Azərbaycanca Russin English
Hot news:
» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi
» » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib

Boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması ötən dövrdə Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələrin boccia idman növü üzrə də davam etdirildiyini göstərir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu günlərdə İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda iştirak edərək bir qızıl, üç bürünc medal qazanmış boccia üzrə millimizin üzvləri ilə keçirilən görüşdə vurğulayıb. 
Nazir komandanın üzvlərini ilk dəfə olaraq beynəlxalq səviyyəli yarışda uğur qazanmaları münasibəti ilə təbrik edib. 
O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə idmanın, o cümlədən paralimpiya hərəkatının  inkişafına yüksək diqqət və qayğı göstərilir. Dövlət başçısının uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, aktiv həyat tərzinin təmin olunması, idman qabiliyyətlərinin dəstəklənməsi üçün aparılan geniş miqyaslı işlər ölkədə paralimpiya hərəkatının böyük uğurlara imza atmasına imkan yaradıb. 
S.Babayev bildirib ki, son illərdə ölkəmizdə fiziki məhdudiyyətli insanların fiziki və zehni inkişafına kömək edən boccia idman növünə marağının artması müsbət tendensiyadır. Dövlət tərəfindən bu istiqamətdə ardıcıl dəstək verilməkdədir. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclər arasında bocciaya maraq göstərənlər bu idman növü üzrə hazırlığa cəlb olunur, bacarıqlarını artırmalarına şərait yaradılır. Boccia üzrə komandanın üzvləri Mərkəzin idman zalında müntəzəm məşqlər edir, yarışlara hazırlaşırlar.
Nazir qeyd edib ki, hazırda boccia üzrə millinin bir çox üzvləri, eyni zamanda İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda ölkəmizə qızıl medal qazandırmış Bəhruz Mirzəyev özü də əvvəllər Mərkəzə peşə təliminə cəlb edilən gənclərdəndir. 
Boccia Federasiyasının baş katibi və boccia üzrə millinin baş məşqçisi İlham Məhərrəmov, komandanın üzvü Bəhruz Mirzəyev və komandanın digər üzvləri fiziki məhdudiyyətli insanların qayğı mühiti ilə əhatə olunmasına və paralimpiya hərəkatının genişlənməsi, o cümlədən bocia idman növünün də inkişafı üçün aparılan mühüm işlərə, göstərilən böyük dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 
Görüşdə boccia üzrə millinin üzvlərinə nazirliyin hədiyyələri təqdim olunub. 
AZƏRBAYCAN RESPUBLİKASI 
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN 
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ 


Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.