Azərbaycanca Russin English
Hot news:
» Press Secretary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan L.Abdullayeva answers the question of the media» Commentary of the Spokesperson of the MFA of the Republic of Azerbaijan, Leyla Abdullayeva to the question of the media outlets with regard to the meeting of some Australian officials with the so-called “representatives” of the illegal separatist regime in the occupied Nagorno-Karabakh region of Azerbaijan.» Azerbaijani military chefs are undergoing training for the "Field Kitchen" contest» Press release on the meeting between Deputy Ministers of Foreign Affairs of Azerbaijan and Georgia» Azerbaijan’s military helicopters left for Turkey to participate in the "Anatolian Phoenix-2019" international exercises» Military bands will organize performances» Foreign Minister Elmar Mammadyarov received Baghdad Amreyev, the Secretary General of the Cooperation Council of Turkic-Speaking States» Azerbaijan Defense Minister: “Main attention must be focused on maintaining the high level of combat readiness”» A meeting with a group of reserve and retired servicemen was held at the Ministry of Defense» XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı Responseby the MFA Spokesperson Leyla Abdullayeva to the questionon the information released in the Georgian media regarding the restricted access to the Keshikchidagh monastery complexОтвет Абдуллаевой» Air Force helicopter units held a flight-tactical training» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı Information of the Press Service of the MFA of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики
» » Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb. 
Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların  nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib.  Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın,  60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri  foruma qatılıb. 
Forum çərçivəsində  elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunub. 
Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış ediblər. 
Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər.  
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə forum iştirakçıları sərgiyə baxış keçirib. 
Daha sonra forumda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tədbirin təşkilində göstərdikləri dəstəyə görə Avropa İttifaqına və BMT-nin Ticarət və İnkişaf Konfransına minnətdarlığını bildirib. 
Nazir qeyd edib ki,  iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir və ölkə rəhbərliyinin diqqət mərkəzindədir. 
Nazir son illər Azərbaycanda elektron ticarətin inkişafı istiqamətində ciddi addımlar atıldığını və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron ticarətin fəaliyyətini təmin edən rəqəmli ekosistemin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
“Hazırda Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir. Elektron ticarətin inkişafı üçün müasir tələblərə cavab verən poçtdaşımaları infrastrukturunun yaradılmasına ciddi diqqət yetirilir. Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihəyə əsasən, Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları “Silk Way” aviaşirkəti vasitəsilə həyata keçirilir. Sürətli daşımalarda xüsusi rolu olan mülki aviasiya sahəsi də ölkəmizdə sürətlə inkişaf edir, müasir rəqabət şərtlərinə uyğunlaşır”.
Hazırda “Azərpoçt”un 1180-nə yaxın filial və şöbəsinin maliyyə xidmətləri göstərdiyini deyən nazir elektron ticarət iştirakçılarının nazirlik tərəfindən yaradılan “Şəbəkə” mərkəzlərinin xidmətlərindən də istifadə edə biləcəyini qeyd edib. 
R.Quluzadə ölkədə elektron ticarət əməliyyatlarında elektron imzanın istifadəsini önə çəkib: “Nazirlik tərəfindən qurulmuş Milli Sertifikasiya Xidmətləri Mərkəzinin tərkibində Elektron Hökumət Mərkəzi və Hakimiyyət Orqanları Mərkəzi yaradılıb. Elektron Hökumət Mərkəzi hakimiyyət orqanları ilə münasibətləri təmin etmək üçün biznes sektoruna və vətəndaşlara gücləndirilmiş elektron imza sertifikatları verir”.
Nazir ölkəmizdə rəqəmsal ödənişin keyfiyyətini və tətbiqini genişləndirmək,  infrastruktur imkanlarını artırmaq üçün aidiyyəti qurumları, bank sektorunu, e-ödəmə sistemi operatorlarını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin xidmətlərindən istifadəyə dəvət edib. 
“Beynəlxalq araşdırmalara əsasən, rəqəmsal iqtisadiyyatın innovativ inkişafı məhz “bulud” texnologiyalarının bütün sahələrdə tətbiqi ilə bağlıdır. Buna görə də elektron ticarət mühitində istehlakçıların fərdi məlumatlarının qorunması və alqı-satqı əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələlərdəndir. Bu sahədə nazirliyin Elektron Təhlükəsizlik Xidməti mühüm tədbirlər görür. Nazirliyin Yüksək Texnologiyalar Parkında elektron ticarətlə bağlı təşəbbüslərin reallaşdırılmasına dəstək göstərilir. Həmçinin, nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən e-ticarətlə bağlı layihələrə güzəştli kreditlər və qrantlar verilir”.
R.Quluzadə elektron ticarətin inkişafı sahəsində görüləcək işlərin strateji xəttini müəyyən edən Milli Strategiya hazırlanmasının zəruriliyini qeyd edib. 
O, bu baxımdan Bakı Elektron Ticarət Forumunun əhəmiyyətini vurğulayıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fateh Sayan elektron ticarətin inkişafında “Əşyaların interneti”, “5G” texnologiyalarının inkişaf etdirilməsinin önəmini qeyd edib. Rəqəmli ödənişlər üzrə elektron ticarət strategiyasının formalaşdırılmasının zəruri olduğunu vurğulayan nazir müavini Türkiyədə son zamanlar elektron ticarətin inkişafı üçün qlobal platformalar yaradıldığını deyib. 
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov təhsil mexanizminin düzgün qurulmasının elektron ticarətə verə biləcəyi töhfələrdən danışıb. O, regionda ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən virtual pul vahidi emissiya edilə biləcəyini diqqətə çatdırıb. “Unicoin” adlandırılan virtual pul vahidinin ilk nümunəsi forum çərçivəsində qiymətləndirilməsi üçün Dünya Ticarət Təşkilatının nümayəndəsinə təqdim olunub. 
Dünya Ticarət Təşkilatının, Ümumdünya Poçt İttifaqının nümayəndələri dünya elektron ticarət bazarındakı tendensiyalardan danışıb, bu istiqamətdə müsbət nəticələr əldə etmək üçün müəyyən olunmuş standartlar barədə ətraflı məlumat veriblər. Onlar Azərbaycanda elektron ticarət mexanizminin inkişafı üçün bütün zəruri infrastrukturun mövcudluğunu bildiriblər. 

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.