Azərbaycanca Russin English
Hot news:
» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army» Elşən Ağamalı» The Ombudsman's Office representatives visited the military units» Air Defense Units exercises are being continued» On October 22 the daytime forecast in Baku and Absheron peninsula» Azerbaijan Defense Minister meets with the leadership of the Czechoslovak Group holding company» War College of the Armed Forces began admission to the Adjuncture» Air Defense Units conducted combat firing using “OSA” Anti-Aircraft Missile System» Azerbaijan Defense Minister meets with his Czech counterpart» Military Attachés of foreign countries in Azerbaijan visited the military unit» Remainder Azerbaijan land in the Armenian occupation» ADMİU Təhsil Sərgisində» Defense Minister participated in the opening of the Central Military Veterinary Laboratory
» » Şöhlət ABBAS MİŞNİ KƏNDİMİZ

Şöhlət ABBAS MİŞNİ KƏNDİMİZ

Hər gün dolaşardım cığırlarında,
Enişdi-yoxuşdu bərə-bəndimiz.
Yayın qızmarında, qışın qarında,
Hər vaxt mehribandı Mişni kəndimiz.
Babamın, nənəmin yatdığı torpaq,
Gənclərin vüsala çatdığı torpaq,
Hər tərəf gül-çiçək, hər yan bağça-bağ,
Suları dərmandı Mişni kəndimiz.
Qıfıl görməz idi qapı-bacası,
Elliklə olurdu şənliyi, yas;
Böyüyü, kiçiyi, gənci, qocası,
Müdrikdi, cavandı Mişni kəndimiz.
İndi nə əl çatır, nə də səs yetir,
Nə doğma yerlərə bir nəfəs yetir,
Nə unutmaq olur, nə həsrət bitir,
Ümiddir, gümandır Mişni kəndimiz.
Yenə Həkəridən qalxam yuxarı,
Çıxam Ərtəpəyə, zirvəyə sarı.
Qalır xatirimdə axar-baxarı,
Şöhlətə ümmandır Mişni kəndimiz.

Rəy: 0
Rəy əlavə et