Azərbaycanca Russin English
Hot news:
» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army
» » Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə  işçi qrupunun iclası bu gün öz işini nazirlər toplantısı ilə davam etdirib. 
Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi toplantıda Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhmət Cahid Turhan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides, eləcə də, Rusiya, Ukrayna, Yunanıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya və Bolqarıstandan sahə üzrə məsul şəxslər iştirak edib. 
Toplantıda Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. O, iştirakçıları salamlayaraq bildirib ki, iclas Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi çərçivəsində keçirilir. 
“Sədrlik dövründə bizim üçün prioritet regionda nəqliyyat qovşaqlarının inkişafı və regional əməkdaşlığın stimullaşdırılmasıdır”, - nazir qeyd edib. 
Onun sözlərinə görə, təşkilat yarandığı gündən nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi və ticarət əlaqələrini stimullaşdıra bilən əsas istiqamət kimi müəyyənləşdirilib. 
“QDİƏT çərçivəsində həyata keçirilən layihələr tərəflərin regionda yüksək inkişafa malik nəqliyyat infrastrukturu yaratmasına çalışmasını nümayiş etdirir. Biz təşkilat tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndiririk”, - nazir vurğulayıb. 
Ramin Quluzadə iclasda çıxışında Azərbaycan tərəfindən müvafiq sahədə həyata keçirilən işlərdən söz açıb. 
“Azərbaycan Respublikası xarici investisiyalar, o cümlədən qeyri-enerji sahələrinə sərmayələr üçün əlverişli şərait yaradaraq investisiya potensialını genişləndirir. Nəqliyyat kompleksi infrastrukturunun inkişafı, ondan istifadənin sadələşdirilməsi və xidmət keyfiyyətinin artırılmasına yönələn nəqliyyat layihələrinə investisiya qoyuluşu xüsusi əhəmiyyət kəsb edir”, - o deyib.  
Nazir, həmçinin vurğulayıb ki, bu gün Azərbaycan bir sıra irimiqyaslı regional nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır: “Məhz nəqliyyat sahəsinin inkişafı sayəsində ölkəmiz regionun iri tranzit və logistika mərkəzinə və vacib nəqliyyat qovşağına çevrilir”. 
Bundan əlavə, nazir bildirib ki, Azərbaycanda müasir texnologiyaların tətbiqi ilə beynəlxalq və respublika əhəmiyyətli avtomobil yollarının yaxşılaşdırılması üzrə geniş işlər davam etdirilir. Avtomobil nəqliyyatı sahəsində yük və sərnişin avtonəqliyyat parkının yenilənməsi, milli daşıyıcıların mövqeyinin və texniki təchizatının möhkəmləndirilməsi, beynəlxalq daşımaların təşkili metodlarının təkmilləşdirilməsi, rəqəmli taxoqrafların və “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı işlər görülür. 
“Dəniz donanmasının yenilənməsi üzrə işlər mütəmadi olaraq həyata keçirilir. Xəzər dənizi regionunda multimodal daşımaların geniş tətbiqi, ümumilikdə dəniz daşımalarının sadələşdirilməsi və həcminin artırılması üçün yeni tanker və bərələr alınır”, - R.Quluzadə əlavə edib.
Nazir, həmçinin ötən ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti, Ələt azad iqtisadi zonasının yaradılması üzrə işlər haqqında danışıb. 
R.Quluzadənin sözlərinə görə, bu layihələr və digərləri Qara dəniz və Xəzər dənizi regionunda birbaşa beynəlxalq avtomobil bərə və dəmir yollarının yaradılmasına xidmət etməklə Azərbaycan Respublikasının mühüm nəqliyyat qovşağı kimi tranzit potensialını artırır.   
“Nəqliyyat sahəsinin inkişafı iqtisadiyyatın digər sektorlarının inkişafına bilavasitə təsir göstərir, turizm imkanlarının artmasına xidmət edir. Hesab edirik ki, regionun nəqliyyat potensialından maksimum istifadə və yeni çağırışlara reaksiya üçün biz hamımız nəqliyyat əməliyyatlarını effektiv koordinasiya etməli, göstərilən xidmətlərin səviyyəsini artırmalı, innovasiyalar tətbiq etməli, rəqabətli mühiti inkişaf etdirməli, maneələri aradan qaldırmalı və tranziti sadələşdirməliyik”, - nazir deyib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides bildirib ki, Azərbaycan təşkilata sədrliyi dövründə uğurlu işlərə imza atıb. Eyni zamanda, digər ölkələrin nəqliyyat sahəsində təşkilatla əlaqələrinin inkişafına dəstək olub. 
Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhmət Cahid Turhan bildirib ki, Bakı-Tbilisi Qars dəmiryolu xətti qitələri birləşdirməklə yanaşı, Qara dəniz bölgəsinin Avropa və Asiya nəqliyyat şəbəkələri üçün də dəhliz rolunu oynayır. 
Daha sonra nümayəndə heyətlərinin başçıları, müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələrinin bəyanatları dinlənilib. 
Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf prespektivləri və digər məsələlər müzakirə olunub. 
Məlumat üçün bildirək ki, ölkəmiz  1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir.
Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir.

Rəy: 0
Rəy əlavə et