaraq, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir və enerji ixrac marşrutlarının bu istiqamətdə şaxələndirilməsi üçün ardıcıl işlər görülüb. Həmçinin, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı Rumıniyanın mövqeyini, ölkəmizin Avropa və Avroatlantika strukturları ilə əlaqələrinin inkişafındakı rolunu yüksək qiymətləndirir. 
            S.Babayev gələn ilin yanvar-iyun aylarında Rumıniyanın Avropa İttifaqına (Aİ) sədrliyi çərçivəsində Aİ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlara bu ölkənin dəstək verəcəyinə, habelə “EXPO 2025”-ə ev sahibliyi etməklə bağlı Bakının namizədliyinin Rumıniya tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu qeyd edib.
            İki ölkə arasında ötən dövrdə müxtəlif sahələr üzrə 56 əməkdaşlıq sənədinin imzalandığını, daha 5 sənəd layihəsinə baxılmaqda olduğunu, həmçinin parlamentlərarası əlaqələr qrupunun yaradıldığını diqqətə çatdıran S.Babayev  qeyd edib ki, iqtisadi əlaqələrin mühüm istiqaməti kimi Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi də artmaqdadır. Bu artım cari ilin 9 ayında 62,11 faiz təşkil edib. Eyni zamanda, Rumıniyaya  ixrac 94,01 faiz artıb. Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Rumıniyanın payı 1,25 faizdir.
            Azərbaycanla Rumıniya arasında enerji sahəsində geniş əməkdaşlıq gündəliyindən, birgə icra olunan və Rumıniyanın enerji təchizatında önəmli dəstək olan layihələrdən bəhs edən S.Babayev eyni zamanda  SOCAR-ın 2011-ci ildə yaradılmış “SOCAR Romania S.A” şirkəti vasitəsilə Rumıniya neft məhsulları bazarında əhəmiyyətli rol oynadığını deyib. O, şirkətin Rumıniyanın 18 bölgəsində 40 yanacaqdoldurma məntəqəsinin olduğunu, onlarda 550 insanın işlə təmin edildiyini, gələcəkdə daha 20 belə məntəqənin açılmasının nəzərdə tutulduğunu deyib.
            Nazir qarşılıqlı investisiya qoyuluşu, habelə kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə əməkdaşlığın genişlənməsi üçün aparılan işləri, əldə olunan uğurları da diqqətə çatdırıb.  S.Babayev bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarest şəhərindəki Rumın-Amerikan Universitetində yaradılan Azərbaycan Araşdırmalar Mərkəzində Azərbaycan dili tədris olunmaqla yanaşı, Azərbaycan tarixi və mədəniyyəti təbliğ edilir. Həmçinin Fondun dəstəyi ilə Babeş-Bolyai Universitetində Azərbaycan dili tədris olunur. Azərbaycan Dillər Universiteti (ADU) və Rumıniyanın Dil İnstitutu arasında ADU-da rumın dili, ədəbiyyatı və mədəniyyətinin tədrisinə dəstək üçün əməkdaşlıq protokolu da imzalanıb.
            S.Babayev əməkdaşlığın qarşıdakı dövrdə qeyri-neft məhsullarının ixracı, Azərbaycan istehsalı olan malların təşviqi, ixrac nümayəndəliklərinin təşkili, sənaye parklarında Rumıniya şirkətlərinin iştirakının təmin olunması, birgə ixracyönümlü mebel istehsalı müəssisələrinin yaradılması, tranzit nəqli, limanlar arasında əməkdaşlığın təşkili, AZPROMO ilə birgə sərgilərin, təqdimatların keçirilməsi və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin önəmli ola biləcəyini deyib.
            Xanım A.Birçal da çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya- Azərbaycan münasibətlərinə göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib. O, yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında oynadığı mühüm rolu vurğulayıb. 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin vacibliyini qeyd edib. A.Birçal Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. Azərbaycan ilə Rumıniya arasında energetika sahələrində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən Ana Birçall Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası baxımından Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizinin önəmindən danışıb.
            Ölkəsi ilə Azərbaycan arasında əməkdaşlıq sahələrində aparılan işlərin Rumıniya iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs edib. O, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud olan potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.  
            İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əlaqələrin mövcud vəziyyəti, bu sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub, təkliflər səsləndirilib. Yekunda Müştərək Komissiyanın 5-ci iclasının nəticələrinə dair Protokol imzalanıb.
            Protokolda vacib məqamlardan biri kimi qeyd olunur: “Azərbaycan tərəfi Dağlıq Qarabağ regionu daxil olmaqla işğal olunmuş ərazilərdə istehsal edilən və ya Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki sərvətlərdən istifadə yolu ilə istehsal edilən məhsul və xidmətlərin Rumıniya bazarında idxalı, satışı və realizə edilməsinin, həmçinin Rumıniya şirkətlərinin bu ərazilərdə hər hansı iqtisadi fəaliyyətdə iştirakının qarşısının alınması məqsədilə Rumıniya tərəfinə müraciət edib. Tərəflər bu məqsədlə gələcəkdə məlumat  mübadiləsinin aparılmasına dair razılığa gəldilər. Rumıniya tərəfi Azərbaycan tərəfini Rumıniya dövlət qurumlarının öz fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətdən çəkindirəcəyinə əmin etdi. Bu kontekstdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti dəstəyini təsdiq etdi.”
AZƏRBAYCAN RESPUBLİKASI 
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN 
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ

Rəy: 0
Rəy əlavə et